Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
O, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib. |
Diplomat Kiyevə yardımın artırılmasına çağırır. |
“Üç ay ərzində vəziyyət döyüş meydanında həll olunacaq. |
Biz daha sürətli, daha qətiyyətli olmalıyıq”, - deyə o bildirib. |
Müğənni Andrey Qubin 2024-cü ildə karyerasını bərpa etməyi və qastrol səfərinə çıxmağı planlaşdırır. |
Məlumata görə, sənətçi xalq qarşısında çıxış edə bilmək üçün diksiya və mimika ilə bağlı problemləri aradan qaldırmalı olacaq. |
Təşkilatçılar proqram hazırlayır və ümid edirlər ki, turun başlanğıcına qədər Qubinin səhhəti yaxşılaşacaq. |
Qeyd edək ki, həkimlər Andrey Qubinə sol tərəfli prozopalgiya (spazmlarla müşayiət olunan ağrı və ya üz nahiyəsinin həssaslığının pozulması) diaqnozu qoyublar. |
Bundan əlavə, Qubin ürək problemlərindən də şikayətlənib. |
Şahdağ Milli Parkı əvəzolunmaz və gözəl qış mənzərəsi ilə ofsunlayır. |
Oxu.Az xəbər verir ki, qarlı havada zubrlar mənzərəyə əlavə gözəllik qatır. |
Milli parkdan lentə alınan görüntüləri təqdim edirik: |
Neonatal tibb bacısı Lüsi Letbinin yeddi körpəni öldürdüyü xəstəxananın işçiləri 1,5 milyon funt sterlinqdən çox mükafat alıblar. |
ABŞ-də Çester Xəstəxanasının sahibi mükafatlar alarkən məlumatı gizlətməkdə günahlandırılır. |
Bildirilir ki, təkcə son altı ildə xəstəxana işçiləri “klinik mükəmməlliyə”, “təhlükəsiz və yüksək keyfiyyətli qayğıya” görə 459 dəfə mükafatlandırılıblar. |
Premium ödənişlər hər beş ildən bir avtomatik olaraq yenilənir. |
Xatırladaq ki, Lüsi Letbi 2015-2016-cı illərdə Çester Xəstəxanasında neonatal tibb bacısı işləyib. |
Bu müddət ərzində o, yeddi körpəni öldürüb. |
Ötən ilin avqustunda qadın günahkar bilinərək, ömürlük həbs cəzasına məhkum edilib. |
Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib. |
Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib. |
Azərbaycan Ordusu sıralarına daxil olan gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər. |
Tədbirdə çıxış edənlər gəncləri hərbi andı qəbuletmələri münasibətilə təbrik edib, cəsur, intizamlı olmağı və Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. |
Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Məhəmməd Həsənov çıxışında bildirib ki, hərbi andı qəbul edən gənc əsgərlərə ixtisaslarına uyğun dərs və məşğələlər keçiriləcək, savadlı və peşəkar komandirlər onların yüksək döyüş hazırlıqlı Vətən müdafiəçiləri kimi formalaşması üçün bütün bilik və təcrübələr... |
Hərbi marşın sədaları altında şəxsi heyətin tribuna önündən təntənəli keçidilə andiçmə mərasimi başa çatıb. |
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilərək onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanıl... |
Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və qanunvericiliyin tələbləri onlara izah edilib. |
Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən və digər yol-hərəkəti qaydalarına riayət etməyən sürücülər də yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar. |
“Telegram” messenceri nasazlıqdan sonra fəaliyyətini bərpa edib. |
Məlumata görə, platforma istifadəçiləri tərəfindən əlavə şikayət daxil olmayıb. |
Bildirilib ki, problemlər şitkərin serverlerindəki yeniləmələrlə bağlı olub. |
Mənbə:gazeta.ru"16:20"Fevralın 18-i günorta saatlarından sonra “Telegram” istifadəçiləri messencerlə bağlı problemləri kütləvi şəkildə bildirməyə başlayıblar. |
İnsanlar mesencerin masaüstü kompüter versiyasında mesaj göndərməyə cəhd etdikdə, kanalların yenilənməsində çətinliklərin olduğunu, söhbətlərdə yeni yazıların yüklənməsinin ümumiyyətlə dayandırıldığından şikayətləniblər. |
Son bir saat ərzində “Telegram”la bağlı problemlərdən azı 10 min nəfər şikayətlənib və onların sayı getdikcə artır. |
Qarışıqlığın nə qədər davam edəcəyi məlum deyil. |
“Telegram” nümayəndələri hələlik bu vəziyyətə münasibət bildirməyiblər. |
Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münhen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub. |
AZƏRTAC xəbər verir ki, Kriştof Xoysqen Münhen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. |
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə etdi. |
Kriştof Xoysqen qeyd etdi ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. |
O, bu xüsusda, Münhen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğuladı. |
Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edildi. |
Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münhen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırıldı. |
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. |
Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir. |
Görüşdə, həmçinin regional məsələlər müzakirə olundu. |
Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini dedi. |
