Search is not available for this dataset
text
stringlengths
10
518k
Bundan sonra dindirilən Zamiq Səfərəliyev bildirib ki, ovçular mağazasının direktoru olub.
İşçiləri ona silah alan şəxslər barədə məlumat veriblər:""“Ov tüfəngi almaq üçün sənəd təqdim olunub.
Həmin sənəd əsasında da onlara silah satılıb”.
Vəkillərin suallarına cavabda təqsirləndirilən Dəyanət Kərimov deyib ki, silahın alınması üçün verilən pul Ruhlan İsmayılovun olub:""“Ruhlan pulu Əlövsətə vermişdi.
Əlövsət də pulun özünə məxsus olduğunu deyib və silah satan mağazanın işçilərinə ödəyib”.
Şahid qismində adı keçən Əlövsət Bağırov bildirib ki, özünə məxsus ovçular dükanı var və həmin dükanı işlədir:""“Dəyanət və Ruhlan silah almaq üçün mənə müraciət etdilər.
Həmin vaxt mənim mağazamın silah satmaq üçün lisenziyası yox idi.
Onlar məndən əvvəlcə silah almağın yollarını öyrəndilər.
Mən də onlara silah almaq barədə toplanan sənədlər barədə məlumat verdim.
Ruhlan silah almaq üçün müvafiq quruma müraciət etsə də, ona müsbət cavab vermədilər.
Çünki o, Maştağada psixiatriya xəstəxanasında qeydiyyatda idi.""Daha sonra silah almaq üçün Dəyanət sənəd gətirdi.
Onunla söhbət zamanı dedi ki, özü polisə işə düzələcək, polis olmaq istəyir, hətta bununla bağlı sənədlərinin də müvafiq quruma təqdim etdiyini söylədi.
Mən də onları silah almaları üçün Zamiqgilin dükanına apardım.
Orada sənədləri yoxladıqdan sonra silahı satdılar.
Əlövsət Bağırov Dəyanət Qüdrətov və Ruhlan İsmayılovla birlikdə silah satılan mağazaya getməsi, silahın pulunun ödənməsi barədə tərəflərin suallarına belə cavab verib:""“Bu şəxslər müştəri kimi mənə müraciət etmişdilər.
Mən də onları həmin mağazaya aparmışam.
Səbəb alınan silahdan mənə faiz çatması idi.Əvvəllər də həmin mağazaya müştəri aparmışam.
Məqsədim qazanc əldə etmək olub.
Mən müştəri ilə getməyəndə mənə faiz vermirdilər.
Deyirdilər ki, müştərinin özü gəlib.
Buna görə məcbur qalaraq müştəri ilə həmin mağazaya getmişəm”.
Daha sonra ifadə verən Eyvaz Əliyev bildirib ki, bu hadisədən 5-6 ay əvvəl maşınını satıb.
Maşını bazarda satdığı üçün kimin aldığını bilməyib.
Sonradan ifadə alınması üçün prokurorluğa çağırılıb:""“Prokurorluqda bildim ki, “Bravo”da baş verən hadisə yerinə mənim satdığım maşınla gediblər.
Mənim başqa heç bir məlumatım yoxdur”.
Digər şahid Elvin Abdullayev deyib ki, hadisə baş verən vaxt “Bravo”da mühafizə rəisi işləyib:""“Birdən səs-küy gəldi.
Şüşənin qırılmasından çölə çıxdım.
Gördüm ki, inkassatorla gələn şəxslərə atəş açılıb.
Təqsirləndirilən şəxslərdən Dəyanət Qüdrətovu tanıyıram.
Onu da mağazanın kameralarına baxarkən görmüşəm.
Birinin əlində tapança, digərinin əlində avtomat var.
Dəyanət silahdan atəş açmaq istəyirdi.
Digər şəxsin isə (əməliyyat zamanı məhv edilən Ruhlan İsmayılovu nəzərdə tutur - red.)
avtomatdan atəş açması kameralara düşmüşdü.
Onun atəş açmasına kameralara baxanda şahid oldum”.
Daha sonra təqsirləndirilən Səbuhi Qurbanovun vəkili Cavanşir Qasımzadə vəsatətlə çıxış edib.
O bildirib ki, müvəkkili ibtidai istintaqın sonunda müstəntiqin təzyiqi altında cinayət işinin materialları ilə tanış olmadığı halda sənədlərə imza atıb.
