Search is not available for this dataset
text
stringlengths
10
518k
N.Paşinyan bu tip silahlı dəstələri silahlı qüvvələrin tabeliyindən çıxarmaqdansa Azərbaycanla bağlı yenə şər-böhtanla dolu çıxış edib.
Onun iddiasına əsasən, Ermənistan ordusunda islahatları və hərbi texnikanın alınmasını guya Azərbaycan qəbul etmir, buna görə onları təhdid edir.
İstənilən ölkənin müdafiə qabiliyyətini gücləndirmək hüququ var.
Ancaq bu, başqa ölkənin təhlükəsizliyini təhdid edərsə, o zaman silahlanma qonşu dövlətlə müharibə məqsədi daşıyır.
“Yerkrapa”nı orudunun tərkibində saxlamaq islahatdır?
Ermənistanın yeni konstitusiyası yazılmadan N.Paşinyan və dövlətin başqa rəsmilərinin sülh, ərazi bütövlüyündən dəm vurması fonunda orduda islahatlar, silah, hərbi texnika alınmasının yenidən müharibəyə, işğalçılığa hazırlıq məqsədi daşıdığı istisna edilmir.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanatdan sonra İrəvan dəfələrlə sənədin şərtlərini pozub.
Odur ki, N.Paşinyanın bu istiqamətdə açıqlamalarının heç bir hüquqi qüvvəsi və əsası yoxdur.
Belə açıqlamalar ictimai rəyi çaşdırmaq üçün edilir.
Sərhəd olayından sonra Ermənistan silahlı qüvvələrində kadr dəyişikliyi də aparılıb.
Ölkə prezidenti Vaaqn Xaçaturyanın sərəncamı ilə Artur Yeroyan Vazgen Sarkisyan adına Hərbi Universitetin rəisi vəzifəsindən azad edilərək silahlı qüvvələrin baş qərargahının rəis müavini təyin olunub.
Prezidentin başqa sərəncamına əsasən, baş qərargah rəisinin birinci müavini Kamo Kaçunts işdən çıxarılıb.
V.Xaçaturyanın imzaladığı sənədə əsasən, Artak Budaqyan Ermənistan-Rusiya Birləşmiş Qoşunlarının yeni komandanı təyin olunub.
Yeri gəlmişkən, 2016-cı ildə Ermənistan və Rusiyanın müdafiə nazirləri iki ölkənin silahlı qüvvələrinin Birgə Qoşun Qrupunun yaradılması haqqında saziş imzalayıb.
Bu sənəd Ermənistanda yerləşən Rusiya qoşunlarının birləşmiş qrupunun, eləcə də Ermənistan ordusunun bəzi birləşmə və hissələrinin funksiyaları üçün yeni hüquqi baza müəyyən edir.
Birgə qrupun idarə edilməsi üçün vahid komandanlıq yaradılıb.
Beş il müddətinə bağlanan bu saziş Rusiya və Ermənistanın müdafiə nazirlikləri səviyyəsində həyata keçirilir.
Hərbi strukturdakı dəyişikliklər N.Paşinyanın təklifləri əsasında reallaşıb.
Odur ki, baş nazir silahlı qüvvələrdə kadr islahatlarına görə məsuliyyət daşıyır.
Ermənistandakı Rusiya qoşunlarına qarşı rəsmi İrəvan tez-tez ritorik çıxışlar edir.
Məsələn, Paşinyan bildirib ki, onlar hərbi texnikanı Fransa və Hindistanla yanaşı, başqa ölkələrdən də alacaqlar.
O, hərbi əməkdaşlıq sahəsində əməkdaşlığın şaxələnməsini istədiklərini vurğulayır.
Ancaq rəsmi İrəvan bu məsələdə hara fırlansa da, yenə Rusiyanın orbitindən kənara çıxa bilmir.
Birgə qoşunun yaradılması haqqında qanun İrəvan və Gümrüdə yerləşdirilən 102 saylı Rusiya hərbi bazasının Ermənistan silahlı qüvvələrinin 5-ci Ordu Korpusu ilə birlikdə birgə hərbi qruplaşma yaratmasına xidmət edir.
N.Paşinyanın fevralın 15-də verdiyi açıqlamalar Ermənistan ordusunun vəziyyətindən, rəsmi İrəvanın hədəflərindən xəbər verir.
Sərhəd təxribatından əvvəl o, növbəti dəfə Azərbaycanla bağlı sərsəmləmişdi.
Guya rəsmi Bakı “beynəlxalq öhdəliyə əməl etmir” və “qonşu dövlətə hücum edə bilər”.
