Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bildirilib ki, təhsil krediti almaq istəyən tələbələr öncədən aldıqları notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ilə fonda elektron müraciət edə bilər. |
Birinci semestr üçün alınan notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi ikinci semestr üçün də keçərlidir. |
Tədris ilinin son gününədək müraciətlər qəbul edilir. |
Baş Prokurorluqda “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinin, eləcə də “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media nümayəndələrinin mükafatlandırma mərasimi keçirilib. |
Mərasimdə Baş prokuror Kamran Əliyev, Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, prokurorluq orqanlarının əməkdaşları və media nümayəndələri iştirak ediblər. |
Tədbirdə Azad Azərbaycan Televiziyasının (ATV) prezidenti Azər Xəlilov “Prokurorluğun dostu” mükafatına layiq görülüb. |
Sumqayıtda binanın zirzəmisində çürümüş kişi meyiti tapılıb. |
APA xəbər verir ki, hadisə 11-ci mikrorayon ərazisində qeydə alınıb. |
Ərazidə yerləşən binalardan birinin zirzəmisində 45-50 yaşlarında olan kişinin meyiti aşkarlanıb. |
Meyitdə çürümə prosesinin başladığı müəyyən olunub. |
Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır. |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. |
President.az-ın xəbərinə görə, hökumətin tərkibinə aşağıdakı şəxslər daxildirlər:""- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Yaqub Abdulla oğlu Eyyubov;"- Azərbaycan Respublikası Baş nazirinin müavini - Əli Cavad oğlu Əhmədov;"- Azərbaycan Respublikası Baş nazirinin müavini - Şahin Abdulla oğlu Mustafay... |
Sərəncam imzalandığı gündən qüvvəyə minir. |
Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı ordu quruculuğu ilə bağlı səsləndirdiyi fikirlər aşağıdakı istiqamətlərdə idi:""- Silahlı Qüvvələrin daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir,"- Azərbaycanda elit qüvvələrin, o cümlədən komandoların sayının artırılması prioritet... |
Azərbaycanın strateji müdafiə ehtiyaclarının qarşılanmasında ordu və sərhədlərin toxunulmazlığı xüsusi rola malik olduğundan Əliyev “silahlı islahatlar”ın vacibliyinə diqqət ayırır. |
İlham Əliyev bununla regional və qlobal miqyasdakı təhdidlərin, artan eskalasiya risklərinin Azərbaycana mümkün təsirlərinə qarşı tammiqyaslı cavab tədbirlərini qeyd edir. |
Əliyevin bəyan etdikləri Azərbaycanın müdafiə potensialı və Ermənistanın mümkün təxribatlarına qarşı həmlə gücünün möhkəmlik qazanması qətiyyətinin iradəsidir. |
Azərbaycanın hərbi imkanlarının və elit qüvvələr strukturunun möhkəm təməllər üzərində qalması üçün ən müasir silahların istehsalına diqqət artırılacağı gözlənilir. |
Yəqin, buna görədir ki, İlham Əliyev “yeni dövrün ordu reallıqları”nın kontekstindən danışarkən yerli silah istehsalının artacağına və silah idxalının əhəmiyyətli dərəcədə azalacağına xüsusi diqqət yetirib və prosesi “genişmiqyaslı mərhələ” kimi qiymətləndirib. |
Azərbaycan, onsuz da, regional qüvvələr lövhəsində həm strateji, həm də hərbi qüdrət baxımından liderdir və bu, onun yeni geosiyasi reallıq yarada bilmək qabiliyyəti ilə daha da güclənir. |
Ölkəmizi liderlik taxtından salmaq cəhdləri isə ara verməyəcək, buna görə də Bakı mövcud yerini qorumaq və onu daha da irəlilətmək üçün ordu gücünü qaldırır. |
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində yaranan əngəllər də Bakının müdafiə amilinə niyə üstünlük verməsini izah edir. |
Strateji əhəmiyyət kəsb edən ərazilərin qorunması üçün Azərbaycan Ermənistana “bufer zona” tələbini irəli sürür. |
Bunun effektiv olması üçün Azərbaycanın silahlı qüvvələr mövqeyindəki liderliyini daha yüksək indekslərə çıxarmaq istəyi başadüşüləndir. |
