Search is not available for this dataset
text
stringlengths
10
518k
Təhsil pilləsində komanda işini inkişaf etdirmək çox faydalıdır.
Dərslər bizim təhsil sistemimizdən çox fərqlidir.
Müəllimlər tələbkardır, amma əsas yük sənin üstündədir.
Müəllim dərslərini izah edir, sualınıza cavab verir və işi bitir.
Öz məsuliyyətini özün dərk etməlisən.
Ən əsası, sənə uşaq kimi deyil, yetkin insan kimi davranır, fikirlərinə əhəmiyyət verirlər”.
“Dadlı plovun həsrətini çəkirdim”"Gülnarənin qürbətdə ən böyük çətinliyi yeməklərlə bağlı olub.
Nənəsinin, anasının dadlı yeməklərinin həsrətini çəkib:“Londonda ən çox yeməklərimiz üçün darıxırdım.
İngiltərə təbiəti, tarixi binaları ilə məşhur olsa da, mətbəxlərini sevmirdim.
Hətta Azərbaycan restoranında belə, həmin dadı almırdıq.
Milli yeməklərimiz üçün çox darıxırdım.
Plovu çox sevirəm və dadlı plovun həsrətini çəkirdim.
Gələn kimi anam mənə plov bişirmişdi”.
“Bu, mənim atamın qarşısında olan borcumdur”"Xaricdə təhsil alan gənclərin bəziləri orada iş tapıb, karyeralarını əcnəbi ölkədə davam etdirməyi arzulayırlar.
Gülnarə deyir ki, onun heç vaxt belə planı olmayıb:“Atam həmişə deyirdi ki, biz hərbçiyik, ölkəni səngərlərdə qoruyuruq, siz də öz peşənizlə bu ölkəyə xidmət etməlisiniz.
Atam bu vətən uğrunda canını verib.
Mən də bu vətəndə xidmət etməli, ölkəm üçün faydalı olmalıyam.
Bu, mənim atamın qarşısında olan borcumdur.
Öz ölkəmə ən az atam qədər faydam olsun istəyirəm”.
Milli qəhrəmanın qızı olmaq...""Gülnarə deyir ki, Milli Qəhrəmanın qızı olmaq həm fəxr, həm də çox böyük məsuliyyətdir:“Atam bizimlə sərt davranmırdı, amma onun övladı olduğumuzun məsuliyyətini dərk edirdik.
O, Milli Qəhrəman olduqdan sonra bu nizam-intizam davam etdi.
Artıq tək deyildik və bilirdik ki, xalqın da gözü üzərimizdədir.
Atamın adına layiq övlad olmaq borcumuzdur.
Nə xoş mənə ki, onun arzularını reallaşdırıram.
Mən fəxr edirəm ki, elə bir atanın qızıyam, ümid edirəm ki, həmişə onun adını layiqincə yaşadacağam”.
Udmurtiyanın paytaxtı İjevskdə (Rusiya) sənaye binasında 3,5 min kvadratmetr sahədə yanğın baş verib.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, yanğın peşəkar yuyucu və dezinfeksiyaedici vasitələr istehsal edən müəssisədə qeydə alınıb.
Hadisə yerinə 100-dən çox mütəxəssis və 33 texnika cəlb edilib.
Hazırda yanğın lokallaşdırılıb.
Fövqəladə vəziyyətin səbəbləri və şəraiti müəyyənləşdirilir.
Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb.
Bu haqda Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib.
“Artıq səkkiz ildir ki, anam qaraciyər sirrozundan əziyyət çəkir.
Beş-altı gün bundan öncə yenidən halı pisləşdi.
Biz, onsuz da, onu həmişə müalicə edirdik.
Həkim çağırdıq, dedi ki, insult keçirib.
Qaraciyər xəstəliyi qalıb kənarda, insultu müalicə edirik.
Hələ ki ayağa qalxa bilmir, ev şəraitində müalicə alır.
Atamın dostlarından müalicəyə kömək edənlər var.
Düzdür, dərmanları çox bahadır.
Amma yenə də köməksiz qalmırıq.
Atam bu gün həyatda olmasa da, adı bizə kömək olur.
Özümüz də nələrsə etməyə çalışırıq”, - deyə aktyorun oğlu bildirib.
Sənətkarın oğlu bildirib ki, atasının ölümündən sonra anasının xəstəliyi daha da şiddətlənib.
Qismət olmur ki, məzarını ziyarət etsin.
Anam, ümumiyyətlə, atamla nəfəs alırdı.
Evə çəkiliş qrupu gələndə atam onu güc-bəla ilə yola gətirirdi ki, çəkilsin.
Atam çox narahat insan idi.Anamın xəstələnəndə daim yanında oldu.
Son gününə qədər anamı qorudu, özü xəstəxanaya düşdü.
Anam deyir ki, atan evin bütün ruzi-bərəkətini də özü ilə aparıb getdi”, - deyə Rövşən Quliyev bildirib.
“Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alınaraq sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək”.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq.
“Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”, - məlumatda vurğulanıb.
ABŞ-nin Sterlinq şəhərində (Virciniya ştatı) evlərdən birində dəhşətli partlayış baş verib.
Hadisə nəticəsində ölən və yaralananlar var.
Bildirilir ki, yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 4:40) Lauden dairəsinin yanğınsöndürmə idarəsinə evdə qaz iyi ilə bağlı zəng daxil olub.
Yanğınsöndürənlər hadisə yerinə gedəndən sonra partlayış baş verib.
Nəticədə bir yanğınsöndürən həlak olub, daha 11 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti naməlum olaraq qalır.
Partlayış nəticəsində qonşu evlərə ziyan dəyib.
Fevralın 17-si “Neftçi”nin veteran futbolçusu, Azərbaycan U-19 yığma komandasının baş məşqçisi Nazim Süleymanovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Nazim Süleymanov 1965-ci ildə Sumqayıt şəhərində anadan olub.
Səkkiz-doqquz yaşlarından “Neftçi”nin Sumqayıtdakı akademiyasında futbola başlayan Nazim 17 yaşında “Neftçi İSM”in komandasında debüt edib.
İstedadlı futbolçu mütəxəssislərin diqqətini cəlb edib və SSRİ çempionatının ikinci liqasının 9-cu zonasında yarışan “Avtomobilçi” (Mingəçevir) klubunun heyətinə cəlb olunub.
İnamlı oyunu ilə seçilən Nazim Azərbaycanın birinci komandası “Neftçi” klubuna dəvət alıb.
Bakı təmsilçisinin heyətində minlərlə futbolsevərin rəğbətini qazanan Nazim Süleymanovun adı indi də sevilərək səslənir.
Nazim Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatında çıxışı ilə bağlıdır.
1996-cı ildə “Alaniya” (Vladiqafqaz) ilə Rusiya çempionu titulunu qazanan Nazim Süleymanov, eyni zamanda, Rusiya çempionatının ən sərrast futbolçusu kimi tarixə düşür.
Bu unudulmaz futbolçunun karyerasında “Spartak” (Moskva), “Jemçujina” (Soçi) kimi klubların adı var.
Nazim Süleymanov 2023-cü ildə dərc olunmuş Rusiya tarixinin ən çox qol vuran legionerlərinin yeni siyahısında 10-cu yeri tutub.
Süleymanov artıq 23 ildir, legioner-bombardirlərin siyahısında yerini saxlayıb.
O, bu reytinqə düşən ilk və hələlik sonuncu azərbaycanlıdır.
O, “Spartak”, “Alaniya” və “Jemçujina” klublarında meydana çıxdığı 150 oyunda (1991-2000-ci illərdə) 50 qol vurub.
Oyunçu karyerasının bitirən Nazim Süleymanov məşqçilik fəaliyyətinə start verib.
Rusiya çempionatında yarışan “Jemçujina” (Soçi) klubunun əvəzedici heyətinin məşqçisi təyin olunan Nazim Süleymanovun komandası “Cənub” çempionatında 9-cu yerdə qərarlaşıb.
Növbəti il Vətənə dönən Süleymanov yenicə yaranmış “Xəzər-Lənkəran” klubuna baş məşqçi təyin olunub.
Bir mövsüm bu komandanı çalışdıran mütəxəssis müvəqqəti olaraq Azərbaycan milli komandasına baş məşqçi təyin olunub.
Nazim Süleymanovun daha sonra çalışdığı məkan “Bakı” futbol klubu olub.
O, həmin klubun gənclər komandasını çalışdırıb.
2022-ci ilin sentyabrında o, Rusiyanın “Ximki”nin gənclər komandasına başçılıq edib, 2023-cü ilin fevralından aprel ayına qədər “Ximki-M” İkinci Liqa komandasının baş məşqçisi olub.
Daha sonra “Ximki U19”a qayıdıb.
N.Süleymanov tək futbolda deyil, eyni zamanda, güləşdə də uğur qazanıb.
O, sərbəst güləş üzrə Mingəçevir çempionu titulunun sahibidir.
50 illik yubileyi ilə bağlı 16 aprel 2015-ci ildə Bakıda Varisin müəllifliyi ilə çap edilən “Bitməyən matç” kitabının təqdimat mərasimi keçirilib.
Ötən həftə Tehranda həbs edilərək “Evin” həbsxanasına salınan güneyli din xadimi və vətəndaş cəmiyyəti fəalı Əbdüləziz Əzimi Qədim aclıq aksiyasına başlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, din xadimi həbsxanada qeyri-müəyyən vəziyyətdə saxlanılmasına, qanunsuz rəftar və əsassız ittihamlara bu yolla etirazını bildirir.
Məlumata görə, aclıq aksiyasına başlayandan sonra o, karserə köçürülüb.
Güneyli din xadiminin yaşı və sağlamlığı ilə əlaqədar onun keçirdiyi aclıq aksiyası ailəsinin narahatlığına səbəb olub.
Qeyd edək ki, Əbdüləziz Əzimi Qədim illər əvvəl İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz etdiyinə görə həbs cəzasına məhkum olunmuşdu.
Yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, paytaxt ərazisində MAZ markalı 33-ZA-043 nömrə nişanlı yük avtomobilinin sürücüsünün yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə 050-800-09-02 “WhatsApp” nömrəsinə daxil olmuş videomüraciət əsasında araşdırma aparılıb.
Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Yaşar Hüseynov DYP əməkdaşları tərəfindən müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.
BDYPİ bir daha bütün sürücülərdən yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmağa cəhd etməmələrini tələb edir, bu hərəkətləri ilə barələrində tətbiq ediləcək cəzanı ağırlaşdırdıqlarını diqqətlərinə çatdırır.
Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.
Həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış“ verilişində səsləndirilib.
Belə ki, Əhməd Əhmədovun qonşusu Əfsanə xanım onların ailələrində bir müddətdir mübahisələrin olduğunu deyib:""“Həmin ailə bir neçə aydır ki, buraya köçüb.