Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd olunur”. |
Xatırladaq ki, Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray Süleyman qızı İbrahimovanın qızılcadan vəfat etdiyinə dair məlumat yayılmışdı. |
12:14"Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib. |
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. |
Bildirilib ki, məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Nuray Süleyman qızı İbrahimova qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib. |
Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib. |
Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib. |
Bildirilib ki, bu gün saat 10:45-də məktəb binasının ikinci mərtəbəsində elektrik paylayıcısında qısaqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət təxliyə ediliblər. |
Yanğın söndürülüb, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb. |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkənin hazırkı lider Co Bayden administrasiyasının siyasəti ucbatından cəhənnəmə sürükləndiyini bildirib. |
“Bu gün ölkəmiz cəhənnəmə sürüklənir...ABŞ Bayden vəzifəyə gəlməzdən əvvəl daha güclü, daha zəngin, daha təhlükəsiz və daha inamlı ölkə idi”, - deyə o bildirib. |
Tramp qeyd edib ki, Bayden administrasiyasının siyasətləri səbəbindən milyonlarla insan ölkəyə axışır. |
Keçmiş ABŞ lideri indikini ölkə tarixinin ən pis prezidenti adlandırıb. |
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “PKF Audit Azerbaijan” və “PKF Audit Consultinq” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin təsisçisi Ziya Hikmət oğlu Hüseyn Zadənin qanunsuz əməlləri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb. |
Bu barədə Baş Prokurorluq məlumat yayıb. |
Bildirilib ki, istintaqla Ziya Hüseyn Zadənin 2022-2023-cü illər ərzində digər şirkət rəhbərləri ilə qabaqcadan əlbir olub onlara məxsus sahibkarlıq obyektlərinin fəaliyyətinin genişləndirilməsi təyinatı üzrə kredit verilməsinə dair Avropa Yenidənqurma və İnkişaf Bankına etdikləri müraciətlər üzrə maliyyə, bank hesabat... |
Bundan başqa, Ziya Hüseyn Zadənin təkrarən, 2022-ci ildə təsisçisi olduğu şirkətin bank hesabında olan pul vəsaitini nağdlaşdırmaq məqsədilə saxtalaşdırdığı rəsmi sənədlərdən istifadə etməklə həmin MMC-nin direktorunun xəbəri olmadığı halda onun adından şirkətin depozit hesabından təsərrüfat xərci adı altında külli miq... |
Toplanmış sübutlar əsasında Hüseyn Zadə Ziya Hikmət oğluna Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsm... |
Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. |
Qeyd edək ki, Ziya Hüseyn Zadə model Raziyyat (Razi) Əliyevanın sevgilisi olub. |
Onun Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunması ilə bağlı ayrı cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. |
İttihamdan göstərilib ki, 2022-ci ilin avqust ayında Ziya Hüseyn Zadə sevgi münasibətində olduğu Razi Əliyevanın ona xəyanət etdiyini müəyyənləşdirib. |
Buna görə həmin vaxt Razi Əliyevanın əllərini bağlayaraq, ona xəsarətlər yetirib. |
Bundan başqa, Ziya Hüseyn Zadə həmin ilin dekabr ayında yenə də Razi Əliyevanın başqa kişilərlə münasibətdə olması barədə məlumat əldə edib. |
O, R.Əliyevanın yaşadığı Şərifzadə küçəsində yerləşən evinə gəlib. |
Özündə olan bıçağı Razi Əliyevaya nümayiş etdirib və onu öldürməklə hədələyib. |
Həmçinin Ziya Hüseyn Zadə həmin ilin dekabr ayının müxtəlif günlərində R.Əliyevaya işgəncə verib. |
Daha sonra Ziya Hüseyn Zadə birgə yaşadıqları dövrdə R.Əliyevaya bahalı hədiyyələr alması, birgə xarici səfərlərdə getməklə vəsait xərclənməsini bəhanə gətirib, ona aldığı 185 min manat dəyərində “Mercedes” markalı avtomobili hədə-qorxu yolu ilə geri tələb edib. |
