Search is not available for this dataset
text
stringlengths
10
518k
Yolu keçib getdikdə arxamdan gələn tanımadığım adamlar qışqıraraq təslim olmağımı istədilər.
Cəld tərpənib bir qədər oradan uzaqlaşdım.
Maşından polis olduğunu deyən mülki geyimdə bir şəxs düşdü.
Məndən bıçağı yerə atmağımı və ya onlara təhvil verməyimi tələb eldi.
Bıçağı polis əməkdaşına təhvil verdim.
Post patrul xidmətinin maşını gələrək məni polis bölməsinə apardı”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Seymur 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iqlim dəyişikliyinə dair proqramın maliyyələşdirilməsinə diqqət yetiriləcək və buna görə də bu tədbir “Finance COP” kimi təqdim olunacaq”.
Onun sözlərinə görə, bu, Dubayda keçirilmiş COP28 çərçivəsində yaradılmış “İtki və Zərər Fondu”nun həyata keçirilməsi üçün lazımdır:""“2030-cu ilə qədər bərpa olunan enerjinin həcminin üç dəfə artırılması üçün bu sahəyə qoyulan investisiyalar artmalıdır.
Hesablamalara əsasən, bu məqsədə çatmaq üçün dünyanın bundan sonra ildə iki trilyon dollara ehtiyacı olacaq”.
O qeyd edib ki, yaxın gələcəkdə qalıq yanacaqlarından tədricən imtinaya dair razılaşmaların əldə edilməsində irəliləyiş vacibdir.
Azərbaycanın azad edilmiş ərazilərin bərpası zamanı yaşıl enerjini inkişaf etdirmək niyyətindən danışan Əl-Hurdaji qeyd edib ki, bu istiqamətdə irəliləyiş, şübhəsiz ki, müsbət haldır:""“Dünyanın istənilən ölkəsində aşağı və sıfır karbonlu enerjidən istifadə sahəsində irəliləyiş böyük əhəmiyyət kəsb edir.
Odur ki, bu, çox vacib hadisədir”.
Alim sonda vurğulayıb ki, dünya birliyi energetika sistemlərini dəyişdirmək üçün sürətlə hərəkət etsə də, hazırda bu addımlar iqlim dəyişikliyi ilə mübarizə üçün yetərli deyil.
2023-cü ildə “Carlsberg Azerbaijan” maliyyə göstəricilərinə və dayanıqlı inkişaf təşəbbüslərinə müsbət töhfə verməklə əhəmiyyətli nailiyyətlər nümayiş etdirib.
Şirkətin nəticələri"“Carlsberg Azerbaijan” MMC 2022-ci illə müqayisədə 2023-cü ildə satış həcmlərində 1% artım əldə edib ki, bu da əsasən turizm və ictimai iaşə kanalının canlanması hesabına baş verib.
Bu artım vergi ödənişlərinin əhəmiyyətli dərəcədə - 15% artması ilə müşayiət olunaraq ümumilikdə 38,1 milyon manata çatdırıb.
Müasir ticarət kanalında (böyük mağaza şəbəkələri) qlobal artım tendensiyasını davam etdirərək, “Carlsberg Azerbaijan”ın müasir ticarət kanalında satışları 12% artıb.
“HoReCa” kanalı (otel, kafe, restoran) 3% artım, ənənəvi ticarət kanalı (kiçik mağazalar) isə 3,4% göstərici ilə bir qədər azalma nümayiş etdirib ki, bu da istehlakçıların müasir satış nöqtələrindən istifadəyə keçməsi ilə izah olunur.
2023-cü ildə şirkət Gürcüstana ixrac portfelini genişləndirərək 2022-ci illə müqayisədə +22% həcm artımına nail olub.
“Mürəkkəb regional vəziyyətə, qlobal səviyyədə yüksək inflyasiyaya və bir çox digər çağırışlara baxmayaraq, 2023-cü ili “Carlsberg Azerbaijan” üçün daha bir uğurlu ilə çevirməyə nail olduq.
