Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Avropa Hava Hərəkəti Təhlükəsizliyi Təşkilatının (“Eurocontrol” - red.) |
tövsiyələrinə uyğun olaraq hazırlanmış MGR radarı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün standartlarına cavab verir”, - nazir “X”də (keçmiş Twitter) yazıb. |
O qeyd edib ki, Türkiyənin mülki aviasiyanın ehtiyacları üçün öz radarını yaratması hava hərəkəti təhlükəsizliyinə nəzarəti yaxşılaşdırmağa, xarici asıllılığı azaltmağa və ölkənin aviasiya sektorunda texnoloji inkişafına töhfə verəcək. |
Qeyd edək ki, sınaqdan uğurla keçən hava hərəkətinə nəzarət sistemi 112 kilometr mənzilli ilkin müşahidə radarından və 370 kilometr mənzilli ikinci dərəcəli radardan ibarətdir. |
Gökyüzü Yerli ve Milli Gözetim Radarı ile Güvende! |
🇹🇷🚨 Türk mühendislerince ve yerli imkanlarla geliştirilen Türkiye’nin ilk yerli ve milli gözetim radarı Gaziantep Havalimanı’nda ✈️ Proje ile 1 milyon kilometrekarelik Türk hava sahasının tamamı; 🔭Birincil gözetim radar… pic.twitter.com/ELqnYlAQhB |
Rəsmi Bişkek və Ankara ikitərəfli ticarətin həcmini beş milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. |
Ankarada Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında aparılan danışıqlar zamanı bu barədə razılıq əldə olunub. |
Türkiyə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazda mövqelərini gücləndirməkdədir. |
Güc mərkəzinə çevrilən qardaş ölkənin diqqət yetirdiyi bölgələr sırasında Mərkəzi Asiya xüsusi yer tutur. |
Türkiyə və Mərkəzi Asiya ölkələrinin rəsmiləri arasında qarşılıqlı səfərlər, ikitərəfli münasibətlər güclənir, strateji önəm kəsb edir. |
SSRİ dağıldıqdan və müstəqillik əldə etdikdən sonra daha çox Rusiyanın təsiri altında olan Mərkəzi Asiya ölkələri son illər Türkiyə ilə də münasibətləri inkişaf etdirməkdədirlər. |
Bu əməkdaşlığın güclənməsində Azərbaycanın da əvəzsiz rolu var. |
Türk Dövlətləri Təşkilatı iki ölkə lideri sayəsində güc mərkəzinə çevrilməkdədir. |
Humanitar, mədəni əməkdaşlıq artıq siyasi, iqtisadi, hərbi əməkdaşlığa çevrilib. |
Zəngəzur dəhlizinin açılması ilə isə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi bağlantı daha da güclənəcək. |
Ən ciddi nailiyyət ondan ibarətdir ki, Mərkəzi Asiya dövlətləri Türkiyənin iştirakı olmadan hər hansı bir problemin həllinin mümkünsüzlüyünü anlayırlar. |
Bir məsələni də qeyd etmək gərəkdir ki, Türkiyə bölgə uğrunda mübarizədə tək deyil. |
Artıq regionda oturuşmuş dövlətlər var - Rusiya və Çin. |
Bu sırada olmaq istəyənlər sırasında ABŞ və Avropa ölkələri də var. |
Görünən odur ki, region uğrunda mübarizə asan olmayacaq. |
Özbəkistanla sıx münasibətlər quran rəsmi Ankara artıq Bişkeklə də təmaslarını artırıb. |
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. |
Beş milyard dollarlıq ticarət"Artıq rəsmi Bişkek və Ankara ikitərəfli ticarətin həcmini beş milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. |
Ankarada Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında aparılan danışıqlar zamanı bu barədə razılıq əldə olunub. |
Prezident Rəcəb Tayyib Ərdoğanın Bişkekə gözlənilən səfəri ilə əlaqədar təşkil olunan hökumətlərarası komissiyanın 11-ci iclası və biznes forumu da keçirilib. |