Ziya Hüseyn Zadə R.Əliyevanın anası Xadijat Əliyevanın Qaradağ rayondakı evində olduğunu müəyyənləşdirib. |
O, gecə yarısı həmin ünvana gedərək, R.Əliyeva və X.Əliyevanın ünvanına nalayiq ifadələr işlədib. |
İstintaq sənədlərində qeyd olunub ki, 2023-cü ildə R.Əliyevaya məxsus avtomobili oğurlamaqla ona 94 min manat ziyan vurub. |
Ziya Hüseyn Zadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələri ilə ittiham o... |
Qeyd edək ki, Raziyyat Əliyeva 2017-ci ildə Azərbaycan gözəli seçilib. |
“ABŞ-də 2024-cü ilin əvvəlindən baş verən kütləvi atışmaların sayı keçən günlərin sayından çoxdur”. |
Bu sözləri ABŞ Prezidenti Co Bayden Missuri ştatında kütləvi atışmadan sonra vətəndaşlara müraciəti zamanı bildirib. |
O, hadisəni şər edərək bildirib ki, fevralın 14-də Missuri ştatında baş vermiş faciənin ABŞ ruhunu dərindən yaraladığını vurğulayıb. |
Oğuz rayonunda qəzaya uğrayan avtomobil su kanalına aşıb, xəsarət alan var. |
Rayonun Kərimli kənd sakini Nüsrət Hümbət oğlu Kərimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. |
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. |
Faktla bağlı araşdırma aparılır. |
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Bilişim Vadisi Bakının birgə əməkdaşlığı çərçivəsində “Gənc startap” sahibkarlıq təlimlərinə müraciətlərin qəbulunu elan edilir. |
Təlimlərdə 18-30 yaş arasında olan, öz ideyasını reallaşdırmaqla startapını yaratmaq istəyən gənclər iştirak edə bilərlər. |
Təlimlər onlayn və oflayn formatda olmaqla iki mərhələdə həyata keçiriləcək. |
Onlayn mərhələdə sahibkarlıq nədir, ideyadan biznes plana, komanda qurmaq, idarə etmək və liderlik, investisiya cəlb etmək metodları və s.mövzular tədris olunacaq. |
Oflayn mərhələdə isə onlayn təlimlərə qatılmış gənclər üçün nəzəri biliklərin real mühitdə tətbiqinə dair dərslər keçiriləcək. |
Ümumilikdə üç həftə davam edəcək təlimlər Türkiyənin Bilişim Vadisinin İnkubasiya Mərkəzinin mentoru tərəfindən həyata keçiriləcək. |
Təlimlərdə iştirak etmək istəyən gənclər 23 fevral 2024-cü il saat 18:00-dək https://bit.ly/3wiuVjU linkində qeydiyyatdan keçməklə müraciət edə bilərlər. |
Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək. |
Əlavə məlumat üçün:[email protected]"Qeyd edək ki, təlimlər KOBİA və Bilişim Vadisi Bakı arasında ötən il imzalanmış əməkdaşlığa dair Niyyət Protokolu çərçivəsində keçirilir. |
Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən bir neçə avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında saxlayıblar. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həmin sürücülərdən bir neçəsinin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan onlar tibbi müayinədən keçiriliblər. |
Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib. |
Beləliklə onların barələrində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən Hacı Ömərov və Dəyanət Müslümovun barəsində inzibati qaydada həbs, Murtuz Məmmədov və Vüqar Nəcəfi barəsində isə digər inzibati tənbeh növləri seçilib. |
Ölkə ərazisində fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb. |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. |
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, səhər saatlarında sulu qara keçəcəyi ehtimalı var. |
Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. |
Havanın temperaturu gecə və gündüz 4-7 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. |
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. |
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. |
Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. |
Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq. |
“Maqnit Rezonans Tomoqrafiyasının (MRT) nəticəsindən asılı olaraq dünya çempionatında iştirak edib-etməyəcəyim bilinəcək”. |
