Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Odur ki, Ermənistan Müdafiə Nazirliyinin yaxasını kənara çəkmək cəhdi bizdə maksimum sarkastik gülüşə səbəb ola bilər. |
Revanşistlər əsasən xaricdən maliyyələşdirilirlər"Ermənistanda fəaliyyət göstərən hərbi-siyasi təmayüllü birliklər, revanşist ideologiyanın daşıyıcısı olan qurumlar əsas etibarilə xaricdən maliyyələşdirilir. |
Onun lideri, keçmiş döyüşçü Vova Vartanov açıq və maneəsiz şəkildə müharibəyə hazırlıq təlimləri təşkil edir. |
Maliyyə mənbəyi qismində əsas etibarilə erməni diaspor təşkilatları çıxış edirlər. |
Onların fəaliyyət göstərdikləri ölkələrdə dövlət orqanları ilə sıx işbirliyində olmadıqlarına yalnız sadəlövhlər inana bilər. |
Məsələn, Fransada erməni diasporu az qala hökumət ortağı, Makron hakimiyyəti ilə bir koalisiyanın üzvləridirlər. |
Əlbəttə, söhbət tək Fransadan getmir, bu qənaəti bir çox Avropa və Qərb dövlətlərinə münasibətdə də söyləyə bilərik. |
Xüsusilə Avropadakı strukturlar, qitədaxili parlamentar qurumlarda Azərbaycana qarşı atılan çamurlar, ayrı-ayrı ölkələri təmsil edən parlamentarilərin bizə münasibətdə qərəzli yanaşmaları da bu qəbildən olan təzahürlərdir. |
Hədəf sülhə yol açacaq istənilən başlanğıcı bloka salmaq, iki dövlət arasında sülhün imzalanmasına əngəllər yaratmaq, Ermənistanın daxilindəki revanşist qüvvələri yemləməklə cəmiyyəti daimi təlaşda saxlamaq və bu yolla da regional prosesləri idarə etməkdir. |
Son 3 ildə bu istiqamətdə kimlər dəridən-qabıqdan çıxır, məlumdur. |
Atəşkəsin məhz Zəngəzur dəhlizi ərazisində baş verməsi “burada sülh olmayacaq” məzmunlu mesajdır, sülh prosesinə təhdiddir. |
Ukrayna, Yaxın Şərq, Cənubi Qafqaz"Azərbaycan Prezidenti İlham Əliyevin son 4-5 ay ərzində sərhəddə sakitliyin hökm sürməsini deməsindən dərhal sonra atəşkəsin pozulması bu təxribatın arxasında duranların başlıca hədəfinin sülhə maneə yaratmaq olduğunu sübut edir. |
Gündə Qərbin bir hərbi məmurunun, yaxud dövlət rəsmisinin gəlib sərhəddə durub binoklla Azərbaycan ərazisini müşahidə etməsi, Çexiya vətəndaşı olan diversantın sərhədçilərimiz tərəfindən saxlanılması, Ermənistan rəsmiləri tərəfindən sülh məqsədi güdməyən bəyanatların səsləndirilməsi bəzi dairələrin Ukrayna və Yaxın Şər... |
Regionda həyata keçirilən iri iqtisadi və logistik layihələrin kimlərə sərf etmədiyi, kimlərin kənarda qalması bu niyyətlərin haradan qaynaqlandığına bir ipucudur. |
Regional vasitə Ermənistandır, onun daxilindəki alətlər isə guya hakimiyyətə tabe olmayan, ona müxalif qüvvələri. |
Aydın şəkildə görünür ki, Qərb və ona inanmış, yaxud bəlkə də tabe olub çıxılmaz vəziyyətdə qalmış Ermənistan bu kimi təxribatlarla vaxt uzadıb yekun sülhdən yayınmaq niyyəti güdürlər. |
Məqsəd zamanla silahlanmaq, revanşist qüvvələrin öncüllüyü ilə cəmiyyəti yenidən Azərbaycana qarşı konsolidasiya edib ərazi iddialarını davam etdirməkdir. |
Erməni cəmiyyəti tarixi fiaskolarından nəticə çıxarmaq istəmir. |
Bu, erməni xalqının karmasıdır. |
Tarix göstərir ki, bu xalqı öz bəlasından, bədxassəli şişindən xilas etmək üçün ciddi “cərrahi əməliyyat”sız ötüşmək mümkün deyil. |
