Search is not available for this dataset
text
stringlengths
10
518k
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa ölkələrini müdafiəyə daha çox pul xərcləməyə, Avropanın müdafiə sənayesini stimullaşdırmağa və istehsalı artırmağa çağırıb.
“Daha çox xərcləməliyik, daha yaxşı xərcləməliyik, avropasayağı xərcləməliyik.
Çox dağınıq müdafiə bazarımız var və bunu dəyişmək lazımdır.
Komissiyanın səlahiyyətləri hansılardır?
Bu, bizim əsas işimizdir”, - deyə sədr bildirib.
Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin yeni buraxılışının qonağı Azərbaycan Respublikasının Xalq artisti, tanınmış Azərbaycan cazmeni Salman Qənbərov olub.
Salman Qənbərov Azərbaycanın caz ənənələrindən, caz sənətinin ölkəmizdəki gələcək perspektivindən, caz-muğam improvizasiyasından, toy biznesinin Azərbaycan incəsənətinə vurduğu təsirdən və digər maraqlı məqamlardan danışıb.
Gənc nəslin qarşısında duran problemlər və onların həlli yolları dəyişir.
Onun sözlərinə görə, Prezident İlham Əliyev tarixi nitqində Vətən müharibəsindən sonra yaranan geosiyasi reallıqda yeni milli ideoloji quruculuğun fundamental parametrlərini müəyyən etdi:“Hər bir xalqın varlığının qarantı adlandırılan milli-mənəvi dəyərlər, milli kimlik, ümumilikdə ideoloji məsələləri, xüsusilə XXI əsr...
Sözügedən məsələlərin dövlət başçısının tarixi çıxışındakı prioritet məsələlər sırasında ordu quruculuğundan sonra ikinci sırada yerləşdirilməsi olduqca önəmli sayılmalıdır.
Prezident, ümumilikdə, cəmiyyətdə, o cümlədən gənc nəsildə mənəvi dəyərlərin qorunması, milli kimliyin formalaşması prosesləri və onun formalaşdırılması imkanları, habelə bu proseslərdə cəmiyyətin rolu və onlarla bağlı risklər barədə dövlətimizin ümumi baxışlarının müzakirəsi ilə bağlı önəmli mesajlar verdi”.
Professor bildirib ki, hazırkı dövrdə dəyərlər və kimliklər geosiyasi aktorların əlində fundamental siyasi təzyiqin hədəfinə, informasiya və manipulyasiya isə onun alətinə çevrilib:“Bu gün biz, habelə sabahımız olan gəncliyimiz qloballaşma və informasiya inqilabının qeyri-sabit kimlik, multiidentiklik, kimlik boşluqlar...
Bu ideologiyanın, ilk növbədə, qlobal güclərin, transmilli korporasiyaların maraqlarına cavab verməsi ümumən məlum olsa da, zəfərimizdən sonra xüsusilə Azərbaycana qarşı səfərbər olan qlobal erməni şəbəkəsi və onların himayədarlarının hazırda bütün qüvvəsini sərf etdiyi bir sahədir.
Əksəriyyəti bəlli olan bu mərkəzlər, xarici və ziyanlı ideoloji yanaşmalardan Azərbaycan dövlətinin milli maraqlarına qarşı çıxmaq, qalib kimliyini zəiflətmək, ən vacibi, millilik konseptinin təməlinin fövqündə duran kvazimilli (kosmopolitizm və s.)kimliklər yaratmaq üçün sui-istifadə edirlər.
Burada məqsəd hər bir xalqın milli varlığının qarantı olan mənəvi dəyərlərin zəiflədilməsi, kimliklərin nisbətində milli kimliyin statusunun tamamilə heçə endirilməsi, ziyanlı ideoloji təlimlərin gücləndirilməsi yönündə fasiləsiz ideoloji təbliğatın aparılmasıdır”.
