Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bildirilib ki, A.Aripov həmkarını Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. |
Məktubda Azərbaycan-Özbəkistan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə dövlət başçıları tərəfindən iki ölkənin hökumətlərinin qarşısında qoyulmuş mühüm vəzifələrin həyata keçirilməsində sıx əməkdaşlığa ümid ifadə olunur. |
A.Aripov, həmçinin, nəqliyyat-logistika, energetika, sənaye, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş razılaşmaların ardıcıl surətdə həyata keçiriləcəyinə əminliyini ifadə edib. |
12:12"Gürcüstanın Baş naziri İrakli Kobaxidze Baş nazir Əli Əsədova təbrik məktubu ünvanlayıb. |
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. |
Bildirilib ki, məktubda İ.Kobaxidze Ə.Əsədovu Azərbaycanın baş naziri təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. |
Azərbaycan-Gürcüstan əməkdaşlığı və qarşılıqlı dəstəyi iki ölkənin strateji tərəfdaşlığının və sıx mehriban qonşuluq əlaqələrinin bariz ifadəsi kimi qiymətləndirilib, münasibətlərin gələcəkdə daha da intensiv və əhatəli olacağına əminlik ifadə olunub. |
Gürcüstanın baş naziri iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində birgə səy göstərməyə hazır olduğunu bildirib. |
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub. |
AZƏRTAC xəbər verir ki, Con Kerri dövlətimizin başçısını prezident seçkisində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Prezident İlham Əliyev ilə görüşlərini məmnunlu... |
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. |
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. |
Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpa olunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. |
İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. |
Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. |
Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir. |
Dövlətimizin başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd etdi, həmçinin Xəzər dənizinin dibində bərpa olunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırıb. |
Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğulayıb. |
O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvar olduğunu bildirib. |
Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib. |
Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırıb. |
11:56"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub. |
İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək doqquz il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb. |
“Qafqazinfo”nun məlumata görə, Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib. |
Qəhrəmanov həbsdə keçirdiyi doqquz ilin maddi və mənəvi ziyanı üçün bir milyon manat tələb edib. |
İddiaya cavabdeh kimi Maliyyə Nazirliyi və Baş Prokurorluq tanınıb. |
Hakim Əfsanə Heydərova iddiaçı və cavabdeh tərəflərin çıxışlarını dinlədikdən sonra qərarı elan edib. |
Qərara əsasən, Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib. |
Maddi ziyanla bağlı tələb isə rədd edilib. |
Qeyd edək ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilib. |
Doqquz il sonra - 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət verib. |
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub. |
President.az-ın məlumatına görə, Neçirvan Bərzani dövlətimizin başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. |
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd edib. |
İraq Kürdüstan Regionunun Başçısı Azərbaycana səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırlayıb. |
Səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin nümayəndələrinin yaxından çalışdıqları vurğulanıb. |
Həmçinin, İraqın mərkəzi hökuməti ilə Azərbaycan arasında əlaqələr məmnunluqla qeyd olunub. |
Söhbət əsnasında İraqın müxtəlif şəhərləri ilə Azərbaycan arasında birbaşa uçuşların olmasının önəmi qeyd edilib. |
Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib. |
Neçirvan Bərzani COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırıb. |
Dövlətimizin başçısı İraq Kürdüstan Regionunun Başçısını COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib. |
Söhbət zamanı iqlim dəyişikliyi istiqamətində də birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. |
12:03"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub. |
Bu barədə President.az xəbər verir. |
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobustan qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Emin Vəliyevdən 5 kiloqram 369 qram... |
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. |
E.Vəliyev ondan aşkar olunan narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. |
Faktla bağlı cinayət işi başlanılıb. |
Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. |
Azərbaycan ərazisində fevralın 18-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. |
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. |
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. |
Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. |
Mülayim şimal-şərq küləyi əsəcək. |
