Search is not available for this dataset
text
stringlengths
10
518k
Lakin Azərbaycan gəncliyinin əksər hissəsi vətənpərvər ruhdadır.
Məsələn, yetişən yeni gənc nəsli yad təsirlərdən qorumaq şərtdir.
Buna görədir ki, İlham Əliyev andiçmə mərasimində deyib:""“İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə.
Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır.
Bu məsələyə çox ciddi yanaşmalıyıq və mən bunu əsas vəzifələrdən biri kimi qarşıya qoyuram.
Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir”.
Bəli, dövlət başçısının bu çıxışı gənc nəslin beynində həkk olunmalıdır.
Aidiyyəti qurumlar isə gənc düzgün tərbiyəsi üçün səfərbər olmalıdırlar.
Prezidentin çıxışında başqa bir məqam ailə tərbiyəsi, təhsil və gənclik mövzusundakı mövqeyidir.
İlham Əliyev bildirib:“Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir.
Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir.
İkinci yerdə məktəb tərbiyəsidir və belə müzəffər gənclərimizin yetişdirilməsində də Azərbaycan məktəbinin çox böyük rolu vardır.
Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqilliklə bağlı, milli ləyaqətlə bağlı, əsrlər boyu bizə qarşı edilən ədalətsizliklə, - təkcə son 30 il ərzində yox, - torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınması ilə bağlı və bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara verilən tərbiyə və biliklər çox böyük önəm da...
Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir.
Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq.
Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.
Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq.
Eyni zamanda, dediyim kimi, bütün cəmiyyət burada həmrəy olmalıdır və biz bu həmrəyliyi görürük.
Bu seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.
Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması ilə bağlı addımlar atacağıq”.
Göründüyü kimi, ölkə başçısı həm cəmiyyətə, həm dövlət qurumlarına yol xəritəsi təqdim edir.
Bu yol xəritəsi müharibədən sonrakı reallıqlarda gələcək tərəqqiyə, inkişafa və çiçəklənməyə xidmət edir.
Ona görə də, hər kəs üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir.
Son bir ayda Azərbaycanda 108 nəfər İnsanın İmmun çatışmazlığı Virusuna (İİV) yoluxub.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun yaydığı hesabatda bildirilib.
Qeyd olunub ki, Respublika QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmun çatışmazlığı Virusuna (İİV) yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Ötən bir ay ərzində İİV-ə 108 nəfər yoluxub.
Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, iki nəfəri isə əcnəbilər olub.
Azərbaycan vətəndaşları arasında 8 nəfəri (7,5%-i) inyeksion narkotik istifadəçiləri olub.
Bundan başqa, Səhiyyə Nazirliyinin məlumatına əsasən hesabat dövründə Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6 847 nəfər istiqamətləndirib.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 162 nəfərdən 124 nəfərin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
“Şimal axını 2”nin tikintisini planlaşdıran alman məmurlar həbs oluna bilərlər.
Belə ki, onlar qaz kəmərinin planlaşdırılması icazəsində NATO ilə bağlı məxfi məlumatları dərc ediblər.
Bildirilir ki, 2018-ci ilin yanvarında Stralsund şəhərinin dağ-mədən departamenti öz saytında “Şimal axını 2”nin planlaşdırılması icazəsi”ni dərc edib.
Sənədin 556-cı səhifəsində Almaniya Müdafiə Nazirliyinin “məxfi, yalnız rəsmi istifadə üçün” kimi təsnif edilən məlumatları olub.
Bu məlumatlarda NATO sualtı qayıqlarının fəaliyyət göstərdiyi ərazilər və oradakı silahların sayı barədə məlumatları aşkar edilib.
Qeyd olunur ki, bu, Almaniya Müdafiə Nazirliyinin məxfi məlumatlarıdır və ciddi şəkildə rəsmi istifadə üçün nəzərdə tutulub.
Bununla əlaqədar Almaniya Baş Prokurorluğu yoxlamalara başlayıb.
Dövlət sirrini açıqlayan işçiləri beş ilə qədər həbs gözləyir.
Xatırladaq ki, 2022-ci ilin sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda - “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində iki partlayış baş verib.
Türkiyə hakimiyyəti özəl məktəblərdə türk milli dəyərlərinə zidd olan bayramların, məsələn, “hellouin”, milad və digər bayramların keçirilməsini qadağan edib.
“Özəl məktəblərdə türk xalqının milli-mənəvi, humanitar, mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixososial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır”, - deyə qərarda bildirilib.
Düz 32 il əvvəl Azərbaycan tarixinin ən amansız səhifəsi yazıldı - Xocalı soyqırımı...""Çoxumuza elə gəlir ki, aradan keçən bu 32 ildə Xocalı soyqırımı haqqında deyilə biləcək hər şey deyilib, yazıla biləcək hər şey yazılıb.
