Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Buna səbəb Molodejnaya küçəsindəki qaynar su borusunun partlaması olub. |
Bu barədə şəhər rəhbərliyindən məlumat verilib. |
Bildirilib ki, evlərə istiliyin verilməsi plan üzrə davam edir, lakin bəzi yerli sakinlər isitmə sisteminin dayandığını bildirirlər. |
Xatırladaq ki, əvvəllər bölgədə mənfi 30 dərəcəyədək şiddətli şaxtalar qeydə alınıb. |
Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin 50 nəfərdən ibarət ilk qrupu köçürüləcək. |
Hər kəs doğma yurdlarına qayıdış gününü səbirsizliklə gözləyir. |
Elə N.Şahmuradov adına 6 nömrəli Kərkicahan qəsəbə tam orta məktəbinin direktoru Arzu Hacıyeva kimi. |
O, Kərkicahanda orta məktəbin fəaliyyətə başlayacağı və şagirdlərin yenidən doğma torpaqlarda elmə və biliyə yiyələnəcəyi günü iplə çəkir. |
Hazırda Gəncədə yerləşən ümumtəhsil müəssisəsinə rəhbərlik edən A.Hacıyeva əslən Ağdam kəndindəndir. |
1986-ci ildə Xankəndi İnstitutunu bitirdikdən sonra Kərkicahan qəsəbə tam orta məktəbində əvvəl pioner dəstəsinin rəhbəri, sonra Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. |
Elə həmin ili də qəsəbəyə gəlin köçüb və köçkünlük dövrünə qədər burada yaşayıb. |
Arzu Hacıyevanın azvision.az-a müsahibəsini təqdim edirik:""- Həmin dövrdə azərbaycanlılara ermənilər arasında hər hansı ciddi problem, toqquşma yox idi.Ən azından biz görməmişdik. |
Amma nifrətin qığılcımlarını hiss edirdik. |
Sovet dövründə tələbələri Ağdərəyə üzüm yığımına aparırdılar. |
İnstitutda üç bölmədə - Azərbaycan, rus və erməni dilində tədris aparılırdı. |
O zaman ən təzə avtobusu ermənilərə verib yola saldılar. |
Bizə isə ən sınıq vəziyyətdə olan avtobus ayırmışdılar. |
Bu narazılığa görə mənim başıma çox oyun açdılar. |
1987-ci ildə ilk övladım Xankəndi şəhərində doğuldu. |
Erməni həkim gəlib uşağı əlinə alıb əzizlədi. |
Erməni dilini bilmirəm, amma hərəkətlərini başa düşürdüm. |
Ona deyiləndə ki, bu azərbaycanlı uşağıdır, övladımı tez yerinə qoyub getdi. |
Yəni artıq azərbaycanlılara qarşı nifrət açıq-aşkar göstərilirdi. |
A.Hacıyeva qeyd edib ki, Kərkicahan Xankəndi şəhərindən uzaq olmasa da, orada ermənilər az yaşayıblar. |
Məktəbdə isə ancaq azərbaycanlılar oxuyublar:""“Kərkicahan qəsəbəsində, məktəbində hadisələr o qədər də hiss edilmirdi, hər kəs işində-gücündə, dərsində idi.Məktəbdə heç erməni şagird də yox idi.Amma Xankəndi şəhərində ermənilərin toplaşdığını, azərbaycanlılara söz atdığını, bizə pis münasibət bəslədiyini müşahidə edir... |
Vəziyyət gərginləşəndən sonra artıq Xankəndiyə gedə bilmədik. |
Ağdama gedərkən avtobusları daşlayırdılar, kəsici alətlər atırdılar, azərbaycanlıların evini yandırırdılar. |
Ermənilərlə qonşu idi.Müharibə dövründə gecə də yata bilmirdim ki, ermənilər hücum edərlər. |
Elə müharibə başlayanda ilk top bizim evə atıldı. |
Sakinlərimiz əliyalın, silhasız olsa da kəndin müdafiəsində dururdular. |
Atışma olanda meşəyə gedirdik, sakitləşəndə evimizə qayıdırdıq”. |
Direktor qeyd edib ki, 1991-ci ilin dekabrına qədər məktəbdə tədris davam edib, şagirdlər mütəmadi olaraq dərsə gediblər:""“Həm də Kərkicahanın başqa yerə çıxışı yox idi.Qəsəbədə iki məktəb var idi, hər ikisində son günə qədər dərs keçilib. |
Şagirdlər də dərsdən qalmırdılar, məktəbə gəlirdilər. |
Ağır, çətin şəraitdə yaşamağımıza baxmayaraq, təhsil dayanmamışdı. |
O zaman dərs deyən müəllimlərin əksəriyyəti vəfat ediblər. |
Yalnız cavan müəllimlərdən qalanlar olub. |
Rus dili müəllimi Şahverdi Səfərovu isə Şuşanın Daşaltı kəndində vurmuşdular. |
Sonradan heç onun meyiti də tapılmadı. |
Kəndin aşağısında erməni məhəlləsi idi.Şagirdlər oradan qumbara tapıb açmışdılar. |
Onu da ermənilər qəsdən küçəyə atmışdılar ki, uşaqlar götürsünlər”. |
O bildirib ki, 1992-ci ilin dekabrın 28-i kərkicahanlılar üçün doğma yurdda qalmağın son günü idi.Artıq ermənilər üç tərəfdən kəndi mühasirəyə almışdılar. |
“Bir yol-meşə istiqaməti açıq idi.Hər kəs tələm-tələsik evdən çıxıb, meşəyə tərəf qaçdı. |
Meşəlik yolla Şuşaya, Şuşadan isə Laçın-Akara yolu ilə çıxıb gəldik. |
Qəsəbə bir neçə dəfə ermənilərdən alındığı üçün yoldaşım bizi Bakıda qoyub qayıtmışdı. |
Kişilərin hamısı qəsəbədə idi.""O zaman Bakıda Nərimanov rayonunda 57 nömrəli məktəbdə işləməyə başladım. |
Tam olaraq Kərkicahan qəsəbə sakinləri Gəncəyə bir yerə toplaşandan sonra artıq məktəbimiz də açıldı. |
Şagirdlər Gəncədə 23 nömrəli məktəbə ikinci növbə gedirdilər. |
O zaman yoldaşım Oqtay Hacıyev direktor təyin edildi. |
Sonradan Gəncədə yaşadığımız yataqxanın birinci mərtəbəsini məktəbə çevirdik və uşaqları buraya topladıq. |
Əvvəllər vəziyyət pis idi, indi təmir olunub, nisbətən yaxşıdır. |
Səbirsizliklə Kərkicahana köçün başlayacağı anı və məktəbin ora köçürülməsini gözləyirik. |
Kərkicahanda əvvəlkindən də gözəl məktəb olacaq. |
Pensiya yaşım çatmayıb və orada məktəbdə işləməyi davam etdirmək istəyirəm. |
Mənim kimi heç zaman oranın üzünü görməyən şagirdlərimiz də qayıtmağa həvəslidir. |
Bu il 18 nəfər 11-ci sinifi bitərəcək, onların əksəriyyəti sənədlərini Qarabağ Universitetinə veriblər və orada oxumaq həvəsindədirlər. |
Doğma yurd sevgisi ölmür, hər birimizi səsləyir”, - deyə A.Hacıyeva sonda əlavə edib. |
İşdən yorğun gələnlər, səhər sübh gözünü xəbərdarlıq siqnalına deyil, məhz ətraf mühitin “səs basqısı”na məruz qalaraq açanlar azdırmı? |
Hələ nəzərə alsaq ki, bu səs siqnal səsidir. |
Bax, onda bunu bilərkdən edərək asayişi pozanlar, bəlkə də ən təhqirli kəlimələrə layiqdirlər. |
Özlərini “Həsənağanın qohumu” hesab edən bu insanlar ətrafın psixologiyasını pozmaqla yanaşı, digər fizioloji narahatlıqlar da yaradırlar. |
Hələ biz səhəri qonşuda təmir işləri aparan ustanın drel səsi ilə açmasından danışmırıq. |
Bəs yaxşı mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 12-dən səhər saat yeddiyədək səs-küy salanlara, ucadan mahnı oxuyanlara, musiqi alətlərini ucadan ifa edənlərə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatlar... |
Ümumiyyətlə belə hallar üçün qanunvericiliyə görə hər hansı məsuliyyət nəzərdə tutulubmu? |
Psixoloqlar hesab edirlər ki, ictimai yerlərdə heç kimə məhəl qoymadan asayişi kobudcasına pozanların psixoloji problemləri var. |
APA TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: |
“Nerkin-And yaşayış məntəqəsi yaxınlığında baş verən hadisəyə gəlincə, ilk növbədə hər şeyə aydınlıq gətirilməlidir. |
Bildiyimə görə, günah bizdə olub”. |
Bu sözləri Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı Akop Aslanyan mediaya açıqlamasında deyib. |
A.Aslanyan əlavə edib ki, o, Nerkin-And kəndindən olan şəxslərlə danışıb. |
“Onlar mənə dedilər ki, birinci qanun pozuntusu bizim tərəfimizdən olub”, - deyə o qeyd edib. |
Xatırladaq ki, fevralın 12-də Ermənistan ordusu Zəngilan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. |
Hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanıb. |
Ermənilərin təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi “Qisas əməliyyatı” zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. |
Alimlər laboratoriyada düyü və mal ətini “calağından” məhsul yetişdiriblər. |
Tədqiqatın müəllifləri heyvan hüceyrələrinin düyüyə inteqrasiyası ilə yetişdirilən məhsulun tezliklə ekoloji təmiz qida menyularında yerini alacağına inanırlar. |
