Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu vəziyyət həm Ermənistanın özünün əhalisi, həm də bizim işğaldan azad olunan ərazilərə qayıdacaq insanlarımız və ümumilikdə təbiət üçün böyük təhlükədir. |
Həmin çirkli sular Araz vasitəsilə Kürə tökülür, oradan da Xəzərə. |
Bu həm də Xəzər dənizi hövzəsinin digər ölkələri - Rusiya, Qazaxıstan, Türkmənistan və İran üçün də ciddi təsirdir. |
Azərbaycan hələlik Ermənistanın ekoloji terrorunun qabağını ala bilmir. |
Bu məsələni qaldırmadığımız beynəlxalq təşkilat, gündəmə gətirmədiyimiz beynəlxalq platforma qalmayıb. |
Təbii ki, bu işləri davam etdirəcəyik. |
Ermənistanı başa salmağa çalışmalıyıq. |
Amma təkcə onlar yox, bu ekoloji terrorun təsirinə məruz qalan digər ölkələr də vəziyyətin nə qədər təhlükəli olduğunu anlamalıdırlar. |
“OpenAI” şirkəti video yaratmaq üçün “Sora” adlı yeni neyron şəbəkəsi təqdim edib. |
Bildirilir ki, “Sora” mətn təlimatlarından istifadə edərək real və fantastik səhnələr yarada bilər. |
Oxu.Az-ın məlumatına görə, bu barədə şirkətdən xəbər verilib. |
Məlumata görə, neyron şəbəkə istifadəçilərə mətn təsvirlərinə əsaslanaraq “Full HD” təsvir ölçüsündə (1920x1080 piksel) bir dəqiqəyə qədər real videolar yaratmağa imkan verir. |
Şirkət bununla bağlı çoxlu nümunələr təqdim edib. |
İpucu:Şıq geyimli qadın, isti parlayan neon və animasiyalı tablolarla dolu Tokio küçəsində gəzir. |
Onun əynində qara dəri gödəkçə, uzun qırmızı paltar və qara çəkmə var, həmçinin qara əl çantası daşıyır. |
O, günəş eynəyindədir, qırmızı pomadası xüsusi nəzərəçarpandır. |
Küçə rütubətlidir və rəngli işıqları güzgü effekti yaradaraq əks etdirir. |
İpucu:Kaliforniyada “Qızıl hərisliyi” dövründən tarixi görüntülər. |
İpucu:Müxtəlif üslublarda çoxlu gözəl sənət əsərləri olan bir qalereyada gəzinti. |
İpucu:Kamera birbaşa İtaliyanın Burano şəhərindəki rəngli binalara yönəlib. |
Sevimli bir dalmatin iti birinci mərtəbədəki binanın pəncərəsindən bayıra baxır. |
Binaların qarşısındakı kanal küçələri ilə insanlar gəzişir, yaxud velosiped sürürlər. |
Bundan əlavə, neyroşəbəkə hərəkətsiz görüntü əsasında video yaratmaq, bitmiş videolarda çatışmayan kadrlar yaratmaq və ya onları tamamlamaq qabiliyyətinə malikdir. |
Bununla belə “OpenAI” xəbərdarlıq edib ki, “Sora” mürəkkəb səhnələri modelləşdirərkən səhvlərə yol verə bilər. |
Fransada məşhur aktyor Jerar Depardyeyə qarşı yenidən cinsi təcavüzə dair şikayət edilib. |
Bu barədə sənətçinin vəkili məlumat yayıb. |
Qeyd olunub ki, adının açıqlanmasını istəməyən rejissor Jan-Pyer Mokinin keçmiş köməkçisi yanvarın 8-də şikayət edib. |
Qadın 2014-cü ildə “Le magicien et les siamois” filminin çəkilişləri zamanı aktyor tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. |
Onun sözlərinə görə, Depardye ona şəhvətlə toxunub və nalayiq ifadələr işlədib. |
Xatırladaq ki, Jerar Depardye artıq əvvəllər də zorlama və ya cinsi təcavüzdə ittiham olunub. |
2018-ci ildə aktrisa Şarlotta Arno aktyorun Parisdəki evində ona iki dəfə təcavüz etdiyini deyib. |
Şarlotta Arno Jerar Depardyeni cinsi təcavüzdə ittiham edən 13 qadından biri olub. |
2023-cü ilin aprelində Fransanın “Mediapart” portalı onların ifadələri əsasında araşdırma dərc edib. |
Portalın məlumatına görə, bütün hadisələr 2004-2022-ci illər arasında baş verib. |
Paytaxtda restoranlardan birində Vətən müharibəsi iştirakçısı Cəsarət Vəliyevi öldürməkdə, Camal Həsənovu isə yaralamaqda təqsirləndirilən İlqar Abdurahmanov və Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. |
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti prosesdə hadisə zamanı restoranda dicey kimi fəaliyyət göstərən Rüfət Binnətov ifadə verib. |
