Search is not available for this dataset
text
stringlengths
10
518k
Məlum olub ki, müharibədən sonra “Kalaşnikov” markalı 17 min avtomat itib.
Ermənistanın daxili işlər naziri Vahe Kazaryan bildirib ki, hazırda bu sayda silah anbarlarda əksik gəlir.
Ümumi Ermənistan ordusunun 65 min nəfərlik heyətdən ibarət olduğunu nəzərə alsaq, 3 piyada briqadasından da çox əsgərin silahının yoxa çıxdığı məlum olur.
Bu, 1400 qutunun 10 iri yük maşınında aradan çıxarılması deməkdir.
Erməni siyasətçilər silahların müharibədən sonra itdiyini, Azərbaycan tərəfindən qənimət kimi götürüldüyünü desələr də, rəsmi Bakının hesabatlarında belə bir rəqəm və fakt gözə dəymir.
Artıq politoloqlar və bəzi müxalifət deputatları, xüsusən də Larisa Alaverdyan bəyan edib ki, sözügedən silahlar İran vasitəsilə “HƏMAS” qruplaşmasına ötürülüb.
Rəsmi Tehranın sözügedən qruplaşmanı daim silahlandırdığını nəzərə alsaq, bu fakt real görünür.
Bu faktlardan da məlum olur ki, erməni ordusundakı ciddi problemlər hələ uzun müddət qalacaq.
Ermənistanın siyasi elitası isə hərbi islahatları sadəcə imitasiya edir.
Büdcədən orduya və silahlı qüvvələrə yox, daha çox polis və patrul xidmətinə ciddi vəsait ayrılır.
Bu isə Paşinyan hakimiyyətini daxili təhdidlərdən qorumağa hesablanıb.
Çünki hökumətə polisi repressiya aparatı kimi gücləndirmək və sıralarını genişləndirmək daha vacibdir.
ABŞ qaçaqmalçılıq işi üzrə müsadirə edilmiş təxminən 484,9 min dolları Ukraynanın bərpası üçün Estoniyaya köçürəcək.
Belə ki, Estoniya və ABŞ-nin Ədliyyə Nazirlikləri Ukraynanın elektrik ötürücü şəbəkəsinin bərpası üçün müsadirə edilmiş 484,9 min dollar məbləğində vəsaitin köçürülməsi üzrə əməkdaşlıq sazişi imzalayıblar.
Qeyd edək ki, bu vəsait müvafiq lisenziya olmadan qadağan olunmuş avadanlıqların Rusiyaya satışı üzrə qaçaqmalçılıq işindən əldə olunub.
Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir.
Qeyri-neft sektoru üzrə ixracın belə ciddi şəkildə azalması təbii ki, narahatlıq doğurmalıdır.
Bəs bu azalmanın səbəbləri nədir?
“Kaspi” qəzeti növbəti məqaləsində bu suala cavab tapmağa çalışıb.
Mövsümi faktorlar"Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, qeyd edilən azalma aylıq göstəricidir:“Nəticə çıxarmaq üçün daha çox yarım illik və illik dövrlərə baxılması vacibdir.
Aylıq azalma daha çox mövsümi faktorlarla bağlıdır.
Mövsümi faktorlar müəyyən aylarda qeyri-neft ixracatının həcminə təsir edir.
Həm də nəzərə almalıyıq ki, regionda əvvəlki illərdə müşahidə olunan inflyasiya səviyyəsi ümumi qeyri-neft ixracının dəyərinə təsir göstərirdi”.
Ötən il on faiz artım müşahidə etdik"Millət vəkilinin fikrincə, qeyri-neft ixracının artırılması ölkəmiz üçün çox vacibdir:“Azərbaycanda qeyri-neft ixracının artırılması əsas prioritetlərdəndir.
Çünki 2026-cı ilədək qeyri-neft ixracının həcminin 5 milyard dollara çatdırılması hədəflənib.
Həmçinin qeyri-neft ixracı ölkəmizə daha çox valyutanın daxil olmasına zəmin yaradır.
2023-cü ilin yekunlarında qeyri-neft ixracında 10 faizə yaxın artım müşahidə etdik.
Azərbaycana ixracdan daxil olan vəsaitin əhəmiyyətli hissəsi neft sektorunun payına düşür.
Bu baxımdan qeyri-neft ixracının artırılması çox vacibdir.
Qeyri-neft məhsullarının ixracındakı əsas hədəf illik artıma nail olmaqdır.
