Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Məlumata görə, kostyum “Thierry Mugler” brendi tərəfindən hazırlanıb və ilk dəfə 1995-ci ildə təqdim edilib. |
UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Braqa” klubunu 4:2 hesabı ilə məğlub edən “Qarabağ” Vətənə qayıdıb. |
Oxu.Az xəbər verir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar. |
İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən Ağdam klubunun qollarını Marko Yankoviç, Abdullah Zubir (2) və Olavio Juninyo vurublar. |
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. |
Prezident İlham Əliyev Azərbaycan Respublikasının baş nazirinin təyin edilməsi barədə sərəncam imzalayıb. |
President.az xəbər verir ki, sərəncamla Əli Hidayət oğlu Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib. |
Əməkdar artist Gövhər Rzayeva xəstəxanalıq olub. |
“Olay”ın əldə etdiyi məlumata görə, qarmon ifaçısı yıxılaraq ayağını sındırıb. |
O, şəhər xəstəxanalarının birində əməliyyat olunub. |
Hazırda sənətçinin vəziyyəti yaxşıdır. |
Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. |
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş kimi tanınan Raziyyat Əliyevanın anası Xədijət Əliyeva ifadə verib. |
X.Əliyeva qızının Ziya Hüseynzadə tərəfindən döyülməsi barədə danışıb:""“Bir gecə qızım mənə mesaj yazdı. |
Təcili onlara gəlməyimi istəyirdi. |
Evdən necə çıxıb ora çatdığımdan xəbərim olmayıb. |
Qapını açanda qızımın çox arıqladığını gördüm. |
Dedi ki, Ziya pəhriz saxlayır deyə mən də diyetdəyəm. |
Razinin üzündə xırda qançırlar var idi.Soruşdum nə olub? |
Dedi ki, mezoterapiyadan sonra üzümdə ləkələr yaranıb. |
Ziyanın səsi olduğunu bilirdim. |
Qızımın Ziya ilə əlaqəsi olduğundan xəbərim var idi.Ziyanı heç vaxt görməmişəm. |
Ancaq qızımla harasa gedəndə ətrafda Ziyanın olduğunu bilirdim. |
Qızım Ziya ilə bağlı yaxşı danışırdı. |
Razi Ziya haqda danışanda deyirdim ki, bəsdir, alınmırsa, ayrılın. |
Ziya qızımı sevdiyini, evlənmək istədiyini deyirdi. |
Bir dəfə qızımı evə aparmaq istəyirdim, Raziyə 3-4 dəfə zəng gəldi. |
Eşidirdim ki, zəng edən Ziyadır. |
Ziya qızıma deyirdi ki, heç yerə getmə...""Qızım 2 gün mənimlə qaldı. |
Zənglərin ardı-arası kəsilmirdi. |
2 gün sonra qızım dedi ki, Ziya ilə barışıb, evə qayıdır. |
Sonra yenə bir müddət qızımla görüşə bilmədim. |
Görüşmək barədə qızıma yazanda hər dəfə bir bəhanə gətirirdi. |
Səbəbini sonradan bildim, onun bədənində salamat yer qalmamışdı. |
Son dəfə qızım gəlib bir müddət bizdə qaldı. |
Ziya hər gün bizim evə gül göndərirdi, Razi isə qəbul etmirdi. |
Mən də dedim mesaj yaz ki, ayrılaq. |
Bu mesajdan sonra Ziya gəldi bizim evə, qapını qırmağa çalışırdı. |
Mən 102-yə zəng etdim, polislər gəldi. |
Qızım onda polislərə döyülmə şəkillərini göstərdi”. |
Məhkəmə prosesi martın 27-də davam etdiriləcək. |
Qeyd edək ki, model Raziyyat Əliyeva tanışı Ziya Hüseynzadə barədə polisə şikayət edib. |
O, intim yazışmalarının onun tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. |
R.Əliyeva xəsarətlərinin olduğu fotoları “İnstagram”da yayıb. |
Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb. |
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin ötən il mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. |
Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələri ilə ittiham olunur. |
Almaniyada dünyanın aparıcı siyasi və hərbi xadimlərini bir araya gətirən 60-cı Münhen Təhlükəsizlik Konfransının açılışı baş tutub. |
Oxu.Az konfransın rəsmi saytına istinadən bildirir ki, toplantının iki əsas mövzusu Şərqi Avropa və Yaxın Şərqdəki vəziyyətdir. |
Tədbir çərçivəsində dövlət və hökumət başçılarının ikitərəfli görüşləri gözlənilir. |
Konfransda, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı gözlənilir. |
İlham Əliyevin fevralın 17-də “COP mexanizmləri:Beynəlxalq iqlim diplomatiyasının perspektivləri” mövzusundakı paneldə çıxış edəcəyi gözlənilir. |
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına səfər edib. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. |
Ulu öndərlərin xatirəsi dərin hörmət və ehtiramla anılıb. |