Cəmiyyətlə paylaşmaq və onu inkişaf etdirmək “Carlsberg”in DNT-nin bir hissəsidir, buna görə də Azərbaycanda pivə sənayesini inkişaf etdirməyə, keyfiyyət, avadanlıq və pivə kateqoriyasına sərmayə qoymağa, xammal və qablaşdırma materialları sənayesinə beynəlxalq təcrübə gətirməyə və dayanıqlılıq gündəmini təşviq etməyə ...
2021-ci ildə İqtisadiyyat Nazirliyi ilə pivə zavoduna, sənayeyə və əməkdaşlara 25 milyon manat sərmayə qoymaq məqsədilə Anlaşma Memorandumu imzaladıq və qürurla bildirirəm ki, biz artıq 18 milyon manat sərmayə qoymuşuq.
2024-cü il üçün investisiya planı təqribən 6,7 milyon manat təşkil edir ki, bu da “Carlsberg Group”un Azərbaycanda biznesi inkişaf etdirmək və genişləndirmək niyyətini nümayiş etdirir”, - “Carlsberg Azerbaijan” MMC-nin baş direktoru Alius Antulis bildirib.
Brendlər üzrə nəticələr və təşəbbüslər"“Carlsberg Azerbaijan”ın əsas markaları 2023-cü il ərzində strateji təşəbbüslərin və tərəfdaşlıqların uğurlarını nümayiş etdirərək diqqətəlayiq artım nümayiş etdirib.
Flaqman brendimiz Xırdalan Novruz bayramı ilə bağlı keçirilən kampaniya, yüksək mövsümdə “Xırdalan - hər dalan doğmadır” adlı uğurlu regional kampaniya və “Nargis” Fondunun təşkil etdiyi “YayLand Fest” yarmarkası ilə əməkdaşlıq etməklə 4% artım göstərib.
Ağıllı portfolio təklifləri, habelə güclü rəqəmsal və mağazadaxili dəstək Premium Portfeldə 53,8% müstəsna artım göstəricisinə səbəb olub:""“Liverpul” FK ilə tərəfdaşlığın 30-cu ildönümünə həsr olunmuş yeni məhdud sayda banka qablaşdırmanın təqdim edilməsi, eləcə də təkmilləşdirilmiş distribusiya strategiyası sayəsində...
“Kronenbourg 1664 Blanc”, ilk növbədə, yeni SKU-ların təqdim edilməsi və “HoReCa” sektorunda xüsusi dəstək proqramları hesabına 122% həcmində nəzərəçarpan artım tempi nümayiş etdirib.
“Tuborg” şüşə və banka qablaşdırmada “Tuborg Gold” növünün təqdim edilməsi sayəsində, eyni zamanda 2023-cü ildə “Summer Live 23”, “SOLONG” və “MAKULATURA” kimi musiqi tədbirlərinə dəstək göstərməklə 65% artım nümayiş etdirib.
Xammal və materialların lokallaşdırılması"2019-cu ildə “Azərşəkər” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən xammalın lokallaşdırılması layihəsi 2021-ci ildən etibarən yerli arpaya tam keçidlə nəticələnib.
2023-cü ildə “Carlsberg Azerbaijan”, “Azərşəkər” MMC, “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC və “Azərbaycan İnvestisiya Şirkəti” Cənubi Qafqazda ilk arpa emalı zavodunun təməlini qoyub.
Yeni zavod 2024-cü ilin 4-cü rübündə istismara veriləcək.
Dayanıqlı inkişaf"2023-cü ildə “Carlsberg Azerbaijan” 2022-ci illə müqayisədə dayanıqlılıq göstəricilərini yaxşılaşdırmağa davam edib, bu da ilk növbədə resurs istehlakının və tullantıların azalması hesabına baş verib, belə ki, su istehlakında 1,8%, elektrik enerjisi istehlakında 7% və karbon qazı tullantılarında 9% az...