Hər şeyin onun gözləri qarşısında baş verdiyini deyən dicey həmin vaxt mahnı sifarişinə görə təzyiqə məruz qaldığını vurğulayıb. |
Məlum hadisə də məhz bundan sonra qeydə alınıb. |
Məhkəmənin növbəti iclası fevralın 28-nə təyin olunub. |
Ətraflı baku TV-nin videosunu təqdim edirik: |
İranda mövsümi yağışlardan sonra su ilə dolan Urmiya gölü güneylilərin sevincinə səbəb olub. |
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. |
Güney Azərbaycanın incisi sayılan Urmiya gölünün yenidən canlanmasını seyr etmək üçün insanlar buraya axışmağa davam edirlər. |
Məlumata görə, suyun səviyyəsinin yağışlar səbəbindən nisbətən artmasına baxmayaraq, göl hələ də kritik vəziyyətdədir. |
Qeyd olunur ki, gölün su hövzələrində yaradılan və qəsdən su haqqını israf edən saysız-hesabsız bəndlər və quyular Güney Azərbaycanın nəfəsini kəsir. |
Yayda “Bavariya” Tomas Tuxelin komandadan ayrılacağı təqdirdə “Liverpul”la da maraqlanan “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso uğrunda mübarizəyə qoşula bilər. |
Məlumata görə, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Latsio”ya məğlubiyyətdən (0:1) sonra “Bavariya” rəhbərliyi Tuxelin yerinə gələcəkdə hazır namizədlərin axtarışına başlayıb. |
Seçimlərdən biri də “Bayer”in məşqçisi Xabi Alonsodur. |
Bundan əlavə, Tomasın bu mövsümün ortasında çıxarılma ehtimalı var. |
İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. |
President.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:"""Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə"Zati-aliləri. |
Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. |
Sizin liderliyinizlə Azərbaycan 20 il ərzində sabitliyi, iqtisadi inkişafı və dini azadlığı təmin etməyə və qorumağa nail olub. |
Əminəm ki, Sizin yenidən Prezident seçilməyiniz ölkəniz üçün bundan sonra da parlaq və firavan gələcəyi təmin edəcək. |
İsrail Dövləti Azərbaycan Respublikası ilə münasibətləri yüksək dəyərləndirir. |
Bizim ikitərəfli əlaqələrimiz çox vacib iqtisadi, təhlükəsizlik və siyasi faydalar təmin edir. |
Biz bu möhkəm və davamlı tərəfdaşlığa sadiqliyimizi bildiririk. |
Mən Azərbaycan və İsrail arasında əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün Sizinlə birgə işləmək imkanına görə şəxsən minnətdarlığımı bildirirəm. |
Keçən il Sizin gözəl ölkənizə səfərimiz zamanı Mixala və mənə göstərdiyiniz səmimi qonaqpərvərliyi yüksək qiymətləndirirəm. |
Gələcək illərdə qarşılıqlı maraqlarımıza dəstək olaraq ölkələrimiz arasındakı münasibətləri dərinləşdirməyə davam etmək istiqamətində Sizinlə işləməyi səbirsizliklə gözləyirəm". |
20:34"Yaponiyanın Baş naziri Fumio Kişida Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az-ın məlumatına görə, təbrikdə deyilir:"""Zati-aliləri. |
Azərbaycan Respublikası Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Yaponiya hökuməti və Yaponiya xalqı adından səmimi təbriklərimi çatdırıram. |
Azərbaycan beynəlxalq enerji təhlükəsizliyi üçün önəmli rola malik ölkə olmaqla yanaşı, regionun sabitliyinin və inkişaf açarının sahibidir. |
2022-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilmişdir. |
Diplomatik münasibətlər qurulandan sonra hökumətlərarası dialoqlar başda olmaqla, yüksək səviyyəli səfərlər, parlamentlərarası, həmçinin regionlarda yerli özünüidarəetmə orqanları arasındakı münasibətlər, iqtisadi və ekoloji sahədə əməkdaşlıq və digər istiqamətlərdə əlaqələr fəallaşmaqdadır. |
Yaponiya və Azərbaycan arasındakı önəmli münasibətlərin bundan sonra daha da inkişaf etdirilməsi üçün Zati-alinizlə əməkdaşlıq etmək niyyətindəyəm. |
Azərbaycana, eləcə də Azərbaycan xalqına ürəkdən firavanlıq arzu edirəm". |
15:59"Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az-ın məlumatına görə, məktubda deyilir:""“Zati-aliləri. |
