Search is not available for this dataset
text
stringlengths
10
518k
Daha sonra proqramda Əməkdar artist Lalə Məmmədovanın estetik əməliyyat etdirdiyindən söz açılıb.
Bu zaman Nüşabə deyib ki, “Yaxşıdır, amma o deyil.
Estetik əməliyyata kim pis baxır ki, çox gözəl”.
Qeyd edək ki, Lalə Məmmədova bədən şəkilləndirmə, üz gərmə, burun əməliyyatları etdirib.
Bakıda bir çox sürücülər yanacaqdoldurma məntəqələrindən şikayətçidirlər.
Onlar bildiriblər ki, sayğacda yanacağın litrinə dair görülən rəqəmlər gedilən yolun kilometrajı ilə üst-üstə düşmür.
Bundan əlavə, sürücülər yanacağın çox sürətlə vurulmasından narazıdırlar.
Onların fikrincə bu halda aldadılmış olurlar.
Bəs, avtomobilə hansı sürətlə benzin vurulmalıdır?
Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.
Avstriyanın Qraz Tibb Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma yuxunun keyfiyyəti ilə fərdi şəxsiyyət xüsusiyyətləri arasındakı mühüm əlaqənin olmasına aydınlıq gətirib.
“Frontiers in Psychology” jurnalında dərc olunan hesabata görə, alimlər psixiatrik diaqnozu olan xəstələr də daxil olmaqla 657 tədqiqat iştirakçısının məlumatlarını təhlil ediblər.
Araşdırmanın nəticələri göstərib ki, yuxu problemləri təkcə psixikası pozulan insanlarla məhdudlaşmır.
Yuxu rejimləri ilə fərdi şəxsiyyət xüsusiyyətləri arasında da əhəmiyyətli bir əlaqə müəyyən edilib.
Xüsusilə, özünü yüksək qiymətləndirmə və özünə heyranlıqla təzahür edən narsisistik meyilləri olan insanlar yuxuya getməkdə və yuxu keyfiyyətində çətinlik çəkiblər.
Oxşar problemlər öz məqsədlərinə çatmaq üçün tez-tez manipulyasiyadan istifadə edən makiavellistlər arasında da tapılıb.
Alimlər antisosial davranış, eqoizm və qəddarlıqla xarakterizə olunan psixopatik xüsusiyyətlərə malik şəxslərə xüsusi diqqət yetiriblər.
Bu psixoloji xüsusiyyətlər sahiblərində yuxuya getməyə və keyfiyyətli yuxuya əhəmiyyətli dərəcədə maneə müşahidə olunub.
Bu əlaqənin mexanizmləri tam başa düşülməsə də, mütəxəssislər fərdi şəxsiyyət xüsusiyyətlərindən qaynaqlanan yuxu problemi ilə üzləşən insanların psixoloqlardan kömək istəmələrini, davranış və xarakterlərini düzəltmək üçün fəal işləməyi tövsiyə edirlər.
Xüsusilə soyuq mövsümdə səhərlər oynaq ağrıları çox vaxt orqanizmdə D vitamininin qeyri-kafi səviyyədə olması ilə əlaqələndirilə bilər.
Həkimlər bu vitaminin orqanizmin normal fəaliyyətində mühüm rol oynadığını vurğulayırlar.
D vitamininin ən yaxşı mənbələri sıralamasında siyənək balığı yüksək yer tutur.
Bundan əlavə, D vitamini ilə yanaşı, siyənək qiymətli yağ turşuları, zülal, vitaminlər və antioksidantlarla zəngindir.
Bundan əlavə, D vitamini konservləşdirilmiş balıq, süd, yumurta, pendir, mal əti qaraciyəri və yağ kimi qidalardan əldə edilə bilər.
Kətan yağı da həmçinin balıq yağına alternativdir.
Bununla belə, orqanizmin D vitamini ehtiyatını doldurmağın ən asan yolu günəş altında təxminən 10-15 dəqiqə ərzində gəzməkdir.
“Qarabağ”ın futbolçusu Juninyo yayda Ağdam təmsilçisindən ayrıla bilər.
