Search is not available for this dataset
text
stringlengths
10
518k
Amma o rollar əlbəttə, mənim zərrələrimdir.
Mənim xarakterimdən olan zərrələr də hər bir rolumda var.
Mənə daha çox yaxın olan “Poçt şöbəsində xəyal” tamaşasındakı rolum idi.O roldan sonra mətbuatda da yazıldı ki, Bəsti öz dərdinə ağlayır, o rolda özünü oynayır.
Əvvəla, bu, görkəmli dramaturq Elçininin əsəri idi.
Sırf mənim üçün yazılan əsər deyildi.
Bu əsər yazılanda mənim 10 yaşım olardı.
Bu əsər Bədii Şuradan keçib repertuara daxil ediləndən sonra Ədilə rolu rejissor Mehriban Ələkbərzadənin və Elçin müəllimin razılığı ilə mənə tapşırıldı.
Bu əsəri evdə oxuyanda bir həftəyə yaxın yata bilmədim.
Bəzi nüansları çıxmaq şərtilə rol xarakterimə o qədər yaxın oldu ki, “məhz mənim üçün yazılan əsərdir”, - deyə düşündüm.
Dramaturji əsər yazıçı təxəyyülünün məhsuludur.
Aktyor kimi çalışırıq ki, bizə verilən materialı özümüzünkü edək.
Onda bu, tamaşaçı tərəfindən gözəl qəbul olunan obraz olur.
- Yenə də dublyorsuz oynayırsınız?
- (gülür...)Hələ ki, gücüm var, oynayıram.
Nə vaxt gücüm olmayacaq, onda çəkiləcəyəm.
Mən öz gücümü bilən insanam, onu da götür-qoy edirəm ki, qüvvəm çatar.
Hələ ki, ağır rollara qüvvəm var.
Hazırda repertuarımda 3 ağır tamaşa var - “Xanuma”, “Qətibə İnanc”, “Filumena Marturano”...
Yeni hazırlanan “Əsrə bərabər gün” tamaşasında Nayman ana rolu üzərində də işləyirəm.
Ümidvaram ki, yaxşı bir tamaşa ərsəyə gələcək.
- Heç düşünmüsünüzmü, kinematoqraflar sizi yaxşı dəyərləndirə bilməyiblər?
- Həmişə düşünmüşəm...45 illik fəaliyyətimdə cəmi bir filmdə - “Günaydın, mələyim” filmində çəkilmişəm.
Allahın qismətidir, bu filmdə Prima aktrisa rolunu oynamışam.
Bu rolla rejissor Oqtay Mirqasımov məni tarixə bir prima aktrisa kimi yazdı.
İnanırsınızmı, mən teatrda o qədər gözəl rollar oynadım, o qədər zirvədə oldum, ona görə “kinoda olmadım”, - deyə təəssüflənmirəm.
Hə, könül istərdi ki, aktrisanın televiziyada da, kinoda da yaratdığı rollar olsun.
Olmadı olmadı da...Yaxşı teatr aktrisası olmaq da az iş deyil.
Belə də gözəldir...""- Vaxtilə tələbə kimi oxuduğunuz auditoriyaya indi professor kimi daxil olursunuz.
Tələbələrdə o zamankı entuziazm varmı?
Mən pedaqoji fəaliyyətə başlayanda da vardı, indi də var.
Bizim dərslərimiz çox maraqlıdır.
Hər gün bayram əhval-ruhiyyəsidir.
Oğlanlar əsgərlikdən qayıdandan sonra dərsimə gəlib dinləyirlər.
Bizim sənətimiz istilik yaradır.
Müəllim-tələbə arasında istilik olmasa alınmır.
Öz sənətimizin sirləri ilə bərabər onları şəxsiyyət kimi də yetişdiririk.
Yeri gələndə onlara tərbiyə də veririk.
Aktyor sənətində nizam-intizam ən ümdə işlərdən biridir.
