Search is not available for this dataset
text
stringlengths
10
518k
Çox təəssüf ki, Əhmədin sonuncu “tutması” beş nəfərin ölümü ilə nəticələndi.
İki azyaşlı da nənə-babanın karyerasına qurban getdi...""Təbii ki, araşdırma aparılır, istintaq davam edir.
Amma görəsən ortada nə qədər belə “papa-mama uşağı” var?
Dəlilik kağızı cibində, maşını altında, pulu cibində cəmiyyətin içində...""Bəlkə də, o adamları dükanda görürük, birlikdə liftə minirik.
Bəlkə də, elə bir vaxtlar taksi fəaliyyəti ilə məşğul olan Əhmədin maşınına neçə qız-gəlin, uşaqlı analar, atalar oturublar...Adam belə şeyləri düşündükcə, özü cəmiyyətdən təcrid olunmaq istəyir.
Ümid edirəm bu hadisədən sonra eyni bu vəziyyətdə olanlar Pikə xanımın aqibətini gözə alarlar.
Təhlükəli şəxslər cəmiyyətdən təcrid olunmalıdırlar...
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş polkovnik Elcan Abdullayevin kassasiya şikayətinə baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə məhkum haqda əvvəlki qərarı dəyişib.
Qərara əsasən, keçmiş MTN-çinin cəzası 5 ildən 4 ilə endirilib.
E.Abdullayev 1 il 4 aydır həbsdədir, sonuncu qərarla onun 2 il 8 ay çəkilməmiş cəzası qalıb.
Qeyd edək ki, məhkum Abdullayev MTN-in Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovla birgə cinayət məsuliyyətinə cəlb edilib.
O, vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.
İbtidai istintaq müddətində azadlıqda olan Abdullayev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.
Ermənistanda Roma Statutunun ratifikasiya edilməsi və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasının tanınmasına görə Paşinyanın tələyə düşməsi kimi fikirlər var.
Əgər Rusiya prezidenti Ermənistana gəlsə və həbs olunmasa, o zaman İrəvan Qərbə üz tutmağa hazır olmadığını göstərəcək.
Vladimir Putini həbs etməyə çalışsalar, başqa problemlər də yaranacaq.
Bu məsələ ilə bağlı Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin inteqrasiya perspektivlərinin öyrənilməsi mərkəzinin direktoru Dmitri Belyakov Oxu.az-a fikirlərini bölüşüb.
“Sosial proseslərin idarə olunması kimi bir şey var ki, bu da müəyyən məlumatların yeridilməsi ilə baş verir.
Hakimiyyətdə olan və Ermənistanın özündə resursların bölüşdürülməsi ilə məşğul olan şərti “Paşinyan klanı”ndan narazı olanlar var.
Onlar şərti “Paşinyan klanı”nın yerini tutmaq istəyirlər, bunun üçün müxtəlif vasitələrdən istifadə edəcəklər.
Eyni zamanda, Qərb Ermənistanda düşünülməmiş hərəkətlərə və təlxəkliyə hazır olan şəxsin olmasında maraqlıdır.
Bu isə hətta Azərbaycanla müharibə törədə, KTMT-nin məhvi və Avrasiya İqtisadi İttifaqına (Aİİ) zərbə vura bilər.
Amma məncə, bu vəziyyətdən daha çox daxili problemlərdə istifadə olunacaq”, - deyə Belyakov qeyd edib.
“Paşinyan çoxdan özünü tələyə salıb.
Onun üçün iki stulda oturmaq çətindir.
Gəlin, Ermənistanın KTMT-dəki demarşını, bu və digər təşkilatlardan çıxmaqla bağlı söhbətləri xatırlayaq.
Amma zərbə ilk növbədə Ermənistanın özünə dəyəcək.
İrəvan müstəqil qərarlar qəbul etmir.
Bunu erməni diasporu və Qərb oyunçuları edir.
Paşinyan bir tərəfdən səs-küylü bəyanatlar verir, digər tərəfdən isə real, qanuni addımlar atmır.
Beləliklə, o, stavkanı qaldırır:daha çox verin, sonra konkret bir şey edəcəyik.
Ermənistan KTMT və Aİİ üçün sabit dövlət deyil, bir növ “troya atı”dır.
Amma bu ölkədə KTMT üçün vacib olan Rusiya hərbi bazası var”, - Belyakov əlavə edib.
Paşinyan “Daily Telegraph”a müsahibəsində Ermənistanın yeni təhlükəsizlik tərəfdaşları ilə münasibətlərinin Rusiyaya qarşı olmadığını deyir, lakin bu sahədə əvvəlki münasibətlərin İrəvanın ehtiyaclarına cavab vermədiyini göstərir.
Paşinyan qeyd edir ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər bu quruma yaxın olmağa hazırdır.
