Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu barədə Kəlbəcər Rayon Prokurorluğu məlumat yayıb. |
Qeyd olunub ki, ötən il noyabrın 2-də 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın öldürülməsi faktı üzrə Kəlbəcər Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. |
İbtidai istintaqla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. |
Hüseyn Abbasova Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. |
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. |
ABŞ-nin Kaliforniya ştatında milyonlarla dollarlıq üç malikanə uçurumun kənarında qalıb. |
Qeyd olunub ki, bu, sürüşmələrə səbəb olan bir sıra güclü tufanlar nəticəsində baş verib. |
Pilotsuz aparatdan çəkilən videoların birində böyük bir torpaq parçasının və qayanın dik bir yamacdan qopduğu görünür. |
Görüntülərdə aşağıda yerləşən çimərliyə tökülən daş və palçıq kütlələri əks olunub. |
Eyni zamanda, təpənin yuxarısında yaşayış binaları da var. |
Rəsmi orqanlardan verilən məlumata görə, mülkiyyət üçün birbaşa təhlükə yoxdur. |
Ermənistanın baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. |
Bu barədə Oxu.Az-a Xarici işlər Nazirliyindən məlumat verilib. |
“İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. |
12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. |
Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe ... |
Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. |
Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur. |
Həmçinin 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azə... |
Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xa... |
Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir”, - deyə məlumatda qeyd olunub. |
Alimlər əkin sahələrini həşəratlardan qorumaq üçün unikal üsul təklif ediblər. |
Belə ki, sözügedən sahələrin qırmızı torla örtülməsini məsləhət görüblər. |
Məlumata görə, bu kəşf antifidantların (həşərat zərərvericilərə qarşı vasitələr) dozasını 50 faizə kimi azalda bilər. |
Sintetik antifidantlar torpağın qələviləşməsinə və zərərsiz həşəratların da zəhərlənməsinə səbəb olur. |
Bəzi zərərvericilər isə antifidantlara davamlı ola bilər, buna görə fermerlər onlardan daha tez-tez və daha böyük dozalarda istifadə etməli olurlar. |
Kənd təsərrüfatı torları məhsulları qorumaq üçün alternativ üsuldur. |
Adətən ağ, qara və mavi rənglərindən istifadə olunur. |
Onlar həşəratlar üçün mexaniki maneə kimi xidmət edirlər. |
Dəliklər kiçik olduqca torlar bir o qədər effektiv olur. |
Alimlər yeni araşdırmada rəngin də eyni dərəcədə vacib olduğunu aşkar ediblər. |
Belə ki, qırmızı torların trips böcəyinə (“Trips Tabaci”) necə təsir etdiyini qiymətləndiriblər. |
Bu həşərat antifidantlara çox davamlıdır, bir çox mədəni bitkiləri yeyir və onlar üçün təhlükəli virusları yayırlar. |
Təcrübə göstərdi ki, ağ-qırmızı və ya qırmızı torlar sahələri həşəratlardan daha səmərəli qoruyur. |
Özü də bu məsələdə tordakı dəliklərin ölçüsü əhəmiyyətli deyil. |
Onlar böcəyin bədənindən daha iri olsa da, zərərvericilər bitkilərə hücum etməyiblər. |
Açıq tarla ilə müqayisədə qırmızı torla örtülmüş sahə üçün antifidantların 25-50 faiz daha az dozası lazım olub. |
Qırmızı rəng effekti həşəratların vizual xüsusiyyətləri ilə əlaqələndirilir. |
Alimlər qeyd ediblər ki, torlar antifidantlardan bahalı olsa da, uzun illər istifadə oluna bilər. |
Qırmızı torların dəliklərinin iri olması hava və işıq keçiriciliyini qoruyacaq, həmçinin göbələk infeksiyası ehtimalını azaldacaq. |
Rəssam Bayram Əlioğlu Qarabağın əsas nəqliyyat infrastrukturlarından olacaq Bərdə-Ağdam-Xankəndi dəmir yolunun maketini hazırlayır. |