Odur ki, baş nazirin Azərbaycana qarşı növbəti açıqlaması Ermənistanın yeni təxribatlar törədəcəyini ehtimal etməyə əsas verir.
“Yerkrapa”nın sərhəddə yerləşdirilməsi Ermənistan silahlı qüvvələrinin tərkibində mənşəyi məlum olmayan başqa silahlı qrupların mövcudluğu ehtimalını da gücləndirir.
Belə dəstələr rəsmi İrəvana bəzi məsələlərdə istifadə və onun arxasında gizlənmək üçün lazımdır.
N.Paşinyan altı ildir silahlı qüvvələrdə islahat apardığını iddia edir.
Ancaq məlum olur ki, onun ordusunun tabeliyində yaşlı vətəndaşlardan formalaşan “Yerkrapa” mövcuddur.
Çünki orduda hərbi xidmətdən yayınmaq üçün vətəndaşlar yerli hərbi komissarlara rüşvət verirlər.
Orduda intihar və hərbçilərin bir-birini qətlə yetirməsi halları artır.
Ölkənin Baş Prokurorluğunun məlumatına əsasən, Ermənistan ordusunda 2023-cü ildə qeyri-döyüş şəraitində 53 hərbçinin ölüm faktı qeydə alınıb.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə 17 hərbçi qeyri-döyüş şəraitində ölüb.
2013-cü ildə isə analoji vəziyyətdə 30 hərbçi ölüb.
Bütün bunlar N.Paşinyanın altı ildir islahat adı altında guya yenidən formalaşdırdığı ordunun real vəziyyətini göstərir.
Baş nazir özünə haqq qazandırmaq üçün çıxış yolunu Azərbaycanı şərləməkdə, yaxud sərhəddə 67 yaşlı “könüllü döyüşçü” ilə təxribatı törətməkdə görür.
Ordu həm də cəmiyyətin güzgüsü sayılır.
“Yerkrapa”nın yaşlı üzvlərindən ibarət silahlı qruplaşma Ermənistan silahlı qüvvələrinin, bu ölkənin simasıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib.
O, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.
Dövlət başçısı təəssüflə bildirib ki, ABŞ-nin mənfi təsirləri səbəbindən sülh çağırışları nəticəsiz qalır.
“ABŞ bu məsələni guya həll etmək üçün bəzi yüksəksəviyyəli rəsmiləri regiona göndərdiyini deyir.
Vəziyyət belə olsa da, biz atəşkəs və sülhün təmin olunması üçün işimizi davam etdiririk.
Çünki bizim başqa çıxış yolumuz yoxdur.
Qərbdən bizimlə əlaqə saxlananda, biz bu məsələləri xüsusi olaraq onlara bildiririk”, - deyə Türkiyə prezidenti vurğulayıb.
Ərdoğan davamlı sülh üçün səyləri davam etdirdiklərini vurğulayıb.
Bakıda yataqxanada tələbə yoldaşını öldürməkdə təqsirləndirilən Rəşad Muxtarova hökm oxunub.
Hökmə əsasən, Rəşad Muxtarov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror Rauf Malışov təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adıçəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölüb.
Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
İsrailin qədim Kfar Otnay kəndi yaxınlığındakı Tel-Megiddo bazasında aparılan qazıntılar zamanı 1800 illik Roma hərbi bazası “Legio VI Ferrata”nın memarlıq qalıqları aşkar edilib.
Bu barədə İsrailin Qədim Əsərlər İdarəsi (IAA) açıqlama verib.
Doktor Yotam Tepper və Barak Tszinin rəhbərlik etdiyi qazıntılar zamanı tədqiqatçılar düşərgənin qalıqlarına rast gəliblər.
Bunlara əsas magistral, “Via Pretoria”, yarımdairəvi podium və əhəmiyyətli ictimai binaya aid olan daş səki sahələri daxildir.
Qeyd edək ki, Roma legionu düşərgəsi 180 ildən çox ən azı 5000 Roma əsgəri üçün daimi hərbi baza kimi xidmət edib.
Bu tapıntı həqiqətən unikaldır, çünki bu, İsraildə kəşf edilmiş və açılmış bu qədər geniş miqyaslı yeganə Roma hərbi düşərgəsidir.
Həmin düşərgə xristianların müqəddəs kitabı olan İncildə bəşəriyyətin son döyüş yeri adlandırılır.
Bura Suraxanı rayonu, Zığ qəsəbəsidir.
Qəsəbədə yerləşən Zığ gölündə antisanitar vəziyyət hökm sürür.
Ətrafdakı şəxslər tərəfindən buraya məişət tullantıları, köhnə təkərlər atılır.
