Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Üstəlik, bununla bağlı yayımlanan videoçarxda məhsulun camış əti olduğu qeyd olunmur. |
İnsanlar isə həmin məhsulu dana əti bilərək alırlar. |
Baku TV məsələ ilə bağlı sözügedən məhsulun satıldığı ünvanda olub. |
Satışı həyata keçirən şəxs öncə camış əti olduğunu bildirməyib. |
Müvafiq sertifikatlar əldə edildikdən sonra isə məhsulun camışın qol əti olduğunu etiraf ediblər. |
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb. |
Qeyd edilib ki, vətəndaşlar ət və ət məhsulları alarkən satıcıdan mənşə sənədini tələb etsinlər və bu məsələdə diqqətli olsunlar. |
Düzdür, artıq barəsində həbs qətimkan tədbiri seçilib. |
Amma bizi daha çox maraqlandıran bu hadisənin baş verməsinə səbəb və şəraitdir. |
Artıq bunun araşdırılması üçün tərəfimdən ciddi tapşırıq verilib”. |
Oxu.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Bakıda beş ailə üzvünün qətlə yetirilməsi barədə Real TV-yə danışarkən deyib. |
“Belə şəxslərin azadlıqda olması cəmiyyət üçün təhdiddir. |
Bununla bağlı təkliflər hazırlayacağıq. |
İndidən hiss etdiyim odur ki, burada müəyyən boşluqlar olub. |
Ola bilsin ki, boşluqlar qanunlarda, qanunların tətbiqində olub və cəmiyyət üçün təhlükəli olan bir şəxs belə bir hadisəni törədib. |
Hesab edirəm ki, biz bu barədə ciddi fikirləşməliyik”, - deyə Kamran Əliyev bildirib. |
“Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq! |
Mariya Stadnik 10-cu dəfə Avropa çempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. |
Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı”. |
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb. |
Təbriklər, Azərbaycan güləşi!” - o qeyd edib. |
#Güləş üzrə #AvropaÇempionatı-nda daha bir ilkə imza atdıq! |
Mariya Stadnik 10-cu dəfə #Avropaçempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. |
Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı. |
Təbriklər, Alyona!… pic.twitter.com/RUjD97sp2k |
“Artıq xeyli vaxtdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan havadarlarının çaldığı havalara oynamaqda davam edir. |
Son zamanlar həmin havadarlarının boş-boş vədlərindən havalanan baş nazir havaya girərək böyük-böyük açıqlamalar verməkdədir. |
Deyəsən, Şuşada yallı getməyinin doğurduğu nəticə yadından çıxıb. |
Bu gün N.Paşinyanın öz çıxışında yenə də Azərbaycanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etməsi, “işğal altında olan 31 erməni kəndi” haqqında danışması, havar təpməsi onun qeyri-rasional olduğuna dəlalət edir. |
Paşinyandan soruşmaq lazımdır, siz deyildiniz 30 il Azərbaycanın 12 rayonunu, yüzlərlə kəndini işğal altında saxlayan? |
O vaxt bu, Ermənistanın Azərbaycanın daxili işlərinə qarışması demək deyildi? |
Yəqin qarşı tərəf öz adəti üzrə deyəcək ki, Azərbaycanın o rayonlarını işğal edən, işğal altında saxlayan Ermənistan yox, Qarabağın erməni separatçıları olub. |
Onda adamdan soruşmazlarmı ki, I və II Qarabağ müharibəsində Azərbaycanın suveren ərazilərində gedən döyüşlər zamanı öldürülən erməni əsgərlərinin niyə 90 faizi Ermənistan vətəndaşı, Ermənistan ordusunun əsgər və zabitləridir? |
Yoxsa güman edirsiniz ki, hamı məsələnin mahiyyətindən xəbərsizdir?”"Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. |
“O ki qaldı, “işğal altında olan 31 erməni kəndi” barədə əfsanəyə, baş nazirə tövsiyə edərdik ki, iftira ilə məşğul olmasın. |
Paşinyan yaxşı olardı ki, indiki Ermənistana son 200 ildə aparılmış köçürmələr və orada 500-dən artıq azərbaycanlı kəndin tamamilə yer üzündən silinməsi, 1500-ə yaxın toponimin isə azərbaycanca adlarının dəyişdirilərək erməniləşdirilməsindən danışsın. |
Elə təkcə son deportasiya zamanı - 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlı yaşayış məntəqələrinin sayı 300-ə qədərdir. |
Yaxşı olar ki, N.Paşinyan 300 kəndlə bağlı həqiqəti yaddan çıxarmasın”, - deyə Əziz Ələkbərli bildirib. |
“Nəhayət, Paşinyana xatırladıram ki, onun doğulduğu Qərbi Azərbaycanın Dilican dərəsinin Karvansaray şəhəri tarixən azərbaycanlı yaşayış məntəqəsi olub və hələ 1903-cü ilin hərbi-topoqrafik xəritəsində elə Karvansaray adı ilə də qeydə alınmışdır. |
Onun adının dəyişdirilib İcevan qoyulması da ancaq sovet dövrünün hadisəsidir. |
Bu yaşayış məntəqəsinə ilk ermənilərin köçürülməsi də ancaq XIX əsrin 30-cu illərinə təsadüf edir. |
Bunları xatırlatmaqda niyyətim odur ki, Paşinyan və onun kimilər hansı budağın üstündə oturduqlarını və həmin budağın hansı gövdə üzərində dayandığını yaddan çıxarmasınlar. |