Sonra Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyənin Milli Müdafiə Nazirliyi, müxtəlif qoşun növü komandanlıqları, eləcə də bir neçə hərbi təhsil müəssisəsində olub və bir sıra görüşlər keçirib. |
Keçirilən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, bu istiqamətdə görüləcək işlər, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. |
Daha sonra qardaş ölkədə təhsil alan kursantlarla görüş keçirilib. |
Azərbaycanlı nümayəndələr kursantların tədris prosesi ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb. |
Kursantlarla bir yerdə nahar edilib. |
Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti, həmçinin qardaş ölkənin "HAVELSAN" şirkətini ziyarət edib. |
Burada qonaqlara müxtəlif təyinatlı silah-texnika və hərbi təyinatlı vasitələr nümayiş etdirilib. |
“Azərbaycana idxal olunan avtomobillərin qiymətində artım olacaq. |
Ölkəyə gətirilən köhnə avtomobillər isə ən azı beş faiz bahalaşacaq”. |
Bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bakupost.az-a deyib. |
O bildirib ki, avtomobillərin qiymətinin bahalaşmasına səbəb ölkəyə idxal olunan avtomobillərə istehsal ili 4-7 ilədək olduqda 400, 7 ildən artıq olduqda 700 manat utilizasiya haqqının ödənilməsidir:""“Fikrimcə, utilizasiya haqlarına görə avtomobil bazarında kəskin qiymət artımı olmayacaq. |
Sadəcə, əgər kimsə avtomobili satmaq məqsədilə ölkəyə idxal edirsə, utilizasiya rüsumu onun üzərinə gələcək. |
Ekspert qeyd edib ki, hazırda iri avtomobil sənayeçiləri qiyməti artırırlar. |
Bunu onunla əlaqələndirirlər ki, dünya bazarında ehtiyat hissələrinin, daşınma xidmətlərinin qiyməti yüksəlib. |
Bu səbəbdən də yay aylarında avtomobillərin qiyməti bahalaşacaq. |
Qazaxıstan Müdafiə Nazirliyi Almatı və Bakı arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında sazişin təsdiqi ilə bağlı qərar layihəsi hazırlayıb. |
Saziş müdafiə sahəsində hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsini nəzərdə tutur. |
Sazişə görə:""Ölkələr əks tərəfə qarşı hərbi kəşfiyyat fəaliyyəti həyata keçirməyəcəklər;"Müqavilə heç bir üçüncü tərəfə qarşı yönəlməyib. |
Fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb. |
ABŞ-nin Santa-Kruz Dövlət Universitetinin tədqiqatçıları Braziliyanın Baiya ştatında meşədə aşkar etdikləri kiçik qurbağa növlərini təsvir ediblər. |
Qeyd olunur ki, “Brachycephalus pulex” nümayəndələrinin bədən uzunluğu yeddi millimetrdən bir qədər çoxdur. |
Birə qurbağası adlanan “Brachycephalus pulex” ilk dəfə 2011-ci ildə zooloqlar tərəfindən təsvir edilib. |
Bu növün bütün nümayəndələri çox kiçik ölçüləri və sarı və qəhvəyi rənglərin müxtəlif çalarlarında olması ilə fərqlənirlər. |
Tədqiqatçı Mirko Sole və onun həmkarları 2019-cu ildə yenidən bu növə aid qurbağaları öyrənməyə başlayıblar. |
Ekspedisiya zamanı onlar iki yerdə 46 fərd tapmağa nail olublar. |
Mütəxəssislər heyvanların cinsiyyət hüceyrələrini araşdırıb və bədənlərinin uzunluğunu ölçüblər. |
“Qarabağ”dan belə möcüzələri həmişə gözləyirik”. |
Təcrübəli mütəxəssis Ağdam klubunun potensialını tam şəkildə ortaya qoyduğunu düşünür:""“Bir daha təsdiq olundu ki, çempionumuz Avropada yaxşı mənada səs salan komandadır. |
“Qarabağ”dakı ruh müsbət nəticə qazanmağa imkan verir. |
Bəlkə də böyükhesablı qələbə qazana bilərdik. |
Bu oyundan hamımız zövq aldıq, rahatlıq tapdıq. |
Futbol ənənəsi olan ölkənin güclü rəqibini səfərdə məğlub etmək asan deyil. |
Reallığı qabaqlayan komandamız var”. |
Azərbaycan millisinin sabiq baş məşqçisi hesabın gözlənilməz olduğunu etiraf edib:""“Qarabağ” rəqibdən asılı olmayaraq, həmişə ən yaxşı oyununu sərgiləyir. |
Ancaq etiraf edək ki, belə bir nəticəni çoxları gözləmirdi. |
Şəxsən mən oyunun bitməsini istəmirdim. |
“Qarabağ”ın hər hücumu zövq verirdi. |
Təmsilçimiz irəlilədikcə rəqibləri güclənir, oyunları çətinləşir. |
“Qarabağ” səviyyəni o qədər yüksəldib ki, Avropa klubları artıq diqqətlərini onlara yönəldiblər. |
Vaqif Sadıqov Azərbaycan çempionunun mərhələ adlayacağına inandığını bildirib:""“Düşünməməliyik ki, bu nəticə mərhələ adlamaq üçün kifayət edir. |
Hesab edirəm ki, sərgilənən oyun 1/8 finala yüksəlməyə, gələcəyə nikbin baxmağa imkan verir. |
“Qarabağ” adına layiq oyun sərgiləyir, müasir futbolun bütün tələblərinə cavab verir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.