Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Rusiya Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizminə alternativ görmür”. |
Bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxış edib. |
Rusiya rəsmisinin sözlərinə görə, Cənubi Qafqazın gələcəyini region ölkələri müəyyən etməlidirlər. |
“Halbuki, nə ABŞ, nə Fransa, nə də Avropa İttifaqı dövlətləri bu ölkələrə aiddir”, - Mixail Qaluzin vurğulayıb. |
Rusiya XİN nümayəndəsi əlavə edib ki, KTMT tərkibində qalmaq ilk növbədə Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir. |
Yol hərəkəti qaydalarını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan VAZ-2107 markalı avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb. |
Bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb. |
Bildirilib ki, araşdırma zamanı məlum olub ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Abşeron rayon sakini Vidadi Yusifov Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olmaqla yanaşı, sözügedən VAZ-2107 markalı avtomobili saxta üsulla hazırladığı 90-FL-009 dövlət qeydiyyat nişanları ilə etibarnaməsiz idarə... |
Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülməklə sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib. |
Yasamal rayonunda səki zəbt edilib. |
Oxu.Az bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. |
Belə ki, Zivər bəy Əhmədbəyov küçəsində səki üzərində bir tikili inşa edilib. |
Sürücülər isə maşınları səkidə park edirlər. |
Eyni zamanda, səkidə metaldan da hasar qurulub. |
Nəticədə piyadalar yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət edirlər. |
Aidiyyəti qurumlar isə təhlükəni aradan qaldırmağa təşəbbüs göstərmirlər. |
“AzerTelecom” şirkətinin baş direktoru Ana Nakaşidze ötən həftə Dubayda (BƏƏ) keçirilmiş “Capacity Middle East” tədbirində panel müzakirəsində çıxış edib. |
“Mövcud marşrutların diversifikasiyası Yaxın Şərqin internet kabel xəritəsini dəyişirmi?” mövzusunda keçirilmiş müzakirələrdə telekommunikasiya sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərin rəhbər şəxsləri iştirak ediblər. |
Panel müzakirəsi zamanı xüsusilə süni intellektin inkişafı və rabitə texnologiyalarının sürətli yayılması, eləcə də internet resurslarından asılılığın güclənməsi fonunda marşrutların şaxələndirilməsinə artan tələbat və beynəlxalq bağlantı xidmətlərinin davamlılığı məsələləri müzakirə edilib. |
“Qlobal və regional şəraitin, eləcə də yeni texnologiyaların internetin yayılması coğrafiyasına təsir etməsi səbəbindən, Yaxın Şərq və qonşu region ölkələri bağlantı xidmətləri üçün yeni dəhlizlər və coğrafi imkanları axtarırlar. |
Cənubi Qafqaz və ya Orta dəhliz Yaxın Şərq üçün bağlantı xidmətlərinin təmini istiqamətində əvvəlki dövrlə müqayisədə daha önəmli və aktual marşruta çevrilir. |
Sözügedən regionda yeni, irimiqyaslı layihələrin həyata keçirilməsi bu marşrutun səmərəliliyinin artırılmasına və daha cəlbedici olmasına təsir göstərəcək”, - deyə Ana Nakaşidze vurğulayıb. |
“Capacity Middle East” Yaxın Şərq və ətraf regionlardan 2600-dən çox İKT sahəsində fəaliyyət göstərən aparıcı şirkətləri cəlb edən əhəmiyyətli qlobal tədbirlərindən biridir. |
Tədbir telekommunikasiya operatorları, bulud texnologiyaları, kontent, proqram təminatları, məlumat mərkəzləri və digər sahələrin nümayəndələrini bir araya gətirir. |
“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir. |
Sabahkı hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. |
Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib. |
Bildirilib ki, fevralın 16-da Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. |
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Ukraynaya 50 milyard avro məbləğində yardım göstərilməsi üçün lazım olan sənədləri razılaşdırıblar. |
Razılaşdırılmış mətn indi Avropa Parlamentindən təsdiq almalıdır. |
Kiyevin bu vəsaiti martın əvvəlindən almağa başlayacağı gözlənilir. |
Xatırladaq ki, fevralın 1-də Aİ-yə üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Kiyevə növbəti 4 il üçün 50 milyard avro məbləğində uzunmüddətli büdcə yardımının ayrılmasını təsdiqləyiblər ki, bu da Ukrayna üçün büdcə vəsaitinin 2023-cü illə müqayisədə 1,5 dəfə azaldılması deməkdir. |
Mənbələrin verdikləri məlumata görə, Brüssel 2023-cü ilin dekabrında bu yardım paketini bloklayan Macarıstanın Baş naziri Viktor Orbanın əsas tələbini yerinə yetirməyə razılaşıb. |
Belə ki, Kiyevə ödənişlər avtomatik olmayacaq, Aİ liderləri Kiyevin Brüsselin bütün şərtlərini yerinə yetirdiyinə nəzarət edərək, illik əsasda bu ödənişləri yenidən qiymətləndirməli və yenidən təsdiq etməlidir. |
Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb. |
Bununla bağlı President.az məlumat yayıb. |
Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb. |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsindən sonra boş qalan və yeni yaranan vakant yerlər üzrə qeydiyyat başlayır. |