Bir də onu unutmasınlar ki, başda Fransa olmaqla bəzi ölkələrin və onların rüşvət və durbin siyasətçilərinin fitvalarına uyub, məsuliyyətsiz çıxışlar etməsinlər, onsuz da gec-tez tarixi ədalət zəfər çalacaq və biz Qərbi azərbaycanlılar öz ata-baba ocaqlarımıza geri qayıdıb, həmin torpaqlarda əbədi yaşayacağıq”, - deyə ... |
Əlverişsiz hava şəraiti səbəbindən Xəzər dənizində göyərtəsində iki sərnişin və bir kapitanın olduğu kiçik gəmi batıb. |
Bu barədə fevralın 15-də Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin Mətbuat Xidməti məlumat yayıb. |
“İlkin məlumatlara görə, Xəzər dənizində sahil zolağından təxminən yeddi kilometr aralıda hərəkət edərkən gəmi pisləşən hava şəraiti səbəbindən batıb”, - deyə qurumun “Telegram” kanalında yayımlanan məlumatda deyilir. |
Bildirilib ki, təxminən üç saat suda qaldıqdan sonra bir nəfər sahilə çıxarılıb. |
Hazırda itkin düşən iki nəfərin axtarışları davam etdirilir. |
Bakının Yasamal rayonunda xanım sürücü qəza törədib. |
APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb. |
Qadın sürücü KIA markalı avtomobillə hərəkətdə olan zaman sükana nəzarəti itirib. |
Nəticədə avtomobil yolayırıcındakı beton arakəsməyə çırpılıb. |
Qəzanın ardından xanım huşunu itirib. |
Sürücü əraziyə çağırılan təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılıb. |
Hadisə ilə bağlı yolda sıxlıq yaranıb. |
Qəzaya uğramış nəqliyyat vasitəsi evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib. |
Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. |
Sumqayıtda sexdə baş verən yanğın söndürülüb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri və texnikası cəlb olunub, yanğın söndürülüb. |
Yanğının təxminən 400 kvadratmetr ərazini əhatə etdiyi bildirilir. |
01:26"Sumqayıtda sexdə güclü yanğın başlayıb. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunublar. |
Yanğının təxminən 400 kvadratmetr ərazini əhatə etdiyi bildirilir. |
“Komandamız ilk dəfə Avropa çempionatında əla nəticə göstərdi”. |
Onun sözlərinə görə, idmançılarımızın zədələrlə bağlı müəyyən çətinlikləri olub:""“Amma buna baxmayaraq, idmançılarımız yüksək nəticə göstərdilər. |
İdmançılarımızın əhval-ruhiyyəsi yaxşıdır. |
Seçim gedir, biz də çalışacağıq ki, Olimpiya Oyunlarında çoxlu sayda idmançı ilə təmsil olunaq və daha yaxşı nəticələr əldə edək”. |
Bakının Xəzər rayonu, Qala qəsəbəsində qrunt suları sakinlərin həyətyanı sahələrinə dolur. |
İlk baxışdan gölü xatırladan mənzərə ilə bağlı sakinlər bildiriblər ki, ilin dörd fəslində vəziyyət eynidir:""“Həyətlərə daxil ola bilmirik. |
Avtomobillər çətinliklə hərəkət edir”. |
Məsələ ilə bağlı dəfələrdə aidiyyəti qurumlara müraciət olunsa da heç bir nəticə əldə olunmayıb. |
“ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: |
“Cavab matçında daha məsuliyyətli olmalıyıq”. |
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. |
Çox ciddi rəqibə qarşı oynadıq. |
Onların sürətli oyunçuları var. |
Futbolçularımız çox əziyyət çəkdilər. |
Bu cür kollektivlər cavab görüşlərində istənilən nəticəni xeyirlərinə dəyişə bilərik”. |
Qurbanov matçlardan əvvəl proqnozlara fikir vermədiyini söyləyib:“Bizim də xeyli təcrübəmiz var. |
İnanırdıq, bəlkə də dörd qol vurarıq deyə düşünmürdük. |
Futbolçulardan hər hücumda keyfiyyətli olmağı tələb edirik. |
Amma cütün taleyi hələlik həll olunmayıb. |
Belə turnirlərdə böyük geridönüşlər görmüşük. |
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. |
“Bizim üçün çox ağır məğlubiyyətdir”. |
Mütəxəssis komanda olaraq bir araya gəlməli olduqlarını bildirib:"“Dərhal bunu tətbiq edəcəyik. |
Növbəti həftə bizi cavab qarşılaşmasının gözlədiyini bilirik. |
Səfərdə 3:0 hesablı qələbə lazımdır. |
Üzərimizə böyük məsuliyyət düşür”. |
Baş məşqçi azarkeşlərin narazılığı haqqında da danışıb:"“Onları başa düşürəm. |
Narazılıq, məyusluq, hətta kədəri də hiss edirəm. |
Daha çox çalışmalıyıq və iş görməliyik. |
Fanatlarımızın bizim yanımızda olmasını istəyirik”. |
Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. |
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin satışında şübhəli bilinən Çinar Soltanov saxlanılıb. |
Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb. |
Araşdırma zamanı Çinar Soltanovun həmin narkotik vasitəni Qəbələ rayonunun Tola kənd sakini Mərdan Əzəmmədovdan 120 manata satış məqsədilə aldığı məlum olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.