Xüsusən də nəzərə almalıyıq ki, qeyri-neft ixracının bir hissəsi kənd təsərrüfatı məhsullarıdır.
Ona görə də düşünürəm ki, mart ayından etibarən bu istiqamətdəki artımları müşahidə edəcəyik”.
Beynəlxalq standartlar tətbiq edilməlidir"V.Bayramov bildirdi ki, bu sektorun inkişafı üçün müəyyən addımların atılmasına ehtiyac var:“Qeyri-neft ixracının artırılması üçün beynəlxalq standartların tətbiqinə ehtiyac duyulur.
Azərbaycanda aqrar sektorda çalışan sahibkarlar məhz standartların tam olaraq tətbiq edilməməsinə görə ixracda müəyyən çətinliklər yaşayırlar.
Xüsusən bunu nəzərə almalıyıq ki, Azərbaycanda qeyri-neft ixracının təxminən 60 faizi iki ölkənin payına düşür.
Standartların tətbiq edilməsi həm də qeyri-neft ixrac bazarlarının şaxələndirilməsi baxımından vacibdir.
Ümumdünya Ticarət Təşkilatına üzvlüyün sürətləndirilməsi məqsədəuyğundur.
Bu, yalnız daxili bazar deyil, həmçinin ixrac baxımından yeni imkanlardır.
Eyni zamanda, ixrac üçün baryerlərin minimumlaşdırılması da qeyri-neft sektorunda çalışan sahibkarların ixrac imkanlarının genişləndirilməsinə gətirib çıxara bilər”.
Üfüqi deyil, şaquli diversifikasiya "İqtisadçı Rəşad Həsənov düşünür ki, azalma qeyri-yeyinti sənayesi məhsulları üzrə baş verib:“Bu kateqoriyaya əsasən elektrik enerjisi, mədən sənayesi, eyni zamanda polimer tərkibli məhsullar daxildir.
Düşünürəm ki, bu, xroniki hal deyil.
Müəyyən müəssisənin fəaliyyətində müşahidə olunan texniki nöqsandan da qaynaqlana bilər.
Eyni zamanda, hansısa müəssisənin məhsullarına idxalçı ölkədən gələn tələbin azalmasını da səbəb kimi görmək mümkündür.
Yaxud sifarişin gecikməsi halları azalmaya gətirib çıxarar”.
R.Həsənov dedi ki, bu sahədə imkanlar azdır:“Bu azalma növbəti dövrlərdə, aylarda da təkrarlanacaqsa, əlbəttə, bu, artıq narahatedici məqamdır.
Qeyri-neft ixracının şaxələnməsi üçün böyük baza yoxdur.
Son dövrlərdə kənd təsərrüfatı, yeyinti sənayesi məhsulları, sənaye parklarında yaradılmış xüsusi iqtisadi zonalarda istehsal olunan məhsullar və xammal olaraq neftdən istifadə olunmuş məhsullardan istehsal edilən mallar ixrac olunur.
Bu hallar bizə orta və uzunmüddətli dövrdə böyük iqtisadi ixrac bazasının formalaşması ehtimalının aşağı olduğunu göstərir.
Bu istiqamətdə üfüqi deyil, şaquli diversifikasiya müşahidə olunur və neft sənayesinin müəyyən qədər şaxələndirilməsi ilə bu sahədə nəticələrin əldə edilməsinə çalışılır”.
Xarici iqtisadi bloklara qoşulmalıyıq "Ekspertin sözlərinə görə, belə davam edərsə, iqtisadiyyatımız üçün təhlükə yarana bilər:“Azərbaycanın qeyri-neft ixracının azalması arzuolunan deyil.
Çünki bu azalmanın kifayət qədər böyük fəsadları ola bilər.
Xüsusilə nəzərə alsaq ki, karbohidrogen bazarında qiymətlər sabit deyil və rəqəmlər Azərbaycanın iradəsindən kənarda formalaşır.
Bu, ölkə iqtisadiyyatını xarici hücumlara açıq edir.
İşğaldan azad olunmuş ərazilərin bərpası ilə əlaqədar olaraq dövlət xərcləmələri də artıb.
Belə bir şəraitdə iqtisadiyyatımızda fundamental islahatların aparılmasına ehtiyac var.
İqtisadiyyat açılmalı, liberallaşdırılmalıdır.
Azərbaycan xarici iqtisadi bloklara qoşulmalıdır.
