Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulandı. |
“Masdar” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edildi, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. |
19:28"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub. |
İran hakimiyyətinin yüksəkrütbəli məmurlarının övladları və yaxın qohumlarının rejimin düşmən adlandırdığı Qərb ölkələrində yaşaması və oxuması, yaxud vətəndaşlıq alması barədə xəbərlər vaxtaşırı meydana çıxıb və teokratik rejimin məsul şəxslərinin riyakarlıq və ikiüzlülüyünün isbatına çevrilib. |
“Azad İran” “YouTube” kanalında yayımlanan süjetdə qeyd olunur ki, son günlər aşkara çıxan bu tipli yeni bir fakt isə digər analoji halları kölgədə qoyub və İran cəmiyyətində çox geniş əks-səda doğurub. |
Çünki söhbət sıradan bir məmurun deyil, ölkənin ali rəhbərliyinə daxil olan şəxsin - parlamentin sədri, üstəlik də “Sepah”ın generalı Məhəmməd Bağır Qalibafın oğlu İshaqın Kanadaya daimi mühacirət etmək istəyindən gedir. |
Fevralın 13-də tanınmış araşdırmaçı jurnalist Yaşar Soltani bununla bağlı öz saytında bir xəbər dərc edərək yazıb:“Məhəmməd Bağır Qalibafın oğlu İshaq Qalibafın immiqrasiya vizası almaq marafonu, nəhayət, Kanadada məhkəmənin onun xeyrinə qərar verməsi ilə yekunlaşıb və onun Kanada vizası almaq yolu açılıb”. |
Jurnalistin bildirdiyinə görə, İshaq Qalibafın immiqrasiya işi 2019-cu ildən bəri davam edir və ciddi təhlükəsizlik yoxlamaları səbəbindən uzun bir prosesə çevrilib. |
Proses uzananda isə İshaq Qalibaf Kanadanın İmmiqrasiya və İctimai Təhlükəsizlik nazirliklərini məhkəməyə verib və işi aparmaq üçün məşhur vəkil Poultonun xidmətindən istifadə edib. |
Nəhayət, ötən ilin oktyabr ayında məhkəmə qərar çıxarıb ki, Kanada İmmiqrasiya Nazirliyi 60 gün ərzində İshaq Qalibafın viza müraciəti ilə bağlı məsələni həll etməlidir. |
“Məndən 20 manat tələb etdilər. |
Dedilər ki, işə qəbul edilsən əməkhaqqının yarısını verməlisən. |
Uzun müddət keçsə də, heç bir iş tapmadılar. |
Ödədiyim məbləği də geri qaytarmırlar”. |
Sosial şəbəkələrdə işədüzəltmə şirkətləri ilə bağlı bu tipli şikayətlərin sayı artmaqdadır. |
Bu şirkətlərin fəaliyyəti ilə bağlı açıq qalan suallar hələ də həllini tapmayıb. |
Bəs insanlar necə etsin ki, bu cür fırıldaqçılığa qurban olmasınlar? |
“Kaspi” qəzetinin mövzu ilə bağlı məqaləsində deyilir:""“Həm vətəndaşlar, həm də şirkətlərlə işləyirik”"Dövlət Məşğulluq Agentliyində qeydiyyatdan keçmiş işədüzəltmə şirkətlərindən birində işə qəbul üzrə menecer kimi fəaliyyət göstərən Afa Həsənova deyir ki, ciddi işədüzəltmə şirkətləri real fəaliyyət göstərirlər:“Bizi... |
Bütün elanlar orada yerləşdirilir. |
İnsanlar sayt vasitəsilə müraciət edə bilirlər. |
Orada özlərinə uyğun vakansiyaları seçib, CV-lərini göndərirlər. |
Sonra biz onları dəyərləndiririk. |
Uyğun gələn CV-lərə müraciət olunur. |
Əgər şərtlər həm namizədə, həm də şirkətə uyğun gəlirsə, o zaman müsahibə təyin edilir. |
Həmçinin, şirkətlər də kadr axtararkən müraciət edə bilirlər. |
Birbaşa öz bazamız üzərindən axtarış veririk. |
Yaxud saytda elan yerləşdiririk. |
Namizədlərə tələbləri göndəririk, əgər qəbul edirlərsə, öncə bizimlə müsahibədə olurlar, ondan sonra isə həmin şirkətlərə müraciət edə bilirlər”. |
İnsanlar heç bir ödəniş etməməlidirlər "Menecerin sözlərinə görə, əgər şirkət pul tələb edirsə, demək fırıldaqçıdır:“Vətəndaşlardan pul alan şirkətlər qeyri-qanunidir. |
