Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Təbii ki, bu dəyişikliklər çoxdan planlaşdırılıb, lakin hökumət bu yolla sərhəddə baş verən hadisələrlə kadr dəyişiklikləri arasında əlaqə yaratmağa və günahkarların cəzalandırıldığı görüntüsünü verməyə çalışır. |
Halbuki, əslində, Müdafiə Nazirliyindəki mənbələrimizin əvvəllər bizə dediyi kimi, müdafiə qüvvələrinin və Baş Qərargahın idarəetmə strukturunda dəyişikliklərin aparılması nəzərdə tutulur və onların məqsədi tamam başqadır”, - deyə məqalədə bildirilib. |
Yazıda iddia edilir ki, Ermənistan ordunu Rusiyanın təsirindən uzaqlaşdırmağa və NATO kadrlarını cəlb etməyə çalışır. |
“Həmçinin məlumat var ki, bu dəyişikliklərin əsasında Rusiya “məktəbindən” keçmiş və Rusiyanın təsiri altında olan hərbi qulluqçuların əsas vəzifələrindən azad edilməsi məsələsi dayanır. |
Məlumata görə, sistem rusiyayönümlü əsgərlərdən təmizlənir və NATO kadrları səhnəyə çıxarılır”, - deyə qeyd edilib. |
Rusiyanın Altay diyarında müdafiə sənayesi təyinatlı müəssisənin ərazisində partlayış baş verib. |
Bu barədə şəhər meri Viktor Şiqrev özünün “Telegram” kanalında xəbər verib. |
Onun sözlərinə görə, partlayış səsi Biyskdəki sənaye zonası ərazisində eşidilib. |
Bəzi yerli “Telegram” kanallar partlayışın “Altay Federal Tədqiqat və İstehsalat Mərkəzi” ASC-nin zavodunda baş verdiyini ehtimal ediblər. |
Yerli sakinlər partlayışın güclü olduğunu, evlərdə şüşələri silkələdiyini qeyd ediblər. |
Onlar hadisənin görüntülərini sosial şəbəkələrdə paylaşıblar. |
Xatırladaq ki, bu gün, həmçinin, Rusiyanın Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib. |
Bu ildən Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində işlərə başlanılıb. |
“Bu məqsədlə biznes subyektləri ilə birgə baxış keçiririk. |
Yeni Məcəllə təkcə dilin sadələşdirilməsi ilə bağlı deyil. |
Biz həm də qanunvericiliyi bir daha təhlil edəcəyik. |
Hazırda Məcəllənin Yol Xəritəsini hazırlayırıq. |
Biznes subyektləri ilə işçi qaydada görüşlər aparırıq. |
Beynəlxalq təcrübəni özümüz də araşdırırıq, məsləhətçi şirkətlər də cəlb edirik. |
Yeni Məcəllənin nə vaxt hazır olacağını indi demək tezdir. |
Onun başa çatdırılmasını çox uzun illərə buraxmaq istəmirik. |
Sadəcə Məcəllənin Yol Xəritəsinin hazırlanmasını yekunlaşdırmamış onun nə vaxt hazır olacağını demək qeyri-ciddi olar”, - deyə o qeyd edib. |
S.Musayeva ötən il gündəmə gətirilmiş ƏDV-nin diferensiallaşdırılması məsələsinə də münasibət bildirib:""“Milli Məclisdə də dəfələrlə demişik ki, diferensiallaşdırma məsələsi bir tərəfdən müsbət addım kimi görünə bilər. |
Amma bizdə onun alternativi var. |
Bu da “ƏDV geri al” layihəsidir. |
Biz hazırda baxırıq ki, bu istiqaməti necə stimullaşdıra bilərik. |
Bu layihənin inzibatçılığı daha idarəoluna biləndir və sui-istifadə hallarına imkan verməmək baxımından daha əlverişlidir. |
Amma yenə də inkar etmirik ki, diferensial dərəcə də ola bilər. |
Sadəcə bu gün gündəliyimizdə bu məsələ yoxdur. |
Biz onu gündəliyə gətirəndə, hansı məhsul və dərəcələr üzrə olacağına baxılacaq. |
Amma bir daha qeyd edim ki, biz bunu başqa bir formada, yəni “ƏDV geri al” layihəsi şəklində tətbiq edirik”. |
Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi məqamlar üzə çıxıb. |
Musavat.com-un hüquq-mühafizə orqanlarından aldığı məlumata görə, Əhməd Əhmədov həqiqətən də ağır psixi xəstədir və onun xüsusi müalicəyə ehtiyacı olub:""“Lakin onun anası, 59 saylı orta məktəbin direktoru Pikə Əhmədova övladının xüsusi tipli xəstəxanada müalicə olunmasına illərlə imkan verməyib. |