T.Allahyarova vurğulayıb ki, ümumi milli-mənəvi dəyərlər adlanan fundamental idoeloji konseptlərin çətiri altında hərbi-vətənpərvərlik dəyərləri müstəsna yer tutur:“Prezident qalib ordumuzda, Silahlı Qüvvələrdə mənəvi-psixoloji vəziyyətin ən ali səviyyədə olmasını vurğulamaqla yanaşı, onu qorunması və daha da möhkəmlən...
Bir fenomen olaraq gənclərin hərbi-vətənpərvərlik fəaliyyətinin dəyərlərinə Vətənə məhəbbət, Silahlı Qüvvələrdə xidmətin nüfuzunu yüksəltmək, hərbi anda sədaqət, Vətən naminə şücaət göstərməyə hər an hazır olmaq, Zəfər yazan qəhrəmanlara, şanlı tariximizə, Vətən müharibəsindəki misilsiz rəşadətə ülvi münasibətin gənclə...
Son dərəcə təqdirəlayiq faktdır ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı ictimai rəy sorğularında hərbçi peşəsi, Silahlı Qüvvələrdə xidmət gənclərin peşə seçimlərində bir və ya ikinci yerlərdə durur.
Bu zəfərimizin, qalib kimliyimizin yaratdığı olduqca önəmli yeni bir reallıqdır” .
Ekspert söyləyib ki, Azərbaycan xalqı ilk müstəqil nəslinin öz tarixi qəhrəmanlıq missiyasını tam layiqli şəkildə yerinə yetirməsinə şahidlik etdi:“Müstəqilliyimizin yaşıdı olan, torpaqlarımızın işğalı ilə eyni vaxtlarda, olduqca ağır dönəmlərdə dünyaya gələn, bir qismi milyondan çox qaçqın ailəsində yetişən Azərbaycan...
Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyünü bərpa edərək özünün xələfləri olacaq gələcək nəsilləri ağır işğal yükünü daşımaqdan azad etdi.
Bununla yanaşı, həyat davam edir və müstəqil Azərbaycan gəncliyinin ilk nəsli gəncliyinin ənənəvi yaş həddini tərk edir, yetkinlik mərhələsinə daxil olur”.
STM rəsmisi diqqətə çatdırıb ki, müasir nəslin missiyası başlıca olaraq, regionun lider dövləti kimi Azərbaycanın müstəqilliyinin, qüdrətli, firavan gələcəyinin əbədi olaraq təmin edilməsi və daha da inkişaf etdirilməsidir:“Öz növbəsində, bu vəzifələrin öhdəsindən yalnız güclü milli-mənəvi dəyərlər, təməllər üzərində f...
İstər dünyada, istərsə də Azərbaycanda baş verən ictimai-siyasi proseslər dəyişdikcə yeni nəsil gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişir, yenilənir.
Gəncliyə münasibətdə strategiyanın elmi əsaslı təhlili nəticəsində alınan qənaətlər, baş verən köklü ictimai-siyasi transformasiyalar və ölkənin inkişaf perspektivləri prizmasında nəinki təkcə müəyyən korreksiyaları, ən vacibi, gənclərə münasibətin yeni modelini - yeni gənclər siyasətinin fortmalaşmasını tələb edir”.
Azərbaycan dövlətinin yeni gənclər siyasətinə yönələn Tahirə Allahyarovanın fikrincə, prioritet hədəflər yalnız gənclərin fiziki sağlamlıq, sosial rifah səviyyəsini artırmağa yönəlməklə kifayətlənməyəcək:“Müvafiq olaraq gənclərimizin dəyərlər sisteminin, onların transformasiyaya uğradığı hazırkı mürəkkəb dövrdə milli v...
Belə ki, qlobal ideoloji təzyiqlər və dezinformasiya savaşı şəraitində milli suverenliyin qarantı, ilk növbədə, həm də mənəvi suverenliklə gənclərimizin dəyərlər sistemində düzgün seçimini yönləndirən mənəvi müqavimət çıxış edə bilər”.
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun görüşü olub.