Real şirkətlərdə belə hallar baş vermir. |
Hansısa şirkəti işçi ilə təmin ediriksə, yalnız fəaliyyətimizə görə şirkət tərəfindən xidmət haqqı ödənilir. |
Amma işlə təmin edilən, yaxud müraciət edən vətəndaşdan nə işəgötürən şirkət, nə də işə düzəldən tərəfdən ödəniş alınmamalıdır”. |
A.Həsənova bildirdi ki, şirkətə müraciət edərkən ən əsas diqqət olunmalı meyar vakansiyanın doğru olduğunu müəyyən etməkdir:“Vətəndaş bilməlidir ki, vakansiya realdır, yoxsa yox. |
Aldanmamaq üçün işədüzəltmə mərkəzinin hansı şirkətlərlə əməkdaşlıq etdiyinə, vakansiyaların harada olmasına baxıb dəqiqləşdirməlidirlər”. |
Əksər hallarda işlə təmin etmirlər"İnsan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov dedi ki, işədüzəltmə şirkətləri dedikdə, bir çox hallarda ağla fırıldaqçılıq halları gəlir:“Bir neçə il öncə onların iş prinsipini öyrənmək üçün müraciət etmişdim. |
Bu zaman məndən də kod açmaq adı ilə 20 manat pul istəmişdilər. |
Hansısa şirkətə işə qəbul olunduqda birinci və ikinci ayın maaşının 50 faizini onlara verməli idim. |
Amma həmin işədüzəltmə şirkəti məni heç bir sorğu-sual etmədi, peşəkarlıq səviyyəm haqqında məlumat toplamadı. |
Belə işədüzəltmə mərkəzlərinin bir neçə şirkətlə hansısa razılaşması olur. |
Vasitəçi kimi işçini həmin şirkətə göndərirlər. |
İşçi müsahibədən keçərsə, onlar da ödəniş alırlar. |
Amma əksər hallarda bu, baş vermir. |
Məsələ ilkin mərhələdə alınan məbləğlə yekunlaşır”. |
N.Xəlilovun fikrincə, etimad edilən şirkətlər də mövcuddur:“İşədüzəltmənin bir növü də şirkətlər üçün işçi axtarmaq xidmətidir. |
Məsələn, hansısa müəssisədən tələb gəlir ki, “bizə bu göstəricilərdə işçi lazımdır”. |
Onlar da bazardan həmin işçini axtarıb tapır, müsahibə edir, təlimatlandırır və onu müəssisədə işlə təmin edirlər. |
Bu, müqavilə və xidmət haqqı ilə olur. |
Müqavilədə tərəflərin öhdəlikləri və hüquqları müəyyənləşir”. |
Fırıldaqçılığın ilkin əlamətləri"Ekspert qeyd etdi ki, dəqiq məlumatlar qeyd olunmayan vakansiyalara müraciət etmək, özünü fırıldaqçının əlinə vermək deməkdir:“Mən insanlara işədüzəltmə şirkətlərinə müraciət etməyi məsləhət görməzdim. |
Çünki əksər hallarda bu, fırıldaqçılıq hallarına gətirib çıxarır. |
Bir çox hallarda elanlar paylaşılır, amma şirkət adı, ofis yoxdur. |
Bunlar fırıldaqçılığın ilkin əlamətləridir. |
Sığortalanmaq üçün insanlar baxmalıdır ki, şirkətin saytı, ofisi varmı? |
Müraciət etdikdə müsahibə edirlərmi, vətəndaşa nə vəd edirlər?”"Bunu yalnız hüquqi şəxslər edə bilər"Hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, bu mövzuda xeyli maarifləndirmə işləri aparılıb, insanlara dəfələrlə müraciət edilib. |
Amma insanlar hələ də aldanırlar:“Ölkəmizdə işədüzəltmə sahəsində vasitəçilik qanunla tənzimlənir. |
Qanunvericilikdə bunu yalnız hüquqi şəxslər edə bilər. |
Amma hazırda VÖEN-i olan və ya olmayanlar sosial şəbəkələrdə, müxtəlif platformalarda elan yerləşdirməklə insanları aldadırlar. |
Hansısa anketi doldurmağa görə 10-20 manat məbləğ tələb edirlər. |
Hətta bəziləri daha da irəli gedərək daha böyük pullar alırlar. |
Çarəsiz insanlar da ümid edirlər ki, işlə təmin olunacaqlar. |
Bu cür şirkətlər 3-5 ay müəyyən bir yer kirayə götürüb fəaliyyət göstərirlər, bir müddət sonra həmin yerdən köçürlər. |
Telefon nömrələrini də dəyişirlər və başqa ad altında insanları aldatmağa davam edirlər”. |
Şikayət yoxdursa...""S.Məmmədovun sözlərinə görə, bu şəxslər barədə insanlar şikayətçi olmadığı üçün fırıldaqçılıq halları bitmək bilmir:“Cəza məsələsi bir az qəlizdir. |
