Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Florida ştatının Tampa şəhərinin səlahiyyətliləri səhv məhkəmə qərarına görə 37 ilini dəmir barmaqlıqlar arxasında keçirən 59 yaşlı Robert Dyubuaza mənəvi ziyana görə 14 milyon dollar təzminat ödəyəcəklər. |
Robert Dyubuaz 1983-cü ildə Floridada 19 yaşlı Barbara Qramsın zorlanmasında və öldürülməsində günahkar bilinib. |
O zaman hüquq-mühafizə orqanlarına təqdim olunmayan DNT testi sonradan verilib və cinayəti başqa bir şəxsin törətdiyini üzə çıxıb. |
37 il cəza çəkmiş Robert Dyubuaz azadlığa buraxılıb. |
Rusiyanın Kalininqrad vilayətinin Bolşakovo kəndində 20-dən çox uşaq naməlum toksik maddədən zəhərlənib. |
Bu barədə Regional İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb. |
“23 məktəbliyə tibbi yardım göstərilib, onlardan altısı (beşinci və səkkizinci sinif şagirdləri) tibb müəssisəsinə yerləşdirilib”, - deyə məlumatda vurğulanıb. |
Müstəntiqlər “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri ilə birlikdə araşdırma aparırlar. |
Qeyd edək ki, bir neçə gün əvvəl analoji hadisə Novokuznetskdə baş verib. |
Orada da məktəblərin birində 22 şagird təntənəli toplantıdan sonra özünü pis hiss edib. |
Uşaqlar xəstəxanaya yerləşdiriliblər. |
Bütün məktəblilərdə inhalyasiya yolu ilə zəhərlənmə görünüb, ancaq bunun nədən qaynaqlandığı hələlik məlum deyil. |
Məktəb yeməkxanasında qida zəhərlənməsi istisna edilir, çünki həmin gün uşaqların tədbirlə əlaqədar səhər yeməyinə getməyə vaxtları olmayıb. |
Tbilisinin mərkəzində Kür çayına düşən avtomobil tapılaraq sudan çıxarılıb. |
Qeyd olunur ki, sudan çıxarılan “Toyota” markalı minik avtomobilinin salonunda sürücünün cansız bədəni aşkar edilib. |
Lakin şahidlər ehtimal edirlər ki, avtomobildə sürücüdən başqa sərnişinlər də olub. |
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir. |
10:30"Gürcüstanın paytaxtı Tbilisidə yol-nəqliyyat hadisəsi baş verib. |
İçində bir neçə nəfərin olduğu minik avtomobili Kür çayına düşüb. |
Hazırda Kür çayında axtarış-xilasetmə işləri aparılır. |
Xilasedicilər hələ ki avtomobili sudan çıxara bilməyiblər. |
ABŞ Qırmızı dəniz və Ədən körfəzində gəmilər haqqında kəşfiyyat məlumatları toplayan İran hərbi gəmisinə qarşı kiberhücum həyata keçirib. |
Qeyd olunub ki, İranın “Behshad” gəmisi kiberhücuma məruz qalıb. |
Bu əməliyyatın məqsədi İranın Yəməndəki müttəfiqləri, yəni Qırmızı dənizdə yük gəmilərini atəşə tutan husilərlə kəşfiyyat məlumatları toplamaq və mübadilə etmək imkanlarına müdaxilə etmək olub. |
Bu hərəkətin İranın dəstəklədiyi qrupların ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumlarına cavab tədbirlərinin bir hissəsi olduğu ayrıca vurğulanır. |
Azərbaycan Mərkəzi Bankı elektromobillərin icbari sığorta tarifinin artırılmasının səbəbini açıqlayıb. |
Mərkəzi bankdan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında baza sığorta haqqı məbləği 50 manat olaraq müəyyən edilib. |
Qaydalara edilmiş son dəyişikliyə əsasən, elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri növü üzrə əmsal olaraq 1,5 müəyyən edilib. |
Qeyd edilib ki, əmsalın müəyyən edilərkən dövlətin ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması siyasəti rəhbər tutulub. |
Bundan əlavə, dövlət qeydiyyatına alınmış elektromobillərin enerji tutumu və at qüvvəsi göstəriciləri üzrə təhlillər aparılıb, onların təqsiri üzündən baş vermiş hadisələrin tezliyi və ağırlığı nəzərə alınaraq bu növdən olan bütün minik avtomobillərinə münasibətdə vahid yanaşma tətbiq edilib. |
Xatırladaq ki, sığorta tarifinin 1,5 əmsala qaldırılması elektromobillərin baza sığorta haqqını 50 manatdan 75 manata yüksəldib. |
Bununla da, elektromobillərin sığorta tarifi 1,5-2,0 litrlik mühərrik həcmli avtomobillərin sığorta tarifi ilə eyniləşdirilib. |
“İndiyədək sənaye zonaları üzrə 142 sahibkarlıq subyektinə rezidentlik statusu verilib”. |
Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib. |
O, qeyd edib ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 000-dən artıq daimi iş yeri yaradılıb:""“Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiyanın yatırılması, 7 000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutul... |
