Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu barədə President.az xəbər verir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib...
Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.
Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər - 1999-cu il təvəllüdlü İ.E., 2002-ci il təvəllüdlü C.E., 2004-cü il təvəllüdlü Ə.Ə., 2003-cü il təvəllüdlü A.H.
Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb, sifarişçiyə göndəriblər.
Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb.
Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.
DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir.
Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcək.
“Telegram” platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı küçələrində divarlara narkotik vasitələrin təbliği üçün müəyyən şüarların, saytların yazılması barədə məlumat yayılmışdı.
Belə ki, ilk baxışda yazılan şüarlar müəyyən elektron poçt qutusu ünvanı kimi görünsə də, psixoaktiv, narkotik maddələrin adını əks etdirən nişanlar imiş.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “AD Ports Group” şirkəti arasında keçirilən görüşdə neft və neft-kimya məhsullarının logistikası üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Oxu.Az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev bir sıra görüşlər keçirib.
Buraya dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, özəl sektorun nümayəndələri daxildir.
İlham Əliyev:""- İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani ilə,"- ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə,"- Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ilə,"- ABŞ Prezidentinin qlobal infrastruktur ...
Rəsmi xəbərlərdə qeyd edilir ki, bütün bu görüşlərin hamısı qarşı tərəflərin müraciətlərinə əsasən baş tutub.
Görüşlər haqqında müraciətlərin və görüşlərin intensivliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan böyük hörmət və diqqətin bariz nümunəsidir.
Dövlət başçısının qrafikinə baxdıqda mövcud intensivliyi Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayının həddən artıq olması ilə izah etmək olar.
Nəzərə almaq lazımdır ki, Azərbaycan müntəzəm şəkildə Münhen Təhlükəsizlik Konfransına Prezident İlham Əliyevin şəxsində dəvət alır.
Dövlət başçısı müzakirələrdə fəal iştirak edir, qlobal və regional təhlükəsizlik məsələləri ilə bağlı öz dəyərli fikirlərini bölüşür.
Bu isə qlobal və regional təhlükəsizliyə töhfə verən düsturlardır.
İlham Əliyevin keçirdiyi görüşlərdə Azərbaycanın COP29-a ev sahibliyi etməsi də geniş müzakirə olunub.
Deməli, Azərbaycanın ev sahibliyi etdiyi və edəcəyi digər qlobal tədbirlər ölkəmizin dünyada nüfuzunun böyük dərəcədə artmasına təsir göstərir.
Prezident İlham Əliyevin də inaqurasiya mərasimində qeyd etdiyi kimi, Azərbaycan artıq lokal səviyyədə fəaliyyət göstərən dövlət deyil, dünyanın müxtəlif bölgələrində fəal tərəfdaşlığı təşviq edən, etibarlı tərəfdaş kimi qəbul olunan, dünyada qlobal problemlərin həllində fəal iştirak edən və buna əməli töhfələr verən ö...
Dünən Rusiyanın təhlükəsizlik qüvvələri ilə bağlı “Operativnıye svodki” və “Dva mayora” “Telegram” kanallarında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Ariane Bauerin bəzi bəyanatları barədə məlumatlar dərc olunub.
Nəticə budur ki, qapalı görüşdə Bauer həmkarlarına Azərbaycanın guya Ermənistanın cənubuna hücum planlaşdırdığı barədə xəbərdarlıq edib, bu kontekstdə BQXK-nın Qarabağda və bütövlükdə regionda fəaliyyətində daha fəal olmasını qətiyyətlə müdafiə edib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi BQXK-nın diqqətini digər strateji əhəmiyyətli sahələrdən yayındırmamalıdır.
Bu məlumatlarla əlaqədar Caliber.az araşdırma aparıb və operativ kanalları vasitəsilə təsdiqləyici məlumatlar alıb.
Redaksiya Arianenin:“Ermənistanın cənubunun Azərbaycan tərəfindən zəbt olunması ehtimalı var, çox şey Rusiyanın imkanlarından və regional dinamikaya təsir etmək istəyindən asılıdır”, - sitatını dərc edib.
Mənbə isveçrəəsilli, beş dildə səlis danışan Baueri, yumşaq desək, dost olmayan Qərb dövlətinin xüsusi xidmət orqanının təcrübəli əməkdaşı kimi xarakterizə edib.
Bu, İsveçrədəki beynəlxalq humanitar təşkilatın nümayəndəsi Ariane Bauerin hansı səbəbdən “hazırlanan hücum” haqqında sırf erməni-fransız narrativləri üzərində qurulan, əslində, Paşinyanın, Marukyanın və digər erməni siyasətçilərinin sözlərini təkrarlayan hərbi-siyasi proqnozlar verdiyini izah edir.
Bauer elə bu hekayələr əsasında BQXK-nın fəaliyyətini özünə və sifarişçilərinə lazım olan istiqamətə yönəldir.
Belə mövqe BQXK-nın mandatına heç bir şəkildə uyğun gəlmir.
BQXK-nın Xankəndidəki ofisinin prinsipcə niyə hələ də fəaliyyət göstərməsi də tam aydın deyil.
Qarabağ müharibəsi bitdi, bir düjününü çıxmaq şərti ilə ermənilər könüllü olaraq bölgəni tərk etdilər - lakin BQXK inadla orada qalmaqda davam edir.
