Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Türkiyədə Ərzincan əyalətinin şərqindəki qızıl mədənində qaya uçması ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kanada vətəndaşı saxlanılıb. |
Bu barədə əyalət prokurorluğu məlumat verib. |
“İstintaq zamanı əldə edilən sübutlar nəticəsində fevralın 14-də 8 nəfər, o cümlədən işəgötürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı saxlanılıb və ilkin məlumatlara görə, o, hadisədə təqsirli bilinir. |
Araşdırma çərçivəsində mədənin özündən və ətraf ərazidən torpaq və su nümunələri toplanaraq sınaq üçün kimya laboratoriyalarına göndərilib”, - deyə məlumatda bildirilir. |
Onların müəyyən edilmiş filiz hasilatı texnologiyasına uyğunluğu öyrəniləcək. |
Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktarın daha əvvəl verdiyi məlumata görə, mədən 2023-cü ilin sonunda yoxlanılıb və faciəyə səbəb ola biləcək heç bir ilkin şərt aşkar edilməyib. |
Mədən işlərinin xarici şirkət tərəfindən müqavilə əsasında həyata keçirildiyi bildirilir. |
“Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb”. |
Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib. |
O, qeyd edib ki, parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergiləri, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar:""“İZİA-nın idarəçiliyində olan sənaye parklarında tətb... |
“Sənaye parklarında hər il biz məhsul istehsalında müsbət artımın baş verdiyinə şahid oluruq. |
Bir faktı diqqətə çatdırım ki, 10 il ərzində sənaye parklarında məhsul istehsalı 11,4 dəfə artaraq 3,1 milyard manata yaxın olub. |
Sənaye parkları işçilərin məşğulluq səviyyəsinin artırılmasında mühüm rol oynayır. |
İşlə təmin olunma statistikasına baxdıqda böyük artımın baş verdiyinə şahid olarıq. |
Belə ki, işçi sayı qeyd etdiyim dövr ərzində 27 dəfədən çox artıb”, - deyə S.Adıgözəlov sonda əlavə edib. |
Bu gün Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq. |
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə məlumat yayıb. |
Bildirilir ki, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. |
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
Azərbaycan gimnastı Nikita Simonov Misirin paytaxtı Qahirədə keçirilən Dünya Kubokunda finala yüksəlib. |
Oxu.Az-ın məlumatına görə, yığma üzvü idman gimnastikası üzrə yarışda bunu bacarıb. |
Simonov halqalarla hərəkətlərin icrasında finalda iştirak hüququna yiyələnib. |
Bakı-Ələt yolunda sürücünün təhlükə saçan hərəkəti kameraya düşüb. |
Avtosfer.az xəbər verir ki, hadisə fevralın 14-də, Lökbatan dairəsində baş verib. |
Belə ki, KIA markalı avtomobilin sürücüsü keçiddə dayanaraq piyadaların keçməsini gözləyib. |
Üç nəfər keçdikdən sonra maşınların dayandığını görən iki qadın yolu qaçaraq keçməyə başlayıb. |
Bu zaman sürücü hərəkət edərək onları təhlükə altında qoyub. |
Sözügedən videonu təqdim edirik: |
Ölkəyə dörd kiloqram heroin keçirən TIR sürücüsü saxlanılıb"Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. |
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1980-cı il təvəllüdlü Altay Ağaəliyev saxlanılıb. |
Həmin şəxsdən dörd kiloqram narkotik vasitə olan heroin aşkar edilib. |
Saxlanılan şəxs heroini ölkəyə idarə etdiyi çoxtonnajlı yük maşınında (TIR) ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədilə gətirdiyini bildirib. |
A.Ağaəliyev barəsində araşdırmalar davam etdirilir. |
Həmçinin, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha altı ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib. |
Azərbaycan Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb. |
President.az-ın xəbərinə görə, məktubda deyilir:""“Hörmətli cənab Prezident,"Litva Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. |
Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat, bərpa olunan enerji və digər sahələrdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır. |