Qeyd edək ki, Zığ gölünün ətrafının abadlaşdırılması ilə bağlı layihə hazırdır və təhlil mərhələsindədir.
PhotoStock.az ərazidən fotoreportaj hazırlayıb.
Daha çox foto burada:PhotoStock.az
Kubra Məhərrəmova yazır...""Üç gündür ölkə dəyib bir-birinə, bir nəfər də demir ki, ölkədə nə qədər psixi xəstə var.
Məlum hadisədən sonra hamımıza birdən agah oldu ki, ətrafımızda xeyli sayda dəli, şizofren, qısası nə deyirsən var.
Və bu kimi adamların əksəriyyəti özlərini elə maskalayırlar ki, yüz il qala bunların xəstə olmasını təyin edə bilməzsən.
Bəzən də belə insanların ailələri onların maskalanmasına hər cür leqal və qeyri-leqal imkanlar yaradırlar.
Məsələn bu günlərdə adını uşaqdan böyüyə hər kəsin əzbər bildiyi, ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov.
15 yaşında adam bıçaqlayıb, üç gün əvvəl isə məlum hadisəni törədib.
Düzdür, onun dayısı açıqlamasında məsələni malalamağa çalışsa da, anlaşılan o oldu ki, ailə bu adamın problemini bilib, sadəcə ört-basdır edib.
Elə anasının xalası da, dad elədi ki, “hər dəfə deyirdim ki, onu bizə gətirməyin”.
Deməli təhlükəni görüblər, biliblər.
Dünəndən Oxu.Az-ın göndərdiyi sorğuya bir doğru-düzgün cavab verən olmayıb ki, bu adam hansı ruhi dispanserdə yatıb.
Yatıbsa, niyə ailəsi onun bu cür ağır vəziyyətdə olmasını bilərək, azadlıqda olmasına imkan yaradıb?
Yox, əgər dispanserdə olmayıbsa, deməli 15 yaşında törətdiyi cinayəti ört-basdır etmək üçün hansısa yollarla “dəlilik” kağızı alıb ki, onu məsuliyyətdən xilas etsin.
Suallar açıq qaldıqca, ortaya yeni məqamlar çıxır.
Musavat.com yazır ki, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstə olub və onun xüsusi müalicəyə ehtiyacı olub.
Lakin anası - mərhum Pikə Əhmədova daş atıb, başın tutub ki, oğlu xəstəxanada yatsa, bu, onun karyerasına ziyan gətirəcək.
Elə bunu oxuduqca ağlıma fikir bir gəldi.
Madam ki, ana oğlunun ağır xəstə olduğunu və onun köməyə ehtiyacı olduğunu bilib, o zaman belə mülahizə irəli sürə bilərik ki, o, oğlunun ətrafdakılar üçün nə dərəcədə təhlükəli olduğunu düşünməyib.
Ancaq özünü və öz karyerasını, reputasiyasını düşünüb?
Mən heç bir halda bu fikri özümə yaxın buraxmaq istəmirəm.
Çünki Pikə xanım məktəb direktoru olub...Yəni bu düşüncə ilə o minlərlə uşağın həyatına, təhsilinə qərar verib?
Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər.
Yaxşı, əgər bu xəstə gizli müalicə alıbsa, onu dərmanlarla kim və necə təmin edib?
Həkim adi antidepressant yazanda az qalırlar adamın evinin çıxarışını da adamdan tələb etsinlər.
Reseptə ən azı iki möhür vurulur, nüsxəsi apteklərdə saxlanılır və s."İndi sual edirəm, bu ağır psixotrop dərmanlar necə Əhmədovlar ailəsinin əlinə keçib?
Xəstə adamın azadlıqla olması, gizli müalicə alması, ağır psixotrop maddələrin kənar yollarla əldə olunması, hələ üstəlik bu xəstə adamın taksi fəaliyyəti ilə məşğul olması...""Bu azmış kimi ailəyə yaxın olanlar da deyirlər ki, son vaxtlar Əhməd heç dərmanları da içmirmiş.
Hətta deyilənlərə görə qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb.
Atası Mehman Əhmədov da dad edib ki, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və həyatını itirmək riski ilə üz-üzə qalacaq.
Amma burada yenə də maraqlı epizod görürük.
Deməli zamanla Əhmədin tutmaları olub, aqressivləşib, dava salırmış.
Ailəsi də onun üçün ayrıca ev, maşın alıb ki, bunlardan uzaq olsun.
Yaxşı, ailədən uzaq olan, cəmiyyətdən uzaq olmur axı?
15 yaşında öz həmyaşıdına 18 bıçaq zərbəsi endirən adamı necə belə qorumaq olar?