- Haradasa oxumuşam:bəzən aktyorlar sevgi obrazlarını səhnədə ona görə gözəl oynayırlar ki, həyatda eynisini yaşamırlar, eyni obrazla qarşılaşmırlar.
- Mən bu barədə heç fikirləşməmişəm...
Bu fərziyyəni heç eşitməmişəm...İndi siz dediniz, mən də düşündüm.
Biz səhnədə sevirik, səhnədə nifrət edirik.
Yazılan əsərlərin qadın obrazlarında sevgi daha çoxdur.
Ola bilsin, səhnədə gördüyümüz məhəbbət bizim üçün o qədər doyumlu olur ki, həyatda o qədər məhəbbət axtarışında olmuruq.
Bilmirəm...Elə suallar var ki, cavabı çətindir və ya mən onun cavabını bilmirəm.
Amma o fərziyyə ağlabatan gəlir.
Məhəbbət təkcə qadın-kişi anlamı ilə ölçülmür ki...Məhəbbət anlamı çox genişdir.
Təki elə içimizdə məhəbbət olsun, hər şey ona bağlıdır.
Mən kənardan zabitəli görünürəm.
Hətta deyirlər, teatra gələnlər nədənsə məndən çəkinirlər.
Amma içimdə o qədər insan sevgisi var ki...Əgər içimdə məhəbbət olmasaydı, səhnədəki o rollarımı oynaya bilməzdim.
Sevgi bəlkə də insanın xarakterini müəyyənləşdirən faktorlardan biridir.
Daxilində insan sevgisi varsa, yaratmaq istəyirsənsə, - sevgi dolu olmalısan.
İnsanın içindəki şamı söndürmək olmaz.
O söndüsə yaradıcılıq da bitir.
- Belə bir fikir də var:aktyorun gözəlliyi rolları ilə bərabər onun ampluasıdır.
Gözəllik kömək edir, yoxsa mane olur?
- Əgər gözəlliyin arxasında istedad yoxdursa, o yarımçıq olur.
Zahiri görkəm digər tərəfdən tamamlayır.
Biz pərdə açılanda ilk növbədə aktyorun görkəmini görürük, sonra oyunu başlayır.
Elə aktyorlar var ki, səhnədə gözəl deyil, amma istedadı adamda elə rəğbət yaradır və o sənə gözəl görsənir.
Səhnədə elə gözəl də var ki, bir az sonra görürsən ki, heç nə qalmadı.
Çünki gözəlliyin söykənə biləcəyi istedad yoxdur.
Amma ikisi də bir-birini tamamlayanda ortaya sənətkar çıxır.
- “Səhnə gözəllik tələb edir” - çox məşhur fikirdir.
Aktyorlar, müğənnilər bəzən həyatları bahasına estetik əməliyyatlara gedirlər...""- Buna pis baxmıram, heç kimi də qınamıram.
Bəli, aktrisa səhnədə gözəl olmalıdır.
Amma özüm heç bir əməliyyat etdirməmişəm.
Məni səhnədə görənlər deyirlər ki, həyatda gözələm.
Səhnədə gözəl olmağı, qəşəng geyinməyi sevirəm, yaxşı tərəf-müqabillərlə oynamaqdan zövq alıram.
Həyatda isə o qədər fərqlənmək istəmirəm.
Adi bir insanam həyatda - sevən anayam, bacılarımın bacısıyam, qohumlarımın qohumuyam.
Tamaşaçı məni 78-ci ildən görür.
Heç vaxt yaşımı gizlədən insan olmamışam.
Bu prosesi həm səhnə, həm yaş baxımından təbii gedirəm.
ABŞ prezidenti Co Bayden Ukrayna üçün mübarizə aparacağını söyləyib.
O bildirib ki, ABŞ Konqresi Ukraynaya yardımı nəzərdən keçirdiyi bir zamanda, ölkə daha çox şəhərini itirə bilər.
