Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Komandanın avrokuboklarda yolu açıq olsun, daha da irəliləməklə azarkeşləri sevindirsin”. |
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. |
Lənkəranda dəm qazından boğulma halları baş verib. |
APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Naibə Bilal qızı İbrahimova və onun qızı 2003-cü il təvəllüdlü Fatimə Tofiq qızı İbrahimova dəm qazından boğulublar. |
Şirinsu qəsəbəsinin sakini 1987-ci il təvəllüdlü Gülarə Tofiq qızı Fətullayeva da dəm qazından boğulub. |
Hər üç şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. |
Onlara ilkin tibbi yardım göstərilib. |
Faktlarla bağlı araşdırma aparılır. |
Subbakalavrların sənəd qəbulunun vaxtı açıqlanıb. |
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. |
Bildirilib ki, imtahan vermədən müvafiq ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavrlar 11 may - 31 iyul tarixlərində qeydiyyatdan keçməlidirlər. |
Ümumi qaydada imtahanlarda iştirak edərək ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar isə 1 - 15 mart tarixlərində qeydiyyatdan keçə bilərlər. |
“Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir”. |
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində dərc edilən bəyanatda qeyd olunur. |
Bəyanatda vurğulanıb ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir:""“Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. |
Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”. |
Regarding the Resolution by Parliamentary Assembly of the Council of Europe on the Credentials of the National Delegation of Azerbaijan https://t.co/diR36hszyV pic.twitter.com/EO9z3v8bhA |
Bakının Suraxanı rayonunda 1978-ci il təvəllüdlü Seymur 1985-ci il təvəllüdlü sevgilisi Ləmanı (adlar şərti verilib – red.) |
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Seymur 3 iyul 2022-ci ildə saat 14 radələrində sevgi münasibətlərində olduğu Ləmanın son günlər onunla əlaqələrini kəsərək başqa şəxslərlə görüşməsini qısqanıb, həmçinin onun və ailə üzvlərinin ünvanına mobil telefonda nalayiq ifadələr işlətməsindən qəzəblənib. |
Seymur Ləmandan qisas almaq məqsədilə bıçaqla onun yaşadığı Zığ qəsəbəsindəki binanın qarşısına gəlib. |
Ləmanın qapını açmasından istifadə edərək boğazından tutub, içəriyə doğru itələyib. |
Mənzilin dəhlizinin döşəməsi üzərinə yıxaraq bıçaqla bədənin müxtəlif nahiyələrinə zərbələr vurub. |
Qadın aldığı zərbələrdən vəfat edib. |
“Ya evində, ya hoteldə görüşürdük”"İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib. |
Təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. |
Bildirib ki, evlidir, iki övladı var, ailəsi ilə birlikdə yaşayıb:“2002-ci ildə qəsdən sağlamlığa ağır zərər vurmaya görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuşam. |
5 il 10 ay azadlıqdan məhrumetmə növündə cəza çəkmişəım. |
Zərərçəkmiş Ləmanı təxminən 3 ildir tanıyıram. |
Onunla həmin vaxt eyni binada yaşamışıq. |
Ləmanın əri ölüb, 2 oğlu ilə birlikdə bizimlə eyni binada yaşayıb və Nizami rayonunda gözəllik salonlarının birində işləyib. |
O vaxtdan biz görüşməyə başladıq. |
Ləmanın evində, yaxud hoteldə görüşürdük”. |
“Çox kişilərlə münasibətdə olmuşdu”"Təqsirləndirilən şəxs qeyd edib ki, Ləman hadisədən 1 il əvvəl övladları ilə Suraxanı rayonunun Zığ qəsəbəsinə köçüb:“Biz yenə görüşməyə davam etdik. |
Ləman kafedə ofisiant işləyirdi. |
Ona ayda təxminən 200-300 manat pul verir, arabir evinə ərzaq alırdım. |
Uşaqları Vüsal və Adil də məni tanıyırdılar. |
Ayda bir neçə dəfə Ləmanın evinə gedirdim. |
Onda Ləman uşaqları həyətə oynamağa göndərirdi. |
Mənimlə birlikdə olduğu vaxt başqa heç kimlə münasibət saxlamadığını desə də, onun başqalarıyla da münasibəti olduğundan şübhələnirdim. |
Ləman isə bunu boynuna almırdı. |
Görüşdükləri kişilərin dostları olduğunu deyirdi. |
Məndən öncə o, çox kişilərlə münasibətdə olmuşdu”. |
“Qapını açan olmadı”"Seymurun sözlərinə görə, iyulun 15-də Rusiyaya getməyi planlaşdırdığından Ləmana tez-tez görüşməyi təklif edib:“Ləman uşaqları Yevlax rayonuna göndərsə də, bunu mənə bildirməmişdi. |
Ləmanın oğlu Adillə danışdığından başa düşdüm ki, onu qardaşı ilə Yevlaxa yollayıb. |