Bunu da onunla əsaslandırıb ki, oğlu xalq arasında “dəlixana” deyilən xəstəxanaya yatırılsa, onun karyerasına zərər gələr. |
Hər kəs deyəcək ki, necə olur, məktəb direktoru öz övladını tərbiyə edə bilmir və onu dəlixanaya salırlar...”"Hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, bu proses illərlə davam edib və ağır psixi xəstə olan Əhməd Əhmədovu valideynləri gizli müalicə etdiriblər. |
Bu müalicədə lazım olan dərmanlar gizli yollarla, yüksək qiymətə əldə edilib. |
Əhməd isə bəzən heç dərmanlarını içməyib. |
Əldə olunan məlumata görə, qətldən bir gün əvvəl Əhməd Əhmədov Xətai rayonundakı polis bölmələrindən biri tərəfindən xırda xuliqanlıq hərəkətinə görə saxlanılıb:“Atası Mehman Əhmədov 35 saylı bölməyə gedib və oğlunun epilepsiyası olduğunu deyib. |
Bildirib ki, sutkalıq həbs versələr, Əhməd polisdə qalsa, epilepsiyası tutacaq və ölə bilər. |
Bununla da oğlunun azad edilməsinə nail olub. |
Əgər o bilsəydi ki, Əhməd polisdən çıxıb, 24 saat sonra bütün ailəsini öldürəcək, yəqin ki, belə faciəvi səhvə yol verməzdi’’. |
Bu məqamda artıq hər kəsə məlum olan bir detalı xatırladaq ki, Əhməd Əhmədov 17 yaşında olarkən bir yeniyetməni xüsusi amansızlıqla bıçaqlayıb, onun şikəst qalmasına səbəb olub. |
Həmin zaman da ailəsi onu qoruyaraq qarşı tərəflə barış əldə edib və Əhmədi cəzadan qoruyub. |
Mötəbər mənbə iddia edib ki, valideynləri Əhməd Əhmədovdan qorxublar. |
Çünki onun tez-tez tutmaları olub və bu zaman özündən çıxıb, aqressiv davranıb, idarəolunmayan hərəkətlərə yol verib. |
Ona görə də valideynləri Əhmədə ayrı bir yerdə ev alıb, təmir etdiriblər, Əhmədi də oraya köçürüblər. |
Üstəlik, ona maşın da alıblar, gündəlik də 30 manat pul veriblər. |
Əhmədovlar əslən Qazaxın Daş Salahlı kəndindəndirlər. |
O da məlum olub ki, Əhməd Əhmədov ona “dəli” deyilməsindən çox qəzəblənib. |
Daha bir məlumat - Əhmədin qətl törətməsinin bir fraqmentini çəkib yayan isə qonşu qadın olub. |
O, videonu çəkməzdən öncə “102” xidmətinə məlumat verib. |
Hüquq-mühafizə orqanlarından bildirilib ki, Əhməd 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını boğazlarını bıçaqla kəsərək öldürüb. |
Atasını, anasını və 9 yaşlı qardaşı Məhəmməd Əhmədovu balta ilə, başlarını əzərək öldürüb. |
Azərbaycan tarixində analoqu olmayan bu qətliam cəmiyyətdə şok effekti yaradıb və dərin izlər buraxıb. |
Ona görə də hazırda bütün media quruluşlarının, sosial medianın diqqəti bu hadisə üzərindədir. |
Hadisə ilə bağlı araşdırmalar davam edir. |
Rusiyanın Belqorod şəhəri Ukrayna Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulub. |
Hücum nəticəsində ikisi uşaq olmaqla azı doqquz nəfər həlak olub, 20 nəfər yaralanıb. |
Hadisə nəticəsində ticarət mərkəzinə, avtomobillərə zərər dəyib. |
Raketin qalıqları yaxınlıqdakı məktəbin həyətinə düşüb. |
Xatırladaq ki, bu gün, həmçinin Rusiyanın Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib. |
Mənbə:“Shot” “Telegram” kanalı |
Ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun 17 yaşı olarkən bıçaqladığı şəxsin görüntüləri yayılıb. |
Musavat.com xəbər verir ki, Əhməd Əhmədov 17 yaşı olanda yaşıdı Ramin Cəfərova 18 bıçaq zərbəsi vurub. |
Araşdırma nəticəsində Əhmədin bıçaqladığı şəxslə bağlı bir sıra məlumatlar da əldə edilib. |
Məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. |