Bayden deyib ki, o, Kiyevi maliyyələşdirmək üçün Konqreslə yeni vəsaitlərin ayrılması üzrə aparılan danışıqların uğurlu olacağına inanır.
Lakin o vaxta qədər Rusiyanın Ukraynada daha çox şəhəri öz nəzarətinə ala biləcəyindən narahatdır.
Heç kim də əmin ola bilməz ki, bu müddət ərzində Rusiya Ukraynada yeni şəhərlər ələ keçirməyəcək.
Ona görə də mən Ukraynaya lazım olan sursatların alınması üçün mübarizə aparacağam”, - deyə ABŞ Prezidenti bəyan edib.
Ermənistanla şərti sərhədin Zəngilan istiqamətində erməni hərbi birləşmələri tərəfindən atəşkəsin pozulması və sərhədçimizin yaralanması sıradan təxribat deyil.
Bu hadisə bir daha göstərdi ki, iki ölkə arasında möhkəm sülhü və bunun təminatçısı olacaq yekun sülh müqaviləsini əngəlləmək istəyən qüvvələr var.
Son üç ilin gedişatı bu qüvvələrin hansı mərkəzlərdən idarə edildiyinin sirr olmadığını göstərir.
Sülhün hansı dövlətlərin və beynəlxalq təşkilatların planlarını pozduğunu həm biz bilirik, həm ermənilər.
Zəngəzur dəhlizinin açılması önündə yaradılmış maneələr, “mülki monitorinq” adı altında həyata keçirilən və “binokl diplomatiyası” adını almış casusluq missiyası, ən sonda isə sərhədçimizə açılmış bu xain atəş bir zəncirin sıx əlaqəli bəndləridir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Təxribata qocalar gedir"Atəşkəsin pozulmasından dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında özünü baş vermiş hadisədən faktiki olaraq kənarda tutması qənaətimizi təsdiqləyən çoxsaylı amillərdən biridir.
Azərbaycanın həyata keçirdiyi “Qisas əməliyyatı” ilə atəş açılmış postun məhv edilməsi bu ehtimalı sübut etdi:ölən erməni hərbçilərinin hamısı hərbi çağırış yaşından, belə demək mümkündürsə, xeyli qocadırlar.
Onlardan biri hətta 1957-ci il təvəllüdlüdür.
Bu fakt ilk olaraq erməni mediası tərəfindən işıqlandırıldı.
Güman ki, elə rəsmi İrəvanın təşəbbüsü ilə.
İctimailəşən məlumata görə, məhv edilən quldurlar Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” veteranlar birliyinin üzvləri olublar.
Bu könüllülər ittifaqında I Qarabağ müharibəsinin iştirakçıları toplaşıb və onların revanş ideyasının daşıyıcısı olduqları sirr deyil.
Ermənistan hakimiyyətinin dərhal atəşkəsi pozanlardan xəbəri olmadığı görüntüsünü yaratmaq istəyi bir sığorta cəhdi olsa da, rəsmi İrəvanı məsuliyyətdən qurtara bilməz.
Birincisi, mediada və kütləvi aksiyalarda revanş çıxışları edən keçmiş döyüşçülərə hansı əsasla hərbi postlar həvalə edilir?
Əgər edilirsə, bunun məsuliyyətini niyə hakimiyyət daşımamalıdır?
İkincisi, bu təxribat avropalı “binokl-diplomatlar”ın məsul olduqları ərazidə baş verib.
“Müşahidə missiyası”nı ölkəyə dəvət edən Paşinyan hakimiyyətidirsə, deməli, orada hökm sürən özbaşınalığa cavabdeh də onun özüdür.
Üçüncüsü, Fransa və Hindistandan alınan silahlar, Qərb mətbuatına Paşinyanın verdiyi müsahibələrdə sülh prosesinə qarşı yönəlmiş pozucu və ziddiyyətli fikriləri elə həmin revanşistləri hərbçimizə atəş açmağa həvəsləndirən dövlət səviyyəli təxribatdır.