Mişa dayının hər gün nə qədər səhər yeməyi yediyini yoxlamaq üçün?
Bir sıra KİV-də BQXK əməkdaşının 44 günlük müharibə zamanı Fransa kəşfiyyatına məlumat ötürməsi - bundan sonra onun ölkəmizdən qovulması ilə bağlı tamamilə doğru xəbərləri xatırlamaq yerinə düşər.
Bütün bunlardan sonra BQXK-nın Xankəndidə hələ də niyə qalması sualı isə cavabsızdır.
Şəhərin müəyyən hissələrində taksi dayanacaqları mövcuddur.
Lakin bəzi sürücülər avtomobillərini həmin dayanacaqlarda saxladıqları üçün taksi sürücüləri həmin yerə daxil ola bilmir, dayanacaqkardan yararlana, istifadə edə bilmirlər.
Bəs taksi sürücülərinin dayanacaqlardan kənar saxlamalarına görə cərimə nəzərdə tutulurmu?
Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.
President.az-ın xəbərinə görə, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.
Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.
15:05"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.
Bu barədə President.az xəbər verir.
Prezident Volodimir Zelenski dövlətimizin başçısını seçkidə qələbə münasibətilə təbrik edib, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd edib.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
15:17"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə atıcı silahların, qumbaratanların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir.
Bundan başqa, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetirilir.
Ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlimin əsas məqsədi onların döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdririlməsidir.
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.
AZƏRTAC xəbər verir ki, Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində ölkəmizə səfərini və Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladan Şeyx Hasina dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Banqladeşin Baş naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də qlobal iqlim dəyişikliyindən əziyyət çəkdiyini qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanın COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.
Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, Avropa təsisatları ilə əlaqələrinin bu istiqamətdə həmrəyliyin gücləndirilməsi işinə töhfə verəcəyini diqqətə çatdırdı.
Azərbaycan Prezidenti COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət etdi.
Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul etdi.
Görüşdə Banqladeşlə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, əczaçılıq, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırıldı.
Eyni zamanda, Azərbaycan-Banqladeş iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasının və iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulmasının vacibliyi vurğulandı.
Ölkələrimizin xarici işlər nazirləri və aidiyyəti dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi və siyasi məsləhətləşmələr mexanizminin yaradılması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
18:28"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.
Bu barədə President.az xəbər verir.
Mərmərə dənizində Türkiyənin İmralı adasının cənub-qərbində batan “Batuhan A” adlı yük gəmisinin ekipaj üzvlərindən Hüseyn Tutukun faciədən əvvəl çəkdiyi görüntülər üzə çıxıb.
Məlumata görə, Hüseyn Tutkun gəmidə Doğuşcan Yaylak adlı heyət üzvünün yerinə işə çıxıbmış.
Onun yayımladığı videoda ilk səfərində yaşadığı dəhşət anlarını lentə alınıb.
Tutkunun həyat yoldaşına göndərdiyi ürəkdağlayan kadrlarda gəminin batma anı əks olunub.
Videoda dənizçinin Allaha yalvarıb dua etməsi görünür.
Səhər saat 04:30 radələrində çəkildiyi təxmin edilən videoda Tutuk islandığından gecə saat 01:00-dan etibarən 5-ci və 6-cı paltarını dəyişdiyini deyir:""“Aman Allahım, kömək ol, ya Rəbbim.
Video dalğaların gəmini tamamilə örtməsi ilə bitir.
Görüntülər aidiyyəti qurumlara göndərilib.
Dəhşətli anları qeydə alan Hüseyn Tutukun üzərində xilasedici jiletin olmaması, həmçinin göyərtədə lyukların üzərini örtən mavi brezentin olması həm gəminin, həm də şəxsi heyətin tufana uyğun hazırlıqlı olmadıqlarını göstərib.
Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.
APA xəbər verir ki, eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyası ilə bağlı danışıqların davam etdirilməsi ilə də bağlı tapşırıq verilib.
Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.
Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüşü olub.
Bu tədbirə rəsmi Berlin vasitəçi kimi deyil, yalnız ev sahibi kimi təşkilatçılıq edib.
Yeri gəlmişkən, bu, iki ölkə liderinin Münhendə keçirdikləri ilk görüş deyil.
2020-ci il fevralın 15-də də Prezident İlham Əliyev baş nazir Nikol Paşinyanla məhz burada görüşmüşdü.
Ötən illərin və münaqişələrin həlli ilə bağlı tarixi təcrübə belə danışıqların daha səmərəli olduğu deməyə əsas verir.
Prezident İlham Əliyev bu il fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanla Ermənistan arasında vasitəçiyə ehtiyac olmadığını vurğulamışdı.
Çünki vasitəçilər bir qayda olaraq münaqişə tərəflərinin deyil, daha çox öz maraqlarının təmin olunmasına çalışırlar.
Bu amil Qarabağın işğal altında olduğu dövrdə də özünü dəfələrlə büruzə verib.
Dövlət başçısı çıxışında onların diplomatik qaydalara belə əməl etmədiklərini qeyd edib:“Bizə bu məsələdə vasitəçi lazım deyil”.
Azərbaycan Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə toxunaraq demişdi ki, Ermənistan bu sülh müqaviləsinin zəmanətçiləri olmasını istəyir:“Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur.