Search is not available for this dataset
text
stringlengths
10
518k
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
“Burada təşkilatçılıq yüksək səviyyədədir.
Azərbaycan Cüdo Federasiyası baxımlı yarışın təşkili üçün əlindən gələni edib”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın cüdo üzrə 100 kiloqram çəki dərəcəsində 11 qat dünya, 3 qat Olimpiya, 5 qat Avropa çempionu Teddi Riner “Böyük Dəbilqə” turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Dünya cüdosunun əfsanəsi Bakıya komandasını dəstəkləmək üçün gəldiyini bildirib:“Bu, mənim paytaxtınıza ilk gəlişim deyil.
Bakı çox gözəl və ecazkar şəhərdir.
Mən özüm də burada keçirilən turnirlərdə yarışmışam.
Hər dəfə buraya gələndə fərqli hisslər keçirirəm.
Sabah da yarışı izləməyə gələcəyəm.
Burada titullu bir çox dostum mübarizə aparır.
Onların hamısına uğurlar arzu edirəm”.
O, cüdo üzrə Azərbaycan yığmasında yaxşı idmançıların olduğunu söyləyib:“Düşünürəm ki, onlar bu yarışda medallar qazana biləcəklər.
Ancaq daha əvvəl mənim çəkimdə qızıl medal qazanan azərbaycanlıya rast gəlməmişəm”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən “Böyük Dəbilqə” turnirində 62 ölkə iştirak edir.
Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, “VAZ-2106” markalı avtomobilin sürücüsü, paytaxt sakini İlham Ağamirov yol polisi əməkdaşı tərəfindən nəzarət qaydasında saxlanılıb.
Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.
Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.
İ.Ağamirov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə onun barəsində 600 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Dövlət İmtahan Mərkəzi (DİM) martın 17-də dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati rəhbər (A növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçirəcək.
DİM-dən bildirilib ki, imtahan vermək etmək istəyən namizədlərin Mərkəzin portalında “Şəxsi kabinet”i olmalıdır.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyya...
Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələrə qəbul üzrə test imtahanı"İnzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanında iştirak etmək üçün qeydiyyat martın 14-dək aparılacaq.
İmtahan kompüter vasitəsilə Bakı şəhərində Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 5 saylı tədris binası) keçiriləcək.
İmtahan saat 10:00-da başlanacaq və kompüter vasitəsilə keçiriləcək.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan"Bu imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı BB qrupu üzrə fevralın 29-dək, AB, AC, BA qrupları üzrə isə martın 14-dək davam edəcək.
AB, AC qrupları üzrə imtahan saat 10:00-da, BA qrupları üzrə imtahan isə saat 15:00-da kompüter vasitəsilə Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 5 saylı tədris binası) keçiriləcək.
BB qrupu üzrə imtahan saat 11:00-da başlanacaq və kağız daşıyıcılar vasitəsilə keçiriləcək.
İmtahan yeri imtahana 5 gün qalmış namizədin buraxılış vərəqəsində göstəriləcək.
Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.
AZƏRTAC xəbər verir ki, Amos Hoxşteyn COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, ...
Görüşdə Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olundu, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparıldı.
19:21"Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vade...
Bu barədə AZƏRTAC məlumat yayıb.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Prezident İlham Əliyev Almaniyaya səfər etdi.
Dövlət başçısı Münxendə bir sıra görüşlər keçirib.
Əli Əsədov baş nazir təyin edildi.
Hökumətin yeni tərkibi təsdiqləndi.
Rusiyalı məşhur müxalifətçi həbsxanada dünyasını dəyişdi.
Rəsmi Kreml Navalnının ölümünə münasibət bildirdi.
Paytaxta yağan yağış şəhərin bəzi hissələrində nəqliyyatın hərəkətində çətinliklər yaratdı.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub.
AZƏRTAC xəbər verir ki, İsrail Prezidenti İsxak Hersoq dövlətimizin başçısına prezident seçkilərində qələbə qazanması münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirdi və bununla bağlı İsxak Hersoqdan rəsmi məktub formasında da təbrik aldığını məmnunluqla qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, iqtisadi-ticari, mədəni, humanitar əlaqələrə toxunuldu.
Həmçinin Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli əlaqələrimizin inkişafına təkan verdiyi bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.
20:02"Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Hər bir evin dərman qutusunda yod adlanan məhsulu tapmaq mümkündür.
Yod ilk tibbi yardım vasitəsi kimi həm açıq yaralarda, həm də soyuqdəymə və ya qrip olarkən ağıla gələn ilk tibbi ləvazimatdır.
Lakin yod düşünülən qədər funksional deyil.
Faydaları olduğu qədər zərərləri də var.
Terapevt Nərminə Abbasova bildirib ki, dəridə “yod setka”sının tətbiqi, həmçinin boğazı yaxalamaq üçün yoddan istifadə məqsədəuyğun deyil:""“Çünki hərarəti olan insan yoddan istifadə edəcəyi təqdirdə temperaturu daha da yüksələ bilər.