Artıq olub-keçən hər şeyi bilirik.
Əslində isə hər dəfə bu mövzuya qayıdanda məlum olur ki, hələ bilmədiyimiz nə qədər məsələlər var.
Bu gün Oxu.Az-ın həmsöhbəti olan Xocalı sakini, həmin vaxt xidmətdə olan polis polkovniki Akif Mirsiyab oğlu Hüseynovun ailəsi də Xocalıda həmin gecə itkin düşənlər arasındadır.
Akif müəllimlə söhbətimiz zamanı bir daha 32 il əvvələ, bu gün azad olan Xocalının işğal gününə qayıtdıq.
- Akif müəllim, sizi oxuculara necə təqdim edək?
- 1958-ci ildə Xocalıda anadan olmuşam.
Ailədə üç qardaş olmuşuq - mən, Azərbaycanın Milli Qəhrəmanı, Xocalı özünümüdafiə taborunun komandiri Tofiq Hüseynov və ortancıl qardaşım Bakir.
O da Milli Ordunun zabiti idi, Xocalı faciəsində itkin düşüb.
Atamızın əvvəlki nikahından bir bacımız da vardı, adı Qətibə idi.O, anası ilə birlikdə olurdu qonşuluğumuzda.
1987-ci ildə milis məktəbini bitirəndən sonra Ağdam rayonunda sahə inspektoru kimi işə başlamışam.
Aradan bir neçə ay keçəndən sonra isə məlum Qarabağ hadisələri başladı.
Xocalı faciəsinə qədər Ağdamda, Ağdərədə, Kəlbəcərdə, Şuşada, Laçında xidməti ezamiyyətlərdə olmuşam, torpaqlarımızın müdafiəsində, döyüşlərdə iştirak etmişəm.
- 1992-ci il fevralın 11-12-də Şuşanın Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri erməni silahlı dəstələri tərəfindən tamamilə işğal olunanda Xocalını nə gözlədiyini təxmin edirdinizmi?
- Həmin dövrdə bizdə Müdafiə Nazirliyinin yeni yaradılması, tam təchizatın qurulmaması, ixtisaslı kadrların yoxluğu və vahid komandanlıq altında birləşmənin olmamasından istifadə edən ermənilər 10-13 gün intervalla Yuxarı Qarabağda olan yaşayış məntəqələrimizi işğal edirdilər.
Ona görə də bizim hər birimiz bunun davam edəcəyini gözləyirdik.
Digər yaşayış məntəqələrindən fərqli olaraq, Xocalıda ermənilər xüsusi amansızlıq göstərdilər.
Həmin vaxt mən Ağdam polisində işləyirdim.
Xocalıya “Mi-8” mülki vertolyotları ilə gedib-gəlirdik.
Quru yolu tamamilə bağlanmışdı.
Şuşaya uçan vertolyot vurulandan sonra isə bütün əlaqələr kəsildi.
Yeganə əlaqə vasitəsi Xocalıda olan poçt telefonu, bir də batalyonda olan radiostansiya idi.""- Ermənilərin Xocalı şəhərini hədəfə almalarının məqsədi nə idi?
- Xocalı Yuxarı Qarabağın ən strateji nöqtəsidir, məqsəd də onu ələ keçirmək idi.Birincisi, hamımız bilirdik ki, bütün planlar Xankəndidə ermənilər tərəfindən hazırlanıb ovaxtkı vilayətin ermənilərin çox olduğu dörd rayonuna paylanırdı.
Bunlar Əsgəran, Ağdərə, Xocavənd və Hadrut idi.
Bu rayonların da yeganə avtomobil yolu düz Xocalı şəhərinin ortasından keçirdi.
Bundan da vacib məqam odur ki, vilayətdə yeganə aeroport Xocalıda yerləşirdi.
Ermənistanla mütəmadi əlaqə saxlamaq üçün, ərzaq, silah-sursat gətirilməsi üçün ermənilərə Xocalı aeroportu hava-su kimi lazım idi.Üçüncü bir tərəfdən, Xocalı Xankəndi şəhəri ilə Əsgəran qəsəbəsinin arasında yerləşir.
Dediyim ardıcıllıqla götürəndə Şuşa ilə Xocalının arasında Xankəndi, bir növ, mühasirədə olan kimi idi.Əsgəran isə Xocalı ilə Ağdamın arasında “mühasirədə” idi.
Bu vəziyyəti aradan qaldırmaq üçün də ermənilər Xocalını aradan götürməyi hədəfləmişdilər.
Həmin ərəfədə də - indi kimlərsə deyirlər, xəyanət vardı, satqınlıq vardı, mənə inandırıcı gəlmir - səhlənkarlıq vardı.
