Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
İran qəzeti Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges və uşaqları ilə birlikdə çəkdirdiyi şəklinə “Photoshop” proqramı ilə “əl gəzdirib”. |
Məlmata görə, “Həmşəhri” qəzetinin əməkdaşları super ulduzun 39 illik yubileyi üçün material hazırlayıblar. |
Jurnalistlər xanımın təsvirinə “əl gəzdirərək”, onun bəzi hissələrini kəsiblər. |
Nəticədə xanımın obrazı daha az cazibədar forma alıb. |
Qax rayonunun Fısdıqlı kəndində yerləşən mağazalardan nisyə dəftərlərini oğurlayan şəxsə hökm oxunub. |
“Qaynarinfo”nun məlumatına görə, 1986-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuş Elvin Badanov (ad-soyad şərti) Fıstıqlı kəndində yerləşən mağazanın şüşəsini daşla vurub sındırmaqla içəri daxil olub və 180 manat pulu, bir ədəd "Bizon" enerji içkisini, bir ədəd “Dadlıca” sosiskasını və bir ədəd 40 vərəqli nisyə dəf... |
O, elə həmin günü Fıstıqlı kəndində yerləşən daha bir mağazaya daxil olaraq seyfdən 1800 manat pulu, xeyli başqa malı və bir ədəd 40 vərəqli nisyə dəftərini oğurlayıb. |
Elvin əvvəlcə kənd sakinlərinin adına olan nisyə dəftərlərini yandırıb. |
Daha sonra oğurladığı pulları götürərək Bakıya gəlib və paytaxtda hotellərin birində qızlarla əyləncəyə xərcləyib. |
Geri qayıtdıqdan sonra polis tərəfindən saxlanılıb, sahibkarlara dəyən zərər ailəsi tərəfindən ödənilib. |
Məhkəmənin hökmü ilə ona 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. |
Son illərin yüksək texnologiyaları yeni qalaktikalar aşkar etməyə imkan verir. |
Bu işdə alimlərə Ceyms Vebb kosmik teleskopu kömək edir. |
Bu günlərdə elm adamları Böyük Partlayışdan cəmi 400 milyon il sonra əmələ gələn son dərəcə nəhəng qalaktika kəşf ediblər. |
O 1,75 milyard il məsafədə yerləşir. |
Yerüstü teleskoplar obyekti daha əvvəl aşkar edib, lakin onlar Yerdən aparılan spektral müşahidələrlə bu obyektin həqiqi məsafəsini və onun ulduz populyasiyasının tərkibini təsdiq edə bilməyiblər. |
Bu, yalnız Ceyms Vebb sayəsində 7 illik araşdırmalardan sonra mümkün olub. |
Obyektə ZF-UDS-7329 qalaktikası adı verilib. |
Fevralın 18-i Baku TV-nin altı yaşı tamam olur. |
Altı il əvvəl yola çıxan Baku TV-nin əsas hədəfi budur:Dünyada və ölkədə baş verən ən aktual xəbərləri operativ və düzgün şəkildə tamaşaçılara çatdırmaq, etibarlı auditoriya yaratmaq. |
Bu gün böyük kütləyə xitab etməyi bacaran, istər sosial şəbəkələrdə, istərsə də kabel və peyk yayımında dünyaya xitab edən Baku TV sağlam addımlarla yeni hədəflərə doğru irəliləyir. |
Baku TV-nin baş redaktoru Elmar Əbilov deyir ki, kanal günü-gündən böyüyür:“Yeni ildə bizi yeni planlar gözləyir. |
Bizi izləyən tamaşaçılar onların görüşünə hansı yeniliklərlə gələcəyimizi görəcəklər”. |
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Donetsk yaxınlığındakı Avdeyevka qəsəbəsinin tam nəzarətə götürülməsi barədə məruzə edib. |
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. |
Şoyqu dövlət başçısını Avdeyevkanın general-polkovnik Mordviçevin komandanlığı altındakı qoşun qruplaşmasının tam nəzarətinə keçdiyi barədə məlumatlandırıb. |
Filippinin cənubundakı Davao de Oro əyalətindəki mədən şəhərciyində fevralın 6-da baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 98 nəfərə çatıb. |
Fəlakət Riskinin İdarə Edilməsi Bürosunun məlumatına görə, xilasedicilər hələ də itkin düşən daha 9 nəfərin axtarışlarını davam etdirirlər. |
Təbii fəlakət nəticəsində 32 nəfər yaralanıb. |
Qeyd edək ki, Qlobal Fəlakət Riski İndeksinə görə, Filippin dünyada təbii fəlakətlərə ən çox məruz qalan ölkələr siyahısında birinci yerdədir. |