Belə çıxır ki, Ermənistan hesab edir ki, onun Qərb və digər oyunçularla münasibətləri Rusiya Federasiyasına qarşı yönəlməyib.
Rusiyada və ya Belarusda bununla bağlı fikirləri isə Belyakov bu cür şərh edib:“Əgər Ermənistan ərazisində xarici kəşfiyyat və Qərb bioloji laboratoriyaları varsa, bu, şübhəsiz ki, Rusiya və dolayısı ilə Belarus üçün təhlükə yaradır (əgər İrəvan sanksiyalarla bağlı əmrlərə əməl edərsə - red.).
Hesab edirəm ki, NATO-ya üzv ölkələrin Ermənistan ərazisində bu mövcudluğu Rusiyanın müvafiq strukturları tərəfindən nəzərə alınır.
İndiki geosiyasi şəraitdə Ermənistanın yeritdiyi “mənə nə istəyirsən et, mənə pul ver” siyasəti heç bir xeyir gətirməyəcək.
Baxmayaraq ki, vəziyyət elə bir mərhələyə çatıb ki, Paşinyanın praktiki olaraq başqa cür davranmaq imkanı yoxdur.
Ermənistan dövlətinin qlobal miqyasda necə inkişaf edəcəyini o müəyyənləşdirmir.
Ermənistan birbaşa və ya dolayısı ilə Rusiyaya qarşı yönəlmiş qüvvələrin alətinə çevrilib”.
ABŞ-də Respublikaçılar Partiyasının prezidentliyə öncül namizədi Donald Trampın NATO ilə bağlı açıqlamaları beynəlxalq təhlükəsizlik boşluqlarında əks-səda verir.
Trampın dediklərini sadələşdirsək, belə təsvir edə bilərik:Əgər hər hansı NATO üzvü Alyansın tələblərindən irəli gələn ödənişləri etməsə, ABŞ Rusiyanı həmin ölkələrə qarşı həvəsləndirəcək.
Hərçənd ki, NATO rüsumlara əsaslanan ittifaq deyil, o, tarixin ən böyük hərbi blokudur və SSRİ-yə qarşı alternativ alyans kimi yaradılıb.
Alyansın Nizamnaməsinin 5-ci bəndində təsbit edilmiş prinsipə əsasən, bir üzvə hücum hamıya hücumdur və kollektiv müdafiə ilə ona cavab verilməlidir.
Trampın bunu bilib-bilməməsi o qədər önəmli deyil, hərçənd, məlumdur ki, o, NATO-nun saxlanılması üçün əsas xərcləri ABŞ-nin üzərindən götürməyə çalışır.
Tramp üçün vacib olan NATO sisteminə qarşı bəhanələr tapıb ABŞ-nin qlobal hegemonluğunu “parçalanmış ittifaqdan sonrakı dövr” formasında inkişaf etdirmək ola bilər.
Hər halda, Trampın dedikləri seçkiqabağı səs-küy deyil.
Trampın əvvəlki prezidentliyi dövrünə istinad edərək onun dediklərinin gələcək real ölçülər haqqında bəyanat olduğunu görmək mümkündür.
Yəni Tramp faktiki olaraq xarici siyasətinin ifadəsində NATO əsaslı status-kvonu rədd etmək üçün hazırlıq ritorikasını nümayiş etdirir.
Bu o mənaya gəlir ki, Tramp prezident seçiləcəyi təqdirdə NATO sistemindəki vakuum ABŞ-nin öndərliyi altında doldurulacaq və Vaşinqton öz ağır nəfəsini Avropa üzərində hiss etdirəcək.
Görünür ki, Tramp özünün mümkün liderliyində NATO-nu dağıtmaqdan çox, onu formatlamağa köklənən mövqelərini gücləndirə bilər.
Ancaq indi üçün faktiki vəziyyət budur ki, Trampın mövqeyinin real dünyaya praktiki təsirləri hələ tam aydın deyil.
Bununla belə, Avropadakı təhlükəsizliyin möhkəmliyi Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Kiyevin aktivinə dəyişməsindən asılıdır.
Tramp buna da cavab tapır, o, Ukraynaya yardımların kəsilməsindən danışır ki, onun da NATO üçün problematik ölçüsü böyükdür.
Çünki Ukrayna parçalansa, bu, NATO-nun genişlənmə siyasətinin fiaskosu olacaq və Alyansın təhlükəsizlik və hüquqi arxitekturasında çatlar yaranacaq.
Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda daha geniş geosiyasi dəyişikliyi əks etdirdiyindən dövlətlər müdafiə immunitetlərini gücləndirirlər.
Azərbaycanın regional geosiyasi əlverişli mövqelərdə olması onun qeyd olunan istiqamətdəki addımlarını möhkəmləndirir.
