Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Onlar öz üzərlərində işləmirlər. |
Məzmunlu bir film olsaydı, böyük məmnuniyyətlə çəkilərdim. |
Amma elə-belə çay apar, çay gətir və s.səhnələr mənə maraqlı deyil. |
Aktyorun işi olanda o yaşayır, həyatdan stimul alır. |
Rejissor bilmir ki, tamaşaçını necə cəlb etsin. |
Burada da açıq-saçıq səhnələrə üstünlük verir. |
İş orasındadır ki, o əxlaqsızları efirdə o qədər göstəriblər ki, artıq camaat doyub. |
Mənim evimdə televizor işləmir, heç təmir etmək də istəmirəm. |
Çünki o danışıqlar məndə o qədər ikrah hissi yaradıb ki...Bəlkə aralarında yaxşı verilişlər olur, amma mənim onlardan xəbərim yoxdur. |
Mən bütün günü “YouTube”u izləyirəm. |
“YouTube”da elə filmlər, elə verilişlər var ki, onları izləyəndə insanın günü-gündən dünyagörüşü də artır”, - deyə sənətkar bildirib. |
Sənətkar sonda sənətdə yeni addımlayan gənclərə tövsiyələrini də verib. |
“Aktyor sənətinə gələn insan fikirləşməməlidir ki, nə qədər pul qazanacaq?! |
O fikirləşməlidir ki, necə oynayacaq, tamaşaçıları necə ovsunlayacaq?! |
Əgər bu sənəti sevmirlərsə, gəlməsinlər. |
Çünki aktyorluq çox ağır sənətdir. |
Hər kəs bu yükü daşıya bilmir”, - deyə aktrisa bildirib. |
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi ötən ay qeydə alınıb. |
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. |
Məlumatda qeyd olunub ki, hadisə 13 yanvar 2024-cü il tarixdə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Siyəzən rayonu Böyük Həmyə kəndi ərazisindən keçən 111-ci kilometrdə qeydə alınıb. |
Sürücünün “BMW-320” markalı 77-MH-914 dövlət qeydiyyat nişanlı avtomobillə Quba istiqamətində hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən avtomobil eyni istiqamətdə, yolun sağ kənarına çıxaraq, təhlükəsizlik sədlərini qırıb keçməklə aşıb. |
Hadisə nəticədə sürücü həyatını itirib, nəqliyyat vasitəsində olan digər üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. |
10:24"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. |
Oxu.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb. |
İlkin məlumata görə, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarına aşaraq tanınmaz hala düşüb. |
Hadisə nəticəsində xəsarət alan olub-olmaması ilə bağlı məlumat yoxdur. |
Qeyd edək ki, bundan əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Xaçmazdan və Şabrandan keçən hissəsində də ölümlə nəticələnən avtomobil qəzaları baş vermişdi. |
Qəzza zolağında münaqişənin şiddətlənməsindən bəri İsrail Müdafiə Qüvvələrinin itkiləri 574 nəfərə çatıb. |
Bu barədə ordunun mətbuat xidmətinin rəsmi məlumatında deyilir. |
Son məlumatlara görə, daha bir İsrail əsgəri səhər saatlarında Qəzza zolağının cənubunda həlak olub. |
Ümumilikdə, anklavda quru əməliyyatı başlayandan bəri İsrail ordusundan 235 nəfər həlak olub. |
Azərbaycan güləş millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında ümumi medal sıralamasında ikinci yeri tutub. |
Qitə birinciliyinə 25 pəhləvanla yollanan heyət beş qızıl, üç gümüş, səkkiz bürünc medala yiyələnib. |
Sərbəst güləşçilər bir gümüş, altı bürünc, yunan-Roma güləşçiləri üç qızıl, iki gümüş, bir bürünc, qadınlar isə iki qızıl və bir bürünc mükafata sahib çıxıblar. |
Komandamız yalnız Türkiyədən geri qalıb. |
Qardaş ölkə təmsilçiləri 17 medal (7 qızıl, 6 gümüş, 4 bürünc) qazanıblar. |
Qeyd edək ki, idmançılar Avropa çempionatında 30 dəst medal uğrunda mübarizə aparıblar. |
