Search is not available for this dataset
text
stringlengths
10
518k
İran hökuməti güneyli qadını səssizcə edam edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib.
Bildirilir ki, yanvarın 20-də Güney Azərbaycanın Qəzvin şəhər mərkəzi həbsxanasında Hacər Ətabəki adlı qadın dar ağacından asılıb.
Bir uşaq anasının edamı İran hökuməti tərəfindən rəsmi olaraq açıqlanmayıb.
Təşkilatdan vurğulanıb ki, o, təxminən iki il yarım əvvəl “narkotik maddələrin qanunsuz dövriyyəsi” maddəsi ilə həbs olunub.
Qeyd edək ki, Ətabəki 2024-cü ildə edam cəzası qeydə alınan sayca ikinci qadındır.
Ağ Evin keçmiş həkimi, konqresmen Ronni Cekson ABŞ-nin hazırkı Prezidenti Co Baydenin idarəçilik qabiliyyətini təsdiq edəcək koqnitiv qabiliyyət testindən keçməsini tələb edib.
“Mən Prezident Baydenin tibbi yoxlanışının bir hissəsi kimi koqnitiv testdən keçməsi üçün mətbuatdan dəstək gözləyirəm”, - deyə Cekson bildirib.
Konqresmen əlavə olaraq qeyd edib ki, əgər Bayden ABŞ-ni idarə etməyə qadir olduğuna inanırsa, bunu obyektiv məlumatlarla sübut etməlidir.
“NATO ölkələrinin liderlərinin Aleksey Navalnının ölümünə Rusiyaya qarşı ittihamlar şəklində dərhal reaksiyası özünüifşadır”.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.
“Hələ məhkəmə-tibbi ekspertizası yoxdur, amma Qərbin nəticələri artıq hazırdır”, - deyə o, əlavə edib.
Xatırladaq ki, Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan və 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı bu gün vəfat edib.
Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir.
Yaponiyanın Tsukuba Universitetinin nevroloqları müəyyən ediblər ki, ritmik musiqi sədaları altında rəqs etmək beyin fəaliyyətini üç dəqiqə ərzində yaxşılaşdıra bilir.
Tədqiqatda 18-26 yaş arası 48 sağlam könüllü iştirak edib.
Təcrübə iştirakçıları kardio məşqləri yerinə yetirərkən ritmik musiqiyə qulaq asıblar.
Subyektlərin beyin fəaliyyəti xüsusi cihazlar vasitəsilə izlənilib.
Məlum olub ki, belə musiqi beynin prefrontal korteksini stimullaşdırır ki, bu da idrak funksiyalarını - yaddaşı, diqqəti, məlumatı qavramaq və emal etmək qabiliyyətini yaxşılaşdırmağa kömək edir.
Qeyd edilir ki, müsbət təsir belə məşq başladıqdan üç dəqiqə sonra baş verir.
“Navalnının ölümünə gətirib çıxaran səbəb siyasətçinin daim cəza kamerasında saxlanılması olub”.
Bu açıqlama ilə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçova çıxış edib.
Y.Merkaçova qeyd edib ki, cəza kamerasında saxlanma şəraiti çox ağırdır.
“İnsan orada soyuqdan əziyyət çəkir, çox vaxt ac qalır.
Bu səbəbdən orada yalnız bir neçə gün saxlamağa dair ciddi tələblər müəyyən edilib.
Ancaq cəza kamerasında saxlanılmaqla bağlı məhdudiyyət qoyulmayıb.
Yəni cəza müddəti başa çatır, adamı həbsxanaya qaytarırlar, dərhal yeni komissiyaya çağırırlar, deyirlər ki, məhkumun yeni qayda pozuntusu var və bunu əsas götürüb həmin gün məhkumu yenidən cəza kamerasına göndərirlər.
Bax bu, çox dəhşətlidir”, - deyə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü qeyd edib.
Qeyd edək ki, A.Navalnı 27 dəfədən çox cəza kamerasına salınıb.
Ümumilikdə siyasətçi 300 gündən çox cəza kamerasında qalıb.
Ötən ilin 8 fevral tarixində saat 02 radələrində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinin yataqxanasında 16 yaşlı Əliəkbər Mərəyevi qətlə yetirən tələbə yoldaşının məhkəməsi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən həmin təhsil müəssisəsinin tələbəsi, 21 yaşlı Rəşad Muxtarov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə təqsirli bilinib.
