Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetində deyilir.
“Onların çox olduğunu deyə bilmərəm, amma bu, Ermənistanın və ya xarici kapitallı törəmə müəssisələrin sahiblərinə və onlarla korrupsiya sxemləri ilə bağlı məmurlara pul qazandırmaq üçün kifayət qədərdir.
Təsadüfi deyil ki, Ermənistanda məhz dağ-mədən sənayesi inkişaf edib.
Lakin bu prosesi sözün tam mənasında inkişaf adlandırmaq çətindir.
Sənaye, ehtimal ki, gəlirlilik səbəbiylə, ən primitiv şəkildə istismar olunurdu.
Nəticə isə ətraf mühitə böyük ziyan vurur.
Transsərhəd çayların üzərində və ya yaxınlığında yerləşən mədən sənayesi müəssisələrinin bu su anbarlarına zəhərli istehsal tullantıları atması qonşu dövlətlərin - Gürcüstan, İran və Azərbaycanın ekologiyasını çirkləndirir.
Dəyən zərərin səviyyəsinə görə ölkəmiz bu kədərli siyahıda birinci yerdədir.
Buna əmin olmaq üçün ən sadə statistika ilə tanış olmaq kifayətdir”, - deyə materialda qeyd olunur.
Fevralın 16-da 60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münhen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın "Leonardo" şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşə görə təşəkkürünü bildirən Lorenzo Mariani dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə “Leonardo” şirkəti ailəsi adından səmimi qəlbdən təbrik etdi.
Vurğuladı ki, İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıqdan irəli gələrək, şirkətin ölkəmiz ilə əməkdaşlığı uğurla inkişaf edir.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə “Leonardo” şirkəti arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, prezident seçkilərində qələbə qazanması münasibətilə İtaliya Prezidenti tərəfindən göndərilmiş təbrik məktubunda İtaliya-Azərbaycan əlaqələrinin mükəmməl səviyyədə olduğu xarakterizə edilmişdir.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-İtaliya əlaqələrinin həqiqətən mükəmməl xarakter daşıdığını və strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini bildirdi.
Söhbət zamanı Azərbaycan ilə “Leonardo” şirkəti arasında müxtəlif sahələrdə, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə, eyni zamanda, SOCAR ilə “Leonardo” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, bu əməkdaşlıqdan məmnunluq ifadə olundu.
17:23"Fevralın 16-da 60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhen şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Marianinin görüşü olub.
Bu barədə President.az xəbər verir.
Ermənistanın Kəmrəz kəndində yerləşən donuz təsərrüfatlarında kütləvi tələfat hadisəsi qeydə alınıb.
Fermerlər bunun səbəbinin Afrika vəbasının yayılması ilə əlaqələndirirlər.
Fermerlər hökumət qurumlarının məsələyə müdaxilə etməməkdə günahlandırırlar.
Qeyd edək ki, donuzlarda Afrika vəbası xəstəliyi keçici xəstəlik sayılır.
İnsanların bu xəstəliyə yoluxma təhlükəsi yoxdur.
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.
AZƏRTAC xəbər verir ki, İan Borq dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi.
Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı öz növbəsində Maltanın ATƏT-in fəaliyyətdə olan sədrliyi münasibətilə təbriklərini çatdırdı.
Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bild...
Dövlətimizin başçısı bildirdi ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib.
Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin ikitərəfli xarakter daşıdığını diqqətə çatdırdı.
Görüşdə Maltanın xarici, Avropa işləri və ticarət naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP çərçivəsində inklüziv konsepsiyanın tərəfdarıdır və kiçik ada dövlətlərinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə çox həssaslıqla yanaşır.
Görüşdə Azərbaycanın sədrliyi dövründə bu məsələyə xüsusi diqqət yetiriləcəyi və bu xüsusda da Malta ilə, həmçinin ATƏT platformasından istifadə edilərək birgə əməkdaşlığa hazırlıq ifadə olundu.
17:29"Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun görüşü olub.
Bu barədə President.az xəbər verir.
Erməni İnqilabi Federasiyasına (Daşnaksütyun) Moskva tərəfindən təxminən 1970-ci ildə Sovet Ermənistanında, sonra isə 1986-cı ildə Qarabağda hüceyrələr yaratmağa icazə verilib.
