Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. |
Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır”. |
Prezident Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək istəyənlərə rəsmi Bakının etiraz etmədiyini də vurğulamışdı:“Ancaq bu kömək elə olmalıdır ki, məcburi olmasın. |
Çünki bəziləri indi yarışa çıxıblar ki, danışıqlar bu ölkədə keçirilsin, o ölkədə keçirilsin, ya üçüncü ölkədə keçirilsin. |
Bu, bir qədər geosiyasi rəqabətə bənzəyən bir şeydir. |
Mən ümumiyyətlə istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin”. |
Odur ki, Münhendə reallaşan bu görüş Prezidentin irəli sürdüyü “vasitəçi lazım deyil” şərtinə beynəlxalq tədbirlər çərçivəsində də əməl edildiyinin göstəricisidir. |
Rəsmi Bakı belə görüşləri keçirməklə irəli sürdüyü təşəbbüslərə, təkliflərə, şərtlərə əməl etdiyini bir daha nümayiş etdirib. |
Bu baxımdan, Prezident İlham Əliyevin Münhendə Nikol Pşainyana son zamanlar Ermənistanın törətdiyi təxribatlara rəsmi İrəvanın aydınlıq gətirməsi üçün şərait yaradır. |
Bundan başqa, ikitərəfli görüşlərin davam etməsi üçün zəmin hazırlayır. |
Bütün bunlar Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mqer Qriqoryan arasında yeni görüşün keçirilməsinə təkan verə bilər. |
Qeyd edək ki, onlar arasında sonuncu danışıq yanvarın sonunda olub. |
Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyanın görüşü münasibətlərin yaranmasına, davam etməsinə, ikitərəfli etimad mühitinin yaranmasına mane olanlara da cavab kimi dəyərləndirilə bilər. |
Rəsmi Bakı bir daha sübut edir ki, iki suveren dövlət problemlərini müzakirə yolu ilə həll etməyə qadirdir. |
Bir sözlə, Ermənistanın kənardan vasitəçi tutub danışıqlara cəlb etməsi təşəbbüsü münasibətlərin normallaşmasına yardım deyil, maneədir. |
Rusiya paytaxtında qorxunc hadisə baş verib. |
Belə ki, Moskvanın şimalında qartəmizləyən maşın məktəblini özünə çəkib. |
Məlumata görə, gün ərzində bir aylıq yağıntı düşməsi görüntünün pisləşməsinə səbəb olub. |
Dördüncü sinif şagirdi Kirill M.dərsdən sonra evə yollanarkən başı qarışıb və ona doğru gələn qartəmizləyən maşını görməyib. |
O, maşının fırçasının altına düşüb. |
Sürücü dərhal təcili yardım çağırıb. |
Həkimlər 11 yaşlı uşağı xəstəxanaya aparıblar və orada sağ ayağını əməliyyat ediblər. |
Türkiyənin 16 vilayətində keçirilən “Bozdoğan-2” antiterror əməliyyatı çərçivəsində 120 nəfər saxlanılıb. |
Bu çarədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib. |
O qeyd edib ki, saxlanılan şəxslər Suriyada terrorçu qruplarla əlaqədə olmaqda, terrorizmi təbliğ etməkdə və qanunsuz küçə aksiyaları təşkil etməyə çağırışlarda şübhəli bilinirlər. |
Əməliyyat zamanı təhlükəsizlik qüvvələri saxlanılanlara aid silah və rəqəmsal materiallar da müsadirə ediblər. |
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib. |
Oxu.Az həmin müraciəti təqdim edir:""“Əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, xüsusilə gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftəsonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə sə... |
Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlardan daha diqqətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik”. |
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə həftəsonu Abşeron yarımadasında yağışın sulu qarla qarışıq, ölkənin dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir. |
Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. |
O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu xəstəxanada intensiv şəraitdən stasionar müalicəyə köçürülüb:“Reanimasiyadan palataya gətirilib. |
Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”. |
Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, əvvəl bir xəstəxanaya, daha sonra isə digərinə nəql edilib. |
Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir. |
Aleksey Navalnının cəsədi itib. |
Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib. |
Onun sözlərinə görə, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə rəsmi bildiriş verilib. |
“Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərilir ki, onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. |
Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salexardda olduğunu bildirib. |
İstintaq Komitəsinin müstəntiqləri onu aparıblar. |
Onlar hazırda bununla bağlı araşdırma aparırlar”, - deyə o, özünün “X” hesabında qeyd edib. |
Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub. |
“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. |
Ona dedilər ki, vəkil bu gün zəng edən yeddinci şəxsdir. |
Onların morqunda Alekseyin cəsədi yoxdur”, - deyə Yarmış əlavə edib. |
Xatırladaq ki, fevralın 16-da günortadan sonra Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. |
Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər. |
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Quru Qoşunların rəhbər heyəti, briqada komandirləri, onların müavinləri və əlahiddə hərbi hissələrin komandirləri ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları komandir-rəis heyətinə çatdırıb, onların icr... |
Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib. |
Bildirilib ki, təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin əksəriyyəti Vətən müharibəsi və ondan sonra keçirilmiş əməliyyatlarda iştirak etmiş ehtiyatda olan hərbi qulluqçulardır. |
Baş Qərargah rəisi səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb. |
General-polkovnik K.Vəliyev səfərbərlik ehtiyatlarının cəlb olunması ilə təşkil edilmiş komanda-qərargah təliminin gedişi ilə də maraqlanıb. |
Təlimin keçirilmə yerinə və səhra şəraitində açılmış təlim nöqtələrinə gələn Baş Qərargah rəisi aidiyyəti vəzifəli şəxslərin məruzələrini dinləyib. |
Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub. |
Sonra Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində olan Baş Qərargah rəisi təlim və məşqlərin keyfiyyətinin, eləcə də onların çöl şəraitində keçirilməsinin intensivliyinin artırılması, həmçinin döyüş heyətlərinin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib. |
Kəlbəcər və Laçın istiqamətlərində dislokasiya olunmuş hərbi hissələrə baş çəkən general-polkovnik K.Vəliyevə görülən işlər barədə məruzə olunub. |
İnşası davam etdirilən hərbi obyektlərdə tədbirlərin plana uyğun yerinə yetirilməsi, habelə işlərin təyin edilmiş müddətdə başa çatdırılması barədə müdafiə nazirinin göstərişləri aidiyyəti vəzifəli şəxslərə çatdırılıb. |
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) sədri Azərbaycanın Münhen Təhlükəsizlik Konfransında iştirakı iqlim dəyişikliyi sahəsində uğur qazanmaq üçün təşəbbüsləri müzakirə etmək üçün yaxşı fürsətdir. |
“Ötən həftə biz başqa bir qrup ölkə ilə danışıqlar aparmaq üçün BƏƏ-də olduq. |
Gələn həftə Keniyaya, Nayrobiyə səfər etməyi, Afrika və regionun digər ölkələrindən hansı təşəbbüslərin irəli sürüləcəyi ilə bağlı müzakirələrdə yenidən iştirak etməyi planlaşdırırıq. |
Hələ bütün təklifləri dinləyirik”, - deyə o qeyd edib. |
COP29 prezidenti vurğulayıb ki, bu təşəbbüs düzgün qərarlar qəbul etməyə imkan verəcək:""“Lakin bunun üçün bütün maraqlı tərəflərin dəstəyinə ehtiyacımız var”. |
Xatırladaq ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. |
İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. |
60-cı Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub. |
Görüş Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə gerçəkləşib. |
Hərçənd ki, bu görüşdə cənab Şolts vasitəçi kimi deyil, sadəcə, Münhen Təhlükəsizlik Konfransının ev sahibi kimi Azərbaycan-Ermənistan liderlərinin müzakirəsinin təşkilatçısı olub. |
Üçtərəfli müzakirələrdən sonra Əliyevlə Paşinyanın ikitərəfli görüşünün keçirilməsi həmin məqamı aydın izah edir. |