Çünki 10-20 manat verib aldanan adamlar əksər hallarda müvafiq orqanlara şikayət etmirlər. |
Düşünürlər ki, müraciət etsələr bir neçə dəfə də gedib-gəlməli olacaqlar. |
Şikayət də yoxdursa, bu halda müvafiq orqanlar hərəkətə keçə bilmir”. |
Cinayət məsuliyyətinə cəlb oluna bilərlər"Müsahibimiz fırıldaqçıları gözləyən cəzalardan da danışdı:“15-20 manata görə kimsə şikayət etdikdə, dələduzu tutsalar, bu, inzibati xəta hesab ediləcək. |
Bunun da cəzası yalnız cərimədir. |
Yox, əgər kütləvi surətdə dələduzluq edilibsə, bu zaman cinayət məsuliyyəti yaranır. |
Ona görə də belə dələduzlar istədikləri kimi insanları aldada bilirlər”. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Prezident İlham Əliyev Almaniya Kansleri və Ermənistanın Baş naziri ilə bir araya gəldi. |
Münhendə nələr müzakirə olundu? |
Qarabağda hərbi əməliyyatlarda iştirak etmiş hərbçilər yenidən təlimlərdə. |
Müdafiə Nazirliyinin rəhbərliyi onlara hansı tapşırıqları verdi? |
Bizə baha satılan məhsullar xaricə niyə ucuz ixrac olunur? |
İqtisadçılar sual doğuran məqama aydınlıq gətirdilər. |
Pul tələb edərək qəssabı hədələdilər. |
Kütləvi davada bir nəfər öldürüldü, digəri isə yaralandı. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Münhen Təhlükəsizlik Konfransında öz işi haqqında danışarkən canlı yayımda siqar çəkib. |
Aparıcı XİN başçısından Ukrayna ərzaq məhsullarının tədarükü ilə bağlı Polşa ilə yaranmış ziddiyyətlərin həlli üçün danışıqların davam edib-etmədiyini soruşub. |
Amma görünür, Kuleba sualı eşitməyib və canlı efirdən çıxdığını düşünüb. |
Bundan sonra yayım dayandırılıb. |
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb. |
Oxu.Az xəbər verir ki, “Türk dünyasında geniş yayılan Xıdır Elləz bayramı” adlı süjetdə xalqımızın minilliklərlə tarixi olan Novruz adət-ənənələri barədə söhbət açılıb, tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər mahalında, hər kəndində qeyd olunan Xıdır İlyas, Xıdır Elləz və ya Xıdır Nəbi adlanan bayramın necə ke... |
Bildirilir ki, Xıdır Elləz qədim tarixə malikdir və el arasında geniş yayılıb:“Bütün türk dünyasında bu mərasim qeyd olunur. |
Xıdır Nəbi “suyun, külək və havanın” himayəçisi” kimi təqdim edilir və Xızır Peyğəmbərlə eyniləşdirilir. |
Xıdır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. |
Türk mifik qaynaqlarında Xızır yer, su, umay kimi bir Vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir”. |
Qeyd olunur ki, inanclara görə, əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaq. |
“Xızır” türkdilli xalqların sözüdür və yazın istisini, hərarətini, gətirən kişi, qəhrəman deməkdir. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
Yeddilik Qrupu (G7, Böyük Yeddilik) ölkələri İranın heç vaxt nüvə silahı istehsal etməməli olduğunu vurğulayıb. |
Bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani Münhen Təhlükəsizlik Konfransı çərçivəsində G7-nin xarici işlər orqanları rəhbərlərinin iclasının sədri kimi bəyanat verib. |
“Böyük Yeddilik üzvləri İranın heç vaxt nüvə silahı istehsal etməməsi ilə bağlı qəti qərarlarını bir daha təsdiqləyirlər. |
Onlar İranın nüvə istehsalını artırmasından dərin narahatlığını ifadə edirlər ki, bunun da heç bir etibarlı əsası yoxdur və Tehranı faktiki olaraq silahla bağlı fəaliyyətlərə yaxınlaşdırır”, - Tayani qeyd edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.