Yod daxildə selikli qişanı, tənəffüs yollarını, qida borusunu da yandırır.
Yod məhlulunun satışı reseptlə olsaydı, yaxşı olardı.
Çünki ondan istifadə həddən artıq olarsa, bir çox fəsadlara səbəb ola bilər”.
Bir neçə gün əvvəl ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət axınının əksinə avtomobil idarə edən şəxsin məsuliyyətə cəlb edilməsinə və bu kimi əməllərin ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, yenidən sosial mediada analoji qayda pozuntusunu əks etdirən videogörüntü y...
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, idarə tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, bu dəfə sözügedən avtomobil yolunda “VAZ 2121” markalı, 27-BZ-071 dövlət qeydiyyat nişanlı avtomobillə birtərəfli müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edən sürücü Xaçmaz rayon saki...
Törətdiyini əməli avtomobildə yaranmış nasazlıq səbəbindən yolda qalan ailə üzvünə köməklik göstərməyə tələsməsilə əsaslandırmağa çalışan Namiq Ağayev, təəssüf ki, bu addımı atmazdan əvvəl həm özünün, köməyinə tələsdiyi doğmalarının, həm də neçə-neçə günahsız insanın həyatını təhlükəyə atmasının fərqinə varmayıb.
Baş Dövlət Yol Polisi İdarəsi kobud qayda pozuntularına yol verən Namiq Ağayev barəsində qanunvericiliyə uyğun tədbirlər görüldüyün bildirməklə yanaşı, bir daha sürücülərə müraciət edərək vəzifələrini sözsüz yerinə yetirməyə, bədbəxt hadisələrin baş verməməsi üçün məsuliyyətsiz davranışlardan çəkinməyə çağırır.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən fevral ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edilib, sərəncamlar imzalanıb.
Sərəncamda qeyd edilib ki, “Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi 2025-ci il və sonrakı üç il üçün büdcənin layihəsini, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi isə növbəti büdcə ili və sonrakı üç il üzrə iqtisadi və ...
Nazirlər Kabinetinin 2 fevral 2024-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi ha...
Həmçinin Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilmişdir.
Dəyişikliyə görə Dövlət ekoloji ekspertizasının keçirilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar sifarişçidən tələb edilmir.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.
Bundan başqa, "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə” Ali Məclis Sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin fevralın 6-dakı Qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Media Reyestri şəhadətnaməsinin forması”nın təsd...
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yerli orqanlarının ştat sayı”nda dəyişiklik edilib.
Nazirlər Kabinetinin fevralın 15-də “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Qərarında edilmiş dəyişikliyə əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılıb, “İc...
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Valideyinlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarında dəyişiklik edilib.
“Burada bizə dəstək böyük idi.Çünki doğma arenada güləşirik.
Buna görə də özümüzə inanaraq tatamiyə çıxırıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanmış Balabəy Ağayev deyib.
Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançı qızıl medal qazana bilməməyinin səbəbini açıqlayıb:“Səhvə yol verdiyim üçün qızıl medal uğrunda yarışa bilmədim.
Amma çoxdandır mükafat qazana bilmirdim.
Ona görə də üçüncü yeri tutmaq mənə təsəlli oldu”.
İdmançı apreldə Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq kişi cüdoçular arasında Avropa çempionatında iştirak etmək istədiyini deyib:“Heyət hələ tam dəqiqləşməyib.
Bu idmandır, hər şey ola bilər.
Amma məndən başqa, mənimlə eyni çəkidə mübarizə aparan Turan Bayramovun iştirakı gözlənilir”.
Qeyd edək ki, Balabəy Ağayev bürünc medal uğrunda görüşdə özbəkistanlı Kamoliddin Baxtiyarova qalib gəlib.
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə alman iş adamlarının Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməkdə maraqlı olduqları bildirildi.
Xüsusilə nəqliyyat, logistika, sənaye, bərpaolunan enerji və digər sahələrdə marağı olan şirkətlərin nümayəndələrinin fevral ayında Azərbaycana səfərinin həyata keçirilməsi barədə Prezident İlham Əliyevə məlumat verildi.
Qeyd edildi ki, bu səfər Azərbaycan Prezidentinin ötən il Almaniyaya səfəri çərçivəsində işgüzar dairələrlə keçirdiyi görüşün nəticəsidir və bu, indiyədək həm təmsilçilik, həm də say baxımından iş adamlarının ən böyük nümayəndə heyəti olacaq.
Görüşdə ölkəmizdə COP29-un keçirilməsinin öz növbəsində daha geniş miqyasda iqtisadi layihələrin reallaşdırılması potensialının gücləndirilməsi işinə xidmət etdiyi qeyd olundu.
20:52"Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub.
Bu barədə AZƏRTAC məlumat yayıb.