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan müəllif hər zaman torpaqlarımızın azad olunacağı arzusu ilə yaşadığını bildirib. |
Rəssamın sözlərinə görə, onda miniatür maket hazırlamaq həvəsi 44 günlük Vətən müharibəsində qələbə əldə etdikdən sonra yaranıb. |
“Bunu işğaldan azad olunan ərazilərimizdə sərgiləmək istəyirəm”, - deyə o əlavə edib. |
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: |
Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş məhdudlaşıb. |
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb, nisbi rütubət 88-92 faiz intervalında olub. |
Dumanlı hava, eyni zamanda, Quba, Lerik, Qusar, Yevlax rayonlarında da qeydə alınıb, görünüş məsafəsinin 500 metrədək məhdudlaşmasına səbəb olub. |
Ölkə ərazisində son günlər müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. |
Dumanlı hava şəraitinə səbəb soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. |
Sürücülərdən dumanlı hava şəraitində daha diqqətli olmaları, yola çıxarkən ehtiyatlı davranmaları xahiş olunur. |
Meksikadan Kanadaya uçmaq üçün təyyarəyə minən Coanna Çyu uçuşdan əvvəl tez-tez tualetə getdiyinə görə təyyarədən düşürülüb. |
Qadının sözlərinə görə, uçuşdan əvvəl qarnı ağrımağa başlayıb, lakin biletini qaytarmayıb. |
Sərnişin təyyarəyə mindikdən sonra havaya qalxmazdan əvvəl bir neçə dəfə tualetə gedib və bu, onun təyyarədən düşürülməsinə səbəb olub. |
Bundan başqa, Çyu ona hotel otağı və ya başqa reys üçün bilet təklif olunmadığını bildirib. |
“Şirkət mənə 20 dəqiqəlik məsafədəki hotelə taksi üçün pul belə ödəmədi”, - deyə qeyd edib. |
Tarixi hərbi cinayətlərlə, etnik təmizləmələrlə dolu olan Fransa rəhbərliyi yenə də öz ampluasındadır. |
Bu ölkənin azərbaycanofob, türkofob qərarları ilə seçilən Senatının Beynəlxalq əlaqələr komitəsi növbəti dəfə Bakıya qarşı qərəzli qətnamə qəbul edib. |
“Sənəd”də Qarabağdan könüllü çıxan ermənilərin guya “etnik təmizləmə”yə məruz qaldıqları yazılıb, eləcə də, Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıran gülünc fikirlər yer alıb. |
Erməni lobbisinin təsiri altında olan senator Yuber Jülyen Laferrier isə daha irəli gedib, hazırda Bakıda həbsdə olan, məhkəmələrini gözləyən erməni separatçılar və terrorçuları “siyasi məhbus” adlandırıb. |
Ardınca da Fransa və Avropa İttifaqından həmin şəxslərin azad olunmasına dəstək olmağı tələb edib. |
Əvvəla ondan başlayaq ki, Senatın ən böyük komitəsinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə münasibətdə “etnik təmizləmə” ifadəsini işlətməsi cəfəngiyyatdır. |
Ermənilərin bölgəni tərk etməyə məcbur edilməsi də kökündən yalandır və bunu faktlarla sübut etmək mümkündür. |
Məsələn, bu iddianı hətta Ermənistan rəhbərliyi də yaxın buraxmır, ümumiyyətlə keçmiş separatçı qurumu yada belə salmır. |
Bölgədən köçən ermənilərin təhdid olunmasına və ya buranı tərk etməyə məcbur edilməsinə dair də heç bir real, inandırıcı sübut yoxdur. |
Əksinə, Azərbaycan hökuməti bir gündən də az sürən lokal antiterror tədbirlərindən əvvəl də, sonra da onların qalması ilə bağlı çağırışlar etmişdi. |
Terrorçular, separatçılar “siyasi məhbus”dur? |
Senatın üzvü Yuber Jülyen Laferrierin separatçı liderləri “siyasi məhbus” adlandırmasının səbəbi də sadədir. |
Fransa hakimiyyətində təmsil olunan şəxsləri separatçıların liderlərindən sayılan və hazırda Bakıda həbsdə olan Ruben Vardanyanla çirkin biznes əlaqələri birləşdirir. |
Elə bu səbəbdən də onun azad olunmasına çalışırlar. |
Bundan əvvəl, Fransa və digər ölkələr 55 nəfərlik bədnam siyahı da hazırlamışdılar. |
Həmin siyahıda kimlərin adı yoxdur? |