Əliyevlə Paşinyanın görüşünə gəlincə, bu, İlham Əliyevin “moderatorsuz ikitərəfli format” təklif və tələbi ilə üst-üstə düşür. |
Azərbaycanın yüksəksəviyyəli regional profili və beynəlxalq münasibətlər sistemindəki yeri Münhendəki ali səviyyəli danışıqların Azərbaycan üçün unikal fürsət təqdim edəcəyi ehtimalını artırır. |
Lakin liderlərin vasitəçisiz görüşündə Azərbaycan-Ermənistan sülh gündəliyi üzrə geniş ölçüdə razılığa gəlinməsi qənaətini hasil etmək bir qədər erkəndir. |
Çünki bundan sonra Ermənistanın hansı siyasi tutum göstərəcəyi və sülh platformasından yayınıb-yayınmaması mövqeyini izləmək lazımdır. |
Azərbaycan isə Ermənistanla münasibətlər mərhələsini dünyanın və regionun aktual çağırışları fonunda qiymətləndirəcək. |
Bu dəyərləndirmədə Ermənistanın taleyi onun tutacağı mövqedən asılı olacaq. |
İndi Ermənistan özünün hakimiyyət kabinetlərində Azərbaycanla əlaqədar yüksəksəviyyəli qərar qəbul edən düşüncəli, konstruktiv məmurların sözünə baxmalıdır. |
Bu, İlham Əliyevin Ermənistandan Konstitusiyasını dəyişdirmək tələbi ilə daha da aktuallaşır. |
Çünki planetar miqyasda artan geosiyasi gərginlik və iqtisadi qeyri-müəyyənliklər fonunda Ermənistanın seçim etmək imkanları yoxdur. |
Azərbaycan isə gündəliyindəki mütləq faydalara diqqət yetirir ki, Münhen Təhlükəsizlik Konfransı bunun gələcək layihələndirilməsi baxımından Bakıya manevr imkanları təqdim edir. |
Ona görə də Əliyevlə Paşinyanın Münhendəki görüşü:""- Ermənistanın xeyrinə regional nizamı dəyişmək istəyənlərə qarşı Bakının mövqeyini daha da gücləndirir,"- Azərbaycanın getdikcə genişlənən strateji vizyonu fonunda İrəvanla münasibətlərin dinamikasının basqı, yoxsa qarşılıqlı anlaşma yolu ilə müəyyənləşdirilməsini nü... |
Ukraynanın Xerson vilayətində ilyarım əvvəl azad etdiyi Dnepr çayının sağ sahilində vəziyyət yenidən gərginləşib. |
Çayın sağ sahilində yerləşən Xerson şəhərinin özü də dayanmadan sol sahildən, Rusiya ordusu tərəfindən intensiv artilleriya və dron hücumlarına məruz qalır. |
Vəziyyət o qədər gərginləşib ki, qarşı tərəfin daimi atəşi altında olduğu üçün təhlükəli olduğundan jurnalistlər və polislər üçün şəhərdə Dneprin sahilinə yaxınlaşmağa icazə verilmir. |
Avtomobil sənayesinin yeni məhsulu - paslanmayan poladdan hazırlanan “Tesla Cybertruck” ABŞ yollarında bu yaxınlarda peyda olmasına baxmayaraq, artıq paslanmağa başlayıb. |
Bu barədə istifadəçilər sosial şəbəkələrdə fotolar paylaşıblar. |
Onların sözlərinə görə, cəmi iki ay sonra avtomobildə narıncı pas ləkələri görünməyə başlayıb. |
Qeyd edək ki, “Tesla”nın istifadəçi təlimatında “Cybertruck” sahiblərinə korroziya reaksiyasına səbəb ola biləcək hər hansı maddələrdən istifadə qadağan edilib. |
Bu siyahıya yağ, piy, quş zılı, ağac şirəsi, ölü həşəratlar, qudron ləkələri, yol duzu və digər maddələr daxildir. |
Mənbə:“Koroçe” “Telegram” kanalı |
Çeçenistanın başçısı Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib. |
Bu barədə ölkə parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib. |
Onun sözlərinə görə, 18 yaşlı gənc, həmçinin, regionun ali mükafatına - respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov adına Orden”ə layiq görülüb. |
“Axmat özünü istənilən işə məsuliyyətli və səriştəli yanaşması ilə seçilən effektiv lider kimi sübut etdi! |
O, belə qısa müddət ərzində bir çox yaddaqalan tədbirlər təşkil edərək gənclər siyasətinə mühüm töhfə verib”, - deyə Daudov vurğulayıb. |
İranda milli komandanın məğlubiyyətinə sevinən yeniyetmə həbs edilib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları Təşkilatına (HENGAW) istinadla xəbər verib. |
Bildirilir ki, hadisə Cavanrud şəhərində baş verib. |
16 yaşlı Məhəmməd Mahmudi İranın milli komandasının Qətərlə oyunda məğlubiyyətinə sevincini gizlədə bilməyib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.