Sərhəddəki erməni hərbi postunun dərhal məhv edilməsi bu əməliyyatın hər an baş verə biləcəyinə işarədir. |
Türkiyənin Adana vilayətinin mərkəzi sayılan Yüreğir rayonunda kənd təsərrüfatı işçilərini daşıyan avtobus qəzaya uğrayıb. |
Nəqliyyat vasitəsi Sümbül küçəsində səkiyə çırpılaraq aşıb. |
Hadisə yerinə polis, xilasetmə və tibbi qrupları gəliblər. |
Qəza nəticəsində sürücü və kənd təsərrüfatı işçisi olduğu bildirilən daha 14 nəfər xəsarət alıb. |
Təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı qeyd edilib. |
Türkiyəli pilotlar dünya miqyasında bir ilkə imza atıblar. |
Belə ki, onlar “F-16” qırıcısı və “S70 Blackhawk” helikopterilə yanaşı uçaraq əsl şou göstəriblər. |
Məlumata görə, təyyarəni “Solotürk” hava akrobatikası qrupunun üzvü Emre Mert, helikopteri isə jandarm qüvvələrinin “Polad Qanadlar” dəstəsinin iştirakçısı Mustafa Tekindor idarə edib. |
Pilotların hava manevrləri izləyicilərin böyük marağına səbəb olub. |
Quba rayonunda müşahidə olunan qarlı hava şəraiti yollarda sürücülər üçün təhlükəli vəziyyət yaradıb. |
Oxu.Az xəbər verir ki, Quba-Qusar yolunda qarlı hava şəraiti səbəbindən yolun buz bağlaması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. |
Belə ki, avtomobil yolun sürüşkən olması səbəbindən idarəetməni itirərək ağaca çırpılıb. |
Həmin görüntüləri təqdim edirik: |
İsraildə parlament seçkiləri keçirildikdən sonra baş nazir Benyamin Netanyahu vəzifəsini itirəcək. |
Bu barədə hazırkı hökumət başçısının təmsil olunduğu hakim Likud partiyasındakı mənbələr məlumat verib. |
Digər partiya nümayəndəsi Netanyahunun istəyindən asılı olmayaraq, müharibə bitdikdən dərhal sonra seçkilərin keçiriləcəyinə əminliyini ifadə edib. |
Qeyd edək ki, İsraildə növbəti parlament seçkiləri 2026-cı ilin oktyabrında keçirilməlidir. |
Bununla belə, ölkə ictimaiyyəti baş nazirin dərhal istefasını və növbədənkənar seçkilərin keçirilməsini getdikcə daha çox tələb edir. |
Netanyahunun özü isə müharibəni əsas gətirərək erkən səsvermənin keçirilməsi ehtimalını rədd edir. |
“Prezident İlham Əliyev 20 illik prezidentliyi dövründə büdcənin ən iri xərclərini ordunun inkişafına, müasir tələblərə uyğunlaşdırılmasına yönəldib”. |
“Məhz belə uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycan Ordusu ölkə ərazisinin işğalda olan hissəsini azad edib. |
Bununla da dünya hərb tarixinə yeni səhifə yazılıb. |
Döyüş meydanının siması dəyişib. |
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev inaqurasiya mərasimində söylədiyi nitqində bildirdi ki, dövlət büdcəsinin ən böyük xərcləri ordu və hərbi sənayenin inkişafına yönələcək”, - deyə V.Əliyev bildirib. |
O qeyd edib ki, Ali Baş Komandan öz nitqində Vətən müharibəsində insan itkilərinin az olmasını döyüş əməliyyatlarında istifadə edilmiş müasir silah, texnika və yeni texnologiyalarla əsaslandırıb:""“Süni intellekt mərmilərdə, silahlarda və qərarların qəbul edilməsində tətbiq olunur. |
Bunlar çox bahalıdır və xərc tələb edir. |
