Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
N.Ağayev vurğulayıb ki, belə tədbirlərin keçirilməsi məqsədəuyğun deyil, çünki təşkilatçılar “Ermənistan tərəfindən Qarabağda Azərbaycan irsinin məhv edilməsinə” diqqət yetirməyiblər.
On March 6, @dgapev & @KASonline are holding an Armenian propaganda event in Berlin titled “The protection of the threatened cultural assets of Nagorno-Karabakh”.
No words on how Armenia has obliterated Azerbaijani heritage in Garabagh & in Armenia.
“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən deyib.
O, həmçinin bu yaxınlarda keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanan İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.
Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal istifadə etməyi təklif edib.
Qeyd edək ki, fevralın 15-də Belarus prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.
Bakının, Xətai rayonu, Babək prospektində avtomobil yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.
Belə ki, “Mercedes-Benz” markalı minik avtomobili anidən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar.
Baş verən hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Müştərilər nağdsız alış-verişə daha çox keşbek faizlərinə görə üstünlük verirlər.
Buna görə də onlar ən çox faiz verən bankla əməkdaşlıq edirlər.
Ancaq son zamanlar bəzi bankların keşbek faizləri azalıb.
Ekspertlərin sözlərinə görə, qarşıdakı dövrlərdə bu faizlər tamamilə ləğv oluna bilər.
İqtisadçı Xalid Kərimli bildirib ki, keşbekdən istifadə edənlərin sayı artdıqca bu proses banklar üçün yüklü prosesə çevrilir, xərcləri artmış olur:""“Artıq bank daha çox müştəri cəlb edib, öz istəklərinə çatıb.
Onlar haqqında da məlumat toplayıb.
Düşünürəm ki, bu layihəsindən daha çox müştərinin istifadə etməsi keşbek faizlərinin azalmasına səbəb olacaq”.
Bank əməkdaşı Arzu Əliyeva mövzu ilə bağlı qeyd edib ki, gündəmdə keşbeklərin ləğvi ilə bağlı məsələ yoxdur:""“Keşbek faizləri isə kart daxilində müxtəlif kateqoriyalar üzrə təyin olunur və şəxsən müştərinin özü tərəfindən seçilir.
Bu səbəbdən də keşbekin artması və ya azalması onun seçiminə uyğun olaraq baş verir”.
Bütün ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədov barəsində ilkin olaraq dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun günahı sübuta yetiriləcəyi təqdirdə gənc adam ömürlük azadlıqdan məhrum edilə bilər.
Belə olan halda ailənin mirasına kim sahib çıxacaq?
Vəkil Hikmət Əliyev bildirib ki, Əhməd Əhmədova ittiham olunduğu maddələrin sanksiyası əsasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmək cəzası nəzərdə tutulub:""“Mülki Məcəlləyə əsasən, ləyaqətsiz vərəsə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz.
Onun barəsində hökm çıxdıqdan sonra qohumlarının iddiası əsasında Ə.Əhmədov ləyaqətsiz vərəsə hesab olunacaq”.
Vəkil onu da bildirib ki, vərəsə olmadığı halda cinayət törədən şəxsin ləyaqətsiz vərəsə olması ilə bağlı dövlət çıxış edir.
Bu zaman miras dövlətin hesabına keçir.
Ukrayna Prezidentinin saytında Kiyevlə Tehran arasında diplomatik münasibətlərin kəsilməsinin zəruriliyi ilə bağlı petisiya qeydə alınıb.
“Etiraf etmək lazımdır ki, bu ölkə uzun müddətdir Ukraynaya düşmən münasibət bəsləyir.
Bu, Ukrayna Prezidentinin Xarici İşlər Nazirliyinə və Nazirlər Kabinetinə Ukrayna və İran arasında diplomatik münasibətlərin dayandırılmasının məqsədəuyğunluğu üzrə təkliflər hazırlaması ilə bağlı göstəriş verməsi üçün kifayət qədər arqumentlər təqdim edir.
Ukrayna Prezidentindən xahiş edirəm, bu təşəbbüsü dəstəkləsin və öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görsün”, - deyə müraciətin mətnində deyilir.