Uzunluğa tullanma növündə mübarizə aparan 26 yaşlı idmançı bu gün MRT müayinəsindən keçəcəyini bildirib:""“Səhər saatlarında Bakıya çatmışam. |
Həkim baxışından keçməsəm də, əvvəl də zədələrlə üzləşmişəm. |
Deyə bilərəm ki, bu, aşağısəviyyəli zədə olmalıdır. |
Amma hər şey sabah daha dəqiq bilinəcək”. |
Babayevin sözlərinə görə, Belqrada yollanmamışdan əvvəl heç bir problemi yox idi:""“Son məşqlərdə pik formada olduğumu hiss edirdim. |
Yarışdan 4 gün əvvəlki məşqlərdə nəticələr yüksək idi.Turnirə də yüksək əhvali-ruhiyyə ilə yollanmışdıq. |
Orada məşq edəndə də problem yox idi və özümü yaxşı hiss edirdim. |
Yarış günü arenada isinmə hərəkətləri etdim, qaçış məsafəsini ölçdüm, birinci tullanmada heç bir problem olmadı. |
İkinci cəhddə ayaq budumun arxasında ağrılar hiss etdim. |
Daha əvvəl də belə ağrılar hiss etmişdim. |
Yenidən isinmə hərəkətlərinə başlayanda şiddəti artdı. |
Bütün mövsüm boyu heç bir narazılığım yox idi.4-5 ay idi ki, zədədən əziyyət çəkmirdim. |
Olimpiya ili olduğu üçün risk etməməyi qərara aldıq. |
Turnirə davam etsəydim, əzələm yırtıla da bilərdi. |
Olimpiya mövsümüdür və mənə də lisenziya qazanmaq lazımdır”. |
Qeyd edək ki, qış dünya çempionatı martın 1-3-də Şotlandiyanın Qlazqo şəhərində təşkil olunacaq. |
“Biz bu yolun magistral olduğunu xatırlatmaq məqsədilə oraya 110 km/saatlıq sürət həddi qeyd edilən yol nişanı qoymuşuq. |
Azərbaycanda magistral yollarda maksimal sürət həddi 110 km/saat qəbul olunub. |
O yolda heç bir radar, heç bir nəzarət yoxdur. |
Kim sürmək istəyir, artıq sürsün”. |
Bu fikir, yəqin ki, yadınıza gəlir. |
Baku TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov ödənişli yollardakı sürət həddindən danışarkən demişdi. |
O qeyd etmişdi ki, həmin yollarda qoyulan 110 km/saatlıq sürət həddi ilə bağlı nişanlar, sadəcə, xatırlatma məqsədi daşıyır. |
Bu gün isə Bakı-Quba-Rusiya sərhədi ödənişli avtomobil yolunda 77-ES-777 nömrə nişanlı “Range Rover” markalı avtomobilin sahibi onu 200 km/saat sürətlə idarə etdiyi, sosial şəbəkədə görüntüləri paylaşdığı üçün polis tərəfindən müəyyən edilib. |
Avtomobil saxlanılaraq müvəqqəti duracağa salınıb. |
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev isə hadisəyə münasibət bildirərkən deyib ki, sürücü Əsmət Roman qızı Axundzadə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisi əməkdaşları tərəfindən saxlanılıb. |
Burada dilemma yaranır:AAYDA rəhbəri deyir ki, sözügedən yolda nəqliyyat vasitəsini kim hansı sürətlə istəyir, sürə bilər, amma DYP cərimə tətbiq edir. |
Yolda isə sürətə nəzarət edəcək texniki vasitələr quraşdırılmayıb. |
Nəzarət cihazları (radar) olmayan yolda sürücünün cərimələnməsi hansı mexanizmlə həyata keçirilir? |
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, AAYDA rəsmisinin səsləndirdiyi həmin fikri doğru hesab etmir:""“Ölkə ərazisindəki magistral yollarda maksimum sürət həddi 110 km/saat olaraq müəyyənləşdirilib. |
Bu sürət yollarda yol nişanları ilə qeyd edilir. |
Yaşayış məntəqələrinə və digər ərazilərə yaxınlaşan, eləcə də uzaqlaşan hissələrdə sürət həddi müvafiq olaraq azalan və artan tempdə təyin edilir. |
Ümumilikdə isə sürət həddinə nəzarət müəyyən müasir cihazlar vasitəsilə həyata keçirilir. |
Əgər yeni yol inşa edilirsə, burada işlər mərhələli şəkildə həyata keçirilirsə, bu o demək deyil ki, o yolda kim necə istəsə, sürə bilər. |
Sürücülük vəsiqəsi alan hər bir şəxs qanun-qaydanı bilməlidir. |
Əgər yolun sürət həddi 110 km/saat təyin edilibsə, sürücü nəqliyyat vasitəsini o sürətdən artıq idarə edirsə, o, cərimələnə, nəqliyyat vasitəsi də cərimə meydançasına aparıla bilər”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.