Almaniyanın müdafiə naziri Boris Pistorus Qərb ölkələrinə Rusiya ilə münasibətlərdə uzunmüddətli münaqişəyə hazırlaşmağı tövsiyə edib. |
“Təəssüf ki, yaxın onilliklərdə biz Avropada bölücü xətlərlə yaşamağa məcbur olacağıq - bir tərəfdən azad və demokratik Avropa, digər tərəfdən avtoritar və müharibələri qızışdıran Rusiya”, - nazir Münhen Təhlükəsizlik Konfransında bildirib. |
Pistoriusun fikrincə, qitədə ümumi təhlükəsizlik arxitekturasının qurulması uğursuzluğa düçar olub, çünki Moskva Şərqi və Mərkəzi Avropada öz hökmranlığını bərpa etmək istəyir. |
Bu baxımdan, onun fikrincə, Avropa üçün “effektiv çəkindirmə həyat sığortasıdır”. |
Nazir Aİ-ni Afrika ölkələri ilə hətta Avropa standartlarına cavab verməsə belə, hərbi sahədə əməkdaşlığı genişləndirməyə çağırıb. |
Əks halda, o hesab edir ki, Rusiya qitədə təsirini genişləndirəcək. |
Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. |
Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. |
“Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfindən sübut edilib. |
Əlbəttə ki, bu metal xəstəliyin inkişafının yeganə və mütləq səbəbi deyil, ancaq xəstəliyi təhrik edən digər amilləri gücləndirə bilər”, - həkim izah edib. |
Alüminium reproduktiv, endokrin, sinir və ürək-damar sistemlərinin fəaliyyətini də poza bilər. |
“Bu metalın duzları təkcə folqada deyil, diş pastalarında və dezodorantlarda da olur. |
Kosmetikada adətən təhlükəsiz bir doza istifadə olunur, lakin yenə də bu cür məhsullardan sui-istifadə etməmək lazımdır. |
Siz həmçinin folqa və alüminium çörək qablarının istifadəsini minimuma endirməlisiniz”, - deyə həkim bildirib. |
2024-cü ilin fevral ayı, dünyada quruda və okeanlarda ən çox temperatur rekordunu qıraraq, meteomüşahidələr tarixindəki ən isti fevral ola bilər. |
Klimatoloq Maksimiliano Herreranın sözlərinə görə, bu ayın birinci yarısında 140 ölkədə aylıq istilik rekordları qırılıb. |
Belə ki, fevralın 5-dən fevralın 11-dək monitorinq stansiyaları Cənubi Afrika, Səudiyyə Ərəbistanı, Tailand, İndoneziya, Qazaxıstan, Kolumbiya, Yaponiya, Şimali Koreya, Maldiv adaları və Belizdə tarixi temperatur maksimumlarını qeydə alıb. |
Herrera qeyd edib ki, Mərakeşdə fevralın bir günündə 12 meteoroloji stansiya 33,9°c temperatur qeydə alıb ki, bu da istənilən qış ayı üçün ən yüksək göstərici olmaqla bərabər, həm də iyulun orta temperaturundan 5°c yüksəkdir. |
Okeanın səthində də yüksək temperatur müşahidə edilir. |
Qasırğalar üzrə ekspert Maykl Lourinin sözlərinə görə, fevralın ortalarında Atlantik okeanında su iyulun ortalarında olduğu kimi isti olub. |
Ekspert əlavə edib ki, vəziyyət inanılmazdır. |
Tədqiqatçılar razılaşırlar ki, anomal istilər El Nino iqlim fenomeninin güclü təzahürü ilə bağlıdır. |
Burada istixana qazı emissiyaları, küləklərin zəifləməsi, dəyişkən Şimali Atlantika cərəyanı dövriyyəsi və hətta dünya okeanlarının çox hissəsini intensiv günəş şüalarına məruz qoyan hava çirklənməsinin azalması da rol oynayır. |
İranda güney azərbaycanlı gənclərin həbsi davam edir. |
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, Kərəc və Təbriz şəhərlərində üç güney azərbaycanlı gənc həbsə məhkum edilib. |
Əfşin Nəziri, Salar Tahir Əfşar və Milad Cəlili adlı güneyli gənclər İran rejiminin Təbriz və Kərəcdəki məhkəmələri tərəfindən həbs cəzasına məhkum ediliblər. |
Türkiyə Avtomobil İdmanı Federasiyasının prezidenti Eren Uçlertoprağı 2026-cı ildən etibarən Türkiyə Qran Prisini Formula 1 təqviminə qaytarmaq istədiyini açıqlayıb. |
Onun sözlərinə görə, “Formula 1” ilə müqavilələri 2026-cı ildə başa çatan yeddi ölkə var. |