Buraya NATO-nun gələcəyinə dair şok və məyusedici proqnozları da əlavə edəndə Bakının yeni düzənə uyğun hərəkətlərini seçəcəyi şübhəsizdir.
Çünki Azərbaycan NATO üzvü olmasa da, Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səylərin dəstəklənməsini həyata keçirir.
Lakin NATO-nun üzləşə biləcəyi problemlərin təhlükəli xarakteri bütün regionlara təsir edə bilər ki, Azərbaycan bunu özünə münasibətdə neytrallaşdırmaq istəyir.
Azərbaycan və strateji müttəfiqi Türkiyə Türk Dövlətləri Təşkilatını didilən dünya siyasi nizamı fonunda ən üst səviyyəli müdafiə blokuna çevirməkdə maraqlı tərəf kimi görünürlər.
Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində TDT-nin gücləndirilməsi, qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi prioritetlərindən danışdı.
Bu, NATO-nun ABŞ-də köhnəlmiş qvardiya kimi qiymətləndirilməsinin yeni erada yarada biləcəyi təhlükələrə qarşı uzunmüddətli tendensiyanı əhatə edəcək effektiv platforma kimi dəyər qazanacaq.
NASA-nın günəş yelkən texnologiyası mühüm yerləşdirmə testindən keçdi.
Qeyd olunur ki, yerləşdirmə ABŞ-nin Kolorado ştatının Lonqmont şəhərində “Redwire Corp” müəssisəsində baş tutub.
Günəş yelkəninin kvadrant sahəsi 400 kvadratmetr təşkil edir.
Tamamilə açılmış günəş yelkəninin sahəsi 1 651 kvadratmetr və qalınlığı 2,5 mikrondur.
Yelkən alüminiumla örtülmüş polimer materialdan hazırlanıb.
Günəş yelkən texnologiyasından istifadə edən potensial missiyalardan bəzilərinə kosmik hava şəraiti və onun Yerə təsirlərinin öyrənilməsi, həmçinin Günəşin şimal və cənub qütblərinin dərindən öyrənilməsi daxildir.
Yelkən, həmçinin Venera və ya Merkuriyə gələcək missiyalar üçün də istifadə edilə bilər.
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, Metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi Sahil Əhmədli ürək çatışmazlığından vəfat edib.
Türkiyənin İstanbul şəhərinin Ədliyyə Sarayında terror aktının sifarişçisi olan DHKP/C-nin (Devrimci Halk Kurtuluş Partisi - Cephesi) “mərkəzi komitə” üzvü Fahriye Erdal və daha üç şübhəli barəsində həbs qərarı çıxarılıb.
Məlum olub ki, Fahriye Erdal, həmçinin ictimaiyyət arasında “Sabancı sui-qəsdi” kimi tanınan hücumun təşəbbüskarı olub (həmin vaxt iki nəfər həyatını itirmişdi).
Xatırladaq ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum olub.
Hadisə nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.
Hücum zamanı Emrah Yayla və Pınar Birkoç adlı iki terrorçu polis tərəfindən zərərsizləşdirilib.
Baş verənlərlə əlaqədar ümumilikdə 54 nəfər həbs edilib.
İstintaq çərçivəsində hücum əmrinin təşkilatın “mərkəzi komitə” üzvləri Fahriye Erdal, Zerrin Sarı, Seher Demir və Musa Aşoğlu tərəfindən verildiyi müəyyən edilib.
Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək "Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
AYNA tərəfindən sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Fevralın 17-dən metronun “20 Yanvar” stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.
Qeyd edək ki, “BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayan avtobuslarında da ödəniş nağdsız olaraq həyata keçirilir.
Fermerlər Polşanın Vrotslav şəhərində Avropa Komissiyasının qərargahına hücum ediblər.
Qeyd olunub ki, fermerlər nümayəndəliyin binasına yumurta atıblar.
Fermerlərin əsas tələblərindən biri Ukraynadan Avropa İttifaqına kənd təsərrüfatı məhsullarının idxalının dayandırılmasıdır.
Bildirilib ki, etirazçılar şəhərin mərkəzinə 500-ə yaxın texnika gətiriblər.
Xatırladaq ki, Polşa-Ukrayna münasibətləri Ukrayna taxılına qoyulan embarqoya görə xeyli mürəkkəbləşib.
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Mahir Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 9 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
Belə ki, Mahir Həsənovun oğlu, zərərçəkmiş Qabil Həsənov (şərti) yanvar ayının əvvəlində hərbi xidmətini başa vurub evinə geri dönüb.
Təqsirləndirilən şəxs də bununla əlaqədar yaşadığı evdə ailə üzvləri ilə birgə yığıncaq təşkil edib.
Mahir məclisdə spirtli içki qəbul edib.