05.02.2018-ci il təvəllüdlü Lənkəran rayon Veravul kənd sakini Qurbanlı Xədicə Bəbək qızı axşam 23:35-də “Kəskin tənəffüs çatışmazlığı, dəqiqləşdirilməmiş qıcolma tutmaları” diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. |
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. |
Bildirilib ki, xəstənin vəziyyətinə uyğun olaraq dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. |
Bütün reanimasyon tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. |
Saat 23:55-də ölüm faktı qeydə alınıb. |
Qeyd edək ki, xəstənin yanaşı olaraq anadangəlmə əqli gerilik, nitq qüsuru, spastik tetraplegiya diaqnozları olub. |
10:08"Lənkəranda azyaşlı qız qızılcadan ölüb. |
Müayinə nəticəsində uşağa dəqiqləşdirilməmiş meninqoensefalit və qızılca diaqnozu qoyulub. |
Zəruri yardımlar göstərilsə də, uşağın həyatını xilas etmək mümkün olmayıb. |
Faktla bağlı araşdırma aparılır. |
Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib. |
Azərbaycan-Rusiya sərhədində keçirilən “Sərhəd-sipər” əməliyyatı yekunlaşıb. |
APA-nın məlumatına görə, Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən keçirilən “Sərhəd-sipər” əməliyyatı fevralın 18-i axşam saatlarında sona çatıb. |
Bir həftə ərzində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycanın Rusiya ilə həmsərhədində yerləşən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulub. |
Əməliyyatların keçirilməsinin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələri... |
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir. |
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. |
Müraciətdə deyilir:""“Müşahidələr göstərir ki, son zamanlar bir çox yol-nəqliyyat hadisələri məhz sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən baş verir. |
Adətən maddi ziyanla nəticələnən kiçik toqquşmalar ilk baxışdan əhəmiyyətli görünmür. |
Lakin, bu növ qəzalar sürücü intizamına, hərəkət iştirakçıları arasında qarşılıqlı məsuliyyət hissinə mənfi təsir göstərən, eləcə də vaxt və iqtisadi itkilərə yol açan kifayət qədər ciddi yol-nəqliyyat hadisələridir. |
Yol hərəkəti qaydaları ara məsafəsi haqda sabit kəmiyyət müəyyən etmir. |
Bu sahədə qanunvericiliyin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. |
Başqa sözlə, sürücü hərəkət zamanı ara məsafəsini avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yol və hava şəraitindən asılı olaraq özü təyin etməlidir. |
Bununla yanaşı, sürücünün təcrübəsi, hadisəyə reaksiyası, daşıdığı yük, eləcə də qarşıdakı avtomobilin qəza riski də nəzərə alınması vacib olan amillərdəndir. |
Şəhər yollarında, xüsusilə də tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir. |
Çünki, qarşıda baş verə biləcək kiçik bir toqquşma bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb ola bilər. |
Avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə, ələlxüsus mobil telefondan istifadəyə aludə olan sürücüləri nəzərə alsaq, bu aqibətlə üzləşmə ehtimalının kifayət qədər yüksək olduğunu görərik. |
Baş Dövlət Yol Polisi İdarəsi kiçik qəzaların böyük faciələrə səbəb ola biləcəyini bir daha sürücülərin diqqətinə çatdırır və onları avtomobil idarə edərkən ara məsafəsinə dair tələblərə riayət etməyə çağırır”. |
Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş ola bilər. |
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. |
R.T.Ərdoğanın Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderinin rəsmi mərasimlə qarşılanması planlaşdırılır. |
Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, sonra isə geniştərkibli görüş nəzərdə tutulub. |
Türkiyə Prezident Administrasiyasından verilən məlumata görə, prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparıla bilər. |
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri müzakirə edə bilərlər. |
Daha sonra prezidentlərin iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimi baş tuta bilər. |
Ardınca İ.Əliyev və R.T.Ərdoğan birgə mətbuat konfransının keçirilməsi də gözlənilir. |
Xatırladaq ki, Azərbaycan lideri R.T.Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdədir. |
Türkiyə hökuməti əmək məcəlləsinə iş həftəsini 48 saatdan 35-40 saata endirə biləcək qanunvericilik dəyişiklikləri hazırlamağa başlayıb. |
Hakimiyyət orqanları sektorlara görə fərqlənən əmək qanunlarını birləşdirməyi və məşğulluq sektoru üçün hərtərəfli və vahid qaydalar hazırlamağı planlaşdırır. |
1936-cı il Əmək Qanunu iş normasını gündə səkkiz saat və həftədə 48 saat təyin edib. |
2003-cü ildə əmək qanununa yenidən baxıldı, iş həftəsi 45 saat oldu. |
Bununla belə, bu normalar, sektorlar üçün ayrıca tənzimləmələrin mövcudluğuna görə, universal tətbiq edilmir. |
Belə ki, media sektorunda və dəniz əmək qanunvericiliyində 48 saatlıq iş həftəsi norma olaraq qalır, digər sektorlarda isə 45 saatlıq iş həftəsi qaydası tətbiq edilir. |
Eyni zamanda, bir işçi ildə 270 saata qədər iş vaxtından artıq işə cəlb edilə bilər. |
Hökumət bütün peşə qrupları üçün qaydaları unifikasiya etmək və norma kimi həftədə 35-40 iş saatı və yeni iş saatı qaydaları tətbiq etmək niyyətindədir. |
Bu dəyişikliklərin texnoloji inkişafın mövcud vəziyyəti nəzərə alınmaqla hazırlanması planlaşdırılır ki, bu da proseslərin səmərəliliyini artırmaqla əməliyyat vaxtını azaltmağa imkan verir. |
Bundan əlavə, muzdla işləyənlərin hüquqlarına, mükafatların qayda və məbləğlərinə, iş vaxtından artıq iş vaxtının əmsallarına, sosial təminatlara dair bəzi hüquqi normalara yenidən baxılması nəzərdə tutulur. |
Qeyd olunur ki, bu qaydalara yenidən baxılması işçilərin maraqlarının xeyrinə aparılacaq. |
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. |
Prezidentin andiçmə mərasimindəki çıxışı Azərbaycan dövlətinin xarici siyasətindən tutmuş ölkədaxili məsələlərə qədər geniş spektri əhatə etdi. |
Eyni zamanda cənab Prezident Azərbaycan gəncliyi, cəmiyyətin tərəqqisi üçün önəmli fikirləri vurğuladı. |
Dövlət başçısının inkişafı göstərən əlamətlərdən biri kimi Azərbaycan gəncliyinin vətənpərvər ruhunu təqdir etməsi olduqca vacibdir. |
İlham Əliyev deyib:“Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik. |
Elə günə salmışdıq ki, özlərinin etirafına görə, 12 mindən çox fərarisi olmuşdur. |
Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. |
Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. |
Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz. |
Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik”. |
Prezidentin Azərbaycanın Ermənistan üzərində Qələbəsi fonunda ölkə gəncliyi ilə bağlı bu xatırlatması heç də təsadüfi deyil. |
Ona görə ki, Azərbaycan gəncliyi müharibədən sonra da eyni vətənpərvər ruhu göstərir, dövlətin, xalqın yanında olduğunu bəyan edir. |
Düzdür, bəzi gənclər kənar qüvvələrin toruna düşürlər. |
Onlar üçün milli anlayışları, dövlətçilik anlayışını qəbul etmək çətindir. |
Çünki asılı olduqları dairələrdən Azərbaycana qarşı təlimatlar və tapşırıqlar alırlar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.