Bildirilib ki, İran Rusiyanı silahlarla, Ukraynada döyüş əməliyyatlarında istifadə edilən pilotsuz uçuş aparatları ilə təmin edir.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətə cavab verməsi üçün cümə axşamı qeydə alınan petisiya 25 min səs toplamalıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski çətənə (kannabis) cinsindən olan bitkilərin tibbi, sənaye məqsədləri üçün dövriyyəsinin, onlarla bağlı elmi və elmi-texniki fəaliyyətin tənzimlənməsi haqqında qanunu imzalayıb.
Bu barədə Ali Radanın saytında məlumat verilib.
Qeyd olunub ki, belə məhsullar müharibə nəticəsində yaranan travmatik stress pozğunluqları zamanı təsirlidir.
Qanun dərc edildiyi gündən altı ay sonra qüvvəyə minir.
“Üç yaşımda olanda təhlükənin gəldiyini hiss edirdim.
Artıq sərhədlər qoymağa, bacı-qardaşımı qorumağa başlamışdım”.
Bunu Baku TV-də yayımlanan “Qapqara” verilişində müğənni Hiss (Röya Məmmədova) deyib.
Uşaq evində böyüyən Hiss həmin qoruma instiktinin hazırda da davam etdiyini söyləyib.
Müğənni məşhurlaşdıqdan sonra dəyişmədiyini də vurğulayıb:""“Məşhurlaşandan sonra dəyişən adamlar mənim üçün görməmişdirlər”.
Avropa çempionatında üç qızıl, iki gümüş və bir bürünc medal qazanaraq tarixi uğura imza atan yunan-Roma güləşi üzrə millimiz bu gün saat 21:00-da Vətənə qayıdıb.
Oxu.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təntənəli qarşılama mərasimi keçirilib.
Mərasimdə idman ictimaiyyətinin nümayəndələri, güləşçilərin yaxınları, jurnalistlər, azarkeşlər iştirak ediblər.
Meksikanın “Contra Replica” qəzetində Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkisində müşahidəçi statusunda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş tanınmış siyasi şərhçi Federiko Lamontun müəllifliyi ilə “Qarabağ Azərbaycandır, demokratiya zəfər çaldı” (“Triunfó la democracia porque Karabaj es Azerbaiy...
Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, müəllif məqalədə ilk öncə Prezident İlham Əliyevin inamlı qələbəsi ilə yekunlaşan prezident seçkisindən bəhs edərək bu dəfəki seçkinin Azərbaycanın bütün suveren ərazisini əhatə etdiyini bildirib.
Daha sonra F.Lamont ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovla müsahibəsindən söz açıb.
Məqalədə nazir müavini E.Məmmədova istinadən işğaldan azad edilən ərazilərimizdəki mövcud mina problemi məsələsinə toxunularaq, Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən olduğu bildirilib.
Bu xüsusda, mina qurbanlarının sayının hər ötən gün daha da artdığı təəssüflə qeyd olunaraq sözügedən ərazilərin təmizlənməsi üçün mina xəritələrinin təqdim edilməsinin vacibliyi vurğulanıb.
Habelə, 2020-ci ildən sonra minaların yerləşdirilməsi prosesini davam etdirən Ermənistanın bu məkrli siyasətinin azərbaycanlılara qarşı onilliklərlə davam edən etnik təmizləmə kampaniyasının davamı olduğu diqqətə çatdırılıb.
Məqalədə həmçinin sözügedən müsahibəyə istinadən Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs olunub.
Bu xüsusda, Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 illik işğal dövrünün başa çatdığı, ölkəmizin doğma torpaqlarını işğaldan azad etdiyi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, habelə münaqişənin arxada qalması üçün bü gün sülh sazişinin imzalanması isti...
Daha sonra məqaləsində ölkəmizin ikinci böyük şəhəri, yarım milyon əhalisi olan və münaqişə zonasından xeyli uzaq məsafədə yerləşən Gəncə şəhərinə səfəri zamanı şəhər sakini ilə müsahibəsindən söz açan müəllif Vətən müharibəsi zamanı Ermənistanın mülki şəxslərə, infrastruktura qarşı həyata keçirdiyi raket hücumlarının ...