Əhməd Əhmədov onu meşəyə aparıb, öncə beşbarmaqla vurub, daha sonra isə bıçaqlayıb. |
Həmin zaman polis idarəsindən mətbuata verilən məlumatda deyilir ki, rayon sakini, 1999-cu il təvəllüdlü Ramin Cəfərov naməlum şəxs tərəfindən bıçaqlanıb. |
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. |
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin Əhməd Əhmədov tərəfindən törədilməsi müəyyən edilib. |
Faktla bağla Xətai Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. |
Sonradan isə bu xəbər bir sıra saytlardan silinib. |
Əhmədin bıçaqladığı idmançı Ramin Cəfərovun görüntülərini təqdim edirik: |
Ermənistan sponsorlarının əlində dövlətə oxşar bir təşkilata çevrilib. |
Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalı dövründə havadarları Ermənistanı şişirdərək barəsində mif yaratmışdılar. |
Guya bu ölkənin ordusu qüdrətlidir, erməni hərbçisi döyüşkəndir və s.Erməni cəmiyyəti də ona sırınan başqa əsassız ideyalar və tarix kimi buna da inanmışdı. |
Ancaq Cənubi Qafqazın bu kiçik, zəif və yoxsul ölkəsi barədə deyilənlər sabun köpüyü effekti verir. |
Ötən gün Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın istefası baş nazir Nikol Paşinyan hökuməti ilə bağlı yaradılan “təmiz”, “demokratik” imicini də dağıtdı. |
Məlum oldu ki, nazir könüllü istefaya getməyib, onu buna məcbur ediblər. |
V.Kerobyanın başçılıq etdiyi nazirlikdə isə korrupsiya faktları aşkar olunub. |
Bu baxımdan N.Paşinyan hökumətinin də təqdim və təbliğ edildiyi kimi, demokratik, ədalətli, şəffaf, rüşvət və korrupsiyadan uzaq olmadığı üzə çıxıb. |
Bunlar həm də İrəvanın Azərbaycana qarşı törətdiyi təxribat, təhrikedici hərəkətlər nəticəsində aşkarlanır. |
Ermənistan silahlı qüvvələri fevralın 12-də şərti dövlət sərhədinin Zəngilan rayonu istiqamətində Azərbaycanın mövqelərini atəşə tutub. |
Ermənistan ordusunda hansı dəyişikliyə səbəb oldu? |
İrəvan iddia edirdi ki, Azərbaycanla sərhəddə Daxili Qoşunların, Gürcüstan tərəfdə isə Milli Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularını yerləşdirib. |
Ancaq Azərbaycan Dövlət Sərhəd Xidmətinin qarşı tərəflə bağlı gördüyü cavab tədbirləri nəticəsində məlum oldu ki, Ermənistan sərhəddə “Yerkrapa”nın üzvlərini yerləşdirib. |
Özünü könüllü müdafiə qruplaşması sayan silahlılar bu ölkənin ordusunun tərkibinə daxildir. |
Bu qruplaşma 1993-cü ilin iyulundan indiyədək fəaliyyət göstərir. |
Onlar vaxtilə Azərbaycan torpaqlarının işğalında iştirak ediblər. |
Bəzi məlumatlara görə, beş mindən 30 minədək üzvü var. |
Hazırda komandiri Sasun Mikaelyandır. |
Məlum atışmada bu dəstənin 1957-ci il təvəllüdlü zabiti Ohanesyan Qraçi Talişeviç də zərərsizləşdirilib. |
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da “Yerkrapa”nın üzvü olub. |
Bu hadisə sübut edir ki, Ermənistan bölgədə silahlı qruplaşma yerləşdirir. |
67 yaşlı “hərbçi”nin Azərbaycanla sərhəddə xidmət etməsi onu göstərir ki, bu şəxslər İrəvanın saxtakarlıq və yalanlarının tərkib hissəsidir. |
Sərhəddəki təxribat Ermənistan silahlı qüvvələrində mərkəzləşmiş komandanlığın olmadığını təsdiqləyir. |
Sərhəddəki son hadisə rəsmi İrəvana bir siqnaldır. |
Çünki əvvəllər olduğu kimi, “Yerkrapa”dan yenə də siyasi ambisiyaların reallaşmasında istifadə edilə bilər. |
67 yaşlı “hərbçi”nin təmas xəttinə göndərilməsinin məsuliyyətini N.Paşinyan hökuməti daşıyır. |
Bu həm də belə “könüllü” silahlı dəstənin tərk-silah olunması üçün əsas verir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.