Biz mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə əlaqələrimizin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə nail ola bilərik. |
Əminəm ki, Azərbaycan-Litva münasibətləri həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir. |
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Litva xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”. |
Üç gün əvvəl ikisi uşaq olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədov barədə daha bir maraqlı məqam ortaya çıxıb. |
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 25 yaşlı Əhməd orta məktəbi bitirdikdən sonra Rusiyada ali təhsil alıb. |
Təhsili ilə bağlı o, bir müddət orada yaşayıb. |
Üç gündür hər kəsi sarsıdan cinayət əməlinə görə həbs edilən Əhməd təhsil möhləti olduğu üçün 21 yaşında Hərbi Komissiyada qeydiyyatdan keçib. |
Xatırladaq ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. |
Nəticədə Əhməd Mehman oğlu Əhmədov həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız hesab edilib. |
Xaçmazda vətəndaşların etibarından sui-istifadə edərək onlara üç milyon manatdan artıq ziyan vuran şəxslər saxlanılıblar. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhər sakini Könül Müzəffərova saxlanılıb. |
O, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 55 000 (əlli beş min) manat pulunu ələ keçirib. |
Keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Ceyhun Əsgərov saxlanılıb. |
O, bir neçə şəxsin etibarından sui-istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib və beləliklə zərərçəkmişlərə ümumilikdə 3 000 000 (üç milyon) manatdan artıq zərər vurub. |
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib. |
Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizindən istifadə edərək Avropa qitəsinə pənah aparan qaçqınların rezin qayığının mühərrikini söküb. |
Hadisə vaxtı qayıqda 13-ü uşaq olmaqla 24 qeyri-qanuni mühacir olub. |
Xoşbəxtlikdən Türkiyə Sahil Mühafizəsi xidmətinin əməkdaşları onları taparaq xilas edə biliblər. |
Təsəvvür edin, hər hansı mağazadan nağdsız alış-veriş edirsiniz, ancaq müəyyən səbəbdən məhsulu geri qaytarmalı olursunuz. |
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, buna tam ixtiyarınız çatır. |
Həmçinin mağaza da buna görə sizə qəbz təqdim edir. |
Amma aldığınız malı qaytarmağınıza baxmayaraq, ödədiyiniz məbləğ geri qaytarılmır. |
Mağazadan məhsulu alarkən istifadə etdiyiniz bank kartına ödənişin olunduğu bildirilsə də, pulunuzu ala bilmirsiniz. |
Bəs görəsən, belə halla qarşılaşanda müştəri hara müraciət etməlidir, mağazaya, yoxsa banka? |
Baku TV mövzu ilə bağlı sorğu keçirib. |
“İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial iqtisadi inkişaf strategiyasına uyğun olaraq yaşıl enerji üzrə transformasiya layihələri uğurla həyata keçirilir”. |
Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib. |
O, qeyd edib ki, bununla bağlı Azərbaycanın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir:""“Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi də gələcək plan... |
Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq. |
Bununla yanaşı alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək. |
Bu hədəfin gələcəkdə digər sənaye zonalarında da, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub. |
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda mobil şəhərcik (sosial zona) hissəsi günəş panellərindən istifadə edilməklə işıqlandırılır, sənaye parklarının rezidentləri tərəfindən istehlak olunan elektrik enerjisinin bir hissəsinin günəş enerjisi ... |
Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb. |
İdarədən Oxu.Az-a daxil olan məlumatda deyilir:""“Son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur. |
“Yol hərəkəti haqqında” Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:""1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;"2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. |