Ekspert Ermənistanın 1918-1921 və 1987-1991-ci illərdə həyata keçirdiyi etnik təmizləmə siyasətindən söz açıb:"1920-ci ildə baş verən hadisələrdə Ermənistanın daxili işlər naziri, Erməni İnqilabi Federasiyasının (ARF) lideri Ruben Ter Minasyanın mühüm rolu olub.
Qaregin Njde 1921-ci il daxil olmaqla qısamüddətli “Dağ Respublikası” dövründə Zəngəzurda qırğınlar təşkil edib, nasistlərlə əməkdaşlığı ilə məşhur olub.
Ter Minasyan da eyni istiqamətə malik olub.
Onun “Xatirələri”ndə əmr etdiyi qətliam və sürgünlərə hər yerdə ermənilərin çoxluq təşkil etdiyi Ermənistan Respublikasına sahib olmaq istəyi ilə haqq qazandırılır.
Ter Minasyan 1919-cu ildə “Ermənistan yox idi” adlı xatirələrində səmimi olaraq yazır ki, əgər bu respublikanın ərazilərinin demoqrafiyasına nəzər salsaq, “Ermənistandan daha çox “Tatarıstan” idi”.
M.Quen bildirib ki, Ter Minasyan ölkəsi üçün təkpartiyalı diktatura arzulayıb:“O hesab edirdi ki, məqsədləri vasitələrə haqq qazandırır.
Bununla belə, onun xatirələrinə bir faktiki düzəliş edilməlidir:O, azərbaycanlıların Ermənistan vətəndaşı olmaqdan imtinasının təhlükəsizlik probleminə səbəb olduğunu iddia edir, lakin 1918-ci ilə qədər azərbaycanlıların azlıq təşkil etdiyi bu ölkənin bəzi yerlərində də qırğınların və sürgünlərin baş verib.
Məsələn, Fransanın Qafqazdakı ali komissarı Damien de Martelin dediyinə görə, İrəvan Türkiyə sərhədində 1920-ci ilin iyununda 4000 nəfər öldürülüb və 36 000 insan “top güllələri ilə” qovulub”.
Tarixçi vurğulayıb ki, 1918-1921-ci illərdə Ermənistanın etnik təmizləmə siyasətini fransız, ingilis, amerikan, Osmanlı və erməni mənbələrindən istifadə edərək araşdırıb.
Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı ilə Azərbaycanın yeni dövr üzrə prioritetlərini, o cümlədən daxili və xarici siyasət kursunun konturlarını aydın formada cızdı.
Dövlət başçısı proqram xarakterli tarixi çıxışında daxili və xarici siyasətlə bağlı mühüm mesajlar verdi, azad olunan ərazilərdə yenidənqurma işlərindən tutmuş, kommunikasiya xətlərinin açılması və s.kimi məsələlərə toxundu.
Bunlar arasında sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, orada həyatın yenidən canlandırılması, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı mühüm yer tutub.
Təsadüfi deyil ki, tarixdə görünməmiş sürətlə aparılan quruculuq işlərini bölgəyə səfər edən əksər xarici qonaqlar, media nümayəndələri də xüsusi vurğulayırlar.
Onlar hazırladıqları hesabat və reportajlarda bu amillər qabarıq əks olunur.
Qarşıdakı illər Azərbaycan tarixinə inqilabi yenidənqurma, bərpa-quruculuq dövrü kimi düşəcək.
Bunu tam əminliklə deyə bilərik.
Sözsüz ki, bunu şərtləndirən əsas amil də xalq-iqtidar birliyidir.
İlham Əliyevin 2003-cü ildə Prezident kimi and içəndə verdiyi vədləri yerinə yetirməsi də bu qənaəti gücləndirir.
Azərbaycan liderinin andiçmə mərasimində toxunduğu prioritet məsələlərin bir qisminə nəzər salaq.
Birincisi, Böyük Qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda yekunlaşdırılacaq.
Buna uyğun olaraq o vaxta kimi 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.
Bu da yüzminlərlə insanın uzun illər həsrətində olduğu məsələdir.