“Əgər “Formula 1” müvafiq istəyini ifadə edərsə, çox böyük auditoriyaya və F1 yarışlarına ev sahibliyi etmək təcrübəsinə malik Türkiyəyə qayıda bilər”, - deyə Uçlertoprağı bəyan edib . |
Qeyd olunur ki, hazırda Türkiyədə “Formula 1” yarışlarının keçirilməməsinin əsas səbəbləri maliyyələşmə ilə bağlı çətinliklərlə bağlıdır. |
İndiyədək yarışın Türkiyəyə qaytarılması ilə bağlı artıq bir neçə dəfə qeyri-rəsmi söhbətlər aparılıb. |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar dağılır. |
O, bunu Miçiqan ştatında tərəfdarları qarşısında çıxış edərkən deyib. |
Biz üçüncü dünya ölkələri kimiyik”, - deyə Tramp qeyd edib. |
O vurğulayıb ki, ABŞ prezidenti Co Bayden administrasiyasının siyasəti ucbatından ölkə yolunu azıb, gücünü və inamını itirib. |
“Biz indi tənəzzülə uğramış bir xalqıq. |
Biz millət olaraq uğursuzluğa düçar oluruq. |
Biz inamını, iradəsini, qüdrətini itirmiş bir xalqıq. |
Biz yolunu azmış xalqıq”, - deyə o bildirib. |
Həmçinin, Tramp Baydeni ölkə tarixində ən aşağı intellekt səviyyəsinə malik prezident adlandırıb. |
18 fevral 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib. |
İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil olunub. |
Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. |
Bildirilib ki, imtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb. |
Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. |
Bu tapşırıqların 22-si qapalı, səkkizi isə açıq formalıdır. |
Açıq formalı tapşırıqlardan üçü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. |
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur. |
09:09"Fevralın 18-də Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirir. |
Sınaq imtahanında iştirakçılara ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun test tapşırıqları təqdim olunacaq. |
DİM-dən verilən məlumata görə, imtahan vermək üçün 3 469 abituriyent qeydiyyatdan keçib. |
İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil edilir. |
Sınaq imtahanı saat 11:00-da başlanacaq. |
İmtahan binasına buraxılış saat 10:45 də başa çatacaq. |
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ndə nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”nda qeyd olunur. |
İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır, sual kitabçalarını isə aparmağa icazə verilir. |
DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, “cavab kartı”ndakı məlumatlar optik qurğu vasitəsilə oxunur. |
Ona görə də optik qurğuların tələblərinə əsasən, “cavab kartı”nı qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud tünd rəngdə yazan sadə karandaşla doldurmaq lazımdır. |
Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. |
Abituriyentlərə tövsiyə olunur ki, “cavab kartı”nda cavabları tam əmin olduqdan sonra qeyd etsinlər və ya “cavab kartı”nda imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasınlar. |
İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb. |
Mərkəz abituriyentlərin nəzərinə çatdırır ki, imtahan binalarına buraxılış yalnız abituriyentlərin şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilir. |
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmırlar. |
Bakıda yerləşən məşhur gecə klubunda kütləvi dava olduğu iddia olunub. |
Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb. |
Görüntülərdən hadisə yerinə polis əməkdaşlarının cəlb olunduğu məlum olur. |
Sözügedən davanın hansı səbəbdən baş verdiyi bilinmir. |
Həmin görüntüləri təqdim edirik: |
Eritreyadan olan miqrantlar Haaqa küçələrində polisə qarşı silahlı iğtişaşlar törədiblər. |
Belə ki, onlar hüquq-mühafizə orqanlarının bir neçə avtomobilini yandırıblar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.