Akılbek Japarov Ankaraya rəsmi səfəri çərçivəsində 500-ə yaxın sahibkarın qatıldığı biznes forumda iştirak edib. |
O, çıxışında qeyd edib ki, Qırğızıstan-Türkiyə münasibətləri prezident Sadır Japarovun dövründə yeni səviyyəyə yüksəlib:"""“2023-cü ilin yanvar-noyabr aylarında Qırğızıstan ilə Türkiyə arasında ticarət dövriyyəsi 560,5 milyon dollar təşkil edib. |
Eyni zamanda, Türkiyə 2022-ci ildə Qırğızıstan iqtisadiyyatına ən böyük sərmayə qoyan ölkə olub, Türkiyədən yatırılan investisiyaların ümumi həcmi 341,6 milyon dollar təşkil edib”. |
Öz növbəsində Cevdet Yılmaz da qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın yaxşı potensialı var. |
Qeyd edək ki, gələn il prezidentlər Sadır Japarov və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Bişkekdə Strateji Tərəfdaşlıq üzrə Ali Şuranın iclasının keçirilməsi planlaşdırılır. |
ABŞ ölkəyə nüfuz etməyə çalışır "Türkiyənin diqqət yetirdiyi bölgədə digər güc mərkəzlərinin fəallığı da səngimir. |
Xüsusilə Ukrayna müharibəsi səbəbindən Rusiyanı hər yerdə çətin duruma salmağa çalışan Qərbin, ən çox da ABŞ-nin Mərkəzi Asiyadakı fəaliyyəti diqqət çəkir. |
Lakin bu fəaliyyət gözlənildiyi kimi Türkiyənin yumşaq güc siyasətindən fərqli olaraq təhdid və şantaja əsaslanır. |
Bu günlərdə Qırğızıstan rəhbərliyi ABŞ-nin ünvanına sərt bəyanat verib. |
Prezident Sadır Japarov ABŞ dövlət katibi Antoni Blinkenə cavab məktubunda Vaşinqtonu və digər ölkələrin hökumətlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb. |
Bundan əvvəl Blinken Japarova mesaj göndərərək Qırğızıstan parlamentinin “Qeyri-kommersiya təşkilatları haqqında” qanuna dəyişikliklərə baxmasından narahatlığını ifadə edib. |
Japarov məktubda Bişkekin bərabərhüquqlu əməkdaşlığın tərəfdarı olduğunu və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazır olduğunu vurğulayıb. |
“Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. |
Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, - Qırğızıstan lideri qeyd edib. |
Japarov təəssüflə bildirib ki, ABŞ dövlət katibinin Qırğızıstanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı “obyektiv” fikirləri yoxdur. |
Beləliklə, Qırğızıstan uğrunda fövqəldövlətlərin mübarizəsi qızışır. |
Bu mübarizədən kimin qalib çıxacağını söyləmək isə çətindir. |
Son seçimi təbii ki, qırğız xalqı edəcək. |
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. |
Belə ki, VAZ 2103 markalı minik avtomobilinin sürücüsü Şamaxı rayon sakini Arif Hacısoltan oğlu Şirinov Ağsu istiqamətində hərəkətdə olarkən rayonun Cəyli kəndindən magistral yola çıxmaq istəyən kənd sakini Nəriman Sərdar oğlu Abdullayevin idarə etdiyi VAZ 2106 markalı nəqliyyat vasitəsinə çırpılıb. |
Zərbənin təsirindən avtomobillər yararsız hala düşüb. |
Qəza zamanı hər iki sürücü - Arif Şirinov və Nəriman Abdullayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar və həkim nəzarətinə götürülüblər. |
Hazırda faktla bağlı araşdırma aparılır. |
Amansızlıqla qətlə yetirilən Elmira Əhmədovanın toy görüntüləri yayılıb. |
Sonxeber.az xəbər verir ki, sözügedən görüntülər “TikTok”da öz əksini tapıb. |