Azərbaycan bu istiqamətləri regionu gərginlikdən uzaq tutmaq və bölgəni sabitləşdirəcək proseslərdə öndə durmaq üçün yol xəritəsi kimi təqdim edir. |
Ordu quruculuğu və hərbi sənaye kompleksinin ideal vəziyyətə gətirilməsi üçün qoyulan tapşırıqlar nəticə olaraq:""- Ermənistana sponsorluq edən dövlətlərin Azərbaycanla diplomatik-siyasi anlaşma əldə etmək şanslarını artırır,"- Regionda sülh və təhlükəsizliyin qorunması üçün əlavə çəkindirmə aktı yaradır, "- Azərbaycan... |
İsrail və HƏMAS hərəkatı gələn ayın əvvəlində anklavda saxlanılan girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmanın şərtlərini yekunlaşdırmağa çalışır. |
Məlumata görə, sazişin həyata keçirilməsi üçün ideal vaxt ərəb astronomlarının fikrincə, martın 11-dən aprelin 9-na təsadüf edən Ramazan ayıdır. |
Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. |
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. |
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. |
Bundan əvvəl isə ədliyyə naziri Fikrət Məmmədov idi.""Dövlət başçısının “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Sərəncamında F.Məmmədovun adı yoxdur. |
Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. |
Nazir vəzifəsinin icrası Azər Məmməd oğlu Cəfərova həvalə edilib. |
Azər Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub. |
O, hüquqşünas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb. |
1982-1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib. |
1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992-2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Pr... |
2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. |
II dərəcəli dövlət ədliyyə müşaviridir. |
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri vəzifəsi ilə bağlı sərəncam imzalayıb. |
President.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilir. |
Sərəncam imzalandığı gündən qüvvəyə minir. |
Azərbaycanda daha bir məhkum həbsdə ölüb. |
Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisəsində qeydə alınıb. |
Orada saxlanılan məhkum Sahib Əlisəməd oğlu İbrahimov dünyasını dəyişib. |
Onun xəstəlikdən öldüyü bildirilir. |
Qeyd edək ki, S.İbrahimov azyaşlı qıza qarşı seksual təcavüzdə təqsirli bilinərək həbs edilib. |
Onun əməlindən zərərçəkən yaxın qohumu olub. |
Xatırladaq ki, son hadisə bu il doqquzuncu məhkum ölümüdür. |
Kubra Məhərrəmova yazır...""Guya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) narkoman sürücülərdən xəbəri yox idi? |
Siz Allah bəsdirin, güldürməyin də bizi. |
Bu qədər videolar çəkilir, bu qədər şəhər kameralarına görüntülər düşür, amma nədənsə AYNA bu gün hərəkətə keçir... |
Bu gün agah oldu onlara baş verənlər? |
Qısaca məlumat verim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verib. |
Buna səbəb isə bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatların yayılması olub. |
Hətta bəzi şahidlər bildiriblər ki, adam narkotik istifadəçisi də olub. |
Bir dəli quyuya daş atdı, yüz ağıllı gəlib bir iş görə bilmədi...Sözümün canı odur ki, guya AYNA-nın xəbəri yox idi taksi fəaliyyəti ilə məşğul olanların - anasında küsən, atasından qaçan, sərxoş olan, olmayan, bəzi taksi sürücülərinin vəziyyətindən? |
Azı həftədə bir dəfə Daxili İşlər Nazirliyi dəstə-dəstə narkotik vasitələrin daşınmasını həyata keçirən, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən taksi sürücülərini müəyyən edərək saxlayır, sərnişinlər qeyri-adekvat taksi sürücülərinin videolarını çəkib sosial şəbəkələrə yayır...""Bunların he... |
İkincisi, həmin adamlara sağlamlıq haqqında arayışı verənlər imam övladlarıdır? |