Offsideplus.az-ın əldə etdiyi xəbərə görə, 27 yaşlı forvardla Fatih Terimin baş məşqçisi olduğu “Panatinaikos” klubu maraqlanır.
Belə ki, klub rəsmiləri artıq oyunçunun agentləri ilə əlaqəyə keçiblər və müqavilənin şərtləri ilə maraqlanırlar.
Yunanıstan təmsilçisi yayda “Qarabağ”a müraciət edəcək.
Qeyd edək ki, Juninyonun “köhlən atlar”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Tüpürcək nümunəsi əsasında süd vəzisinin xərçəngi üçün ucuz test yaradılıb.
Qeyd olunur ki, bu test beş saniyə ərzində xəstəliyi aşkar etməyə kömək edəcək.
Florida və Tayvanda tədqiqatçılar ovucun içi boyda, təkrar istifadə edilə bilən cihaz hazırlayıblar.
Test zolağında (qlükometrdə istifadə olunanlara bənzər) döş xərçəngi biomarkerlərinə qarşı anticisimlər var.
Tədqiqatçılar bildiriblər ki, bu cihaz döş xərçəngini aşkar etmək üçün mamoqrafiya və ultrasəs kimi xəstəxanada aparılan prosedurlara ucuz alternativ ola bilər.
Analiz müddəti hər nümunə üçün beş saniyədən az təşkil edir.
Fransanın paytaxtı Parisin əsas görkəmli yerlərindən biri olan Eyfel qülləsi işçilərin tətili səbəbindən fevralın 19-u bazar ertəsi bağlanacaq və qülləyə elektrik enerjisi verilməyəcək.
Qeyd olunur ki, işçilər Paris bələdiyyəsinin qülləyə xidmət edilməsi üçün ayırdığı vəsaitin artırılmasını tələb edirlər.
Hər il təxminən altı milyon insan Eyfel qülləsini ziyarət edir və Olimpiya Oyunlarının ziyarətçi sayını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən “Mont Inn” hotelində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bununla bağlı FHN məlumat yayıb.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kvadratmetr olan altımərtəbəli hotelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kvadratmetr sahədə yanıb.
Hadisə zamanı FHN qüvvələri tərəfindən hoteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.
08:10"Bakının Nərimanov rayonunda yerləşən “Mont Inn” hotelində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, alov hotelin üçüncü mərtəbəsində başlayıb.
Hadisə ilə əlaqədar Ağa Nemətulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində hoteldə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Papua-Yeni Qvineyanın Enqa əyalətində tayfalar arasında baş verən qanlı toqquşmalar nəticəsində 64 nəfər həyatını itirib.
Mənbə bu xəbəri yerli polis qurumlarına istinadla yayıb.
Hüquq-mühafizə orqanları qeyd edirlər ki, silahlı toqquşmalar Ambulin və Sikin qəbilələri arasında baş verib.
Mənbə:Papua New Guinea Post Courier
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Turan qəsəbə sakini, əvvəllər də dəfələrlə oğurluq cinayətlərinə görə məhkum olunmuş Sahib Yaqubovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs odlu silahı satmaq məqsədilə aparan zaman saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən atəşə yararlı “Makarov” markalı tapança, sərnişin qismində olduğu taksidən isə ona məxsus bağlamada gizlətdiyi “Kalaşnikov” avtomatı, eləcə də həmin silahlara məxsus daraqlar, 17 ədəd patron və süngü-bıçaq aşkar edilərək götürülüb.
S.Yaqubov ifadəsində silahları bir müddət əvvəl tapdığını və 3200 manata satmaq məqsədilə Mingəçevir şəhərinə aparmaq istədiyini bildirib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Məhkəmənin də qərarı ilə S.Yaqubov barəsində həbs-qətimkan tədbiri seçilib.
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən iclasda keçən dəfə dindirilməsi yarımçıq qalan təqsirləndirilən Azər Səricanov suallara cavab verib.
Məhkəmədə Azər Səricanova Fazil Mustafanın hansı sözlərinin onun xoşuna gəlmədiyi soruşulub.
O bildirib ki, burada oturanların günahı yoxdur:""“Burada oturanlara yön verən mən olmuşam.