Havanın temperaturu gecə 1-3, gündüz 3-5 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 65-75% olacaq. |
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. |
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. |
Dünya dövlətləri, o cümlədən Mərkəzi Asiya ölkələri və beynəlxalq strukturlar “Taliban” hərəkatı ilə getdikcə daha çox təmasda olurlar. |
Azərbaycan da bu həftə Kabildə rəsmi olaraq səfirliyini açıb - Əfqanıstandakı səfirimiz İlham Məmmədov “Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqiyə diplomatik nümayəndəliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib. |
Belə çıxır ki, dünya Əfqanıstanda de-fakto hakimiyyətdə olan “Taliban”ı təcrid etməyə və onlardan təcrid olunmağa ehtiyac olmadığını düşünür? |
Şərqşünas, Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Kirill Semyonov vəziyyəti Oxu.Az-a şərh edib:""- Əslində, indi heç kim “Taliban”ı təcrid etmir. |
Özü də onlar hələ hakimiyyətə gəlməmişdən əvvəl belə bir perspektivə sahib idilər. |
“Taliban”la pərdəarxası qurulan əlaqələr onlar Əfqanıstanda de-fakto hökumət olduqdan sonra dayanmadı. |
Əksinə, bir çox ölkə və təşkilatlar öz səfirliklərini və nümayəndəliklərini saxlayıblar. |
Hərəkatın nümayəndələri Orta Asiyanın bir çox ölkələrində - Türkiyə, Rusiya, Pakistan, Çin, İran, ərəb dövlətləri və s.ölkələrdə olublar. |
Hazırda deyə bilərik ki, “Taliban” üzərindəki “etiket”ləri silmək vəzifəsi ilə üzləşib, çünki hərəkat BMT-nin sanksiya siyahısında terror təşkilatı hesab olunur. |
Bununla belə, “Taliban”ın bəzi liderlərinin üzərindən sanksiyalar götürülüb ki, onlar müəyyən tədbirlərdə iştirak etsinlər. |
Əfqanıstanda indi dünyanın da təkid etdiyi hökumətin inklüzivliyi və qadın hüquqları ilə bağlı vəziyyətlə bağlı məsələlər qalır. |
Azərbaycana gəlincə, Bakının prosesə qoşulması və Kabildə səfirliyini açması tamamilə məntiqlidir. |
- Yeri gəlmişkən, “Taliban” Azərbaycanın da daxil olduğu 40 ölkədə Əfqanıstan səfirliyi ilə əlaqə saxladıqlarını bildirib. |
- Bəli, dünyanın bir çox ölkələrində “Taliban”ın adından işləyən və ya onlarla əlaqədə olan Əfqanıstan səfirlikləri var. |
“Taliban” de-yure tanınmasa da, de-fakto bu və ya digər şəkildə Əfqanıstan hakimiyyəti kimi tanınır. |
- Dünya ölkələri, o cümlədən Azərbaycan Əfqanıstanın iştirakı ilə hansı iqtisadi layihələrdə maraqlı ola bilər? |
Əfqanıstan, Türkiyə, Türkmənistan, Azərbaycan və Gürcüstan arasında layihə olan Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizini xatırlamaq yerinə düşər. |
- Təbii ki, neft kəmərləri də daxil olmaqla bir sıra ciddi layihələr var. |
Çin və Pakistandan İran və Mərkəzi Asiyaya dəhliz və s.müzakirə olunur. |
Hazırda bu layihələr, əsasən, nəqliyyat layihələridir. |
Perspektivdə faydalı qazıntılar hasilatı barədə də danışıqlar var; Əfqanıstan çox zəngin resurslara malik ölkədir, ona görə də Azərbaycan bu sahədə əməkdaşlıqda maraqlı ola bilər. |
Ancaq təbii ki, “Taliban” hakimiyyətinin başqa məsələlərlə yanaşı, de-yure tanınmaması ilə bağlı risklər hələ də mövcuddur. |
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub. |
President.az-ın məlumatına görə, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. |
Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparılıb və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olunub. |
12:34"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub. |
Bu barədə President.az xəbər verir. |
Ölkəmizdə dana və qoyun əti daha çox sevilir və yeyilir. |
Ancaq paytaxtın bəzi satış nöqtələrində alıcılara mal əti adı ilə camış əti satılır. |
Bəs camış ətini dana ətindən fərqləndirən nədir? |
Camış ətinin tərkibində zülallar və asan mənimsənilən dəmir komponentləri olduğu üçün dadına görə də dana ətindən fərqlənir. |
Elə rənginin tünd-qəhvəyiyə çalan qırmızı olması da tərkibindəki dəmir tərkibli birləşmələrlə izah edilir. |
Lakin ölkəmizdə bu ətə maraq daha azdır. |
Bunu bəzən təbii otlaqlarda otlayan, bataqlıqlarda yatan camışların ətindən gələn özünəməxsus qoxu ilə əlaqələndirirlər. |
Bəs ağız dadına o qədər də uyğun olmayan camış ətinin hansısa fəsadı varmı? |
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya deyib ki, mal xəstə olduqda hansısa fəsad yarada bilər:""“Həm qırmızı ət (mal, qoyun), həm də quş əti, balıq ətindən istifadədə coğrafi amil öz sözünü deyir. |
Bəzi restoranlarda camış ətindən istifadənin aşkar olunduğu deyilir. |
Aşkar olunsa belə, bu, birmənalı şəkildə camış ətinin zərərli olması demək deyil. |
Çünki əgər heyvan yemək üçün bəslənilibsə, təmiz, sağlamdırsa, xəstə heyvan deyilsə, insan orqanizminə heç bir fəsad verə bilməz. |
Həmçinin, gündəlik istifadədə bu kimi ətlərdən istifadə olunmayıbsa, yediyin zaman həzmi çətin ola bilər. |
Məhsəti Hüseynovanın sözlərinə görə, yol qırağında satılan bəzi qidaların hazırlanmasında ucuz ətlərdən istifadə olunur:""“Bu gün restoranlarda, ictimai iaşə obyektlərində, eyni zamanda, yol kənarında satılan dönərlər və yaxud da digər ətdən hazırlanan məhsullar var. |
Ucuz olsun deyə bəzən ənənəvi olmayan ət və eşşək ətindən istifadə olunur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.