Search is not available for this dataset
text
stringlengths
10
518k
Oleq Tinkovun bu siyahıya daxil edilməsinin səbəbləri arasında onun Ukraynadakı müharibəyə qarşı çıxması göstərilib.
Nazirlik həmçinin hesab edir ki, iş adamı qeyri-məhdud sayda insan üçün xarici agentlərlə bağlı mesajların və materialların hazırlanmasında iştirak edib, Rusiya dövlət orqanlarının qəbul etdiyi qərarlar və yeritdiyi siyasət haqqında əsassız məlumatlar yayıb.
Sumqayıtda marşrut avtobusu sürücüsünü şantaj edərək pul tələb etməkdə ittiham edilən 40 yaşlı Nübar Quliyeva (şərti) cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılmış qadına hökm oxunub.
Araşdırmalar zamanı məlum olub ki, N.Quliyeva 19 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıtda 7 saylı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusa minib.
Yolda olarkən sürücü Qurban Aslanov (şərti) ona yaxın dayanmış sərnişin Nübarla tanış olmaq məqsədilə öz nömrəsini telefonunun ekranına yazaraq nümayiş etdirib.
Bu zaman Nübar Quliyeva öz telefonu ilə sürücünün ona nömrə vermək istəməsini və mobil cihazın ekranına əlaqə nömrəsini yazmasını videoya çəkib.
Daha sonra N.Quliyeva çəkdiyi videonu sosial şəbəkə səhifəsində paylaşıb və bir neçə sayta göndərib.
O, həmçinin Qurbana mesaj yazaraq ondan dövlət qurumlarına şikayət etdiyini bildirib və sürücünün ünvanına nalayiq ifadələr yazıb.
N.Quliyeva əlavə olaraq sürücünün “WhatsApp” profilində yerləşdirdiyi övladlarının şəkillərini də götürərək fotonun üzərinə təhqiramiz sözlər yazıb.
Bundan sonra Qurban Nübarla əlaqə saxlayaraq yaydığı videonu silməsini xahiş edib.
Həmçinin bir neçə digər şəxs də görüntüləri görərək Nübara yaydığı videonu silməsini bildiriblər.
Lakin o, Qurbanın 500 manat pul verməsini tələb edib, əks təqdirdə onu biabır etməyə davam edəcəyini deyib.
Hadisə ilə bağlı polisə müraciət edildikdən sonra Nübar Quliyeva barəsində cinayət işi başlanılıb, istintaq müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Məhkəmənin 9 fevral tarixli hökmü ilə N.Quliyevaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Lakin onun cəzası 2 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
ABŞ Prezidenti Co Bayden rusiyalı müxalifətçi Aleksey Navalnının ölümündə Rusiya hakimiyyətini günahlandırıb.
Bayden müxalifət liderinin ölümünə təəccüblənmədiyini, lakin qəzəbləndiyini deyib.
“Biz nə baş verdiyini dəqiq bilmirik, lakin heç bir şübhə yoxdur ki, Nalvaninin ölümü Rusiyanın hərəkətlərinin nəticəsidir”, - deyə Bayden Ağ Evdə çıxışı zamanı bildirib.
“Navalnının ölümünə görə Rusiya məsuliyyət daşıyır”, - deyə o qeyd edib.
ABŞ Prezidenti həmçinin baş verən hadisəyə görə Rusiyaya qarşı hansı əlavə addımların atıla nəzərdən keçirdiyini vurğulayıb.
Suraxanı rayonu, Hövsan qəsəbəsində bəzi yollar keçilməz vəziyyətdədir.
Belə ki, bir neçə gündür hökm sürən qeyri-sabit hava səbəbindən suyun səviyyəsi yüksəlib, yolları su basıb.
Məsələ ilə bağlı Baku TV-nin əməkdaşı Hövsan Bələdiyyəsində olub.
Bələdiyyə sədri Elbrus Xəlilov ona ünvanlanan sualları tam şəkildə cavablandıra bilməyib:""“Yağışın təsirindən borular çatdırmır.
Mövcud vəziyyətlə bağlı müvafiq qurumlara müraciət etmişik”.
Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron Ukraynanın təhlükəsizliyinə zəmanət haqqında ikitərəfli saziş imzalayıblar.
Bu barədə dövlət liderləri birgə keçirdikləri mətbuat konfransına məlumat veriblər.
Zelenski və Makron arasında müvafiq sənəd Yelisey sarayında imzalanıb.
“Biz Ukrayna ilə yan-yana durmaq əzmindəyik ki, Rusiya müharibədə uduzsun”, - deyə Makron sənədi imzaladıqdan sonra bildirib.
Gəncədə iki nəfər bıçaqlanıb.
APA-nın məlumatına görə, hadisə yeni avtovağzal ərazisində qeydə alınıb.
1988-ci il təvəllüdlü Nadir Ciqarov və 1980-ci il təvəllüdlü Samir İsmayılov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə bıçaqlan şəxslərin arasında müştəri üstündə mübahisə yaranıb.
Müsahisə zamanı onlar bir-birlərinə bıçaq xəsarətləri yetiriblər.
Hər iki şəxs Bakı-Gəncə reysi ilə işləyən taksi sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.
Masazır sakinləri təmirsiz yollarından şikayət edirlər.
Bəzi yollardakı vəziyyət təcili tibbi yardımın əraziyə gəlməsində belə çətinlik yaradır.
Problemli yol səbəbindən uşaqlar da təhsildən kənar düşüblər.
Ətraflı İctimai TV-nin süjetində:
ABŞ-nin keçmiş prezidenti və hazırda prezidentliyə namizəd Donald Trampın mülki fırıldaqçılıq işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə Trampa 355 milyon dollar cərimə kəsib və Nyu-Yorkda biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edib.
