Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Q.Stüart fevralın 22-də ADA Universitetində mühazirə deyəcək, bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Böyük Britaniyanın COP26-ya dair təcrübəsindən danışacaq. |
Xatırladaq ki, COP26 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilib. |
Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. |
İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. |
Kaliforniya ştatının (ABŞ) federal məhkəməsi amerikalı sahibkar İlon Maskın ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının onun “X” sosial şəbəkəsini əldə etməsinin qanuniliyi ilə bağlı apardığı təhqiqat çərçivəsində ifadə verməsi tələbi ilə bağlı qərarını ləğv edib. |
Bildirilir ki, hakim əvvəlki qərarında səhvini etiraf edib və bildirib ki, işin bütün hüquqi tərəflərini nəzərə almayıb. |
Bununla bağlı məhkəmə Maskın ifadəsi ilə bağlı mövqeyini “məsləhət xarakterli” olaraq dəyişib, işin özü isə dairə hakiminin ixtiyarına verilib. |
Xatırladaq ki, 2022-ci ilin oktyabrın 27-də Mask “X”i əldə etmək üçün 44 milyard dollarlıq sövdələşmə bağlayıb. |
2023-cü ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası Maskı ifadə verməyə məcbur etmək üçün məhkəməyə verib. |
“2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi zamanı xalqın səsinin və etibarının mütləq çoxluğu ilə yenidən dövlət başçısı seçilən İlham Əliyevin andiçmə mərasimində çıxışı son illərdə əldə edilmiş böyük zəfərlərin yeni bir hesabatı, gələcəyə hesablanmış inkişaf proqramı idi”. |
Bunu Oxu.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, tarix elmləri doktoru Mehman Süleymanov bildirib. |
Onun sözlərinə görə, çox qətiyyətli və aydın şəkildə edilmiş bu çıxışın hər cümləsi real və quruculuq vəzifələrinin ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinə olan dövlətçilik baxışının bütün dünyaya elan edilməsi idi:""“Respublika Prezidentinin bu tarixi çıxışında xüsusi olaraq qeyd edilən belə vəzifələrdə... |
Onun “Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir” fikri dövlət rəhbəri tərəfindən Azərbaycan gəncliyinə verilmiş bir qiymətdir”. |
Ekspert bildirib ki, İ.Əliyev müasir və 44 Vətən müharibəsinin əsas ağırlığını öz üzərinə götürmüş Azərbaycan gəncliyini nümunə sayır:""“Texniki inkişafın ən son nailiyyətlərini özündə əks etdirən müasir hərbi silah və texnologiyanın zərbə gücü heç zaman olmayacaq qədər əhatəlidir. |
Onların silahlanmaya alınması taktiki imkanlara da böyük vüsət verir. |
Bununla belə, onu da nəzərə almaq lazımdır ki, həmin texnologiyanı hərəkətə gətirən də insanlardır. |
Hərbçilərin mübarizliyi, qətiyyəti, təşəbbüskarlığı müharibədə aparıcı qüvvəyə çevrilir. |
İ.Əliyevin də qeyd etdiyi kimi, müharibədə qələbə bayrağını dalğalandıran da hərbçilərdir. |
Yalnız vətənpərvər olan hərbçi müasir hərbi texnologiyanın yarada biləcəyi dəhşətlərdən qorxmadan Vətən uğrunda, dövlətçilik uğrunda, müqəddəs torpaqlar uğrunda canından keçməyə hazır ola bilər. |
Gəncliyimiz üçün xüsusi əhəmiyyət kəsb edən hərbi vətənpərvərlik isə Vətənin maraqları və müdafiəsi üçün canından keçməyə hazır olmaqdır. |
Bu gün Azərbaycan gəncliyini fərqləndirən və Prezident tərəfindən də yüksək qiymətləndirilən məhz bu keyfiyyətdir. |
Prezidentin andiçmə mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi, Vətən müharibəsi dövründə Ermənistan ordusundakı fərarilər sayı 12 min nəfəri ötüb. |
