Search is not available for this dataset
text
stringlengths
10
518k
Bir neçə nəfər eyni yerdə dəfn edilə bilərmi?
İlahiyyatçı qeyd edib ki, bir qəbirdə bir neçə şəxsin dəfn edilməsi doğru deyil:""“Bir məzar qazıb, içinə beş, altı, iyirmi nəfərin sümüyünü qoymaq məqbul hesab edilmir.
Bəzən sual verirlər ki, atamın qəbrində anamı dəfn edə bilərəmmi?
Qəbrin yarım, bir metr məsafəsində digər şəxs dəfn edilə bilər.
Yaxud bir qəbir iki-üç metr dərinlikdə qazılıb, arasında 40-50 santimetr məsafə ilə ikinci şəxs dəfn oluna bilər”.
...Qəbiristanlıqdan çıxarkən axunddan bir maraqlı məqamı da soruşuram:vəfat edənin dırnağı və saçı gec çürüyür, səbəbi nədir?
Deyir ki, insanın saçı ilə dırnağında ruh olmur...""İlhamə Əbülfət
Prezident İlham Əliyev Aviasiya haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və avi...
Qanunun ümumi mətni ilə buradan tanış ola bilərsiniz.
Bundan başqa, dövlət başçısı “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman da imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanın İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, Məcəllənin 307.4-cü maddəsi yeni redaksiyada verilib.
Belə ki, 307.4-cü maddəyə əsasən, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göstərişlərin...
Həmçinin, Məcəlləyə 307.5-ci maddə əlavə edilib.
Həmin maddəyə görə, dənizdə gəmidə baş vermiş qəza barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilməməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcəklər.
İran və Ermənistan arasında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclasının bağlanış mərasimi keçirilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunub ki, mərasimdə İranın Dövlət Proqram və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur və Tehranda səfərdə olan Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın iştirak ediblər.
Tədbirdə iki ölkə arasında Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 18-ci iclasının 19 sahə üzrə 21 bəndlik sənədi imzalanıb.
Xatırladaq ki, iclasın açılış mərasimi fevralın 14-də baş tutub.
Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb.
President.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanunlara edilmiş dəyişikliklə hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılıb.
“İkinci dəfə Avropa çempionu olmağımın arxasında böyük əziyyət durur”.
Oxu.Az-ın məlumatına görə, bunu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Həsrət Cəfərov (67 kq) Dünya Güləş Birliyinin (UWW) Mətbuat Xidmətinə açıqlamasında deyib.
21 yaşlı idmançı turnirdən əvvəl Xorvatiyada təşkil olunan təlim-məşq toplanışındakı hazırlıqların bəhrəsini gördüyünü bildirib.
O, qatıldığı bütün turnirlərə ciddi yanaşdığını qeyd edib:""“Heç bir yarışa özümdən razı şəkildə getmirəm.
Bu, bizə həm düşmür, həm də yaraşmır.
Rəqiblərin hər birini güclü idmançı kimi görürəm.
Heç birini özümdən zəif saymıram.
Avropa çempionatında da qarşılaşdığım güləşçilərin hər biri titullu idmançılar idi”.
Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarına qədər daha bir turnirdə çıxış edəcəyini vurğulayıb:""“Dünya çempionatının finalında kubalıya məğlub olmuşdum.
Həmin mundialdan sonra səhvlərimin üzərində işlədim.
Növbəti yarışda daha uğurlu çıxış edəcəyimə inanıram.
Yəqin ki, olimpiadaya qədər daha bir yarışa qatılacağam”.
Qeyd edək ki, Həsrət Cəfərov 2023-cü ildə Xorvatiyada keçirilən Avropa çempionatının da qalibi olub.
“Ermənistanın baş naziri Nikol Paşinyan bu gün böhtan mahiyyətli bir sıra açıqlamalar verib.
30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış bir ölkənin, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı vermiş birisinin indi Azərbaycanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etməsi gülüncdür”.
