Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu da hər hansı kənd təsərrüfatında istifadə olunan və yaxud südlük saxlanılan heyvanlardır ki, yaşlandıqda və xəstə olduqda ucuz qiymətə satılır.
Belə olan halda xəstə heyvan ətindəın insan orqanizminə müəyyən xəstəliklərin keçməsi mümkündür.
Həzm prosesindəki problemlər həssas qrupdan olan insanlarda, xroniki xəstəlikləri olanlar, azyaşlı uşaqlar və yaşlı insanlarda daha tez özünü büruzə verir.
Müəyyən allergik reaksiyalara, zəhərlənmələrə, ağırlaşmalara gətirib çıxarır.
Ona görə də ət məhsullarını mütləq şəkildə mənşəyi bəlli olan yerdən əldə etmək tövsiyə olunur.
Xüsusilə, çəkilmiş ətlərdən istifadə etməmək vacibdir”.
Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir.
Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir.
Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir.
Odur ki, el arasında camış ətinə “kasıb insanların zülalı” deyilir.
Biokimyəvi tərkibinə görə camış əti sadə və mürəkkəb zülallar, vitaminlər (A, E, C, B1, B6, B12, PP və b.
), makro və mikroelementlər (Ca, P, Fe, Na, K, Zn, Mg, Cr, Mn, Cu, S və b.
), ekstraktiv maddələr və fermentlərlə zəngindir.
Zəngin kimyəvi tərkibi və qidalılıq dəyərinə görə camış əti insan orqanizmi üçün olduqca faydalıdır.
Tərkibində dəmir (transferrin və ferritin şəklində) və B12 vitamini çox olduğundan qanazlığını aradan qaldırır; hamiləlik dövründə anemiyaların yaranmasının qarşısını almaqla, ana bətnində dölün inkişafına müsbət təsir göstərir; az yağlı, lakin Omega-3 turşuları ilə zəngin ət növü kimi ürək-damar sisteminin xəstəliklər...
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bu çərçivədə, Bakı şəhəri, Pirallahı rayonunun Pirallahı və Gürgan qəsəbələri, Sabunçu rayonunun Nardaran qəsəbəsi, Qaradağ rayonunun Ələt qəsəbəsi və Salyan rayonunun Xıdırlı kəndində Xəzər dənizinin sahilboyu ərazilərində keçirilmiş nəzarət tədbirləri zamanı ümumilikdə 35...
Kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq tələblərini (sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə) pozan doqquz gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Eyni zamanda, gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin əldə edilməsinin vacibliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.
Xocalıda itkin düşən 13 sakinlə bağlı “13” adlı bədii-sənədli filmin premyerası olacaq.
Bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, agentliyin maliyyə dəstəyi ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi filmdə Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyi araşdırılır.
Filmin müəllifi birliyin sədri, telejurnalist və ssenarist Mübariz Əsgərov, rejissoru Elçin Elxanlı, prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur.
“13” adlı bədii-sənədli film 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrdən bəhs edir.
Belə ki, Xocalı soyqırımı zamanı iki gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc sakin həmin kənddəki fermaya aparılır.
Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verirlər, fermada saxlanılan girovların içərisindən 13 nəfər gənc seçilərək naməlum istiqamətə aparılır.
Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.
Onların ailə üzvləri və yaxınları, hadisələrin canlı iştirakçıları ilk dəfə təfərrüatı açıqlayırlar.
Bakıda premyerasından sonra filmin bir sıra xarici ölkələrdə ingilis dilində nümayişi nəzərdə tutulur.
Mərmərə dənizində batan Türkiyəyə məxsus “Batuhan A” adlı gəminin itkin düşən heyət üzvlərindən ikisinin meyiti aşkarlanıb.
Bunu sonar cihazının köməyi ilə müəyyən etmək mümkün olub.
Məlumata görə, gəmi dənizin 51 metr dərinliyində aşkar edilib.
Su altında qeydə alınan görüntülərdə gəminin yana dönmədiyi və düz oturduğu görülüb.
Axtarış-xilasetmə işlərini asanlaşdırmaq üçün gəminin 3D modelləşdirilməsi də aparılıb.
Xatırladaq ki, Mərmərə adasından dolomit daşı yükləyən 53 yaşlı “Batuhan A.” gəmisi İmralı adası sahillərində dalğalara tab gətirə bilməyərək batıb.
Gəminin sahibi ilə birlikdə altı dənizçi itkin düşüb.
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal...
Şahid Fariz Nəbiyev bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə rəisi işləyib.
İşlədiyi hərbi hissədə 2017-2022-ci illər arasında 740 min manata yaxın pul mənimsənilib:""“Bu puldan 335 min manat mənə çatıb, qalanını korpusun maliyyə rəisi Yaşar Rzayevə vermişəm.
Rəis gəlib deyirdi ki, pulun 50 faizini mənə verməlisən.
Mənimsənilən pulun mənə aid olan hissəsindən 243 min manatını büdcəyə ödəmişəm”.
Həmin vaxt Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində maliyyə rəisi və Müdafiə Nazirliyində baş təftişçi işləmiş şahid Nazim Süleymanov bildirib ki, ümumilikdə iki hərbi hissənin maliyyə yoxlamasında iştirak edib.
Onun sözlərinə görə, həmin hərbi hissələrin birində bir milyon çatışmazlıq aşkar olunub:""“Çatışmazlıq aşkar olunanda özümüzə düşən payı götürüb gedirdik.
Pulları Rafael Xələfovun göstərişi ilə onun dediyi adamlara vermişik.
Cəmi 350 min manata yaxın pul mənə qalıb.
İkinci hərbi hissədə 649 min manat çatışmazlıq aşkar edilmişdi.