S.Adıgözəlova əlavə edib ki, 2024-cü il ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır:""“Bu müəssisələrdə ümumilikdə təqribən 1000 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır”. |
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi şirkətlərinə sürücülərin narkoloji testə göndərilməsi barədə tapşırıq verilməsi xəbərlərinə aydınlıq gətirib. |
AYNA-nın yaydığı məlumata görə, taksi fəaliyyətinə icazə üçün tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir:""“Avtomobil nəqliyyatı haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlara əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fə... |
Nazirlər Kabinetinin 71 nömrəli Qərarına əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını yerinə yetirən daşıyıcılar mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərin isə reysqabağı tibbi müayinədən keçirməsini təmin etməlidirlə... |
Bundan başqa, hüquqi şəxslər və ya fərdi sahibkarlar reysqabağı texniki müayinə ilə bağlı aidiyyəti üzrə qeydiyyatdan keçmiş texniki-təmir sahələri (nəqliyyat vasitələrinə texniki xidmət göstərən məntəqələr), sürücülərin tibbi müayinəsi üçün isə tibb müəssisələri ilə müvafiq qaydada müqavilə imzalaya bilərlər. |
Qeyd olunan şərait, eyni zamanda, daşıyıcı tərəfindən parklarda da yaradıla bilər”. |
Məlumatda qeyd olunub ki, hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vəsiqəsi və buraxılış kartına müraciət etdikdə tələb olunan sənədlərdən biri də reysqabağı tibbi müayinə müqaviləsidir:""“Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələr və psixotrop maddələrdən istifadənin müəyyən edilməsi üçün ap... |
Qeyd olunan sənədlər olmadığı təqdirdə daşıyıcılar icazəyə müraciət edə bilməyəcəklər. |
Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icaz... |
Məlumatda, həmçinin vurğulanıb ki, qeyd olunan sahə üzrə elektron qaydada icazələrin verilməsi prosesinə isə taksi fəaliyyətinə dair yeni tələblər müəyyən edildikdən sonra başlanılacaq:""“Bununla da bu sahədə uçot və nəzarət mexanizminin tətbiqi mümkün olacaq”. |
10:22"Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədovun psixoloji problemlərinin olması və taksi sürücüsü kimi fəaliyyət göstərməsi ilə bağlı məlumatlar yayılıb. |
Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin hadisədən sonra taksi sürücülərinin narkoloji testə göndərildiyi bildirilir. |
Belə ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən taksi şirkətlərinə sürücülərini narkoloji testə göndərməyin təmin edilməsi ilə bağlı tapşırıq verilib. |
Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. |
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. |
Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. |
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. |
Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. |
Ə.Əhmədov aşağıdakı maşın ilə taksi sürücüsü kimi fəaliyyət göstərib. |
“Mənim baş nazir vəzifəsinə yenidən təyin edilməyim üçün təqdimatı verən Prezident İlham Əliyevə və bu vəzifəyə təyinatıma razılıq verən Milli Məclisə təşəkkür edirəm”. |
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında hazırda baş nazir vəzifəsini icra edən Əli Əsədov deyib. |
Əli Əsədov bildirib ki, Azərbaycan milli dövlət quruculuğunun növbəti şərəfli mərhələsini yaşayır. |
O bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi yeni hökumətin qarşısında duran vəzifələrdəndir. |
Əli Əsədov deyib ki, sərhədlərin möhkəmləndirilməsi, ordu quruculuğu, hərbi sənayenin inkişafı da qarşıda duran vəzifələrdəndir. |
“Azərbaycan hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcək”, - deyə Əli Əsədov bildirib. |
Qeyd edək ki,bu gün parlament “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxıb və razılığını bildirib. |
Prosedura əsasən, Prezident İlham Əliyev Əli Əsədovun baş nazir təyin olunması haqqında sərəncam imzalayacaq. |
Milli Məclis prezident seçkisində qələbə münasibətilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib. |
“Mən hamınızın adından yenidən Prezident seçilməsi ilə bağlı möhtərəm İlham Əliyevə təbrik məktubu göndərmişəm, səmimi təbriklərimi çatdırıb və xoş arzularımı ifadə etmişəm”, - sədr qeyd edib. |
Deputatlar təbrik məktubunun göndərilməsini alqışlarla qarşılayıblar. |
Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. |
Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 92,12 faiz səslə qalib gəlib. |
Ötən il və bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı altı il işləmiş 4 367 şəxsin pensiyalarını yenidən hesablayaraq artırıb. |
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduqdan sonra da işləməkdə davam edərsə, hər altı ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur. |
Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təminatına xidmət edir. |
Həmçinin, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır. |
“Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, altı sahibkara isə qeyri-rezidentlik statusu verilib”. |
Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib. |
S.Adıgözəlov əlavə edib ki, bu rezidentlər tərəfindən Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulub:""“Bu il Sənaye Parkında 5-dən çox müəssisənin (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havala... |
Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi adı altında ixrac ediləcək. |
Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb”. |
Ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal gömrük proseduru üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib. |
Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir. |
Qeyd olunur ki, Azərbaycanda həyata keçirilən daxildə emal xüsusi gömrük proseduru müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədilə ölkə ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarətdir. |
Emal əməliyyatları dedikdə malların hazırlanması, emalı, təkrar emalı və təmiri başa düşülür. |
Ölkəmizdə malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi, əsasən, iki istiqamətdə - təmir və emal məqsədilə həyata keçirilir. |
Prosedur emal və xidmət sektorunun inkişafına, ixrac fəaliyyətinin stimullaşdırılması məqsədilə tətbiq olunur. |
“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarına indiyədək bir sıra dəyişikliklər edilib. |
Dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı, alqı-satqı müqaviləsi əsasında da istənilən ölkədən xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki alıcıya ixrac etmək imkanı əldə edib. |
Bununla yanaşı, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, həmçinin prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib. |
Sahibkarlıq subyektlərinin prosedur üzrə müraciətlərinin təhlili göstərir ki, 2022-ci ilin may ayında təminat tələbinin məcburiliyinin aradan qaldırılmasından sonra prosedurdan daha aktiv istifadə edilməyə başlanılıb. |
Eyni zamanda, 2023-cü ilin aprel ayında alqı-satqı müqaviləsi əsasında da prosedurdan istifadə imkanının yaradılmasından sonra yeni müəssisələr prosesə qoşulub. |
Ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib. |
Sahibkarlar prosedur üçün Dövlət Gömrük Komitəsinə birbaşa və ya müvafiq yerli orqanlar vasitəsilə müraciət edə bilərlər”, - deyə məlumatda bildirilir. |
10:40"“Sənayenin inkişafına və ixrac fəaliyyətinin genişləndirilməsinə töhfə verən daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi müsbət nəticələr verir”. |
Bunu iqtisadiyyat naziri vəzifəsini icra edən Mikayıl Cabbarov özünün “X” sosial şəbəkə hesabında yazıb. |
Bildirilib ki, bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə daxildə emal üçün idxal edilən malların dəyərində 85%, prosedurdan istifadə edən şirkətlərin sayında isə 77% artım müşahidə edilib. |
Sənayenin inkişafına və #ixrac fəaliyyətinin genişləndirilməsinə töhfə verən daxildə emal xüsusi #gömrük prosedurunun tətbiqi müsbət nəticələr verir. |
Bu sahədə müvafiq qaydaların təkmilləşdirilməsi və sadələşdirilməsi nəticəsində ötən il 2022-ci illə müqayisədə ixrac məqsədilə… pic.twitter.com/cp0EHSRqla |
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və bir qeyri-rezidenti var”. |
Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib. |
Onun sözlərinə görə, investorlar tərəfindən ümumi olaraq parka 67 milyon manatdan çox investisiyanın yatırılması, 700-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur:""“Bu il Sənaye Parkında bir neçə müəssisənin (iki min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, ... |
Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 10 milyon manata yaxın investisiya yatırılıb. |
Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.