Qeyd edək ki, 25 yaşlı Əhməd Əhmədov bacısını, onun beş yaşlı qızını, atasını, anasını və doqquz yaşlı qardaşını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinir. |
Elmira Əhmədovanın toy görüntülərini təqdim edirik: |
Narkotik istifadəçiləri üçün pul qazanmağın ən rahat yolu gündəlik maşın kirayələyib taksi fəaliyyəti ilə məşğul olmaqdır. |
Çünki belə təsəvvür var ki, heç kim maşını verərkən onları tibbi müayinədən keçirmir. |
Ata yolu gözləyən hansı övlad atasız qalacaqdı?! |
Neçə can, neçə tale xilas edildi?! |
Fakt, olacaq haqqında təsəvvür yaradır. |
Masallı rayonunda yol polisi “Mitsubishi” markalı avtomobili nəzarət qaydasında saxlayır. |
Sürücü qəti etiraz edir:“Sənədlərim var, dilimə spirtli içki dəyməyib, sərxoş deyiləm...” Sürücü haqlı idi, düz deyirdi, spirtli içki qəbul etməmişdi. |
Lakin məlum olur ki, ağır dərəcəli narkotik vasitələrin təsiri altındadır”. |
Bu status Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyevə məxsusdur və bu hadisə 2021-ci ildə olub. |
“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı məqaləni təqdim edirik:""İnsanlar növbəti faciədən sığortalanıblarmı? |
Üzərindən üç ilə yaxın vaxt keçib, lakin narkotik vasitələrin təsiri altında olan sürücülər hələ də ciddi təhlükə mənbəyidirlər. |
Daxili İşlər Nazirliyinin (DİN) son vaxtlarda yaydığı görüntülərdə bu sürücülərin necə “cəsarət”lə avtomobilini digər avtomobillərin üzərinə sürməsinin, əks yolda hərəkət etməsinin, işıqforun qırmızı işığında keçməsinin, polisin “dur” əmrinə tabe olmamasının, avtomobilini yolda saxlayıb qaçmasının şahidi oluruq. |
Məsuliyyətsiz sürücülər günahsız insanların həyatına təhlükə yaradır, dəhşət saçırlar. |
Yəni bu gün də qaydalara riayət edən, evinə, işinə tələsən insanlar yollarda narkotik istifadəçisi olan sürücülərlə rastlaşmaqdan sığortalanmayıblar. |
Amma onların hamısını aşkarlamaq mümkündürmü? |
İnsanlar növbəti faciədən sığortalanıblarmı? |
Məlumat üçün bildirək ki, DYP-nin narkotik istifadəçisi sürücülərlə mübarizəsinə mane olan əsas problemlərdən biri yol polisinin qaydanı pozmayan sürücünü saxlaya bilməməsidir. |
Şübhə yaradacaq hallar olduqda, qayda pozulduqda, polis sürücü ilə həmsöhbət olur və faktı aşkarlaya bilir. |
Bəs narkotik istifadəçiləri qayda pozmadan, təhlükə yaratmadan avtomobil idarə edə bilərlərmi? |
Spirtli içki qəbul edərkən, hərəkətindən bilinməsə belə, qoxusundan hiss etmək olur, bəs narkotik istifadəçilərini necə? |
Narkotik istifadəçiləri üçün pul qazanmağın yolu"Ekspert Emil Maqalov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, narkotik istifadəçiləri işlədiyi yerlərdən bu vərdişlərinə görə azad olunduqları üçün pul qazanmağın yolunu sərnişindaşımada görürlər:“Onlar üçün pul qazanmağın ən rahat yolu gündəlik maşın kirayələyib taks... |
Çünki heç kim maşını verərkən onları tibbi müayinədən keçirmir. |
Fiziki görünüşə gəldikdə isə, narkotik istifadəçilərinin fiziki görünüşündən əksər vaxtlar bunu hiss etmək olmur. |
Hazırda fəaliyyət göstərən taksi şirkətlərində də narkotesterlərdən istifadə olunmadığı üçün bu işi rahatlıqla həyata keçirə bilirlər”. |