“Carlsberg Group”un “Birlikdə SIFIRA doğru və daha irəli” uzunmüddətli dayanıqlı inkişaf proqramının ambisiyalarına uyğun olaraq, Şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Könüllüləri” təşkilatı və biznes icması ilə birgə Xəzər dənizinin sahillərinin təmizlənməsi məqsədilə Beynəlxalq Sahilyanı Təmizlik Günün...
2024-cü ilin yanvarında Davos Dünya İqtisadi Forumunda “Carlsberg Group”un baş icraçı direktoru Yakob Aarup-Andersen Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.
Görüşdə xammal və qablaşdırmanın strateji lokallaşdırılması, yeni investisiyalar müzakirə edilib, habelə Azərbaycan bazarının “Carlsberg Group” üçün əhəmiyyəti vurğulanıb.
Bu, Azərbaycan Respublikasının Prezidenti ilə “Carlsberg Group”un keçmiş baş direktoru Kees 't Hart arasında ötən il keçirilmiş əlamətdar görüşdə müzakirə olunan mövzulara əsaslanır.
Şirkət haqqında məlumat:""“Carlsberg Azerbaijan” pivə istehsalı zavodu Azərbaycanın paytaxtından 10 kilometr məsafədə yerləşən Xırdalan şəhərində yerləşir.
Zavodun istehsal gücü ildə 8 mln dekalitrdir.
Şirkətdə təxminən 260 nəfər işləyir və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel və restoran sektoru) 3000-dən çox iş yeri yaradılıb.
Şirkətin zavodun inkişafına yatırdığı investisiyaların ümumi məbləği 60 milyon manata yaxındır.
Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg Blanc 1664” kimi məşhur markalar daxildir.
Aydın (Süleyman) Məhəmmədi və Kərəm adlı iki güneyli milli fəal Ərdəbil şəhərində İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Tehranın Evin həbsxanasına aparılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri Aydın Məhəmmədinin iş yerinə basqın edərək onu həbs ediblər.
Bildirilir ki, soyadı bilinməyən Kərəm adlı güneyli fəal da tutulub və Evin zindanında yerləşən ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin təcridxanasına aparılıb.
15 fevral 2024-cü il tarixində “SABAH.HUB” çətiri altında yer alan “SABAH.academy” platforması çərçivəsində ilk “University Demo Day” tədbiri həyata keçirilmişdir.
Ekosistemin investor və startaplarını birləşdirən “Baku ID” tədbirinin son iki ildə baş tutan uğurlu nəticələrindən sonra bu il yenidən həyata keçirilməsi gözlənilir.
“University Demo Day” “Baku ID” tədbirlər silsiləsinə aiddir.
Tədbirin əsas məqsədi “SABAH.academy” tələbələrinin sahibkarlıq ruhunu inkişaf etdirməklə yanaşı, əsas nailiyyətlərini tərəfdaşlara nümayiş etdirməkdir.
Beləliklə, bu tədbir sadəcə bir yarışma olmağa deyil, gələcək sahibkarlar nəslini yetişdirmək və həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməyə yönəlib.
“University Demo Day” tədbirinin baş sponsoru qismində “Code Academy”, sponsorlar kimi isə “Baku Electronics” və “Uniwork” şirkətləri yer alıb.
Təqdimat zamanı çıxışlar dörd universitet (BDU, AzTU, UNEC SABAH qrupları və DİA) tələbələrinin iştirakı ilə baş tutub.
İki turdan ibarət olan yarışmaya ümumilikdə 19 komanda qoşulub, final mərhələsinə isə beş komanda yüksəlib.
Sonda 5 komanda arasından üçü qalib elan edilib, qalib komanda üzvləri “SABAH.academy” tərəfindən sertifikatlarla və aşağıdakı hədiyyələrlə təltif olunub:""Tədbirdə 200-dən çox qonaq iştirak edib.
Qonaqlar qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun rəsmiləri, həmçinin ali təhsil müəssisələrinin, sponsorların, aparıcı şirkətlərin və startap ekosisteminin bir sıra nümayəndələri yer alıblar.
Qeyd edək ki, “SABAH.academy” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmış, Azərbaycan Respublikası Təhsil İnstitutu və beynəlxalq biznes məktəbi olan IE Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
“SABAH.academy” bir təhsil platforması kimi sahibkarlıqla bağlı mürəkkəb bilikləri sadələşdirərək, onları hər kəs üçün əlçatan edir.
“Ölkəm, qadın güləşi və karyeram üçün tarix yazdım”.
Bunu onqat Avropa çempionu olan Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) İdman.biz-ə müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:""- Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında növbəti qızıl medal qazandınız.
Çıxışınızı necə şərh edərsiniz?
Ötən il doqquzuncu dəfə Avropa çempionu olanda demişdim ki, öz ölkəmin adını ucaltmaq, himnini səsləndirmək üçün Azərbaycan bayrağını 10-cu dəfə yüksəyə qaldırmaq istəyirəm.
Söz verdiyim kimi, bunu dünən reallaşdırdım.
Mənəvi planda mənim üçün xüsusi yarış idi.Axı yubiley qələbəm idi.Ölkəm, qadın güləşi və karyeram üçün tarix yazdım.
Faktiki olaraq rəqəmlər bir-birindən fərqlənmir.
Bu, sadəcə, rəqəmlərdir və başa düşürsən ki, qələbə yubiley xarakterlidir.
Yəqin ki, mənim son Avropa çempionatım idi.Prinsipcə, bunu zaman göstərəcək.
Çıxışlarımı gözəl notla bitirmək istəyirdim.
Hərçənd, 11 də yaxşı rəqəmdir (gülür).
- Artıq bu qələbənizlə bir daha sübut etdiniz ki, Avropada rəqibiniz yoxdur.
- Demək olmaz ki, rəqib yoxdur.
Amma hələlik Avropada bu çəkidə “avtoritet” mənəm.
Bu qızıl mənə motivasiya verir.
- Finalda türkiyəli Evin Demirhanla aranızda hansısa problem yaşanmışdı ki, o, sonda sizinlə görüşmədi?
- Türkiyəli idmançını fəndlə atanda məni dişlədi.
Bunun təsadüf olduğunu düşündüm.
Amma fəndi bitirdikdən sonra gördüm ki, dişlərini mənim dərimdən bir parça qoparacaq kimi sıxıb.
Ona dedim ki, belə olmaz, təsadüfən alınar, amma belə yox.
Onun emosiyalarını başa düşürəm.
Adam uduzanda...Amma yenə də...Qabırğamda çapıq qalıb.
Onunla söhbət etdik, yaxşı qızdır, başa düşdü və üzr istədi.
Emosiyalarının təsirində olduğunu bildirdi.
- Yubiley çempionluğu və kolleksiyanızda olmayan Olimpiya çempionluğu.
Parisdə sizdən qızıl gözləyəkmi?
- 35 yaşım və Paris-2024 Yay Olimpiya Oyunlarında da az qalıb.
Avropa çempionatında gördüm ki, yaşım üçün çox yaxşı formadayam.
Parisə gedəcəyəm və hər şey yaxşı olacaq.
Onlarla sevincinizi necə bölərdiniz?
- Yubileylərdə arxada qalan dövrə yekun vurursan.
Mən də bu illər ərzində yanımda olan bütün komandama təşəkkür etmək istəyirəm.
Çünki siz xalçada məni görürsünüz, onun arxasındakıları görmürsünüz.
Bunlar məşqçilər, federasiya, masajçılar, həkimlər, psixoloq, sparrinq rəqiblərdir.
Buna görə də belə insanları qarşıma çıxardığı üçün Allaha təşəkkür edirəm.
Komandam və ölkəm üçün tarix yazmağımda onların rolu böyükdür.
Hər kəsə, əlbəttə ki, məni dəstəkləyən Azərbaycan azarkeşlərinə də təşəkkür edirəm.
Məni necə sevdiklərini bilirəm.
2023-2024-cü tədris ilinin ikinci semestri üçün təhsil tələbə kreditinə (TTK) qeydiyyat başlanıb.
Bu barədə Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.