Heç nə yox, düz 8 ay əvvəl Baku Tv-nin əməkdaşları Azərbaycan Respublika Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi”ndə gizli çəkiliş etmişdilər. |
Cəmi onca manata arayış almışdılar həkimdən. |
Özü də heç bir testdən, yoxlanmadan keçmədən. |
Sürücü gəlir, 10 manatını verir həkimə, sürücü sərxoş olsa belə ayıqlığı təsdiq edən kağızını alır, gedir taksi sürməyə. |
Onların idarə etdiyi nəqliyyat vasitəsinə də uşaq minir, böyük minir, qız-qadınlarımız minirlər...""Məni danışmağa vadar edən isə odur ki, gərək hökmən ölüm-itim olsun, sonra qurumlar hərəkətə keçsinlər? |
Olmaz ki, elə bu hadisələr baş verməmişdən əvvəl kimsə əlini daşın altına qoysun? |
Yoxsa elə əl stolun altından, siyirmənin içindən “10 manatı” götürmək üçün lazımdır? |
10 manata görə kiminsə balası ölməlidir? |
Amma görünən odur ki, bu, çoxlarını narahat etmir. |
Əhməd bir tərs şillədir ki, cəmiyyətin üzünə dəydi. |
Birdən hamı ayıldı ki, hansı ruhi dispanserdə yatıb ki, bunu anasının xahişi ilə azadlığa buraxıblar? |
Birdən hamı ayıldı ki, Əhməd bu diaqnozla taksi fəaliyyəti göstərib. |
Birdən hamıya agah oldu ki, Əhmədi 21 yaşında Hərbi Komissiyada qeydiyyatdan keçəndə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. |
Birdən ayıldıq ki, Əhməd həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib. |
Birdən bizə çatdı ki, cəmiyyətdə yüzlərlə belə cibində “dəlilik kağızı” olanlar var. |
Qəfil bəzi qurumlara çatdı ki, kimisə, nəyisə yoxlamaq lazımdır. |
Adım kimi əminəm ki, uzağı 5-10 günə bu məsələ də yaddan çıxacaq. |
Arada arayışların “qiyməti” qalxacaq. |
Lap üstünə getsək taksinin qiyməti qalxacaq. |
Elə beləcə özümüzü aldadıb, dəliləri yola verib yaşayırıq. |
Türkiyənin paytaxtı Ankarada balıqsatanın öz müştərilərini inandırmaq üsulu maraqla qarşılanıb. |
O, balığı çiy-çiy yeyərək satdığı malın nə qədər təzə və dadlı olduğunu sübuta yetirməyə çalışıb. |
Görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə maraqla qarşılanıb. |
Zindanda həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə bağlı Kremldən ilk açıqlama gəlib. |
Rusiya prezidentinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov söyləyib ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir. |
“Bunun üçün xüsusi göstərişə ehtiyac yoxdur. |
Navalnının ölümünün səbəblərini həkimlər araşdırmalıdırlar”, - deyə Vladimir Putinin mətbuat katibi vurğulayıb. |
O əlavə edib ki, hadisə barədə ölkə başçısına məruzə edilib. |
Rusiya hakimiyyətinə yaxın mətbuat isə A.Navalnının qan laxtalanmasından (tromb) həyatını itirdiyini yazır. |
15:27"19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı vəfat edib. |
A.Navalnı Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayırdı. |
“Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir”. |
Səfir regionda və qlobal miqyasda yaranmış yeni reallıqlardan da söz açıb:“Yeni reallıq ondan ibarətdir ki, qlobal miqyasda etibar sarsılıb, qlobal aktorlar regional məsələlərə öz məcralarından baxırlar. |
Qlobal idarəetmə sistemi reformasiya edilməlidir. |
Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyillər. |
Tarixə baxanda da görürük ki, qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə Şimali Kiprdə ədaləti bərpa edə bilib”. |
Diplomat vurğulayıb ki, mövcud olduğumuz region bizə rəqabətdən daha çox, əməkdaşlığa meyil etməli olduğumuzu göstərir:“Türkiyə başda Cənubi Qafqaz olmaqla Fələstin və Ukraynada da daimi sülhün bərqərar edilməsi üçün əlindən gələni edir. |
Xəzər keçidli Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. |
Bölgədə təşkil ediləcək sülhün böyük işlərin görülməsinə zəmin yaradacağına əminik. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.