Bu, Ermənistan ordusunun şəxsi heyətinin təxminən 25-30 faizi qədər idi.Azərbaycan əsgərinin və bütünlükdə Azərbaycan gənclərinin Vətənin müdafiəsinə olan münasibəti isə bizim hamımızın gözləri qarşısındadır. |
Hələ 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş vermiş erməni təxribatından sonra Azərbaycanın bütün şəhərlərində və rayon mərkəzlərində gənclər küçə və meydanlara axışdılar, Vətənin müdafiəsinə yollanmaq üçün Azərbaycan Prezidentinin verəcəyi fərmanın icrasına hazır olduqlarını bildirdilər. |
Vətən müharibəsinin başlanmasından sonra da Azərbaycan gənclərinin həmin mübarizliyi və yekdilliyi bir daha təkrar olundu. |
Bu, Azərbaycan gəncliyinin vətənpərvərliyinin əsl nümunəsi idi.İlham Əliyev də Azərbaycan gəncliyinin bu vətənpərvərliyini yüksək qiymətləndirirdi. |
Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. |
Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz”. |
M.Süleymanov qeyd edib ki, hərbi sənaye kompleksi hər bir dövlət üçün hərbi-strateji əhəmiyyət kəsb edən fəaliyyət sahəsidir:""“Çünki ölkənin müdafiəsinin artan tələblərinin ödənməsi hərbi təhlükəsizliyin təmin edilməsinin mühüm şərtlərindən biridir. |
Əgər istənilən ölkə ordunun gücləndirilməsi və təchizi üçün zəruri olan silah, texnikanın istehsalına malik olmasa, onda bu silah və texnikanın alınması üçün başqa ölkələrdən asılı vəziyyətdə qalacaq. |
Başqa ölkələrdən silah asılılığında qalmaq isə döyüş meydanında uğursuzluğa yol aça biləcək ciddi bir təhlükədir. |
Potensial hərbi təhlükənin qarşısında aciz bir duruma düşmək isə dövlətin müstəqilliyini və gələcəyini şübhə altına qoya bilərdi. |
Məhz bu məqamlar nəzərə alındığı üçündür ki, 2006-cı ildə İlham Əliyevin fərmanı ilə Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradıldı. |
Hazırda bu nazirliyin istehsalat sahələrində Azərbaycan Ordusunun təchizi üçün müasir silahlar və hərbi texnika istehsal edilməkdədir. |
Yəni silah və hərbi texnikanın bir çox növləri üzrə Azərbaycan heç bir ölkədən asılı deyil və öz ehtiyacını respublika daxilində təşkil edilmiş istehsalla ödəmək gücündədir. |
Müqayisə üçün qeyd etmək mümkündür ki, Vətən müharibəsinin gedişində Ermənistanın silah və sursat ehtiyatları çox tezliklə tükəndi və elə müharibənin gedişində müxtəlif ölkələrdən müxtəlif yollarla Ermənistana silah daşınmasına başlandı. |
Azərbaycanda isə buna ehtiyac yaranmadı. |
Çünki müharibənin ehtiyaclarının böyük bir hissəsi respublika daxilində ödənilirdi. |
Sözsüz ki, Azərbaycan həm də digər ölkələrdən silah almaqda davam edir. |
Elə hərbi texnika var ki, onların istehsalının Azərbaycanda qurulması sərfəli deyil. |
Ona görə də onların xaricdən alınması davam edir. |
Amma elə hərbi texnika da var ki, indiyə kimi onlar digər ölkələrdən alınırdısa, indi onların istehsalı respublika daxilində qurulacaq. |
Respublika Prezidenti də ona işarə edirdi ki, hərbi sənayeyə qoyulacaq sərmayə artırılacaq və bundan sonra böyük həcmdə silah-sursatla özümüzü təmin edəcəyik”. |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen ilə görüşüb. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. |
Qeyd olunur ki, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin perspektivləri müzakirə olunub. |