Bu hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır. |
Bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edirik”. |
“Group-IB” informasiya təhlükəsizliyi şirkəti “iOS” əməliyyat sistemi üçün hazırlanmış “GoldPickaxe.iOS” adlı yeni virus aşkar edib. |
O, üzün tanınması, şəxsiyyət vəsiqəsi, SMS məlumatlarını və qurbanların bank hesablarını sındırmaq üçün istifadə edilə bilən digər məlumatları oğurlaya bilir. |
Qeyd olunur ki, virus əvvəllər “Android” əməliyyat sistemi üçün hazırlanmış “GoldDigger” ailəsinə aiddir. |
Tətbiq “Apple” servisindən silindikdən qısa müddət sonra fırıldaqçılar onu korporativ cihazları idarə etmək və konfiqurasiya etmək üçün istifadə olunan MDM profili vasitəsilə yaymağa başlayıblar. |
“Group-IB”nin məlumatına görə, virus qurbanlarının əksəriyyəti Vyetnam və Tailanddandırlar, lakin onun təsirindən digər ölkələrdən olan istifadəçilər də zərər çəkə bilərlər. |
Mütəxəssislər artıq müəyyən edilmiş problemlə bağlı “Apple” şirkətini məlumatlandırıblar. |
“Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən 2023-cü ilin yanvar ayından etibarən aqroparkların reyestrinin aparılması, həmçinin orada fəaliyyət göstərə... |
Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib. |
Seymur Adıgözəlov qeyd edib ki, hazırda 22 rayon üzrə 66 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür:""“Bununla əlaqədar ikisi dövlət, 22-si özəl olmaqla ümumilikdə 24 aqropark qeydiyyata alınıb. |
Hazırda 22 rayon üzrə 66 min ha ərazidə 24 aqroparkın yaradılması istiqamətində işlər görülür. |
Bu günə qədər 58,6 min ha ərazidə 22 aqropark fəaliyyətə başlayıb, iki aqroparkda isə tikinti-quraşdırma işləri aparılır. |
Aqroparklardan altısı heyvandarlıq, altısı meyvəçilik, 11-i əkinçilik, biri isə çeşidləmə, qablaşdırma və logistika üzrə ixtisaslaşıb. |
Aqroparkların ümumi layihə dəyəri 1,2 milyard manat təşkil edir. |
Bununla yanaşı, aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə 147 milyon manat dövlət dəstəyi göstərilib. |
Belə ki, indiyədək 14 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 131 milyon manat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,1 milyon manat dəyərində güzəşt əldə edilib”. |
Azərbaycanın Rusiya Federasiyasındakı hərbi attaşelik aparatının nümayəndələri Moskva şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin hərbi təhsilin idarəetmə orqanları rəhbərlərinin iclasında iştirak ediblər. |
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. |
Qeyd edilib ki, MDB Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkinin sədrliyi ilə keçirilən iclasda 2023-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər təhlil olunub, o cümlədən 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlər müzakirə edilib. |
Həmçinin müxtəlif mövzularda aidiyyəti şəxslərin çıxışları dinlənilib, müasir çağırışlar fonunda MDB məkanında hərbi təhsil sistemlərinin qarşılıqlı inteqrasiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. |
Sonda iclasın gedişi və aparılmış müzakirələrə dair protokol imzalanıb. |
Erməni işğalından azad olunan Qarabağ və Şərqi Zəngəzurda hazırda meşəbərpa işləri həyata keçirilir, meşələrimizə, bölgənin ətraf mühitinə, fauna və florasına dəymiş ziyanlar hesablanır və aradan qaldırılması istiqamətində tədbirlər görülür. |
Həmin ərazilərdə milli parklar və təbiət qoruqlarının yaradılması layihələri üzərində iş aparılır. |
Ümumilikdə, ölkə ərazisində yaşıllıqların salınması davam etdirilir. |
Bundan başqa, “Qırmızı kitab”ın son nəşrinə düşmüş fauna və flora növlərinin qorunması istiqamətində də addımlar atılır. |
Həmin müsahibəni təqdim edirik. |
- Azərbaycanın meşə sahələrində hər ilin yaz və payız mövsümlərində meşəbərpa tədbirləri aparılır, yaşıllıqların miqyası genişlənir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.