Belə texnologiyaları idarə və tətbiq etmək üçün bilikli, bacarıqlı müasir insanlar lazımdır, buna xərclərdən əlavə zaman da lazımdır”. |
V.Əliyev vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan Ordusu və hərbi sənaye potensialının artırılması, müasir insan resurslarının daim yüksəldilməsi, onun gələcək təhdidlərə hazırlanmasının yeni dövrdə prioritet istiqamətlərdən olacağını müəyyənləşdirib. |
Almaniya əks-kəşfiyyatının keçmiş rəisi Hans-Georg Maassen yeni sağçı partiya olan “Verteunion”nu (Dəyərlər İttifaqı) təsis edib. |
O, 2018-ci ildə Almaniya Konstitusiyasının Müdafiəsi İdarəsinin (BfV - əks-kəşfiyyat) rəhbəri vəzifəsindən qovulub. |
İddia olunur ki, siyasətçi ifrat sağçı təşkilatların yaratdığı təhlükəyə məhəl qoymamaqda ittiham edildikdən sonra postunu itirib. |
Xüsusilə, o, Almaniyanın Xemnits şəhərində millətçilərin miqrantları ələ saldığını göstərən videonun həqiqiliyini şübhə altına alıb. |
Maassen immiqrasiya məsələlərində getdikcə daha radikal şərhləri ilə tanınıb və ifrat sağçı fəalların qəhrəmanına çevrilib. |
Britaniya mətbuatı Rusiya Prezidenti Vladimir Putinin ölkədə fəaliyyət göstərən “Təhlükəsiz İnternet Liqası”nın rəhbəri Yekaterina Mizulina ilə eşq macərası yaşadığını iddia edib. |
71 yaşlı dövlət başçısı ilə 39 yaşlı qurum rəhbərinin son zamanlar yaxınlaşdığı bildirilib. |
Qeyd olunur ki, senator Yelena Mizulinanın qızı olan Yekaterina Londonda təhsil alıb və hazırda Rusiyada internet senzurasına başçılıq edir. |
Xatırladaq ki, əvvəllər Putinin tanınmış bədii gimnast, 40 yaşlı Alina Kabaeva ilə birlikdə olduğu iddia edilirdi. |
Azərbaycan cüdoçularının Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində yüksək çıxışı və yarışın ikinci günündə iki qızıl medal qazanması Prezident İlham Əliyevin idmanın bu növünə verdiyi dəstəyin ifadəsidir. |
Bu barədə “Euronews” telekanalının reportajında deyilir. |
“Prezident Əliyevin bu idman növünə böyük marağı Azərbaycanın cüdo dünyasında nüfuzunun yüksəlməsinə mühüm töhfələr verib. |
Onun bu yaxınlarda yeni tikilmiş və ən müasir avadanlıqlarla təchiz edilmiş Milli Təlim Mərkəzinə səfəri də bunu bir daha sübut edir. |
Azərbaycan yapon döyüş sənətinə dərin həvəsi olan ölkədir və onun rəhbərinin dəstəyi təkcə cüdoçuların indiki nəslini ruhlandırmır, eləcə də gələcək istedadlara təsir edir”, - deyə süjetdə bildirilir. |
Fevralın 19-da gözlənilən hava proqnozu açıqlanıb. |
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. |
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. |
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti olacaq. |
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. |
Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. |
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. |
Vaxtilə azərbaycanlıların Ukraynada daha sıx yaşadığı Xerson vilayəti müharibədən ən çox zərər görən bölgələrdəndir. |
Müharibədən sonra burada soydaşlarımızın sayı azalsa da, hələ də aktiv həyat tərzi sürürlər. |
Əsasən də Xerson şəhəri yenidən Ukraynanın nəzarətinə qayıtdıqdan sonra müxtəlif aksiyalar fəallaşıb. |