Eksperimental düyü 9-11 gün ərzində yetişdirilib. |
Tədqiqatın müəllifi, Cənubi Koreyanın Yonsey Universitetinin professoru Cinki Honqun sözlərinə görə, o və komandası yeni məhsulu bişirib dadına da baxıblar:""“Bişdikdən sonra düyü öz görünüşünü saxlayır, lakin ətə xas olan unikal aroma kombinasiyasını əldə edir”. |
Tədqiqatın müəllifləri hesab edirlər ki, bu yemək gələcəkdə ənənəvi mal ətindən daha əlverişli protein mənbəyinə çevrilə bilər. |
Komanda yeni düyünü fərqli əlavələrlə sınaqdan keçirib və onun müxtəlif yeməklərlə yaxşı uyğunlaşdığını bildirib. |
Yeni düyü əsasən karbohidratlardan ibarətdir, daha az nisbətdə protein, yağ, vitamin və minerallar var. |
Müəlliflər qeyd edirlər ki, heyvan hüceyrələrinin düyüyə inteqrasiyası yetərli qida tədarükü təmin edə bilər. |
Laboratoriyada yetişdirilən düyü, yumşaq və ya yapışqan ənənəvi düyüdən daha kövrəkdir. |
O, həmçinin səkkiz faiz daha çox protein və yeddi faiz daha çox yağ ehtiva edir. |
Qeyd edək ki, tədqiqatçıların işi müstəqil ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. |
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviyanın daxili işlər naziri Rihards Kozlovskis ilə görüş keçirib. |
Səfirlikdən verilən məlumata görə, Elnur Sultanov cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu bildirərək Azərbaycan və Latviya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini və əməkdaşlığımızın daha da genişləndir... |
R.Kozlovskis iki ölkə arasında ali və yüksək səviyyələrdə həyata keçirilmiş səfərlərin əhəmiyyətini qeyd edərək Azərbaycanın Latviya üçün Cənubi Qafqaz regionunda vacib tərəfdaş olduğunu bildirib. |
Görüş əsnasında hüquq-mühafizə sahəsində Azərbaycan və Latviya arasında mövcud olan əməkdaşlığın cari vəziyyəti və inkişafı perspektivlərinə dair fikir mübadiləsi aparılıb. |
İran Prezidenti İbrahim Rəisi Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla görüşündə Cənubi Qafqazda kənar dövlətlərə aid qüvvələrin olmasına qarşı çıxıb. |
“Biz problemlərin həllinə kömək etdiklərini bəhanə gətirərək bölgədə əcnəbilərin mövcudluğu ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemlərin öhdəsindən gəlməyə kömək etməyəcək, əksinə, regionun xalqları və hökumətləri üçün daha böyük problemə çevriləcək”, - deyə dövlət başçısı deyib. |
İran Prezidenti həmçinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəklədiyini bildirib. |
Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək. |
Bu barədə Müdafiə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. |
Məlumatda qeyd olunub ki, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır:“Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. |
Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması üçün peyvəndlənmə ilə yanaşı, yoluxma hallarını nəzərə alaraq qapalı məkanlarda sıx toplaşma tövsiyə olunmur. |
Azərbaycan Ordusunda hərbi qulluqçuların sağlamlığına xüsusi diqqət yetirilir, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısını almaq məqsədilə hərbi hissələrdə mütəmadi olaraq zəruri profilaktik tədbirlər görülür. |
Görülən tədbirlər çərçivəsində valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin hərbi hissələrə girişi, o cümlədən andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq. |
Vətəndaşlarımızdan bu qərarı anlayışla qarşılamağı və andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik”. |
Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb. |
Oxu.Az xəbər verir ki, fevralın 16-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə yeddi məsələnin müzakirəsi daxil edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.