AZƏRTAC xəbər verir ki, Odil Reno-Basso dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə etdi.
Həmçinin AYİB-in Orta Dəhliz layihəsinə böyük əhəmiyyət göstərdiyini və bu çərçivədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək, bu kimi layihələrdə iştirak etməyə hazır olduğunu bildirdi.
Odil Reno-Basso vurğuladı ki, AYİB, eyni zamanda, su resurslarının idarə edilməsi sahəsində də Azərbaycanın tərəfdaşı rolunda çıxış edir və bu istiqamətdə hökumətin həyata keçirdiyi layihələrə dəstək verməyə hazırdır.
O, həmçinin COP29 çərçivəsində də AYİB–lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı Azərbaycanla AYİB arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edərək, Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyini, artıq ölkəmizin yaxın dövrlərdə b...
Görüşdə iqlim dəyişikliyinin artıq Cənubi Qafqaz regionuna da öz təsirlərini göstərdiyi, bu xüsusda Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, Azərbaycanda, həmçinin çaylarda suyun həcminin azalması və digər fəsadların hiss olunduğu qeyd edildi.
Söhbət zamanı Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihələrində də AYİB ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunuldu.
17:58"Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun görüşü olub.
Bu barədə President.az xəbər verir.
Baku TV-də yayımlanan “Rəsmilər” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayının qonağı Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torma olub.
Diplomat iki ölkə arasındakı əlaqələri qiymətləndirib, gələcəkdə Macarıstanın Türk Dövlətləri Təşkilatının daimi üzvü olub-olmayacağı ilə bağlı suala aydınlıq gətirib.
Səfir proqramda həmçinin Macarıstanın Qarabağın bərpasındakı rolu ilə bağlı sualı cavablandırıb, eləcə də Azərbaycanın separatizm üzərində qələbə çalaraq beynəlxalq ədaləti bərpa etməsi müzakirə olunub.
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı öz ölkəsinə ekstradisiyası edilib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd olunub ki, Rusiya Cinayət Məcəlləsinin 196-cı maddəsi (Qəsdən müflisləşmə) ilə təqsirləndirilərək, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş 1966-cı il təvəllüdlü Rusiya vətəndaşı Qolubev Vladislav Vladimiroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Ru...
V.V.Qolubev ötən il noyabrın 11-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə bu gün Rusiyanın səlahiyyətli orqanlarına təhvil...
Bu ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan istiqamətində yeddi mindən artıq sərnişin daşınıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Nəqliyyat Xidmətindən bildirilib.
Məlumata görə, nazirlik mütəmadi olaraq vətəndaşlarla görüşlər və monitorinqlər keçirir.
Sərnişindaşıma xidmətində keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər görür.
Bu məqsədlə Babək rayonunun Araz kəndindən Nehrəm-Babək-Naxçıvan istiqamətində reyslərin sayı altıya çatdırılıb.
Naxçıvan-Qahab-Naxışnərgiz istiqamətində isə dayanacaq məntəqəsi artırılaraq sakinlərin müraciətinə uyğunlaşdırılıb.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızının boşandığı ilə bağlı xəbərlər yayılıb.
Məlumatlara görə, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı “Şipşirin” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nikahın pozulması məqsədilə Yasamal Rayon Məhkəməsinə müraciət edib.
Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edildiyi bildirilib.
Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nikahın ləğv edildiyi iddia olunur.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Elçin Cəfərovla əlaqə saxlayıb.
Sənətçi “Bu, yanlış informasiyadır.
Yayılan xəbərlərlə bağlı araşdırma aparacağam.
Hazırda bu işlə məşğulam” , - deyə fikrini bildirib.
Qeyd edək ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub.
Onların birgə nikahdan Can adlı bir oğlu var.
“Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiya hakimiyyəti məsuliyyət daşıyır”.
Bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində deyib.
“Onun Rusiya həbsxanasında ölümü hakimiyyət sisteminin zəifliyini və çürüdüyünü göstərir”, - deyə Blinken bildirib.