Məlum olub ki, Rəşad Mingəçevir şəhər sakinidir və hərbi xidmətini başa vurandan sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinə qəbul olunub.
Əliəkbər isə Lənkəranda məktəbi 9-cu sinifdən bitirərək Bakıda təhsil almağa başlayıb və onların hər ikisi mərkəzin birinci kurs tələbəsi olub.
Əliəkbər və Rəşad digər 2 tələbə yoldaşları ilə birgə liseyin yataqxanasındakı 204 saylı otağı kirayə götürərək birgə qalmağa başlayıblar.
Lakin hadisədən bir neçə gün əvvəl Əliəkbərlə Rəşad arasında sözlü mübahisə olub.
Həmin gecə isə Rəşad Əliəkbərə telefonunun səsini azaltmasını bildirib və yatmağa mane olduğunu deyib.
Lakin Əliəkbər Rəşadın tələbinə əməl etməyib.
Nəticədə gecə saat 02 radələrində Rəşad bıçaq götürərək, otaq yoldaşına hücum edib.
O, 16 yaşlı tələbəyə ümumilikdə 21 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Məhkəmədə Rəşad Muxtarov hadisəyə otaq yoldaşı Əliəkbərin səbəb olduğunu deyib və peşmanlıq hiss yaşadığını bildirib:""“Əliəkbərin hərəkətsiz qalmasını görərək təcili yardım xidmətinə zəng etdim, hadisə haqqında məlumat verdim.
Daha sonra atama və anama zəng edərək adam bıçaqladığımı dedim.
İşıqları söndürüb həkimlərin gəlməsini gözlədim.
Məhkəmə prosesi fevralın 13-də başa çatıb.
Rəşad Muxtarov 19 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Müraciət edənlərdən 9 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək.
Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.
Əslində mediada karyera qurmaq elə də çətin deyil.
Öz işini bilməli, məqsədinə doğru irəliləməlisən.
Hərdən gərgin anlar da az olmur, yəni lazım olduğundan artıq çalışmaq, zamanında xəbəri oxuculara çatdırmaq üçün daha artıq güc sərf etmək lazım gəlir”.
Azərbaycan Dillər Universitetinin 5 tələbəsi həm təlimlərə, həm də agentlikdə istehsalat praktikasına qoşulub.
Başqa təhsil ocaqlarından da jurnalist tələbələr var.
Hesab edirəm, bu qrupun üzvləri təlimə daha həvəsli yanaşacaqlar”.
Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin...
Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.
Abşeron rayonunun Məmmədli kəndində “Makarov” satmaq istəyən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Abşeron Rayon Polis Şöbəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Məmmədli kənd sakini əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Həbib Bayramov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.
Ondan “Makarov” markalı tapança, beş ədəd patron və bir ədəd patron darağı aşkar olunaraq götürülüb.
H.Bayramov silahı bir müddət əvvəl əldə etdiyini amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib.
Faktla bağlı Mehdiabad PB-də araşdırmalar davam etdirilir.
“Emmy”nin 10 mükafatına sahib olan “Çernobıl” serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır.
O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək.
Bildirilir ki, filmdə baş rolu “Saltburn” və “The Banshee of İnisherin” filmlərinin ulduzu Barry Keogan canlandıracaq.
O, diktatorun məhkəməsi və sonrakı edamından əvvəl bir neçə ay Hüseyni mühafizə edən amerikalı əsgəri canlandıracaq.
Film Uill Bardenverperin “Öz sarayının məhbusu:Səddam Hüseyn, onun amerikalı mühafizəçiləri və tarixin danışılmamış qalanları” (“The Prisoner in His Palace:Saddam Hussein, His American Guards, and What History Leaves Unsaid”) kitabının sərbəst adaptasiyası olacaq.
“Amo Səddam” adlı filmin çəkilişlərinin payızda başlaması planlaşdırılır, premyeranın 2025-ci ildən tez olmayacağı ehtimal edilir.
Yohan Renk 2006-cı ildə Bağdad hisslərini başqa müharibə filmlərindəki stereotiplərdən istifadə etmədən orijinal şəkildə çatdırmağı planlaşdırır.