Bu istiqamətdə Almaniya Kansleri Olaf Şotsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırdı. |
16:25"Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münhen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub. |
Bu barədə AZƏRTAC məlumat yayıb. |
Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub. |
AZƏRTAC xəbər verir ki, Aksel Trotsenburq Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırdı, bunun ölkəmizin yaşıl keçidə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü olduğunu bildirdi. |
O, Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olduğunu qeyd etdi. |
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi. |
Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu. |
Azərbaycanın xarici borcunun hazırda 7 faiz civarında olmasının çox müsbət göstərici olduğu və bütövlükdə iqtisadi göstəricilərin çox müsbət xarakter daşıdığı vurğulandı. |
COP29-un iqlim maliyyələşdirilməsi mövzusuna həsr ediləcəyi nəzərə alınaraq, bu mühüm tədbir çərçivəsində də Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı. |
Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri haqqında məlumat verdi. |
Bunların, ilk növbədə, milli və regional səviyyədə layihələr olduğunu dedi, bu xüsusda, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsi və Xəzər dənizində Azərbaycanın bərpaolunan enerji potensialının 157 qiqavatdan artıq olduğu, ölkəmizin yaxın müddətdə yaşıl enerji ixracatçısı olacağı qeyd edildi və bütün bu... |
16:29"Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburqun görüşü olub. |
Bu barədə AZƏRTAC məlumat yayıb. |
Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub. |
AZƏRTAC xəbər verir ki, ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. |
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi. |
Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunuldu. |
Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıldı. |
Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd etdi, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu x... |
Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirdi. |
COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırıldı. |
Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. |
Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı. |
16:36"Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub. |
Bu barədə AZƏRTAC məlumat yayıb. |
Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir. |
Azərbaycan millisinin qapıçısı Şahruddin Məmmədəliyevin şərəfini qoruduğu “Adana Dəmirspor” “Antalyaspor”un qonağı olub. |
Matçın gedişində kobud səhvə yol verən “Qarabağ”ın keçmiş qolkiperi komandasının ikinci qolu buraxmasına şərait yaradıb. |
Fasiləyə 2:0 məğlub yollanan Adana klubu ikinci hissəyə Şahruddinsiz başlayıb. |
Məhz bundan sonra komanda geridönüş edərək irəli çıxıb. |
Lakin sonda ev sahibləri hesabı bərabərləşdirməyə nail olublar. |
Yekunda qarşılaşma sülhlə bitib - 3:3. |
Qeyd edək ki, hazırda “Adana Dəmirspor” 32 xalla turnir cədvəlində 10-cu pillədədir. |
Əfqanıstanın şimalında beş bal gücündə zəlzələ qeydə alınıb. |
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. |
Zəlzələnin episentri təxminən 303 min insanın yaşadığı Məzari-Şərif şəhərindən 22 kilometr qərbdə yerləşib. |
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub. |
Tələfat və dağıntılar barədə məlumat verilməyib. |
Zəlzələnin qonşu Özbəkistan və Türkmənistanda hiss edildiyi bildirilib. |
Tanınmış kino ulduzu Rassel Krou “People” jurnalına müsahibə verib. |
Söhbət zamanı aktyor bəyan edib ki, Ridli Skottun “Robin Qud” filminin çəkilişləri zamanı hər iki ayağını sındırıb. |
Bu, döyüş səhnələrindən birində baş verib. |
Aktyorun sözlərinə görə, hadisədən sonra o, uzun müddət qəribə hisslər keçirib, amma yenə də heç bir istirahət və ya tətil etməyib. |
On il sonra Krou ayaqlarındakı ağrılardan şikayət edərək həkimə gedib. |
Mütəxəssis rentgen etdirərək ulduzdan ayaqlarını nə vaxt sındırdığını soruşub. |
Məlum olub ki, Krounun ayaqlarındakı sınıqlar tədricən bitişib. |
“Mən sadəcə işlədim və zaman keçdikcə, hər şey öz-özünə sağaldı”, - deyə aktyor bildirib. |
“Türkiyədə yaradılan yerli radar sistemləri respublikanın bütün hava məkanını 24 saat ərzində izləməyə imkan verəcək”. |
Bu barədə ölkənin Nəqliyyat Nazirliyinin rəhbəri Əbdülkadir Uraloğlu məlumat verib. |
“Türkiyə mühəndisləri tərəfindən hazırlanmış ilk yerli müşahidə radarı (MGR) Qaziantep hava limanında (Türkiyənin cənub-şərqində) quraşdırılıb. |
Müxtəlif ərazilərdə yerləşdirilməsi planlaşdırılan radar sistemi sayəsində Türkiyənin bütün hava məkanı 1 milyon kvadratkilometr sahədə gecə-gündüz müşahidə oluna bilər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.