“Biz Aleksey Navalnı ilə bağlı vəziyyətə görə narahatlıq keçirən bir çox başqa ölkələrlə danışıqlar aparacağıq”, - deyə ABŞ dövlət katibi qeyd edib.
“Əgər bu xəbərlər doğrudursa, onun həyat yoldaşına və ailəsinə başsağlığı veririk”, - deyə o, əlavə edib.
Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən və Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan rusiyalı müxalifətçi Aleksey Navalnı vəfat edib.
Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Əli Əsədova zəng edib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Söhbət zamanı Azərbaycan ilə Qırğız arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Tərəflər həmçinin Azərbaycan-Qırğız qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
Oxu.Az xəbər verir ki, “Xəstəxanada işləyirdim ermənilər məcburən ərizəmi aldılar ki, işdən azadsan” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Böyük Qaraqoyunlu kənd sakini Elçin Alməmmədovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və məktəb illərini xatırladıb, dağların ətəyində yerləşən kəndləri ilə bağlı maraqlı xatirələrindən söz açıb:“Uşaqlıq illərim çox gözəl və çox qəşəng keçib.
Sinif yoldaşlarım, öz tay-tuşlarımla dağlarımızda gəzmişik.
Kəndimiz çox səfalı yerdə yerləşib.
Bizim kəndin tarixi abidəsi, tarixi yerləri çox olub, iki qəbiristanlıq, alban kilsəsi var idi”.
E.Alməmmədov kənddə müəllimlərin yaxşı təhsil verdiyini söyləyib:“A və B sinfində 60-a yaxın şagirdin 98 faizi ali və orta təhsilə yiyələnirdi.
Orta məktəbi quratarandan sonra bizi o vaxt İrəvan şəhərində institutda, texnikumda oxumağa qəbul etmirdilər.
1983-cü ildə Gəncə şəhərində Tibb Texnikumunu qurtarandan sonra Qaraqoyunlu kəndinə qayıtdım və orada Zod kəndində Psixi Xəstəxanada işlədim.
Mənimlə bərabər başqa yoldaşlar da işləyirdi, azərbaycanlı uşaqlar işləyirdik.
1988-ci ildə xəstəxanada işlədiyimiz gün ermənilər tərəfindən bizim ərizəmiz alındı ki, siz işdən azadsınız.
Dedilər ki, sizə burada yer yoxdur, sizin yeriniz Azərbaycandadır.
Siz köçüb ora gedəcəksiniz, burada sizə yer yoxdur.
Bizi öz dədə-baba yurdumuzdan didərgin saldılar.
Əliyalın, pis vəziyyətdə 1988-ci ilin dekabr ayında Kəlbəcərə köç etdik.
Bizi təkcə 1988-ci ildə yox, 1905, 1918, 1937, 1956 və 1967-ci ildə də köçürüblər.
1988-ci ildə yolda ölən, ayağını don vuran oldu”.
Onun sözlərinə görə, kənddən çıxanda yoldaşının qucağında uşaq qar çovğununa düşüb:“Kəlbəcərə, oradan Gəncəyə, oradan Şuşa şəhərinə və oradan yenidən Gəncəyə qayıtmışıq.
Qaçqınlıq bizə çox ağır təsir edib, çox itkilər vermişik.
Erməni vandalizmi nəticəsində 17 nəfərə yaxın itki vermişik.
Qaçqınlıq həyatı çox çətindir”.
Vətənə qayıtmaq ümidini hələ itirmədiklərini vurğulayan E.Alməmmədov deyib ki, cənab Prezident 44 gün ərzində Qarabağı erməni vandalizmindən azad etdi:“Prezidentimə inanıram.
Mən Vətənə ona görə qayıtmaq istəyirəm ki, uşaqlıq illərim Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində keçib.
Çünki o bizim dədə-baba torpağımızdır.
Əminəm ki, o torpaqlar alınacaq və biz o torpaqlara qayıdacağıq”.