Məlum olub ki, Tramp on illər ərzində bankları və sığortaçıları aldatmaq üçün öz sərvətini milyardlarla məbləğdə şişirdilmiş göstərib.
Bu səbəbdən keçmiş prezidentin 355 milyon dollar ödəməsi və ad qazandığı ştatda bizneslə məşğul olmasının məhdudlaşdırılması barədə hökm oxunub.
Manhetten Ali Məhkəməsinin hakimi Artur Enqoronun bu qərarı 77 yaşlı Trampın Midtoundakı “Trump Tower” və onun Nyu-Yorkdakı digər məşhur mülkləri üzərində nəzarətini itirməsinə gətirib çıxara bilər.
Enqoronun qərarı həmçinin siyasətə qoşulmazdan əvvəl atasının şirkətini dünyanın ən məşhur daşınmaz əmlak brendlərindən birinə çevirən Trampın maqnat kimi imicinə də zərbə vurub.
“Tramp 2011-2021-ci illər arasında maliyyə hesabatlarında Midtoun qülləsi və Floridadakı “Mar-a-Laqo” klubu kimi aktivlərin dəyərini şişirdərək, sanki “fantaziya dünyasında” yaşayırmış kimi, öz biznesini dəstəkləyib”, - deyə Enqoron bildirib.
BMT-nin Baş katibi Antoniu Quterriş rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı tam və şəffaf təhqiqatın aparılmasına çağırıb.
Bu barədə dünya təşkilatı rəhbərinin rəsmi nümayəndəsi Stefan Dyujarrik brifinq zamanı məlumat verib.
“Baş katib müxalifət lideri Aleksey Navalnının həbsdə ölməsi ilə bağlı xəbərlərdən şoka düşüb.
Baş katib Navalnının ailəsinə başsağlığı verir və Navalnının ölümünün tam, etibarlı və şəffaf şəkildə araşdırılmasına çağırır”, - deyə Dyujarrik bildirib.
Xatırladaq ki, fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət Navalnının koloniyada öldüyü barədə məlumat yayıb.
Qurumun məlumatına görə, Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib.
Həkimlər dərhal məhbusa kömək etməyə başlayıb və yarım saatdan çox onu reanimasiya etməyə çalışıblar.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Erməni vandalizmindən ən çox zərər görən və buna görə də “Qafqazın Hiroşiması” adlandırılan Ağdamda bərpa işləri tam sürətlə davam edir.
Qadın minaaxtaranlar layihəsi çərçivəsində bu prosesdə zərif cinsin nümayəndələrinin də əməyindən istifadə olunur.
Özlərinin də dediyi kimi, atacaqları bir səhv addım onlar üçün ölümə bərabərdir.
Ancaq təhlükə qarşısında belə, gördükləri işlə qürur duyurlar.
Ətraflı İctimai TV-nin süjetində:
Yasamal rayonunda bir qrup sakin binalarının həyətində istirahət üçün şəraitin olmamasından şikayətçidir.
Sakinlərin ümumi istifadəsində olduğu həyəti elə qonşuların bəziləri qanunsuz olaraq zəbt edib.
Sakinlər deyirlər ki, dəfələrlə problemin həlli ilə bağlı müraciət etsələr də, bir nəticə yoxdur.
Ətraflı İctimai TV-nin süjetində:
Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədovla bağlı müzakirələr səngimir.
Psixoterapevt Elmir Əkbər deyir ki, Əhməd Əhmədovun cinayəti anlaqsız vəziyyətdə etdiyi sübut olunsa, doqquz aylıq məcburi müalicədən sonra sərbəst buraxıla bilər.
Psixiatr Orxan Fərəcli isə həmkarı ilə razılaşmır.
Hesab edir ki, ağır cinayəti törətmiş şəxsin bir neçə aydan sonra azadlığa buraxılması mümkünsüzdür.
Hüquqşünas deyir ki, əgər şəxsin qətli anlaqsız vəziyyətdə törətdiyi sübut olunarsa, o, sağalandan sonra sərbəst buraxılır.
Yəni, şəxs cinayət törədərkən anlaqsız vəziyyətdə olubsa, öz əməlinin faktiki xarakterini, ictimai təhlükəlilik dərəcəsini dərk etməyibsə, o, sonradan müalicə nəticəsində sağalsa da, cinayət məsuliyyətinə cəlb edilə bilməz.
Qeyd edək ki, Əhməd Əhmədovun uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkdiyi, həmçinin buna görə müalicə aldığı iddia edilir.
Xatırladaq ki, Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray İbrahimova qızılcadan vəfat edib.
Nuray qızılca xəstəliyinə rəhmətə gedən babasının yas mərasimində yoluxubmuş.
Məlum olub ki, Nurayın 16 yaşlı qardaşı İbrahim İbrahimli də bu xəstəliyə yoluxub.
Onun müalicəsi isə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə ilə bağlı Xəzər TV-nin süjetini təqdim edirik:
Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib.
Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb.
Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı.
Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan həmkəndlisi, 37 yaşlı Vilayət Məmmədov toydan çıxaraq evə gedib.
Özünü pis hiss etdiyi üçün o, xəstəxanaya çatdırılıb.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, xəstəxanada vəfat edib.
İlkin ehtimala görə, gənc ürəktutmasından vəfat edib.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.
Təyyarə yerli vaxtla saat 8:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları yollarda sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununl...
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Akif Məmmədov və Fərəc Əmirov idarə etdikləri avtomobil ilə qarlı hava şəraitində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, təhlükəli manevrlərlə avtoxuliqanlıq edib, bunu videoya çəkərək sosial şəbəkələrdə pa...