Məsələn, Ayaz Mütəllibovun tərəfdarları kreslolarından əl çəkmək istəmirdilər, Xalq Cəbhəsi də hakimiyyətə can atırdı.
Ona görə bunların heç birinin yadına nə Xocalı, nə Malıbəyli, nə Cəmilli, nə Kosalar, nə Şuşa düşürdü.
Belə bir vaxtda, bayaq qeyd etdiyim kimi, təminatı, hərbi sursatı, vahid komandanlığı olmayan biz məğlubiyyətə düçar idik.
- Xocalı soyqırımı baş verən gün, fevralın 26-da, siz harada idiniz?
Ağdama Bərdə istiqamətindən gedəndə, yolun sol tərəfində, Uzunqala adlanan yerdə, Zaqafqaziya Hərbi Dairəsinin böyük yeraltı bazaları var idi.O yolun sağında sonradan xocalıların Şəhidlər xiyabanı salındı.
Həmin gün, dəqiq bilmirəm, orada olan rus komandanlığımı, ya hansısa qüvvələrmi o bazanı ələ keçirmişdilər.
Hərbçilər hərbi hissəni tərk edib qaçandan sonra bu insanlar (omonçular) kazarmalara od vurmuşdular.
Orada müddətdən artıq xidmət edən azərbaycanlı hərbi qulluqçulardan birinin - bu yerdə deyim ki, orada azərbaycanlı zabit olmayıb - sözlərinə görə, əgər o kazarmalardakı yanğın yeraltı anbarlara keçsə idi, beş-altı bal gücündə zəlzələyə bərabər yer silkələnməsi baş verə bilərdi.
Ağdamın hadisə yerinə göndərilən yanğınsöndürən ekipajlarını da həmin bazanı ələ keçirənlər əraziyə buraxmırdılar deyə yanğın daha da şiddətlənirdi.
Həmin gün də bizim Ağdam polisinə yeni rəis təyin etmişdilər - Cəbrayılın keçmiş polis rəisi Rəşid Məmmədovu.
Deyim ki, Rəşid çox igid adam idi.
Tanıdığım yeganə polis rəisi idi ki, döyüşü kabinetindən yox, döyüşçülərin yanından idarə edirdi.
Yəni bizimlə birlikdə bütün əməliyyatlarda iştirak edirdi.
Özü də göyçaylı idi.""Bizi göndərdilər, getdik o kənar qüvvələri bazanın ərazisindən çıxartdıq, yanğınsöndürən maşınlar əraziyə daxil oldular və yanğını söndürdülər.
Bazanın da, loru dillə desəm, ucu-bucağı yox idi.Tapança gülləsindən tutmuş, o dövr üçün ən müasir raketlərə qədər - aviasiya bombaları, piyada əleyhinə, tank əleyhinə minalar saysız-hesabsız idi.Yəni haradasa, dörd-beş il davamlı şəkildə müharibə aparmağa bəs edə biləcək hərbi sursat dolu bir anbar idi.""- Deməli, fev...
- Bəli, tapşırığa əsasən, Ağdam polisinin əməkdaşları olaraq ərazini mühafizəyə götürmüşdük.
- Bəs Xocalının işğalından necə xəbər tutdunuz?
- Həmin gün gecə saat 11 olardı, iş yoldaşlarımdan biri yaxınlaşdı, dedi, ratsiyada deyirlər ki, erməni Xocalını dağıdır.
Oturdum maşına və sürdüm Ağdamın mərkəzinə.
O beş, ya altı kilometrlik yolu necə gəlmişəm, bilmirəm.
Gəldim Ağdam Polis İdarəsinin qarşısına, gördüm, dörd-beş Xocalı sakini də orada oturub.
Həmin vaxt xocalıların da bir qismi qalmışdı Ağdam tərəfdə.
Çünki hər dəfə Xocalıya hücum olunanda şəhərdən uşaqları, qadınları çıxarırdılar, qohumlarının evlərinə göndərirdilər, ara-sıra da imkan olanda qayıdırdılar orada qalan ailələrinə baş çəkməyə.
Həmin adamlardan idi yığılanlar - vertolyot olmadığına görə qalmışdılar Ağdam tərəfdə.
Bunlardan soruşdum, dedilər ki, bəs ermənilər 366-cı alayın bütün texnikası ilə üç tərəfdən Xocalıya hücum ediblər, bizimkilər də qarşısını saxlaya bilmirlər, vəziyyət gərgindir.
Keçdim bizim polis idarəsinin növbətçisindən vəziyyəti soruşdum, o da dedi ki, Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə məlumat vermişik - həmin vaxt da nazir Aydın Məmmədov idi.
Oturdum maşına, birinci getdim Qarağacı qəbiristanlığının çıxacağına.
Orada ermənilərin postu ilə üzbəüz, Xocalıya gedən yolun üstündə bizim 19 nömrəli postumuz vardı, oraya.