Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bununla əlaqədar olaraq sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir. |
“NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına qətiyyətlə dəstək verir”. |
Bu barədə NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina “X” sosial şəbəkəsindəki hesabında yazıb. |
“Ermənistan və Azərbaycanın yenidən yüksək səviyyədə görüşməsini və uzunmüddətli sülh müqaviləsi istiqamətində danışıqların davam etdirilməsinin zəruriliyi barədə razılığa gəlməsini görmək həqiqətən çox vacibdir. |
NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına güclü dəstək verir”, - deyə Xavyer Kolomina bildirib. |
Very important indeed to see #Armenia and #Azerbaijan meeting again at the highest level and agreeing on the need to continue the talks towards a long lasting peace treaty. |
#NATO strongly supports the normalisation of relations between 🇦🇲 and 🇦🇿 https://t.co/p9zHREtY7F |
Kino aktyorları Runi Mara və Xoakin Feniksin ikinci övladı dünyaya gələcək. |
Mara hamilə olduğunu Berlin Beynəlxalq Film Festivalında elan edib. |
Aktrisa əllərini qarnına qoyaraq fotolar çəkdirib. |
Runi Mara və Xoakin Feniks 2013-cü ildə çəkiliş meydançasında tanış olublar. |
Üç il sonra onlar görüşməyə başlayıblar. |
Sevgililər ilk dəfə 2020-ci ilin avqustunda valideyn olublar. |
Məşhurlar ona Feniksin qardaşının şərəfinə River adını veriblər. |
Rumi Mara və Xoakin Feniks şəxsi həyatlarını reklam etməməyə çalışırlar. |
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, fevralın 18-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub. |
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. |
Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. |
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlıqları çıxış edərək gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əm... |
Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər. |
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Əli Əsədovu Baş nazir təyin edilməsi münasibətilə təbrik edib. |
Nazirlər Kabinetindən verilən məlumata görə, təbrikdə deyilir:""“2024-cü il yeddi fevral tarixində Azərbaycanda keçirilmiş Prezident seçkisindən sonra yenidən Baş nazir vəzifəsinə təyin olunmağınız münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. |
Cənab Prezident İlham Əliyevin seçkidə ölkə tarixində ən yüksək səs göstəricisinə nail olduğu tarixi qələbəsinin qardaş Azərbaycan xalqı, ölkələrimiz arasındakı münasibətlər və bütün regionumuz üçün faydalı olmasını arzu edirəm. |
Azərbaycanın bütün suveren torpaqlarında ilk dəfə keçirilən bu seçkinin tarixi əhəmiyyəti var. |
Qarşıdan gələn yeni dövrdə onsuz da mükəmməl səviyyədə olan güclü əməkdaşlığımızı və əlaqələrimizi daha da möhkəmləndirərək hər zaman olduğundan daha yüksək səviyyələrə çatdıracağımıza inanıram. |
Fürsətdən istifadə edərək 2023-cü il 20 dekabr tarixində ölkənizə səfərim zamanı göstərdiyiniz yüksək ev sahibliyi və qonaqpərvərliyə görə sizə bir daha təşəkkür etmək istəyirəm. |
Digər tərəfdən, qarşıdakı dövrdə təşkil edəcəyimiz iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası ilə bağlı sizi ölkəmizdə qonaq etməkdən duyacağım məmnunluq hissini də qeyd etmək istəyirəm. |
Bu imkandan istifadə edib Zati-alinizin sədrlik etdiyi hökumətinizə uğurlar arzulayır, sizə cansağlığı, xoşbəxtlik və can Azərbaycan xalqının rifahı üçün bir daha ən xoş arzularımı bildirirəm. |
Uğurlarınız daimi, birliyimiz əbədi olsun!”. |
“Almaniyada yaşadığım 19 il ərzində ürəyim daim Vətənim Azərbaycanla döyünüb. |
Bu illər ərzində elə bir konsert və layihəm olmayıb ki, orada Vətənim haqqında danışmayım, elə bir musiqi əsərim yoxdur ki, orada öz milli dəyərlərimizi xarici ölkə dinləyicilərinə çatdırmayım”. |
Bu sözləri Almaniyada yaşayan həmvətənimiz, “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı, bəstəkar Xədicə Zeynalova AZƏRTAC-a müsahibəsində söyləyib. |
“2022-ci ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı mənim xatirəmdə dərin iz buraxıb. |
Şuşaya ilk səfərim məndə o dərəcədə xoş təəssürat yaratdı ki, təsirlənərək “Şuşa” simfoniyasını bəstələdim. |
Bütün layihələrim mənə çox doğmadır, çünki mən hər layihə üzərində bir neçə ay və il çalışıram. |
Yaddaqalan layihələrimdən birini “Bridge of sound” orkestrimlə Berlin şəhərində 2022-ci il noyabrın 8-də Zəfər Günümüzə həsr etdim. |
Həmin möhtəşəm konsertdə mənim dördhissəli “Şuşa” simfoniyam orkestrimin ifasında böyük tamaşaçı alqışı qazandı. |
Konsertdə nəinki Azərbaycanın, dünyanın müxtəlif ölkələrindən olan səfirliklərin nümayəndələri, diplomatlar, fəxri qonaqlar iştirak və çıxışlar etdilər”, - deyə X.Zeynalova qeyd edib. |
Həmvətənimiz Xədicə Zeynalova Almaniyada 2024-cü ilin ən yaxşı bəstəkarı seçilməsindən, “Artist in Residence” nominasiyasına layiq görülməsindən böyük qürur hissi keçirdiyini, bundan sonrakı fəaliyyətində də Azərbaycanın musiqi mədəniyyətini layiqincə təbliğ etməyə çalışacağını vurğulayıb. |
Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır. |
Bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva. |