Ceyhun Bayramov beş ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. |
Bununla yanaşı, Avropa İttifaqının Ermənistandakı missiyasının regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunmasının, onların apardığı “binokl diplomatiyas... |
Sülh sazişi layihəsinə gəldikdə Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb. |
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
Nazir Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşünə dair mətbuat məlumatıhttps://t.co/xQNq33SV3y pic.twitter.com/Tggoqlz7Tv |
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Co Baydenin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə görüşü diqqətəlayiqdir. |
Çünki ABŞ NATO-nun öndəri kimi Azərbaycanla münasibətlərin inkişafına önəm verir. |
Hərçənd, Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı rolu geosiyasi rəqabət şəraitində Bakı üçün bir qədər neqativ çalarlara malikdir. |
Bu amil Azərbaycanla ABŞ arasında siyasi gərginlik yaratsa da, ikitərəfli əlaqələrin dinamikasında NATO-nun regional təhlükəsizliklə əlaqədar Bakı ilə əməkdaşlıq prinsipləri önə verilir. |
Çünki regional təhlükəsizlik Azərbaycanın sahibi olduğu enerji resurslarının Avropa bazarlarındakı diversifikasiyası üçün münbit orbitdir. |
Bu baxımdan, ABŞ regional təhlükəsizliyin aspektlərini enerji sahəsindəki möhkəm sabitliklə tutuşdurmaq arzusundadır. |
Burada ABŞ-nin Cənubi Qafqazdakı regional qüvvələr nisbətində lider olan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün mərhələli danışıqlara üstünlük verməsi başadüşüləndir. |
Bu xətt ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki “qiyməti”ni dəyişə bilmək potensiallarını artırır. |
Çünki enerji resurslarının şaxələnməsi Azərbaycanın Zəngəzur dəhlizi layihəsinə önəm verməsi ilə yeni dəyər qazanır. |
Misal üçün, yaşıl enerjinin xarici bazarlara çıxışının təmin edilməsi Azərbaycanın regionda geosiyasi reallıqları dəyişdirə bilmək və Zəngəzur dəhlizi proyektinin fonunda əhəmiyyət kəsb edir. |
Bu o deməkdir ki, Azərbaycanla ABŞ arasındakı energetika sahəsindəki əməkdaşlığın dərinlikləri Vaşinqtonun İrəvana qarşı Bakıya dəstəkləri ilə nəticələnə bilər. |
Co Baydenin xüsusi koordinatorunun İlham Əliyevlə görüşü Ağ Evin qeyd olunan iki istiqaməti vahid paket daxilində tutmasının göstəricisidir. |
Çünki Əliyevlə Hoxşteynin müzakirələrində Orta Dəhlizin inkişaf etdirilməsi amilinin vurğulanması geniş təhlükəsizlik aspektlərinə baxış bucağı kimi başa düşülə bilər. |
Düzdür, Orta Dəhliz Çin mərkəzli beynəlxalq ticari marşrut kimi əhəmiyyət qazanır. |
Ancaq ABŞ-nin də Orta Dəhlizdə iştirak edən ölkələrlə - Qazaxıstan, Azərbaycan, Türkiyə, Gürcüstan - əlaqələrində yeni səhifə açması sirr deyil. |
Ancaq Azərbaycanın istədiyi budur ki, ABŞ-nin perspektiv praktiki xətti Vaşinqtonun Rusiya və Çinlə artan gərginliklərinin davamında ciddi regional fəsadlar yaratmasın. |
Buradan belə nəticəyə gəlmək olar ki, ABŞ ilə Azərbaycanın növbəti müzakirələrinin quruluşu qarşılıqlı ehtiyaclar və anlaşmalar baxımından daha güclü olmalıdır. |
Nizami Rayon İcra Hakimiyyəti Qara Qarayev prospekti, 229 ünvanında qanunsuz tikinti işlərinin aparılması ilə bağlı açıqlama verib. |
İH-dən Oxu.Az-a bildirilib ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan iki tərəf arasında baş verib:""“Fəaliyyətdə olan ticarət mərkəzinin sahibi özbaşına həmin obyektin yan tərəfinə avtomobil nəqliyyatı üçün nəzərdə tutulmayan və bununla bağlı aidiyyəti qurumların müvafiq icazə sənədi olmayan, yolun inşasına c... |
Eyni zamanda, digər sahibkar öz növbəsində yanında olan boş torpaq sahəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin müvafiq çıxarışı əsasında onun xüsusi mülkiyyətində olduğunu bildirərək, digər tərəfin hərəkətlərindən Rayon İcra Hakimiyyətinə şikayət edib. |
Tərəfimizdən qanunsuz avtomobil yolunun inşasının qarşısı alınıb. |
Ərazi və eyni zamanda piyadaların hərəkəti üçün nəzərdə tutulmuş pilləkən və səkinin vəziyyəti nəzarətdə saxlanılır. |
Lakin qanunsuz tikinti işləri aparan ticarət obyektinin sahibi yanlış izahat vermək məqsədi ilə öyrədilmiş şəxslərdən müsahibə aldıraraq mətbuata reallığı əks etdirməyən məlumatlar ötürüb və bununla da cəmiyyətdə yanlış fikirlər formalaşdırmağa çalışıb”. |
Qeyd edək ki, ərazidə qanunsuz tikinti işlərinin aparılması ilə bağlı məlumat ötən gün yayılmışdı. |
“Yuventus” futbol klubu növbəti transfer pəncərəsində yarımmüdafiəçi Pol Poqba ilə yollarını ayırmağı planlaşdırır. |
Bildirilir ki, İtaliya komandası fransıza ümid bəsləmir. |
Klub ondan və yüksək maaşından qurtulmaq istəyir. |
Poqba “Yuventus”a 2022-ci ilin yayında keçib. |
Yarımmüdafiəçinin klubla müqaviləsi 2026-cı ilə qədərdir. |
Bu mövsüm fransalı futbolçu komandasının iki oyununda iştirak edib və fərqlənə bilməyib. |
Xatırladaq ki, “Yuventus”un İtaliya çempionatının bu mövsümünün 1-ci turunun “Udineze” ilə oyunundan (0:3) sonra Poqbanın dopinq testinin nəticələri müsbət çıxıb. |
Bundan əvvəl isə mətbuatda İtaliyanın antidopinq prokurorluğunun Poqbanın dördillik diskvalifikasiyasını tələb etdiyi barədə məlumatlar yayılıb. |
Portuqaliya təmsilçisi “Braqa”nın prezidenti Antonio Salvador Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunundakı məğlubiyyətdən sonra futbolçulara sərt söhbət edib. |
İdman.biz xəbər verir ki, klub rəhbəri ciddi narazılığı üzündən görüşdən dərhal sonra soyunub-geyinmə otağına yollanıb. |
O, əsəbi halda futbolçuların qarşısına tələblər qoyub. |
Salvador onlardan özünəinam, klub dəyərlərinə hörmət və uğursuz oyunlara son qoymağı istəyib. |
Klubun prezidenti “Farense” ilə çempionat matçı və “Qarabağ”la Bakıdakı görüşlərdə yaxşı nəticə qazanmalı olduqlarını bildirib. |
Salvadorun soyunub-geyinmə otağına gözlənilməz gəlişi baş məşqçi Artur Jorjenin oyunsonrası mətbuat konfransına gecikməsinə səbəb olub. |
Qeyd edək ki, “Qarabağ” Portuqaliyada 4:2 hesablı qələbə qazanıb. |
Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı jurnalistin sualını cavablandırmaqdan yayınıb. |
Belə ki, İTV-nin əməkdaşı Münhen Təhlükəsizlik Konfransında iştirak edən Paşinyana sual ünvanlayıb. |
Jurnalist:“Cənab baş nazir, Ermənistan Konstitusiyasını dəyişəcəkmi?”, “Siz bu məsələdə qətiyyətlisinizmi?” suallarını ünvanlayıb. |
Paşinyan isə suallara cavab verməyib. |
Gəncə şəhərində fərdi evdə yanğın olub. |
Ümumi sahəsi 220 kvadratmetr olan beşotaqlı evdə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. |
Qeyd edək ki, hadisə nəticəsində ev içərisindəki əşyalarla birgə tamamilə yanıb. |
Faktla bağlı araşdırma aparılır. |
Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova təbrik məktubu ünvanlayıb. |
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.