Mənə bu puldan 420 min manat çatıb, onu da büdcəyə qaytarmışam”.
O əlavə edib ki, 2019-2021-ci illərdə korpusda maliyyə xidmət rəisi olub.
Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafail Xələfova 1 milyon 80 min manat pul verib.
R.Xələfovla üzləşəndə o, öz üzərinə düşən məbləğdən boyun qaçırıb.
Hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən şahid Emin Hüseynov təftiş dövrü ərzində üç hərbi hissədə işlədiyini deyib.
Birinci hərbi hissədə 169 min manat, digər hərbi hissədə isə 505 min çatışmazlıq olub, 300 min manata yaxın pulu Cəlal Kazımova verib:""“İşlədiyim digər hərbi hissədə 690 min manat çatışmazlıq aşkar olunmuşdu.
Cari hesabda qalan 105 min manatı Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Həsən Paşayevə vermişəm”.
O əlavə edib ki, qalan pulun 65 faizini Cəlal Kazımova verib, 35 faizi isə özünə qalıb.
Ümumilikdə işlədiyi bütün hərbi hissələrdə mənimsənilən pullardan 350 min manat ona qalıb, dəymiş ziyandan 17 min manatı ödəyib.
Şahid Cəmil Quliyev bildirib ki, hadisə vaxtı maliyyə xidmət rəisi işləyib.
İşlədiyi hərbi hissədə yoxlama zamanı bir milyona yaxın çatışmazlıq aşkar olunub:""“Pulun 60 faizini həmin vaxt korpus komandiri işləmiş Yaşar Rzayev və Nazim Süleymanova vermişəm, 290 min manat pul isə özümə qalıb.
Həmin məbləğdən 10 min manatı büdcəyə ödəmişəm”.
Proses fevralın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalma...
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Xatırladaq ki, fevralın 16-da N.Paşinyan Münhenə üçgünlük işgüzar səfərə gedib.
“Ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin dühası, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi, xalqın müdrikliyi və əzmkarlığı, hərbçilərimizin qəhrəmanlığı sayəsində düşmənə hərtər...
Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə, eləcə də digər cinayətlər törətmiş şəxslərin qanunvericiliyin və beynəlxalq hüququn tələblərinə uyğun cəzalandırılması istiqamətində kifayət qədər işlər görülür və görülməkdə davam edir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
O qeyd edib ki, sözügedən qəbildən olan cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək, qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması...
Bundan sonra cinayət işinin ibtidai araşdırılması cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət h...
Cinayət işi üzrə beş əsas istiqamət - Azərbaycan xalqına qarşı soyqırımı, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə, terror, dövlətə və vətəndaşlara vurulmuş ziyan və müasir dövrdə milli ədavət və düşmənçilik niyyəti ilə törədilmiş xüsusilə ağır cinayətlər müəyyən edilib”, - deyə F.Əliyev vurğulayıb.
Əliyalın, dinc əhaliyə qarşı törədilən Qaradağlı faciəsinin amansızlığından danışan F.Əliyev deyib:""“Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda aparılmış istintaqla müəyyən edilib ki, erməni silahlı birləşmələrinin üzvləri 1992-ci il fevralın 14-dən başlayaraq 17-si də daxil olan müddətdə Xocavənd rayonunun Qara...
Böyük kədər və təəssüf hisləri ilə vurğulayıram ki, azğınlaşmış düşmən qoca, qadın, hətta azyaşlı uşağa belə fərq qoymayıb və qətlə yetirilən şəxslərin doqquzu azyaşlı, 10-u qadın, 14-ü yaşı 60-dan yuxarı olan insanlar olub.
Həmçinin, işgəncəyə məruz qalmış iki nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə onların sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurulub, 49 nəfər isə girov götürülüb.
Eyni zamanda, yaşayış binaları və dövlət obyektləri qarət edilərək yandırılıb.
Qeyd olunanlarla yanaşı, kəndin azərbaycanlı milliyyətindən olan 1008 nəfər əhalisindən 941 sakini beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yerləşdikləri yerlərindən məcburən didərgin salınıb.
Cinayət işinin istintaqı zamanı konkret olaraq Qaradağlı epizodu üzrə sülh və insanlıq əleyhinə cinayətlər törətmələri sübuta yetirilmiş 12 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ed...
Hazırda baş prokuror Kamran Əliyevin və hərbi prokuror Xanlar Vəliyevin nəzarətləri ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir və qanunvericiliyin, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Xalqımıza qarşı sülh və insanlıq əleyhinə və digər cinayətlər törətmiş hər bir şəxs mütləq layiqli cəzasını alacaq.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi hissənin komandir-rəis heyəti ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları onlara çatdırıb, müvafiq göstərişlər verib.
Baş Qərargah rəisi hərbi hissənin gündəlik fəaliyyəti, döyüş hazırlığının vəziyyəti və xidmət şəraiti ilə maraqlanıb.
Məruzə olunub ki, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və çətin şəraitdə tapşırıqları yerinə yetirməsi üçün lazımi şərait yaradılıb, müxtəlif tədbirlər keçirilir.
Sonra general-polkovnik K.Vəliyev komandoların yüksək dağlıq ərazi və sərt qış şəraitində keçirilən döyüş və xüsusi hazırlığı üzrə praktiki məşqlərini izləyib.
Komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim və məşqlərin intensivliyinin artırılmasının vacibliyi qeyd olunub.
Hərbi hissənin qarşısında duran tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bu kimi təlim və məşqlərin keyfiyyətinin daha da artırılmasına dair komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.
Fevralın 17-də Münhendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.
Almaniya tərəfi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.
Olaf Şolts qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır.
Sonra Almaniya Kanslerinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış edib.
O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.
14:34"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
13:52"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.