Putin” verilişinin müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib. |
Onun sözlərinə görə, Almaniyanın Rusiya yanacağından qismən imtina etməsindən sonra Türkiyə bu sektorda ən etibarlı tərəfdaşa çevrilib. |
Putin əlavə edib ki, Almaniya daxili siyasi mübarizə ilə məşğuldur, onların siyasətinin iqtisadiyyata ziyan vurduğu göz qabağındadır. |
Bu gün Bakı və Naxçıvan şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib. |
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. |
Bildirilib ki, imtahanın keçirilməsi üçün iki bina, dörd imtahan rəhbəri, iki ümumi imtahan rəhbəri, 31 nəzarətçi, dörd buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb. |
İmtahanın nəticələri “Danışıq bloku” imtahanı keçiriləndən sonra iki həftə ərzində elan olunacaq. |
Fevralın 18-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarətdir. |
Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. |
Danışıq bloku üzrə imtahan dörd mart tarixində keçiriləcək. |
Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk dörd blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar. |
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. |
Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir.İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. |
Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış id... |
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku imtahanı isə martın dördündə keçiriləcək. |
Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. |
Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. |
Sözügedən videonu təqdim edirik: |
Türkiyənin “Serik Belediyespor” futbol klubunun müdafiəçisi Mümin Talip Pazarlı 29 yaşında vəfat edib. |
Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. |
Futbolçunun ölüm səbəbi qan xərçəngi olub. |
“Bir müddət əvvəl qan xərçəngi diaqnozu qoyulan futbolçumuz Mümin Talip Pazarlının vəfat etməsini böyük kədər hissi ilə öyrəndik. |
Bütün yaxınlarına səbr diləyir və başsağlığı veririk”, - deyə məlumatda deyilir. |
Qeyd edək ki, futbolçu cari mövsümə Türkiyənin “Ankara Dəmirspor” klubunda başlayıb. |
Yanvarda müdafiəçi “Serik Belediyespor”a keçib. |
O, komandanın heyətində dörd oyuna çıxıb. |
18 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib. |
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. |
Bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 11 binada təşkil olunub. |
İmtahanın idarə olunması üçün 11 ümumi imtahan rəhbəri, 30 imtahan rəhbəri, 258 nəzarətçi, 39 buraxılış rejimi əməkdaşı ayrılıb. |
Fevralın 19-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. |
İmtahan nəticələri yaxın iki gün ərzində elan olunacaq. |
Qeyd edək ki, Naxçıvanda xarici dil üzrə fəlsəfə doktoru ali təhsil müəssisələrinin l-IV ixtisas qruplarına hazırlaşan abituriyentlər üçün qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq, B növü üzrə dövlət qulluğuna qəbul imtahanları keçirilib. |
İmtahanlar Naxçıvan şəhər 14 və 5 nömrəli tam orta məktəb binalarında təşkil edilib. |
Fəlsəfə doktoru imtahanında yeddi doktorant (dissertant), sınaq imtahanında 135 abituriyent, dövlət qulluğuna qəbul imtahanında isə 299 namizəd iştirak edib. |
İmtahanların idarə olunmasına, ümumilikdə, 45 nəzarətçi, yeddi imtahan rəhbəri cəlb edilib. |
İmtahanların rahat keçməsi üçün hər cür şərait yaradılıb. |
Çinin şərqindəki Szyansu əyalətində fabriklərin birində partlayış olub. |
Məlumata görə, hadisə nəticəsində üç nəfər ölüb. |
Bu barədə Haian şəhərinin (Şərqi Szyansu əyaləti) Fövqəladə Halların İdarə Olunması Departamenti məlumat yayıb. |
Hadisə gecə saatlarında alüminium istehsalı müəssisəsində qeydə alınıb. |
Daha iki nəfərin itkin düşdüyü bildirilir. |
Partlayış yerində xilasetmə işləri davam edir. |
Hadisənin səbəbi barədə məlumat verilməyib. |
İstanbulda cibgir avtobusa minən qadının cibindən mobil telefonunu oğurlayıb. |
Lakin oğru telefonu bəyənməyərək qadına qaytarmaq istədikdə, onu təqib edən Beşiktaş polisi tərəfindən cinayət başında yaxalanıb. |
Həmin şəxsin həbsxanadan icazə ilə çıxdığı və 37 oxşar cinayət törətdiyi məlum olub. |
ABŞ Prezidenti Co Bayden Ukraynanı NATO ilə qarışdırıb və Konqresi alyansı maliyyələşdirmək üçün qanun qəbul etməyə çağırıb. |
Bu barədə siyasətçi Delaverə səfəri zamanı danışıb. |
Respublikaçı Milli Komitə Baydenə sərt cavab verib və ona xatırladıb ki, Ukrayna NATO deyil, İsrail və Tayvan da deyil”. |
Daxili İşlər Nazirliyi (DİN) sürücülərə xəbərdarlıq edib. |
Nazirlikdən bildirilib ki, sinoptiklərin məlumatına görə ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. |
Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır. |
“Belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir. |
Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır. |
İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - deyə nazirlikdən bildirilib. |
Aİ diplomatik xidmətinin rəhbəri Josep Borrel hesab edir ki, Ukraynada döyüş meydanındakı vəziyyət üç ay ərzində həll olunacaq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.