Sizi Azərbaycan Respublikasının Prezidenti seçkisində qələbəniz münasibətilə Banqladeş xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. |
Qələbəniz Azərbaycan xalqının Sizin müdrik liderliyinizə olan yüksək inamını və etimadını nümayiş etdirir. |
Azərbaycan və Banqladeş arasında ortaq dəyərlərə, qarşılıqlı anlaşmaya və dostluğa əsaslanan çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. |
Mən ikitərəfli münasibətlərimizi xalqlarımızın qarşılıqlı maraqları naminə çoxşaxəli tərəfdaşlığa çevirmək istiqamətində Sizinlə birgə işləməkdə davam etməyi səbirsizliklə gözləyirəm. |
Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, inkişaf və rifah arzulayıram. |
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. |
13:50"Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az-ın məlumatına görə, məktubda deyilir:""“Zati-aliləri və əziz Qardaşım. |
Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkidə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. |
Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram. |
Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm. |
Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm”. |
13:11"Cibuti Respublikasının Prezidenti İsmail Ömər Qelle Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az-ın xəbərinə görə, məktubda deyilir:""“Yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf və böyük məmnunluq duyuram. |
Sizə yenidən etimad göstərilməsi həmvətənlərinizin ətrafınızda birləşməsinin bariz nümunəsidir. |
Seçkidə qazandığınız qələbə Sizə xalqınızın rifahı və ölkənizin inkişafı ilə bağlı faydalı hesab etdiyiniz islahatları həyata keçirmək üçün lazım olan bütün legitimliyi verir. |
Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan ən mühüm məsələlərdə, o cümlədən ölkə ərazisinin bütövlüyü və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində nəhəng addımlar atıb. |
Cənab Prezident, əmin olun ki, Siz həmişə Cibuti xalqı və hökuməti tərəfindən ölkələrimiz arasında mövcud olan əlaqələrin möhkəmlənməsinə fayda verən hər cür dəstəyi görəcəksiniz. |
Zati-aliləri cənab Prezident, Sizə bir daha müvəffəqiyyətlər arzulayır, qardaşlıq salamlarımı qəbul etməyinizi xahiş edirəm”. |
12:08"Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov və baş direktorun birinci müavini Mixail Qusman Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. |
President.az-ın xəbərinə görə, məktubda deyilir:""“Hörmətli İlham Heydər oğlu. |
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi adından səmimi təbriklərimizi çatdırırıq. |
Seçki Sizin siyasi kursunuza ümumxalq dəstəyini inamlı şəkildə nümayiş etdirdi. |
Əminik ki, Sizin dövlət başçısı vəzifəsində fəaliyyətiniz gələcəkdə də ölkələrimiz arasında konstruktiv əlaqələrin və tərəfdaşlıq qarşılıqlı fəaliyyətinin davam etməsinə kömək edəcək. |
TASS Azərbaycan Respublikası, onun aparıcı kütləvi informasiya vasitələri, siyasi, ictimai, mədəni və elmi dairələri ilə sıx əməkdaşlıq tarixinə malikdir. |
Bizim mövqeyimiz ondan ibarətdir ki, Rusiya və Azərbaycanın informasiya sahəsində əməkdaşlığı dövlətlərimiz və xalqlarımız arasında sıx əlaqələrin inkişafında mühüm rol oynasın. |
Bununla əlaqədar agentliyimizin Azərbaycan Respublikasında fəaliyyətinə Sizin davamlı dəstəyinizə və köməyinizə güvənirik”. |
“Qızılca hadisəsi qeydə alınan siniflərdə şagirdlər tibbi müşahidəyə götürülür”. |
Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq deyilib. |
Bildirilib ki, qızılca xəstəliyinin hazırda respublika üzrə olduğu kimi təhsil müəssisələrində də azalması müşahidə olunur:""“Ümumtəhsil, məktəbəqədər və digər təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi təmin edilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.