Oxu.Az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
“Nikol Paşinyanın xüsusən “işğal altında olan 31 erməni kəndi” kimi uydurma hekayəni ortaya atması Ermənistanın hələ də işğal altında qalan 8 Azərbaycan kəndini qaytarmaq niyyətində olmadığını nümayiş etdirir.
Bu açıqlamalar həm də onu göstərir ki, cəmiyyətdə mövqeləri getdikcə zəifləyən, komandadaxili problemlər yaşayan Nikol Paşinyan çıxış yolu kimi vəziyyəti qəsdən gərginləşdirməyə və sülh danışıqları prosesini dağıtmağa can atır.
Görünür, başda Fransa olmaqla bəzi ölkələrin silahları, Jozep Borrel, Zəngəzur dağlarında macəra axtaranlar - Avropa İttifaqının Missiyası, “Yerkrapa” kimi quldur birləşmələri Ermənistanı “cəsarətləndirib”.
Ermənistan son vaxtlar seçdiyi təhlükəli xətdən imtina etməlidir”, - deyə bəyanatda bildirilib.
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2550 nömrəli Sərəncamında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Lüksemburq mətbuatında Ermənistanın əsassız ittihamlarına tutarlı cavab verib.
Lüksemburqun “L’Essentiel” qəzetində dərc olunan məqalədə Ermənistanın Brüsseldəki səfirliyinin müvəqqəti işlər vəkili və Lüksemburqda açılmış ofisin rəhbəri Arpine Xaçatryan guya Azərbaycanın yaxın gələcəkdə Ermənistan ərazisinə təcavüz planlaşdırdığını və bunun fonunda Avropa İttifaqını ermənilərin hüquqlarını qoruma...
Öz növbəsində, Azərbaycan diplomat Elçin Əmirbəyov Lüksemburq mətbuatına verdiyi açıqlamada bu əsassız iddiaya münasibət bildirib.
Ümumiyyətlə, bu bizim nəyimizə lazımdır?” - E.Əmirbəyov vurğulayıb.
Fikrinin davamında E.Əmirbəyov bu eyhamları növbəti erməni hiyləsi adlandıraraq, bunun arxasında, sadəcə olaraq, avropalıların diqqətini çəkərək özlərini yazıq kimi göstərmək niyyətinin olduğunu qeyd edib.
“Ermənistan Azərbaycandan gözlənilən təhlükə barədə danışmaqdan yorulmur, eyni zamanda, atəşkəsi kobud şəkildə pozur, əsgərlərimizə atəş açır.
Hesab edirik ki, ölkələrimiz son nəticədə sülh razılaşmasına gəlməli, sərhədləri açmalı və diplomatik əlaqələr qurmalıdırlar”, - diplomat vurğulayıb.
Məqalə müəllifi Ermənistanla Azərbaycan arasında münasibətlərlə bağlı Lüksemburqun mövqeyinə də toxunur və qeyd edir ki, son vaxtlara qədər keçmiş xarici işlər naziri Jan Asselbornun təmsil etdiyi hökumət bir qayda olaraq Ermənistanı dəstəkləyib.
Jurnalist qeyd edir ki, erməni tərəfinin xoşuna gəlməsə də, bu gün vəziyyət açıq-aydın dəyişir.
Belə ki, son bir neçə ayda Lüksemburqun Xarici İşlər Nazirliyinin yeni rəhbəri Xavyer Bettel Azərbaycanla yaxın və konstruktiv əlaqələrin qurulmasına səmimi maraq göstərir.
Eyni zamanda, Lüksemburq hər iki Cənubi Qafqaz ölkəsi ilə balanslı münasibətlərin tərəfdarıdır.
“Bu suala konkret cavab verən nazir X.Bettel Qafqaz regionunun bütün ölkələri ilə dialoqun davam etdirilməsi, o cümlədən onlarla sağlam diplomatik kanalların saxlanmasını, eləcə də Lüksemburqun regiondakı bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmasının zəruriliyini bəyan edib”.
Jurnalist məqalənin sonunda vurğulayıb ki, Lüksemburq Ermənistana hərbi dəstək vermir.