İyulun 1-də Ləmana mesaj yazaraq səhəri gün saat 18.00-da evinə gələcəyimi bildirdim. |
O da mənə gəl, ya gəlmə demədi. |
Səhəri gün saat 11 radələrində yenidən axşam Ləmana onun evinə gələcəyimi dedim. |
Axşam saat təxminən 19 radələrində Zığa getdim. |
Ləmanın yatdığını düşündüm, bir qədər gözlədikdən sonra həyətə düşdüm. |
Həyətdə gəzişdikdən sonra yuxarı qalxdım, yenə qapını açan olmadı”. |
“Vuracağımdan qorxdu”"Seymur qeyd edib ki, saat 21.00-a qədər Ləmanın yaşadığı binanın həyətində gəzişib, bir neçə dəfə qalxaraq qapını döyüb:“Dəfələrlə telefonuna zəng vursam da, cavab vermədi. |
Sonradan Ləman mənə "WhatsApp"da mesaj yazaraq rayonda olduğunu bildirdi. |
Yenidən zəng vurduqda ona zəng çatmadı, telefonu söndürmüşdü. |
Ləmanın oğlu Adilə zəng vurdum, telefonu Ləmanın anası götürdü. |
Ləmanın iş yerindən zəng vurduğumu dedim, Ləmanın Yevlax rayonunda olub-olmadığını soruşdum. |
Qadın qızının rayona gəlmədiyini dedi. |
Ləmanın mənə yalan danışdığını anladım. |
Binanın həyətində Ləmanın gəlməyini gözlədim. |
Saat təxminən 00.00-da həyətdə olarkən Ləmanın ağ rəngli “Kia Rio” markalı maşından düşdüyünü gördüm. |
Maşının sürücüsü kişi idi.Ləmandan haradan gəldiyini, maşını sürənin kim olduğunu soruşdum. |
O da müştərisinin saçını düzəltməkdən gəldiyini, gəldiyi maşının taksi olduğunu dedi. |
Ləmandan niyə yalandan Yevlaxda olduğunu söyləməsinin səbəbini soruşdum. |
Mənim əsəbi olduğumu görüb, onu vuracağımdan qorxdu”. |
“Mühafizəçilərin yanına qaçdı”"Təqsirləndirilən şəxsin sözlərinə görə, onlar həyətdəki oturacaqda oturublar:“Ləman qorxduğu üçün məndən sakitləşməyimi xahiş elədi, evə qalxıb orada söhbət etməyimizi təklif etdi. |
O, evin açarının mühafizədə olduğunu deyib, mühafizəçi olan köşkə getdi. |
Tez içəri girərək, mühafizəçidən kömək istədi, polisə xəbər verməyi bildirdi. |
Mühafizəçi məndən yaşca böyük olardı. |
O, buranı tərk etməyimi tələb etdi. |
Oğlan mənə əsəbi olduğumu söylədi, sakitləşmək üçün getməyimi məsləhət bildi. |
Ləmanın həmin şəxslərin yanından uzaqlaşmadığını gördüm, taksi çağıraraq öz yaşadığım evə getdim. |
Gecə təxminən saat 1 radələri olardı”. |
Təqsirləndirilən şəxs bildirib ki, səhər işə getməyib:“Saat 10.30-da Ləman mənə mesaj yazdı. |
Ona 10-15 dəqiqə sonra yazmasını, evdə olduğumu dedim. |
Lakin Ləman mənə artıq-əksik sözlər yazdı, səs ataraq “sənin ailənin, arvadının başına oyun açdıracam, 3-4 adamla evinə gəlib sənin və sənin arvadının başına oyun açdıracam” dedi. |
Saat təxminən 11 radələrində taksi ilə Ləmanın yaşadığı evə doğru getdim. |
O, "WhatsApp"da yenə mənə təhqiramiz sözlər dedi. |
Bir qədər binanın həyətində gəzişə-gəzişə Ləmanla danışdım. |
O, yenə mənim ailəmi təhqir eldi”. |
“Əlimdə bıçaq, üst-başım qan içində olub”"Təqsirləndirilən şəxs bildirib ki, liftlə binanın 4-cü mərtəbəsinə, Ləmanın yaşadığı mənzilə qalxıb:“Çox əsəbiydim. |
Ümumi dəhlizdə Ləmanın mənzilinin içərisindən səs gəlirdi, o, kiminləsə telefonla danışırdı. |
Bir qədər gözləyib qapını döydüm. |
Dərhal Ləmanın boğazından tutub itələdim, o, yerə yıxıldı. |
Evin içinə girərək Ləmanın üzərinə hücum etdim. |
Özümlə gəzdirdiyim bıçağı çıxardaraq bədəninin müxtəlif nahiyələrinə zərbə endirməyə başladım. |
Daha çox Ləmanın bədəninin yuxarı hissəsinə, döş qəfəsi və qarın nahiyəsinə zərbə vururdum. |
Ləman yerdə olarkən əli ilə mənə mane olmağa, bıçaq zərbələrinin qarşısını almağa çalışırdı. |
Bıçaqdan tutaraq “vurma, qələt eləmişəm, balam var, məni öldürmə” deyə yalvarırdı. |
Mən isə “balanı fikirləşirdinsə, belə hərəkət eləməzdin” deyərək yenidən Ləmana bıçaq zərbəsi endirdim. |
Ləman qışqıraraq kömək istəyirdi, qapı açıq idi.Səsə bir nəfər qonşu qadın gəldi. |
O da uzaqlaşaraq getdi, kömək üçün qışqırdı. |
Evdən çıxıb liftə tərəf yönəldim. |
Liftə çatanda qonşu qadını gördüm, qışqıraraq köməyə adam çağırırdı. |
Ya həkimə, ya da polisə zəng vurduğunu düşündüm. |
Liftin qarşısında olarkən Ləman arxamca gəldi. |
Nəsə desə də, nə söylədiyini anlamadım. |
Bıçaqla kürək nahiyəsindən vurdum. |
Bundan sonra liftə minərək aşağı düşdüm. |
Əlimdə bıçaq, üst-başım qan içindəydi. |
Həyətdən çıxıb yola tərəf getdim. |
Avtobusa əl eləsəm də, sürücü məni görərək saxlamadı. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.