Hər gün test götürülməlidir"Problemin həll yoluna gəldikdə isə, mütəxəssis bildirir ki, hər şəhərin, rayonun nəqliyyat departamenti tez cavab verə biləcək testlərdən istifadə etməli, sürücülərin gündəlik testlərdən keçməsini təmin etməlidir:“Narkotik istifadəçiləri üç növ narkotik vasitələrdən istifadə edirlər. |
Elə narkotik maddə var ki, qanda və sidikdə 24 saat, eləsi var ki, bir həftə, eləsi də var ki, bir ay qalır. |
Buna görə də sərnişindaşıma ilə məşğul olan sürücülərdən hər gün test götürülməlidir”. |
Mütəxəssis vurğulayır ki, həmçinin DYP də qanuna əsasən, hər hansı bir sürücünü saxladıqda, eynən spirtli içki yoxlanışında istifadə olunan alətlər kimi tez cavab verə biləcək narkotesterlərdən istifadə etməlidir. |
Narkotik istifadəçisi bilsə ki, belə testlər mövcuddur və dərhal aşkarlanırlar, məcburi şəkildə istifadə etməyəcək, etsə belə, sükan arxasına keçməkdən çəkinəcək. |
Problemin həll yolu yerindəcə yoxlaya bilən narkotesterlərin tətbiqidir”. |
Ən yaxşı yol ictimai mübarizədir"Millət vəkili Fazil Mustafa isə düşünür ki, narkotik istifadəçisi olan sürücülərdən xilas olmağın ən yaxşı yolu ictimai mübarizədir:“Sürücülərin narkotik maddələrdən istifadə etməsini müəyyənləşdirmək xeyli çətindir. |
Hər yolda avtomobil idarə edən sürücünü saxlayıb, yoxlamaq mümkün deyil. |
Bundan xilas olmağın ən yaxşı yolu ictimai mübarizədir. |
Aşkarlamaq üçün cəmiyyətdən 102 qaynar xəttinə məlumatlar daxil olmalıdır. |
Məsələn, kiminsə qonşusu, qohumu narkotik istifadəçisidir və avtomobil idarə edirsə, anonim şəkildə polisi bilgiləndirməlidir. |
Çünki narkotik istifadəsinin təsiri ilə sükan arxasında oturan hər bir sürücü başqalarının həyatına ciddi təhlükədir”. |
Səbəb taksilərin sayının çoxluğudur"Nəqliyyat eksperti Bulud Bağırov isə deyir ki, narkotik istifadəçisi sürücülərin sayının artmasının səbəbi taksilərin sayının çoxluğudur:“Şəhərdə taksilərin sayı sürətlə artır. |
Sürücülük vəsiqəsi olan taksi fəaliyyəti ilə məşğul olur. |
Maşın sürməyi bacaran, bacarmayan hər kəs gündəlik 30 manata avtomobil icarəyə götürüb yollarda təhlükə yaradır. |
Bunun qarşısını almaq üçün ictimai nəqliyyatı gücləndirmək lazımdır. |
İctimai nəqliyyatda da hər reysə çıxan sürücü həkim müayinəsindən keçməlidir. |
Bu, həm tıxacların sayını azaldacaq, həm də çıxış yolunu taksi fəaliyyəti ilə məşğul olmaqda görən narkotik istifadəçilərinin sayına təsir edəcək”. |
Hüquqşünas Sabir Qəniyev deyir ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri mövcud olmalıdır:“Sözsüz ki, sürücü reysqabağı tibbi müayi... |
Lakin spirtli içki və ya narkotik vasitəsi qəbul etdikdən sonra sürücü növbəti gün tibbi müayinədən keçdiyi zaman həmin vasitələrdən istifadə edilmə barədə məlumatlar dərhal müəyyən edilir. |
Bunun üçün də sərnişindaşıma ilə məşğul olan hər bir sürücü qanunverciliyə əsasən, hər gün tibbi müayinədən keçməlidir”. |
Mütəxəssis bildirir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hü... |
Buraxılış vərəqəsi olmadıqda, “Lisenziyalar və icazələr haqqında” qanunun tibbi müayinə ilə bağlı tələblərinin həyata keçirilməsi mümkünsüz olur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.