“Qarabağ” iddialı rəqiblərə qarşı öz oyununu göstərməyi və onları məğlub etməyi bacarır”.
34 yaşlı keçmiş hücumçu rəqibin olduqca güclü kollektiv olduğunu bildirib:""“Azərbaycan çempionatındakı oyunla “Braqa”ya qarşı matçı tərəzinin eyni gözünə qoymaq olmaz.
Avrokubok görüşünün motivasiyası tam fərqlidir.
“Qarabağ” da bunun fərqindədir.
“Braqa” ölkə çempionatında böyük klublarla mübarizə aparır, həmişə yuxarı pillələrdə - 3-4-cü yerlərdə qərarlaşır.
Bunu nəzərə alsaq, komandamızın işi çətin olacaq.
İnanıram ki, təmsilçimiz bu gün uğurlu nəticə ilə bizi sevindirəcək”.
Rauf Əliyevin fikrincə, “Qarabağ”ın Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sabah”a məğlubiyyəti (3:4) və Premyer Liqa görüşündə eyni rəqiblə heç-heçəsi (3:3) Ağdam təmsilçisinə mənfi təsir etməyəcək:""“Fikrimcə, “Qarabağ” hazırda yaxşı formadadır.
“Sabah”la oyunlar onların formadan düşdüklərinə işarə deyil.
Ölkə kubokunda “Sabah”la cavab görüşünün nəticəsi, etiraf edək ki, o qədər də böyük önəm kəsb etmirdi.
Bəlkə də həmin məğlubiyyət Premyer Liqada bu rəqiblə görüşə müəyyən təsir göstərdi”.
Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq.
Hərbçi qadınların ehtiyatda olma yaş həddi ləğv olunub.
Qanunlara edilmiş dəyişikliklə qadınların həqiqi hərbi xidmətdə olmalarının yaş hədləri ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə arasında ziddiyyətin aradan qaldırılması, gender bərabərliyinin Silahlı Qüvvələrdə də təmin edilməsi məqsədilə qadınların həqiqi hərbi x...
Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə dəyişiklik edib.
President.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Holdinqin Müşahidə Şurasına Prezidentin müəyyən etdiyi hallarda, dövlət müəssisələrinin icra orqanının üzvlərini, o cümlədən rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək vəzifəsi verilib.
Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Arif Paşayevin 90 illik yubileyi ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:""“Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan!
Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram!
Uca Tanrı səni bütün qada-balalardan hifz etsin!
Allah bütün valideynləri qorusun!”"A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)
Prezident İlham Əliyev “Kosmik fəaliyyət haqqında” 24 iyun 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.
President.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”na kosmik obyektlər də əlavə edilib.
Azərbaycanda kosmik obyektlərin rəsmi reyestrini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aparacaq.
“Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliklə, Qanuna şağıdakı məzmunda 15.3-1-ci maddə əlavə edilib:""“15.3-1.
Bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti ilə bağlı aşağıdakı xidmətlərə görə tarif müəyyən edilir:""15.3-1.1.gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi;"15.3-1.2.dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməl...
Bundan başqa, dövlət başçısı “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1070-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.
Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan hərbçilər üçün tələblər dəyişib.
Qanuna əsasən, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ olacaq:""- hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;"...
Prezident İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanunu təsdiqləyib.
Bundan başqa, təsnifat cəmiyyətlərinə kiçikhəcmli gəmilər istisna olmaqla, digər gəmilərə texniki nəzarəti həyata keçirmək hüququ verilib.
“Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Suren Papikyan köhnə kadrlardan qurtulmaq və öz zövqlərinə uyğun hərbi elita yaratmaq qərarına gəliblər”.
Bu ifadələr erməni KİV-lərindən birində dərc edilən məqalədə yer alıb.
Nəşr bildirib ki, Azərbaycan-Ermənistan şərti sərhədində fevralın 12-də baş verən gərginlikdən sonra Ermənistan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin həyata keçirilməsinə başlanılıb.