Search is not available for this dataset
text
stringlengths
10
518k
Həmin gün saat 22 radələrində masada oturub yuxulayarkən oğlu Qabil onu oyadıb - “az iç də, stollarda yatıb qalırsan”, - deyib.
Zərərçəkmişin bu sözü Mahirə təsir edib və oğlu ilə arasında sözlə mübahisələri yaranıb.
Həmin vaxt təqsirləndirilən şəxs əsəbi halda masanın üzərində olan mətbəx bıçağını götürüb Qabili vurub.
Bu zaman bıçaq oğlunun sol əlinə dəyərək ona xəsarət yetirib.
Sonra Qabil onun qolundan tutub bıçağı əlindən alaraq yerə tullayıb və polisə məlumat verib.
Hadisədən sonra Mahir Həsənov cinayət məsuliyyətinə cəlb edilib.
Qan Turalı yazır...""Beş nəfərin ölümü ilə nəticələnən dəhşətli cinayət ölkə gündəminə bomba kimi düşdü.
Hələ də insanlar bu cinayətin təsiri altındadır.
Media qurbanların yaxınlarını (eləcə də şübhəlinin) tapıb, onları danışdırır.
Ortaya çıxan bilik qırıntıları ilə hadisəni anlamağa, mənalandırmağa çalışır.
Ancaq bu o qədər də sadə deyildir.
Bu kimi qəddar cinayətlərdən bəhs edən bir serial var:Mindhunter.
Netflix istehsalı olan bu serialda iki FBİ agenti bu cür dəhşətli cinayətlər törətmiş insanlarla sorğular aparır, cinayət psixologiyasını çözməyə, cinayətkarın psixoloji profilini çıxartmağa çalışır.
Serialdan göründüyü kimi bu heç də asan deyil.
Bir faktı da əlavə etmək lazımdır.
Serialın ssenarisi “Mind Hunter:Inside FBI’s Elite Serial Crime Unit” kitabı əsasında qələmə alınmışdır və bu kitab təxəyyül məhsulu deyildir, sənədlidir.
Hər şeydən qabaq xalqın reaksiyasını anlamaq lazımdır.
Bəli, adi şüur üçün (Hegel buna sağlam zəka deyirdi) belə bir cinayəti anlamaq, mənalandırmaq heç də asan deyildir.
İnsan övladı adi zamanlarda belə konspirologiya nəzəriyyələrinə, hər cür xürafata və yalana inanmağa meyllidir.
Stres anlarında isə insanların bu cür meyli artır, çünki stres sağlam düşünmə mexanizmlərini zədələyir.
Bu barədə elmi tədqiqatlar da mövcuddur.
Stresli anlarda ortaya atılan hər cür iddia özünə müştəri tapır.
Misal üçün, şübhəli qismində saxlanılan Əhməd Əhmədovun psixoloji problemlərinin olması məsələsi..."Adi şüur Əhməd Əhmədovun psixoloji problemlərinin olması barədə deyilənləri onun cinayət törətməsi üçün əsaslı hesab edir.
Əlbəttə, bəzi psixoloji xəstələr bu cür qətllər törədə bilərlər.
Ancaq, psixikası sağlam olan insanlar da bu cür qətl törədə bilər.
Bu mənada qətlləri birmənalı şəkildə psixoloji problemlərlə əsaslandırmaq çətindir.
Bundan əlavə, şübhəlinin cinayəti son dərəcə soyuqqanlılıqla törətməsi, cinayətin iki ayrı evdə baş verməsi, qatilin bütün bunları planlaşdıraraq icra etməsi heç də ani bir hərəkətlə, bir anlıq qəzəblə izah oluna bilməz.
Affekt halı bu qədər uzun müddətdə, Şıxlinski küçəsindən Yeni Günəşliyə gedəcək qədər davam edə bilməz.
Əhməd Əhmədovun məhkəmə aparılarkən çəkilən görüntüləri də onun törətdiyi əməlin fərqində olduğunu, nəticələrini əvvəlcədən bildiyini göstərir.
Şübhəli şəxs heç də peşman görünmür.
Şübhəli şəxsin psixoloji problemlərinin olması barədə deyilənlər də onun qohumlarının sözlərinə əsaslanır.
Qohumlar əlbəttə ki, psixiatr deyillər, adi bir adamın rəyi heç bir halda mötəbər sayıla bilməz.