Quba rayon Alekseyevka kənd tam orta məktəbinin şagirdi vəfat edib.
Publika.az xəbər verir ki, məktəbdə peşə təmayüllü ixtisas üzrə sinifdə təhsil alan Cavidan Həmidov ötən gün dünyasını dəyişib.
Onun hansı səbəbdən vəfat etməsi hələlik açıqlanmayıb.
Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun anası Pikə Bədəl qızı Əhmədova 59 nömrəli tam orta məktəbin direktoru olub.
Bəs P.Əhmədovanın vəzifəsini kim icra edir?
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 59 nömrəli tam orta məktəbin direktor vəzifəsinin icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Xalidə Nəbiyevaya həvalə edilib.
Gələcəkdə P.Əhmədovanın yerinə təyinat məsələsi ilə bağlı qurumdan qeyd edilib ki, ümumi təhsil müəssisələrinə direktor təyinatı işə qəbul üzrə müsabiqə əsasında həyata keçirilir.
Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov psixiatriya xəstəxanasında qeydiyyatda olub və bir neçə dəfə müalicə alıb.
Bütün bunlara baxmayaraq, o, sürücülük vəsiqəsi üçün lazım olan tibbi arayışları necə əldə edib?
Media.Az bununla əlaqədar I kateqoriyalı həkim, psixiatr Abdulla Şıxlinski ilə danışıb.
Ekspertin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması prosesi dövlət tibb müəssisəsinin psixiatr və narkoloqunun məcburi rəyini tələb edir.
“Yəni özəl klinikanın belə sənədləri vermək səlahiyyəti yoxdur.
Bu o halda mümkündür ki, tibb müəssisəsinin ekspert rəyi verməyə imkan verən xüsusi lisenziyası mövcuddur, həmçinin bu cür arayışların yoxlanılması və verilməsi üçün ixtisaslaşdırılmış komissiya var”, - deyə o vurğulayıb.
Həkim təəssüflə bildirib ki, bizim dövlət klinikalarında belə müayinə düzgün aparılmır və bu, böyük problemdir.
“Hər şey, bir qayda olaraq, çox formaldır:Həmin şəxsin dispanser müşahidəsində olub-olmadığı yoxlanılır.
Cavab mənfi olarsa, ona arayış verilir”, - deyə A.Şıxlinski bildirib.
Ekspert vurğulayıb ki, hazırda bütün məlumatlar elektron sistemdədir və əgər yoxlama zamanı bir şəxsin dispanser müşahidəsində olduğu, ya bir dəfə psixiatriya xəstəxanalarında stasionar müalicə aldığı üzə çıxarsa, ona arayış verilməməli idi.""O, xatırladıb ki, qətldə şübhəli bilinən Əhməd Əhmədov beş dəfə Maştağa qəsəb...
“Təbii ki, o qeydiyyatda olduğu yerdə psixiatrın daimi dispanser nəzarətində qalmalı idi.Lakin buna baxmayaraq, həmin şəxsə sürücülük vəsiqəsi almaq üçün rəy verilib”.
A.Şıxlinski bütün bu sənədlər və tibbi arayışların Daxili İşlər Nazirliyi orqanlarında saxlanıldığını deyib.
“Bu sənədlər əsasında Ə.Əhmədova hansı tibb müəssisəsinin rəy verdiyini rahatlıqla yoxlamaq mümkündür”, - deyə o əlavə edib.
Ekspert onu da qeyd edib ki, Ə.Əhmədova arayış verən həkimlər cinayət məsuliyyəti daşımalıdırlar.
“Psixi cəhətdən sağlam olmayan adamın maşın sürməsi ilə yanaşı, onun vəziyyətinə heç kim nəzarət etməyib.
Bu onun müalicə alan həkiminin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir”, - deyə A.Şıxlınski vurğulayıb.
Ermənistanı “daşlar ölkəsi” adlandırırlar.
Bu ifadə ilə dərhal boz qaya daşları və çay daşları təsəvvür edirsinizsə, onda yalnız qismən haqlı olacaqsınız.
Fakt budur ki, Ermənistan əsasən bolşeviklərin vaxtilə ona verdiyi Azərbaycan Zəngəzuru sayəsində digər daşlarla - faydalı qazıntı yataqları ilə də zəngindir.