Vəkil deyib ki, Səbuhi Qurbanova cinayət işi ilə təkrar tanış olması üçün şərait yaradılmalıdır.
Hakim isə deyib ki, təqsirləndirilən Səbuhi Qurbanovun istintaq dövründə vəkili olmuş İqbal Həsənovla birlikdə cinayət işi ilə tanış olduqları barədə sənədlərə imza ediblər.
Bu barədə müstəntiqin də qərarı var.
Hakim deyib ki, narazılıq varsa, o zaman müstəntiqin həmin qərarından şikayət edə bilərlər.
Növbəti proses fevralın 21-də davam edəcək.
İttihama görə, 2023-cü ilin martın 4-də qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketinə edilən silahlı basqın nəticəsində xidməti vəzifəsini yerinə yetirərək orada quraşdırılmış və “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bankomata pul vəsaitlərini yerləş...
Keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində iştirak edən Ruhlan İsmayılov tutularkən polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.
Ölmüş təqsirləndirilən Ruhlan İsmayılovun qeyd edilən cinayətdə təqsiri istintaq zamanı tam sübuta yetirilmiş olsa da, onun barəsində cinayət yeni xarakterli xüsusatlar aşkar edildiyinə görə iş materiallarından barəsində cinayət işi ayrılaraq istintaqı davam etdirilir.
Cinayətin törədilməsində istifadə edilən ”AKS Lancaster-03” markalı yivsiz ov tüfəngi, “Makarov” tipli tapança, həmçinin təqsirləndirilən şəxslərin yaşadığı ünvandan “Minta37” markalı tapança, çoxsaylı döyüş sursatı, “Unibank Kommersiya Bankı” ASC-yə məxsus 16 min 835 manat və 20 min 100 ABŞ dolları məbləğində pul vəsa...
Məlum olub ki, təqsirləndirilən şəxslərdən Babək İsgəndərov müharibə veteranıdır, Füzuli və Xocavəndin azad olunması medalları ilə təltif olunub.
Digər təqsirləndirilən Rövşən İsmayılov isə hadisədən sonra polisə müqavimət göstərərkən məhv edilən Ruhlan İsmayılovun atasıdır.
Xəzər rayonu, Qala qəsəbəsinin sakinləri yararsız yolların vəziyyətindən narahatdırlar.
Qala stansiyası, “Hərbi mühafizə dəstəsi” adlanan küçədə yaranan gölməçələr həm piyadalara, həm də sürücülərə çətinlik yaradır.
Sakinlərin sözlərinə görə, küçədən keçmək üçün ya həyətlərin hasarlarından, ya da qaz borusundan tutmaq məcburiyyətində qalırlar.
“Uşaqlar məktəbə getməkdə çətinlik çəkirlər.
Həkimə xəstə aparıb-gətirməli oluruq.
Gölməçələr rahat hərəkət etməyə imkan vermir.
Müraciət etmişik, amma heç kim maraqlanmır”, - deyə şikayətçilər narazılıq bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən ərazi qurumun balansında deyil.
Xəzər Rayon İcra Hakimiyyətinə isə dəfələrlə müraciət edilməsinə baxmayaraq, qurumdan məsələyə münasibət bildirilməyib.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Yaponiya dünyanın üçüncü ən güclü iqtisadiyyatı statusunu Almaniyaya ötürüb.
Zəif daxili tələbat səbəbindən ölkə iqtisadiyyatı 2023-cü ilin son rübündə gözlənilmədən tənəzzülə uğrayıb.
Bu barədə Yaponiya hökumətinin hesabatına istinadən məlumat yayılıb.
Yaponiyanın nominal ümumi daxili məhsulu inflyasiya nəzərə alınmadan 4,21 trilyon dollar təşkil edib.
Eyni zamanda, Almaniyanın ÜDM-i 4,46 trilyon dollara çatıb.
“Bu, keçən il koronavirusla bağlı azalmış tələbata görə verilən dəstəyə baxmayaraq baş verib.
Real əməkhaqqı bərpa olunmağa başlayana qədər heç bir eyforiya olmayacaq”, - deyə “Daiwa Securities Co”nun baş iqtisadçısı Toru Suehiro bildirib.
O, nəticələri bazarlar üçün “mənfi sürpriz” adlandırıb.
Ölkə iqtisadiyyatının zəifləməsi əsasən milli valyuta olan yenin dəyərinin düşməsi ilə bağlı olub.
Oktyabr-dekabr rübündə iqtisadiyyat əvvəlki rüblə müqayisədə 0,1 faiz və ya illik müqayisədə 0,4 faiz azalıb.
Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
President.az xəbər verir ki, təbrikdə deyilir:""“Zati-aliləri.
İcazə verin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi çatdırım.
1995-ci ildə diplomatik əlaqələr qurulandan bəri Malta Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər yüksək səviyyədə inkişaf etmişdir.
Ölkələrimiz qarşılıqlı hörməti və mehriban dostluğu daha da gücləndirməklə yanaşı, sıx əməkdaşlığı və dərin anlaşmanı inkişaf etdirmişlər.
Əminəm ki, ölkələrimizin xalqlarının ümumi mənafeyi naminə Malta ilə Azərbaycan arasında mövcud olan çoxillik əlaqələr ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün nəzərdə tutulan yeni sahələrin araşdırılması yolu ilə möhkəmləndirilə bilər.
Mən, həmçinin ölkələrimizin çoxtərəfli səviyyədə, xüsusən də Birləşmiş Millətlər Təşkilatında ümumi üzvlüyümüz vasitəsilə əlaqələrinin səmərəli inkişafını yüksək qiymətləndirirəm.
Bundan əlavə, Malta Respublikası Şərq Tərəfdaşlığı (ŞT) kimi regional dialoq çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında sıx və strateji tərəfdaşlığın davamlı tərəfdarı olaraq qalır.
Zati-aliləri, fürsətdən istifadə edərək Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayır və ən yüksək ehtiramımı çatdırıram”.
21:20"Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
President.az xəbər verir ki, təbrikdə deyilir:""“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırıram.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri Konfransına 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq.
Mən Sizin rəhbərliyinizlə Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini, o cümlədən regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olunmasını səbirsizliklə gözləyirəm.
Birləşmiş Millətlər Təşkilatı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda və çoxtərəfliliyin gücləndirilməsində Azərbaycan Hökumətinə və xalqına, Bakıdakı nümayəndəliyi vasitəsilə dəstək verməyə hazırdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”.
18:46"Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda Zuzana Çaputova Prezident vəzifəsinə seçilməsi münasibətilə dövlətimizin başçısını Slovakiya vətəndaşları adından və şəxsən öz adından təbrik etdiyini bildirib.
Slovakiya Prezidenti müasir dünyanın bir sıra çağırışlarla üzləşdiyini qeyd edərək, həll yollarının qarşılıqlı əməkdaşlıq, dialoq, çoxtərəflilik və beynəlxalq hüququn prinsiplərinə, o cümlədən suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında tapılmasının önəmini vurğulayıb.
Slovakiya ilə Azərbaycan arasında uzunmüddətli dostluq əlaqələrinin mövcud olduğunu bildirən Prezident Zuzana Çaputova qarşılıqlı olaraq səfirliklərin açılması sayəsində ölkələrimizin əməkdaşlığının daha da dərinləşəcəyini qeyd edib.
Prezident Zuzana Çaputova Prezident İlham Əliyevə möhkəm cansağlığı və vəzifəsinin icrasında uğurlar, Azərbaycan vətəndaşlarına sülh, firavanlıq arzulayıb.
18:24"Fevralın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
President.az xəbər verir ki, məktubda deyilir:""Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İlham Əliyevi prezident seçkisində qələbə münasibətilə təbrik edib, Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti və Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bir daha vurğulayıb və yüksək səviyyədə həyata keçirilən təmasların əlaqələrimizin möhkəmlənməsi işinə töhfə verdiyini bildirərək Birləşmiş Ərəb Əmirli...
Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini COP28-in uğurla keçirilməsi münasibətilə təbrik edib və eyni zamanda COP29-un Azərbaycanda keçirilməsi üçün göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Telefon söhbəti zamanı əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparılıb.
17:07"Slovakiya Respublikasının Baş naziri Robert Fiko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:""“Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
İnanıram ki, sizin liderliyinizlə Azərbaycan inkişafa doğru daha sürətlə irəliləyəcək, ölkədə sosial və iqtisadi sabitlik dərinləşəcək, xalqınızın rifahı naminə yeni nailiyyətlər əldə ediləcək.
Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri dərinləşəcək və ikitərəfli əməkdaşlığın yeni sahələri üzrə daha da inkişaf edəcək.
Mən bu münasibətlərin hərtərəfli yüksəlməsində, o cümlədən iqtisadi-ticari sahədə daha yaxşı nəticələr əldə olunmasında maraqlıyam.