Bakının, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində üç yolun kəsişməsində çəkilən dairə yolda hərəkəti iflic edir.
Sürücülər bildiriblər ki, sözügedən dairə çəkildikdən sonra ərazidə hər gün yol-nəqliyyat hadisələri baş verir:""“Bu dairə çəkiləndən yol bərbad haldadır.
Orada işarə də var, heç kim fikir vermir.
Üçtərəfli yoldur, piyada keçidi də var.
Dairə burada heç nəyə lazım deyil, fikir verən də yoxdur.
Maraqlıdır ki, ərazidə dairəvi hərəkəti göstərən heç bir nişan yoxdur, amma geriyə dönmək qadağandır nişanı quraşdırılıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qeyd edilən ərazidə hərəkətin təşkili məqsədilə müvafiq yol nişanları qoyulub və nişanlanma xətləri çəkilib.
Sürücülər də hərəkətdə olarkən ərazidə quraşdırılan yol nişanlarının tələblərini rəhbər tutmalıdırlar.
Ərazidə asfalt örtüyünə çəkilən dairəyə gəldikdə isə qurumdan bildirilib ki, orada dairəvi hərəkəti göstərən heç bir nişan quraşdırılmadığı üçün yerə çəkilən dairənin də heç bir qüvvəsi yoxdur.
Xərçəng xəstəliyi dövrümüzün ən böyük kabuslarındandır.
Ancaq son günlər xərçəngin peyvəndinin tapıldığı ilə bağlı xəbərlər yayılır.
Hətta Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı deyib ki, Rusiya xərçəngə qarşı vaksinlər yaratmaq üzərində işləyir.
Xezerxeber.az-ın məlumatına görə, “Focus” jurnalındakı məqalədə isə bildirilib ki, “BioNTech” mütəxəssisləri ağciyər xərçənginin bir növünə qarşı anticisim əldə ediblər.
Sinə xərçənginə qarşı dərmanın hazırlanması üzərində də iş aparılır.
Mövzuya münasibət bildirən professor Adil Qeybulla hesab edir ki, xərçəng xəstəliyinə tamamilə qalib gəlmək qeyri-mümkündür.
Professor bunu onunla izah edir ki, xəstəlik çox vaxt gizli inkişaf edir.
Adil Qeybullanın sözlərinə görə, peyvənd orqanizmdə müdafiə sistemi yaradır.
Amma bu müdafiə sisteminin xərçəng kimi müxtəlif toxumaların çoxsaylı törəmələrinin və müxtəlif vəziyyətlərdə olan törəmələrin öhdəsindən gələ biləcəyi məntiqli görünmür.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirilib ki, gələcəkdə belə bir peyvənd hazırlanarsa və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunaraq dünya miqyasında tətbiqi tövsiyə edilərsə, ölkəmiz də bu təcrübədən yararlana bilər.
Hazırda bu istiqamətdə elmi araşdırmalar və müzakirələr aparılır.
Hər hansı bir nəticələr əldə olunarsa ictimaiyyətə məlumat veriləcək.
Ustad şair Məmməd İsmayılın vəziyyəti pisləşib.
Oxu.Az xəbər verir ki, bu barədə publisist Bahəddin Həzi məlumat yayıb.
O bildirib ki, şairin səhhətində problemlər yaranıb və ona kömək lazımdır.
“Ustad şair Məmməd İsmayılın ailəsinə yaxın olan şair Ehtiram İlhamla bir az əvvəl danışdıq.
Ehtiram İlham deyir ki, Məmməd İsmayıla dövlətin diqqəti və dəstəyi lazımdır.
Bəli, türk dünyasının böyük söz adamı, nəhəng şair, alim Məmməd İsmayılı itirmək qorxumuz var.
Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi hərəkətə gəlməlidir.
Ziyalılar bu məsələni qaldırmalıdırlar, xəstə, yaşlı şairə kömək etməliyik”, - deyə B.Həzi qeyd edib.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan KIA markalı minik maşını yoldan çıxaraq ağaca çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü N.Şahbazov bıçaqlanıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
N.Şahbazovun sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə mal əti adı ilə camış əti satılır.