2020-ci ilin İkinci Qarabağ müharibəsi zamanı Gəncə və Azərbaycanın digər şəhərlərinin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Arayik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan, Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyan və s.şəxslərin adlarına rast gəlmək mümkün idi.Prezident Emmanuel Mak... |
Bununla da bütün əndazələri aşmış olublar. |
Separatçıların və terrorçuların hərbi cinayətlərdə əli olduqları barədə tutarlı faktlar olduğu halda, onları həyasızcasına “siyasi məhbus” kimi təqdim ediblər. |
Qətliamlarla xatırlanan dövlət"O ki qaldı iddia olunan “etnik təmizləməyə” - bundan danışmağa haqqı olmayan dövlət varsa, o da Fransadır. |
Mövcudluq tarixi başdan-ayağa qətliamlar, soyqırımları ilə bağlı olan ölkənin törətdiyi zorakılıqları, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. |
Məsələn, Fransanın yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə apardığını yada salaq. |
Özü bunu unutmağa çalışsa da, əlcəzairlilər kütləvi qəddarlığı əsla unutmayacaqlar. |
Fransanın törətdiyi daha bir faciə isə 1961-ci ilin oktyabrında baş verib. |
O zaman onminlərlə əlcəzairli işğalı pisləmək üçün Parisdə nümayişə çıxıb. |
Polisin açdığı atəş və etirazçıları Sena çayına atması nəticəsində 1 500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs olunub. |
Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. |
Yelisey sarayı hələ də bu faciə ilə bağlı susqunluq nümayiş etdirir. |
Törətdiyi qətliamlara görə məsuliyyəti boynuna almamaq ənənəsi Fransanın “bacısı” Ermənistana da sirayət edib. |
1992-93-cü illərdə Qaradağlıda, Ağdabanda, Xocalıda və digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı törədilən soyqırımı və qətliamlar, əslində, 1945-ci ildə Setifdə, 1961-ci ildə Parisdə törədilən qətliamlarla oxşardır. |
Hər iki halda cinayətkarlar planlı şəkildə həyata keçirdikləri qətliamların məsuliyyətini boyunlarına almayıblar. |
Ermənistan və Fransanın siyasətində daha bir oxşarlıq qanunsuz məskunlaşma ilə bağlıdır. |
Belə ki, Qarabağda regionun etnik tərkibini dəyişmək üçün Ermənistan tərəfindən Yaxın Şərqdən və digər regionlardan erməniəsilli şəxslərin Azərbaycan torpaqlarına köçürüldüyü kimi, Əlcəzairdə də qanunsuz məskunlaşma siyasəti nəticəsində ölkə əhalisinin bir milyonunu bu torpaqlarla heç bir bağlılığı olmayan avropalılar ... |
Göründüyü kimi, Fransa və Ermənistanı tarixən yürütdükləri və indi də davam etdirdikləri oxşar zorakılıq, kütləvi qəddarlıq, islamofob, türkofob, irqçi, antisemit siyasətləri birləşdirir. |
Bu baxımdan, Senat komitəsinin qəbul etdiyi son qətnamə də təəccübləndirici görünmür. |
Yeri gəlmişkən, konkret Fransanın neokolonial siyasətinə qarşı çıxan azsaylı dövlətlər içərisində Azərbaycan hər zaman öndə olub. |
Prezident İlham Əliyev dünən andiçmə mərasimində neokolonializmə qarşı mübarizənin davam etdiriləcəyini bəyan edib. |
Bildirib ki, dünyada islamofobiyaya, neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. |
Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı vurğulayıb:“Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. |
Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”. |
Ölkə Prezidenti bundan əvvəlki çıxışlarında da bu məsələyə xüsusi diqqət yetirib. |
Bakıda keçirilən beynəlxalq tədbirlərdə bu məsələyə xüsusi yer ayrılıb. |
Azərbaycan Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin problemlərinin həllində ciddi dəstək tribunasına çevrilib. |
Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri də məhz neokolonializmlə mübarizə məsələsi olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.