Bununla paralel olaraq, lazımı sosial infrastruktur yaradılacaq, xəstəxanalar, məktəblər, bağçalar, idman obyektləri tikiləcək, yollar çəkiləcək, 40 tunel və 90 körpü salınacaq.
Bütün elektrik təsərrüfatı yenidən qurulacaq, dəmir yolları çəkiləcək.
Füzuli və Zəngilanda iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək.
Yəni, geniş quruculuq işləri görülür və görüləcək.
Əlbəttə ki, doğma yurduna qayıdan keçmiş məcburi köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq, şəhərlərin, rayonların, tarixi siması bərpa olunacaq.
İkincisi, dövlət başçısının prioritet kimi qiymətləndirdiyi məsələlər sırasında şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi kimi görməsidir.
O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
Üçüncüsü, bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir.
Prezidentin də vurğuladığı kimi, bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur.
Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir.
Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və Azərbaycan da bunu edir.
Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil.
Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq.
Prezident də vurğulayıb ki, bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik, həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir:“İlk dəfə olaraq, o zavod işə sal...
Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir.
Hazır olmayanlar da öz işlərini görsünlər, öz ərazilərində çatışmayan infrastruktur layihələrini icra etsinlər.
Əlbəttə ki, beynəlxalq təcrübəyə əsaslanaraq biz tranzit ölkə kimi öz imkanlarımızı təqdim edirik.
Əlbəttə ki, bundan həm iqtisadi, həm siyasi dividendlər alacağıq”.
Dördüncüsü, Prezident xüsusi vurğulayıb ki, Azərbaycan o ölkələrdəndir ki, açıq dənizlərə çıxışı yoxdur.
Ancaq buna baxmayaraq, bu gün ölkəmiz nəqliyyat mərkəzlərindən birinə çevrilib.
Gələcək də getdikcə rolumuz artacaq, müraciətlər də çoxalacaq.
Beşinci və ən mühüm olan məsələlərdən biri Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə münasibətlərin genişlənməsidir.
Prezident vurğulayıb ki, siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir.
Və bunu da dahiyanə şəkildə əsaslandırıb.
“Bəli, bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır.
Bundan güclü birlik ola bilərmi?
Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin.
Buna biz ancaq birlikdə nail ola bilərik”, deyə prezident vurğulayıb.
Altıncıs, şübhəsiz ki, Prezidentin Naxçıvanla nəqliyyat əlaqəsini vurğulaması Zəngəzur dəhlizinin açılacağına işarədir.
Dövlət başçısının muxtar respublika ilə bağlantı məsələsini vurğulanması qarşıdakı dövrdə Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılacağının ilkin işarəsi sayıla bilər.
Reallıq odur ki, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi yeni dövrün başlanğıcını qoyub.
İlham Əliyev bu dövrdə böyük uğurlara imza atılacağı söylədi.
Xaricdən bizə sırınan gündəlik, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması artıq gündəmdə olmayacaq.
Güclü Azərbaycan artıq özü həm daxili, həm də xarici gündəliyi diktə edən tərəfdir.
Beləliklə, fevralın 14-də keçirilən andiçmə mərasimi Azərbaycan tarixinə ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunandan sonra baş tutan ilk inauqurasiya kimi düşdü.
Dövlət başçısı çıxışında yeni dövr üzrə hədəfləri müəyyənləşdirdi, buna keçidin əsasını qoydu və prosesi mükəmməl siyasi hadisəyə çevirdi.
Ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşları respublika əhəmiyyətli avtomobil yolunun kənarında silah aşkar edib.
Bu barədə BDYPİ-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində xidmət aparan YPX Alayının əməkdaşları tərəfindən yolun kənarında, torpaq sahədə kisəyə bükülmüş qoşalülə ov tüfəngi aşkar edilib.
Magistral yoldan götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.
Ümumiyyətlə, ötən il ərzində DYP xidmətinin əməkdaşları tərəfindən 14 avtomat, 11 tüfəng, bir tapança, 30 avtomat sandıqçası, üç əl qumbarası, süngü bıçaq, döyüş patronu olmaqla xeyli sayda silah-sursat aşkar olunub.
DYP xidməti inzibati hüquqpozmalarla yanaşı, cinayətkarlığa qarşı mübarizə tədbirlərini də əzmlə davam etdirir.