Xarici investisiya üçün cəlbedici ölkələrdən birinə çevrilməlidir”.
Məşhur rejissor Lük Besson “Drakula” romanı əsasında film çəkəcək.
Qraf Drakulanın qəsrinə düşən vəkil Conatan Harker rolunu 34 yaşlı Kaleb Landri Cons canlandıracaq.
İkinci əsas rolu Kristof Valts oynayacaq, lakin bunun əfsanəvi vampir rolu olub-olmayacağı hələ məlum deyil.
Məlumata görə, Besson filmi Drakulanın sevgi hekayəsinə əsaslanaraq çəkəcək.
Çəkilişlərə 2024-cü ildə başlanacağı gözlənilir.
Yardımlı rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadına ağır xəsarət yetirməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Əliqismət Qasımova hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma və xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham edilib.
Bildirilib ki, Əliqismət Bakıda tanış olduğu Ucar rayon sakini, iki uşaq anası olan Ləman Qasımlı (şərti) ilə birgə işləməyə və yaşamağa başlayıb.
Daha sonra onlar Yardımlının kəndlərindən birinə köçüblər.
26 may 2023-cü il tarixdə Əliqismət sərxoş halda arvadına ağır xəsarətlər yetirib.
Belə ki, Ləmanın Ucara getmək istəməsini öyrənən şəxs onu amansızlıqla döyüb, daha sonra boğazına it üçün nəzərdə tutulmuş zənciri bağlayaraq sürüyüb.
Qadın çoxsaylı xəsarətlərlə əvvəlcə Yardımlıdakı xəstəxanaya yerləşdirilib.
Lakin vəziyyəti ağır olduğundan Bakıya köçürülüb.
Bundan başqa, Əliqismətin həmin hadisədən 2 ay əvvəl Bakıda işlədiyi yerdə bacısına hücum edərək ona da xəsarətlər yetirməsi məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 neçə gün əvvəl çıxardığı hökmlə Əliqismət Qasımova 6 il 6 ay həbs cəzası verilib.
Rafael Ağayev və Qurban Tağıyev Azərbaycan Karate Federasiyasının (AKF) WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunublar.
Bu barədə AKF-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, digər dəyişiklik yığma komanda ilə bağlıdır.
Belə ki, Şahin Atamov kişilərdən ibarət yığmanın baş məşqçisi təyin edilib.
Ona Niyazi Əliyev və Rəşad Hüseynov köməklik göstərəcəklər.
Norveç hökuməti yazda parlamentə İkinci Dünya Müharibəsindən sonra milli müdafiə xərclərinin ən böyük artımı planını təqdim edəcək.
Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Norveç hökumətinin başçısı Yonas Qar Störe deyib.
“Bir neçə aydan sonra mən müdafiə xərclərimizdə İkinci Dünya Müharibəsindən bəri ən böyük artımla bağlı təklifləri parlamentə təqdim edəcəyəm.
Biz bunu razılaşdırılmış regional planlara uyğun olaraq edirik”, - Störe bildirib.
O, Ukraynada davam edən münaqişədən danışaraq, Atlantikanın hər iki tərəfində silah istehsalının artırılması, NATO çərçivəsində, eləcə də alyansla Kiyev arasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.
Macarıstan parlamenti fevralın 26-da açılacaq yaz sessiyasının əvvəlində İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edəcək.
Bunu Macarıstanın Baş naziri Viktor Orban ölkənin əsas siyasət prioritetləri ilə bağlı illik çıxışı zamanı deyib.
“İsveçlə mübahisəmiz sona çatmaq üzrədir.
İsveçin baş naziri Ulf Kristersson ilə birlikdə etimadın bərpası üçün mühüm addımlar atmışıq.
Biz parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edə bilərik”, - deyə Orban bildirib.
Qeyd edək ki, Macarıstan alyansda parlamenti bu ərizəni ratifikasiya etməmiş yeganə ölkə olaraq qalır.
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub.
AZƏRTAC xəbər verir ki, Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını və ən xoş arzularını, həmçinin prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına səmimi təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev bu yaxınlarda Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığını və onun Azərbaycana səfərini məmnunluqla xatırladı.
Qeyd etdi ki, bu, tarixi səfər idi.Belə ki, BƏƏ Prezidenti ilk dəfə Azərbaycana rəsmi səfər edirdi.
COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın tapşırığına əsasən BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırdı.
O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə etdi.
Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirdi.
Dövlətimizin başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırdı.