Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Məktəb zirvələrə gedən pillədir”"“Vahid müəllim, demək olar ki, 80 yaşınızı haqlamısınız. |
Ömür yolunda yaşanan günlərin və illərin əhəmiyyətli keçməsi üçün şagirdlərə nə tövsiyə edərdiniz?” - deyə auditoriyadan ünvanlanan ilk suala Xalq şairi “Mənim də həyatda səhvlərim olub və indi düşünəndə onlara görə hərdən utanıram”, - deyə cavab verdi:“Məsələn, bəzən nəvələrim dil, qrammatika, kimya və sairlə bağlı su... |
Bunlar hansısa dərsə gəlməyəndə və ya tapşırılanda öyrənmədiklərimdir. |
Ona görə elə oxuyun ki, gələcəkdə övladlarınız sual verəndə utanmayasınız. |
Mən ən çox fizika və astronomiya fənlərini sevmişəm, riyaziyyatla o qədər aram olmayıb. |
Ədəbiyyat da sevimli fənnim olub. |
Rus dilində oxumuşam, amma Azərbaycan dilini yaxşı bilmişəm. |
Heydər Əliyev o zaman məni Mərkəzi Komitədə işə qəbul etdi. |
Təlimatçı, mətbuat bölməsinin müdiri işlədim. |
Savadlı adam özünə arxayın və cəsarətli olur. |
Siz də cəsarətli və savadlı olmaq üçün çox oxuyun. |
Məktəb zirvələrə gedən pillədir, qalan elmləri həyat öyrədir”. |
Vətən sevgisini ifadə etmək üçün...""“Vətən sevgisini sadəcə şeir dili ilə ifadə etmək olurmu?” - deyə şagirdlərdən birinin sualına V.Əziz belə cavab verdi:“Təbii ki, vətən sevgisi şeirlə ifadə olunur. |
Müharibə başlayandan on gün qabaq bir yuxu gördüm:Tərtərdə evimizin yanındakı arxdan su axırdı. |
Mən bir şeir yazdım:“Su bir də gələcək su gələn arxa”. |
Mən müharibə, vətənpərvərlik mövzusunda yazdığım şeirləri “Param-parça illər” adlı kitabda topladım. |
Bu kitab müharibə gündəliyidir. |
Vətən sevgisini ifadə etmək üçün gərək vətəni yaxşı tanıyasan, onun dilini sevəsən. |
Vətəni sevmək insanın qanında olmalıdır. |
Bu gün Azərbaycan xalqı onunla qürur duya bilər ki, ermənilərlə mübarizə aparan, döyüşən, şəhid olan Vətəni sevən cəsarətli insanları var. |
Şəxsiyyətinizi elə formalaşdırın ki, özünüzü Vətənin sahibi kimi görəsiniz. |
Onda Vətəni qorumağı da, sevməyi də bacaracaqsınız. |
Həyatda layiq olduğunuz yeri bilin və özünüzü saydırmağı bacarın. |
Həmişə sadə olun və adiləşməyin. |
“Məktəb xatirələri insanı yaşadır” "“İlk şeirinizi nə vaxt yazmışınız?” sualı şairi gəncliyinə qaytardı:“İlk şeirimi Politexnik İnstitutunun 2-ci kursunda oxuyanda qələmə almışam. |
Amma ona qədər yaxşı mütaliəm vardı, ədəbiyyatı yaxşı bilirdim. |
Hərdən düşünürəm ki, Nizaminin, Füzulinin, Nəsiminin, Xəqaninin, Məhəmməd Hadinin bu qədər dərin və poetik şeirlərinin olduğunu bilsəydim, əlimə qələm almazdım. |
Amma 22 yaşımda ilk şeirimi yazandan sonra Rəsul Rza “Vahid Əzizin şeirləri qibtə oyadacaq qədər poetikdir”, - deyə rəy bildirdi. |
Ondan sonra şeirlərim sıralandı...” "“Məktəb illəri necə yadınızda qalıb?” sualı isə şairin uşaqlıq xatirələrini oyatdı. |
“Qərbi Zəngəzurdan, Dərələyəzdən köçüb gələndə 6 yaşım vardı.1951-ci il idi”, - deyə xatırladı:“Atam rayon partiya komitəsi katibinin müavini idi.Məni məktəbin Azərbaycan bölməsinə yazdılar. |
İlk dərs günü dəhlizdə qaçışan uşaqları gördüm. |
Onların arxasınca gedib oxuduqları sinfə daxil oldum. |
Bu sinif rus bölməsi idi.Beləcə rus dilində təhsil almalı oldum. |
Məktəb xatirələri insanı yaşadır. |
Bəzən ata-ana evdə uşağın nazını çəkmir, amma məktəbdə müəllimlər sizin qayğınıza qalırlar. |
Mənim də utandığım odur ki, atam və anamdan çox nazımı çəkən müəllimlərimi bəzən dəyərləndirməmişəm. |
Sizə sevgi göstərən insanı həmişə dəyərləndirin. |
Gələcəkdə sizin içərinizdən nazir də çıxacaq, məmur da. |
Çalışın, nə vaxtsa vəzifə sahibi olanda yanınıza gələn insanların qayğısına qalasınız”. |
“Şairlər və şeir yazanlar”"“Şeirlərinizi özünüz oxuyanda daha çox xoşunuza gəlir, yoxsa başqalarının ifasında?” - deyə soruşan şagirdə qonaq “Şeir sakit oxunmalıdır. |
Şeir qələm adamıyla kağız arasında pıçıltıdır”, - deyə cavab verdi:“Şeirdə müqəddəs kədər olmalıdır. |
Bir də ədəbiyyatda və sənətdə elitarlıq var. |
Ədəbiyyatda da, incəsənətdə də hamı üçün və yüksək zövq üçün fərqlər var. |
Bir var şeir yazanlar, bir də var şairlər. |
Siz də çalışıb zövqünüzü elə tərbiyə edin ki, yalnız yüksək olsun”. |
Sizcə, şeir müasir zamanın tələbi ola bilərmi?” - deyə ünvanlanan suala “Vladimir Mayakovski yazırdı ki, əgər hər gecə göydə ulduzlar yanırsa, demək bu, kiməsə lazımdır. |
Mən də hərdən düşünürəm ki, əgər Ramiz Rövşən, mən və ya başqa qələm dostlarımız yazırıqsa, demək, bunlar kiməsə lazımdır. |
Şeirlə dünyanı dəyişmək olmur, amma bədii əsərlər insanlara həyatlarını dəyişməyə kömək edir”, - deyə cavab verdi. |
“Bugünkü gənclik haqqında fikirləriniz necədir?” - deyə məktəblilərdən biri maraqla soruşdu. |
“Hazırkı gənclikdən çox razıyam”, - deyə Xalq şairi fikrini bildirdi:“Qarabağ müharibəsində kimlər döyüşdü? |
Əgər bu gün yaşlı insanlar gənclərdən şikayətlənirsə, demək, özləri haradasa səhvə yol veriblər. |
Bu gün ucqar kənddən gələn uşaq beynəlxalq olimpiadada qızıl medal qazanır. |
Mən qürur duyuram ki, Azərbaycanın çox intellektual gəncliyi yetişir...” |
Birləşmiş Ştatlar İsrail hakimiyyətinə milyonlarla dollar dəyərində müxtəlif döyüş sursatları verməyi planlaşdırır. |
Bu barədə “Wall Street Journal” amerikalı rəsmiyə istinadla xəbər verib. |
Bildirilir ki, gözlənilən silah tədarükünə təxminən 1 000 ədəd “MK-82” bombası, “KMU-572” birbaşa hücum sursatları və “FMU-139” bomba partladıcıları daxildir. |
Mənbə bildirib ki, təklif edilən tədarük hələ daxili administrasiya tərəfindən nəzərdən keçirilir, həmçinin, təklifin təfərrüatı dəyişə bilər. |
Milli Qəhrəman İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyeva:“Atam heç vaxt işini evə gətirməzdi. |
Nə qədər yorğun, gərgin olsa da, bizə onu hiss etdirmirdi. |
Münasibətlərimiz tam fərqli idi”. |
“Bakalavr təhsilini xaricdə almaq istəyirdim. |
Lakin maliyyə baxımından bunu reallaşdırmaq mümkün deyildi. |
Atam o vaxt mənə söz verdi ki, səni magistratura təhsili üçün mütləq xaricə göndərəcəyəm. |
Ailəmə yük olmaq istəmirdim, bunun çətinliyini də anlayırdım. |
Atam isə deyirdi ki, “ürəyini buz kimi saxla, atan həll edəcək”. |
Bakalavrı bitirəndə xaricdə təhsil üçün dövlət proqramı elan edildi və atamla arzumuz reallaşdı. |
İnanıram ki, atam yenə də yanımda idi və bu məsələni o həll etdi. |
Çünki mən bütün çətin anlarımda onun varlığını möcüzəvi şəkildə hiss edirəm”. |
Bu sözlər Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevaya aiddir. |
O, İngiltərənin nüfuzlu universitetlərindən olan “Warwick Business School”un magistr pilləsini uğurla başa vurub və vətənə qayıdıb. |
Təhsili, uğurları, bu yolda çətinlikləri, məqsədləri ilə bağlı hər addımda atasına layiq övlad olmağa çalışan şəhid qızı ilə söhbətləşdik. |
“Kaspi” qəzetinin əməkdaşının Gülnarə Mirzəyeva ilə söhbətini təqdim edirik. |
“Humanitar fənləri bəzən valideynlərim oxuyur, mən dinləyirdim”"Hərbçi ailəsində böyüdüyü üçün üç məktəb dəyişib. |
Orta təhsilinə Naxçıvanda başlayıb, Beyləqanda davam edib, Bakıda bitirib. |
Ali təhsilini isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti iqtisad fakültəsində, sənayenin təşkili və idarə olunması ixtisası üzrə davam etdirib və fərqlənmə ilə bitirib. |
Uşaqlıq illərindən danışan həmsöhbətimiz deyir ki, ailəsi onların təhsilinə çox önəm verib. |
Hətta çətinlik çəkdiyi humanitar fənləri ata-anasının səsindən dinləyib, öyrənib:“Humanitar fənləri öyrənə bilmirdim və sevmirdim. |
Yadımdadır ki, atam saatın neçə olmasından asılı olmayaraq, işdən gələn kimi anamla birlikdə tarix kitabını açır, cümlə-cümlə oxuyurdular ki, öyrənə bilim. |
Onlar oxuyurdu, mən dinləyirdim. |
Təhsillə bağlı nədə çətinlik çəkirdiksə, ailəvi oturub, iclas edib, həll edirdik”. |
“Atam heç vaxt işini evə gətirməzdi”"Hərbçi ailəsinin sərt qayda-qanunlarının olduğunu deyirlər. |
Gülnarə deyir ki, onların ailəsi ilə bağlı da hamı elə düşünüb:“Atam heç vaxt işini evə gətirməzdi. |
Nə qədər yorğun, gərgin olsa da, bizə onu hiss etdirmirdi. |
Münasibətlərimiz tam fərqli idi.Şəhid olandan sonra əsgərləri, zabit yoldaşları onun haqqında bizə danışırdılar, mən bəzən təəccüblənirdim ki, atamdan danışırlar? |
Təbii ki, bilirdim çox nizam-intizamlıdır. |
Amma mənə qarşı o qədər yumşaq idi ki...Evdə tam fərqli insan idi.Hərbçi ailəsinin əsas çətinliyi odur ki, onlar ailələrindən uzaq olurlar. |
Atam şəhid olmazdan əvvəl biz beş il idi ki, bir evdə deyildik. |
Ancaq bayramlarda, tətillərdə hər fürsətdə atamın yanına gedirdik. |
Hər gün danışırdıq, amma tez-tez görmürdük”. |
“Qardaşımın statusunu oxuduqda, kövrəldim”"Yuxarıda da qeyd etdiyimiz kimi, həmsöhbətimiz məktəbi bitirdiyi il İngiltərəyə Elm və Təhsil Nazirliyi tərəfindən nəzərdə tutulmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə gedib. |
İlk dəfə ailəsindən uzaq olduğu üçün orada bir müddət çətinlik çəkdiyini deyir. |
Qardaşının onun haqqında yazdığı statusu oxuduqda isə qürur hissi ona bütün çətinliklərini unutdurub:“Həm ailəmdən uzaq idim, mühit fərqli idi, həm də dərslər çətin idi.Amma ailəmin, qardaşımın dəstəyini həmişə hiss edirdim. |
Qardaşımla münasibətimiz hər bacı-qardaşda olduğu kimi idi.Həmişə sözlərimiz çəp düşür, dalaşırdıq. |
Amma onun mənim haqqımda yazdığı statusu oxuduqda, kövrəldim. |
Mənə elə gəlir ki, o sözlər qardaşımla münasibətlərimdə tam başqa mərhələnin başlanğıcıdır. |
“Qürur duyuram səninlə və unutma ki, sənin üstündə atanın kölgəsi, yanında ailən dayanıb” yazmışdı. |
Bu statusa qədər şıltaq bacı-qardaş olduğumuzu düşünürdüm. |
Amma bu statusla onu arxamda dağ kimi, eynən atam kimi hiss etdim”. |
“Öz məsuliyyətini özün dərk etməlisən”"Xaricdə təhsillə Azərbaycan təhsilini fərqləndirən müsahibimiz vurğulayır ki, təhsildən əlavə, İngiltərədəki qrup dərsləri gələcək fəaliyyəti üçün yaxşı təcrübədir:“Fərqli qruplara bölünür, təqdimatlar, məqalələr hazırlayırdıq. |
Çünki biz məzun olandan sonra gələcək iş yerimizdə hər hansı komandanın parçası olacağıq. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.