Fazil Mustafanın “Facebook” sosial şəbəkəsində yazdıqları məni qəzəbləndirib.
Etdiyim əməldən peşman deyiləm.
Nə cəza verəcəksinizsə tez verin”.
Daha sonra A.Səricanovun ifadələrində ziddiyyət olduğu üçün ifadəsi elan olunub.
Daha sonra təqsirləndirilən Rəşad Əhmədov ifadə verib.
O, hadisə barədə danışıb:""“Mənim günahım Azərin verdiyi silahı saxlamaqdır.
Burada olanlar içərisində təkcə Azəri tanıyıram.
Fazil Mustafaya qarşı nə isə ediləcəyi barədə xəbərim olmayıb.
Tutulanda məndən Valeh İsmayılovu soruşurdular.
Sonra Suriyada müharibə olanda ora getdi.
Oradan da İrana keçdi, orada yaşayır.
Hadisədən qabaq Azər mənə silah verdi.
Mən də sonra silahı Xəyyama verdim.
O da Azərə verməli idi.Daha sonra telefonumda bəzi şəkillər vardı.
Mənim əvvəldən pilot olmağa, hərbiyə marağım olub.
Ona görə telefonda proqram vasitəsilə bəzi yerlərin fotoların çəkirdim.
Bunun üçün xüsusi bir şeyə ehtiyac yoxdur.
Hadisədən sonra Azərin tutulduğunu gördüm.
Qorxub əvvəl İstanbula sonra da İrana getdim.
10 gün Qumda qalandan sonra Bakıya qayıtdım.
Xəyyamdan soruşdum ki, silahı nə etmisən?
Daha sonra təqsirləndirilən şəxs Rəşad Əhmədovun istintaqa verdiyi ifadə elan edilib.
Növbəti məhkəmə baxış iclası martın 1-də keçiriləcək.
Qeyd edək ki, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs...
Perunun nüfuzlu “Guik” portalında Azərbaycanda səfərdə olmuş, bu ölkənin tanınmış jurnalisti, siyasi şərhçi Rikardo Sançesin “Azərbaycanın reallıqları uydurmalara qarşı” başlıqlı məqaləsi dərc edilib.
Bu barədə Oxu.Az-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisindən bəhs edən məqalədə qeyd edilir ki, Azərbaycan əhalisinin yüksək fəallıq nümayiş etdirdiyi seçkidə Prezident İlham Əliyev 92 faizdən artıq səslə qələbə qazanıb.
Bildirilib ki, ölkədə aparılan uğurlu siyasət, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması, iqtisadiyyatın inkişafı, ölkə əhalisinin rifahının daha da yaxşılaşması kimi amillər bu uğura öz töhfəsini verib.
Qeyd olunub ki, seçkini izləyən 790 beynəlxalq, ümumillikdə isə 90 mindən çox müşahidəçi, eləcə də 300-ə yaxın xarici KİV nümayəndəsi seçki prosesinin sərbəst, şəffaf və demokratik keçdiyi barədə rəylər verib.
Məqalədə xüsusilə vurğulanıb ki, 30 illik işğaldan sonra ilk dəfə suveren Azərbaycanın bütün ərazilərini əhatə etdiyi üçün bu seçki tarixi əhəmiyyət daşıyır.
Müəllif qeyd edib ki, Ermənistan və xaricdəki erməni diasporunun Qarabağla bağlı yaydığı qərəzli və yalan məlumatların əksinə olaraq, bu bölgəni ziyarət edən hər kəs çoxillik erməni işğalının ağır nəticələrinin, o cümlədən şəhərlərin yerlə yeksan edilməsinin, mədəni, tarixi və dini abidələrin talan edilməsinin, yaşayış...
Həmçinin bu ərazilərin işğal dövründə Ermənistan tərəfindən kütləvi şəkildə minalanması səbəbindən hətta müharibədən sonra 300-dən çox insanın ölüb və ya yaralandığı qeyd olunub və minalanmış sahələrin xəritələrini hələ də Azərbaycan tərəfinə təqdim etməkdən imtina edən, bununla da günahsız insanların həyatını təhlükə ...