Lakin bununla belə, müharibənin ən ağır dəhşətlərini də həmyerlilərimiz yaşayıblar. |
Baku TV-nin əməkdaşı Ukraynadakı soydaşlarımızla həmsöbət olub, onların vəziyyəti ilə tanış olub. |
“Erməni zabit tapançanı başımıza dirədi”, - deyə Xersonda yaşayan azərbaycanlı Seymur Qasımov bildirib. |
“Paris və Berlin təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişlərin imzalanmasına baxmayaraq, Ukraynanın NATO-ya üzv olmasına icazə verməyəcəklər”. |
Bu barədə Çinin “Global Times” qəzetinə müsahibəsində hərbi şərhçi Sun Çunpin bildirib. |
O qeyd edib ki, bağlanmış sazişlər daha çox siyasi öhdəlik rolunu oynayır. |
“Uzunmüddətli perspektivdə bu ölkələr Rusiya ilə birbaşa hərbi münaqişələrdən qaçacaq və Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəklər”, - Çunpin əminliyini ifadə edib. |
Türkiyənin şərqindəki Ərzincan vilayətində mədəndə baş vermiş fövqəladə hadisə ilə bağlı aparılan istintaq çərçivəsində mədəni işlədən xarici şirkətin yerli direktoru saxlanılıb. |
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayılıb. |
Xatırladaq ki, fevralın 13-də “Anagold” mədənində torpaq sürüşməsindən sonra doqquz mədənçi yerin altında qalıb və onların axtarışları hələ də nəticə verməyib. |
Hazırda ərazidə yeni torpaq sürüşmələri baş verir. |
Hadisə ilə bağlı cinayət işi açılıb və altı nəfər, o cümlədən işə götürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı həbs edilib. |
Türkiyənin Ətraf Mühit Nazirliyi şənbə günü qızıl mədəninin ekoloji sertifikatını və lisenziyasını ləğv edib. |
Qeyd edək ki, “Anagold” mədəni 2010-cu ildə fəaliyyətə başlayıb. |
Onu işlədən şirkət 2022-ci ildə sianiddən istifadə edərək qızıl hasil etdiyinə görə cərimələnib. |
Türkiyənin tanınmış ifaçılarından olan Ebru Gündeş iş adamı Murat Özdemirlə eşq yaşayır. |
2022-ci ilin iyulunda əvvəlki həyat yoldaşı Selindən boşanan Murat Özdemirin ötən ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı deyilir. |
Özdemir davamlı olaraq müğənninin konsertlərinə gedib və ortaq dostları vasitəsilə sənətçi ilə tanış olub. |
Birinci həyat yoldaşından iki, ikinci həyat yoldaşından isə bir övladı olan iş adamının bir qız anası Gündeşlə evlənmək qərarına gəldiyi bildirilir. |
Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı iddia edilir. |
Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır. |
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Facebook” səhifəsində paylaşım edib. |
“Sinoptiklərimizin məlumatına görə, əvvəlcədən xəbər verdildiyi kimi dağlıq və dağətəyi rayonlarda qarlı hava şəraiti müşahidə olunur. |
Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 santimetr, Qusarda doqquz santimetr, Xınalıqda altı santimetr, Qubada üç santimetr, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 santimetrdir. |
Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması istisna olunmur. |
Əsasən də Quba-Qusar, İsmayıllı, Şamaxı-Ağsu aşırımı istiqamətlərində”. |
İ.İbrahimova bildirib ki, şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.