Əhməd Əhmədovun ailəsindən ayrı yaşaması, taksi fəaliyyəti ilə məşğul olması da onun müstəqil halda həyat fəaliyyətini davam etdirə bildiyini göstərir.
Bütün bunlara əsasən onun psixikasının ağır vəziyyətdə olmadığı nəticəsini çıxartmaq mümkündür.
Bir sözlə, bu cinayət son dərəcə mürəkkəb bir cinayətdir və belə bəsit səbəblərlə izah oluna bilməz.
Qeyd etdiyimiz məsələlər də nəzəri məsələlərdir, gerçəklik hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində ortaya çıxacaqdır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Mürşüdoba kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, iki “Mercedes-Benz” markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
17:37"Xaçmazda yük avtomobillərinin toqquşması nəticəsində ölən və yaralananların kimliyi bilinib.
Quba rayonu 1-ci Nügədi kənd sakinləri Cavid Murad oğlu Qonaqbəyov və Balakişi Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
16:36"Xaçmaz rayonunun Mürşüdoba kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ağır xəsarətlər alan iki nəfər isə Təcili Tibbi Yardım briqadalarının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rusiyanın Sankt-Peterburq şəhərində vərəm dispanserində ölümlə nəticələnən bıçaqlanma hadisəsi olub.
Dəhşətli hadisənin görüntüləri müəssisənin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Bildirilir ki, 36 yaşlı pasiyent 60 yaşlı kişiyə bıçaqla hücum edib və onu ağır yaralanıb.
Həkimlər qocanın həyatını xilas edə bilməyiblər.
Onun anlaqlı vəziyyətdə olmadığı deyilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Xərçəng xəstəliyindən ayağını itirən 17 yaşlı model Xədicə Rəhimova müasir protezlə təmin olunub.
Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən gənc model Xədicə Rəhimovaya müasir protez təqdim olunub.
Belə ki, yeni protez vakuumsistemli, membranlı silikona malikdir.
İstifadəçinin sürətli hərəkətini təmin edən diz oynağı İslandiyanın nüfuzlu “Össür” şirkətinə aiddir.
Həmçinin dünyanın məşhur protez istehsalçılarından olan “Ottobock” şirkətinin (Almaniya) pəncə-topuq funksiyasını yerinə yetirən 4-cü nəsil karbon ayaqlığından istifadə edilib.
Müasir protez aktivlik və funksionallığı ilə də seçilir.
Həmin protez istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı addımlamağa, hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin Direktoru Asif Məcidov Oxu.Az-a açıqlamasında protez vasitəsilə Xədicənin sərbəst hərəkət edəcəyini deyib:""“Karbon fiberdən giliz hazırlamışıq.
Aktiv membranlı silikondan istifadə etmişik.
Hərəkətli diz oynağı dinamikliyi təmin edir.
Ayaqlıq olaraq pəncə və topuğun funksiyasını falanqalar yerinə yetirir.
Dizini rahat yığıb-aça bildiyi üçün oturanda narahatlıq olmur.
Bu diz oynaqlarını hər bir pasiyentə uyğun olaraq fərdi şəkildə seçirik.
Xədicə daha əvvəl də Almaniya istehsalı diz oynağından istifadə edib, amma bu qədər rahat olmayıb.
Ümumiyyətlə əvvəlki protezi hərəkətliliyi təmin edə bilmirdi, oturanda qatlanmırdı.
Xədicə artıq kömək olmadan öz işini görə biləcək.
Protez iki illik verilib, iki il ərzində ehtiyac yaranarsa, giliz hissəsi dəyişilir, protezin özündə isə heç bir pozuntu baş vermir.
İki il sonra isə yeni protez hazırlanıb təqdim ediləcək”.
17 yaşlı model Xədicə Rəhimova Oxu.Az-a açıqlamasında yeni protezdə özünü rahat hiss etdiyini deyib:"""“Əvvəlki protezimdən daha rahat hərəkət etdirə, yığa bilirəm.
Daha çox foto:PhotoStock.az"Nəzrin Vahid
Bu sözləri Millətlər Birliyinin (The Commonwealth) baş katibi Patrisiya Janet Skotland tanınmış iş adamı, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel və Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovun qəbulu zamanı deyib.
Görüş Londonda yerləşən “Marlboro Haus”da (Marlborough House) baş tutub.
Baronessa Patrisiya Janet Azərbaycanı dünya və ekologiya üçün əhəmiyyətli olan COP29 kimi böyük layihəyə ev sahibi olduğuna görə təbrik edib.
Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir.
Baş katib Millətlər Birliyinə üzv 56 ölkənin belə böyük və qlobal əhəmiyyətli layihədə Azərbaycanın yanında olduğunu bildirib.
O qeyd edib ki, qurum olaraq təmənnasız bütün kadr və imkanlarını xoş arzu və xoş məramla ölkəmizə dəstək üçün səfərbər etməyə hazırdırlar.
Patrisiya Janet həmçinin COP29-un uğurlu keçməsi üçün bütün dəstəyi verməyə hazır olduqlarını bəyan edib.
İş adamı Tahir Gözel Azərbaycanın aqrar sahədə, xüsusilə toxumçuluq sahəsində yüksək sürətlə inkişaf etdiyini və bu sahədəki bilgiləri, təcrübələri 56 ölkə arasında paylaşa biləcəklərini vurğulayıb.
O bildirib ki, Azərbaycan Genetika və toxum islatmaq prosesi texnologiyalarında böyük təcrübəyə malikdir və ölkədə bu sahədə kifayət qədər mütəxəssis var.
Tahir Gözel bu təcrübədən daha çox Afrikada inkişaf etməkdə olan ölkələrin yararlana biləcəyini vurğulayıb.
İş adamı qeyd edib ki, bu ölkələrin inkişafı üçün toxumçuluq, toxum genetikası sahəsindəki ən qabaqcıl yenilikləri, Azərbaycanın nou-hau texnologiyalarını paylaşmağa hazırdırlar.
O, bu təcrübəni Birlik ölkələrində də inkişaf etdirməyə maraqlı olduqlarını da deyib.
Tahir Gözel toxumçuluq təsərrüfatı sahəsində iş birliyi razılaşmasının irəliyə doğru uğurlu addım olduğunu, bu əməkdaşlıq çərçivəsində Azərbaycandan Birlik ölkələrinə dəstək olunacağını vurğulayıb.
Birgə əməkdaşlığa dair qarşılıqlı anlaşmadan məmnun qaldıqlarını bildirən iş adamı bu görüşün hər iki tərəf üçün faydalı olduğunu deyib.
Qeyd edək ki, Millətlər Birliyi 1946-cı ilədək Britaniya Millətlər Birliyi kimi tanınan hökumətlərarası bir qurumdur.
Bu təşkilat 56 müstəqil dövlətin bir-birinə dəstək verdiyi, demokratiya və inkişafı hədəfləyən ortaq məqsədlər üzrə əməkdaşlıq etdiyi bir platformadır.
Birliyin tərkibi, dünyanın ən zəngin və ən yoxsul, həmçinin ən böyük və ən kiçik ölkələrini əhatə edir, müxtəlif dinlərə və etnik kökənlərə sahib iki milyard insanı bir araya gətirir.
Millətlər Birliyinə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının monarxı III Çarlz (Charles Philip Arthur George Mountbatten-Windsor) rəhbərlik edir.
Baş katib vəzifəsini isə Aştal Baronessası Patrisiya Janet Skotland (Patricia Janet Scotland, Baroness Scotland of Asthal) icra edir.
O, Böyük Britaniya və Dominikanın siyasi və dövlət xadimidir.
Türkiyədə Adnan Oktar mütəşəkkil cinayət təşkilatının hazırkı strukturunun və fəaliyyətinin ifşa edilməsi üzrə istintaq yekunlaşıb.
Məlum olub ki, Adnan Oktar silahlı cinayət təşkilatı öz üzvlərini təşkilat daxilində saxlamaq və aşkarlanan üzvlərini yeniləri ilə əvəz etmək üçün çox sayda vəkilin köməyindən istifadə edib.
İstanbul Respublika Prokurorluğunun hazırladığı ittihamnamədə yer alan məlumata görə, Oktar həbsxanada olarkən 15 gün kimi qısa müddətdə “hüquqi yardım” adı altında 200-ə yaxın vəkillə görüşüb və təşkilatın fəaliyyətini davam etdirib.
İstintaq çərçivəsində bununla bağlı 20 nəfər barəsində şübhəli şəxs kimi iddia qaldırılıb.
Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəməsində dövlət ittihamçısı çıxış edib.
APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Prokuror Samir Məmmədov Mehman Xəlilova 20 il həbs cəzası istəyib.
Qeyd edək ki, Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinir.
Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.