İdarədən Oxu.Az-a verilən xəbərə görə, fevralın 15-dən başlayan qeydiyyat prosesi fevralın 26-da saat 23:59-da başa çatacaq. |
Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər. |
Namizədin yalnız bir məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var. |
Namizədlər birillik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. |
Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək. |
“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik ed... |
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamı imzalayıb. |
Sərəncama əsasən, əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti 2025-ci ilə qədər uzadılıb. |
Qalxanabənzər vəz, qaraciyər, böyrəyin işinin pozulması və şəkərli diabet bədən qoxusunun dəyişməsinə səbəb ola bilər. |
Bu barədə Rusiyanın tanınmış həkimi Olqa Ulankina xəbərdarlıq edib. |
Onun sözlərinə görə, qaraciyər və böyrək xəstəlikləri dəridən və nəfəsdən ammonyak qoxusunun gəlməsinə səbəb ola bilər. |
“Aseton qoxusu isə diabetin əlamətlərindən biridir. |
Bu xəstəlikdə insulinin qeyri-kafi miqdarda olması və ya ona qarşı müqavimət səbəbindən orqanizm qlükozanı qəbul etmir, ona görə də özünü enerji ilə təmin etmək üçün yağları və zülalları emal etməyə başlayır. |
Bu maddələrin parçalanması nəticəsində keton cisimləri əmələ gəlir - onlar kəskin qoxuya cavabdehdirlər”, - deyə həkim bildirib. |
Ekspert sirkə qoxusunun endokrin xəstəlikləri, vərəmi və D vitamini çatışmazlığını göstərə biləcəyini qeyd edib. |
“Fiziki fəaliyyətdən və bol tərləmədən sonra tərin turş qoxusu normaldır, ancaq duş qəbul etdikdən sonra təmiz bədəndən sirkə iyi gəlirsə, narahat olmalısınız”, - deyə Ulankina izah edib. |
Həkim, həmçinin vurğulayıb ki, qalxanabənzər vəzin işinin pozulması tərləmənin artmasına və nəticədə bədən qoxusunun kəskinləşməsinə səbəb ola bilər. |
“Çox miqdarda ədviyyatlı ərzaqların, yarımfabrikatların və hazır şirniyyatların istehlakı da bədən qoxusuna təsir edə bilər”, - deyə Ulankina sözlərini yekunlaşdırıb. |
Fotoqraf əməkdaşımızla Azərbaycan sahibkarı, milyonçu, neft hasilatçısı və xeyriyyəçi olmuş Ağa Musa Nağıyevin də məzarı olan qəbiristanlıqdan reportaj hazırlamaq üçün yola düşürük. |
Yolboyu məzarlığın ünvanını bir neçə şəxsdən dəqiqləşdirir, nəhayət mənzilbaşına çatırıq. |
Bura Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən köhnə qəbiristanlıqdır. |
Elə milyonçunun məzarı da qəbiristanlığın düz girişindədir. |
Bu “son mənzil” o hamının dediyi əbədi hüzurdan çox uzaqdır. |
Girişdəki hasar uçulub, sanitar qovşağın isə sanitariyadan xəbəri yoxdur..."""Fotoqraf milyonçunun məzarını və baxımsız qalan qəbiristanlığın şəklini çəkən zaman bir axund bizə yaxınlaşıb burada nə üçün şəkil çəkdiyimizi soruşur. |
Baxımsız qalan qəbiristanlıq barədə çəkiliş etdiyimizi deyirik. |
Axund:“Düz edirsiniz, hər tərəfi çəkin, zəhmət olmasa. |
O qədər baxımsızlıqdır ki...Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə, bələdiyyəyə müraciət etmişik, amma bir faydası olmayıb”, - deyir. |
O, əli ilə qəbiristanlığın yuxarı tərəfini göstərir:“Elə məzarlar var ki, uçub-dağılır. |
Ayağını torpağa basanda haraya düşəcəyin bilinməz”. |
Niyə milyonçunun bir neçə sümüyü qalıb? |
Axund bir qədər susur və daha sonra Ağa Musa Nağıyevin məzarına baxıb söyləyir:“Dörd dəfə məzar yeri dəyişilib. |
Milyonçunun sonuncu mənzilinə bir neçə sümüyü yerləşdirilib. |
O qədər yer dəyişdirilən zaman sümük qalar?!. |
Burada haranı qazsanız, insan sümükləri çıxacaq. |
Hətta çoxları itib-batıb...”""Mən tez ad-soyadını soruşuram və mikrofona danışmağını xahiş edirəm. |
Amma o bununla razılaşmır və şəkli çəkilmədən bizə qəbiristanlıq, buraya köçürülən qəbirlər barədə danışmaq istədiyini bildirir. |
Çünki mən də bura haqqında tam məlumatlı deyiləm. |
“Elə qəbir var ki, 20 insanın meyitinin qalıqları oradadır”""O deyir ki, qəbiristanlıq 1943-cü ildən salınsa da, dəfn olunanların sayı 1956-cı ildən sonra artıb:""“İndi buranı hər kəs Binəqədi rayonu, Biləcəri qəsəbəsində köhnə qəbiristanlıq kimi tanıyır. |
Amma əvvəllər bura “Köçürmə” qəbiristanlıq adlandırılıb. |
O vaxt Biləcəri Dəmiryol Stansiyası üçün tunel qazılan zaman oradakı qəbiristanlıq layihəyə düşüb. |
Oradakı məzarlar indiki qəbiristanlığın yuxarı hissəsinə köçürülüb. |
Hamı öz yaxınının sümüklərini torbalara yığıb, burada basdırıb. |
Adamlar neçə qəbir qazıblar...Hətta elə qəbir var ki, 20 insanın meyitinin qalıqları bir yerə qoyulub. |
Mənim babam bacılarının, atasının, anasının sümüklərini bir yerdə basdırıb”. |
Burada tək müsəlmanların deyil, xristianların da məzarları yerləşir. |
Ən çox da tatarların qəbirləri dağılıb. |
Bəs bir qəbrin torpağa qarışması üçün nə qədər zaman lazımdır? |
Heydər məscidinin imamı Rüfət Qarayev Oxu.Az-a açıqlamasında bildirib ki, dinimizdə zərurət olmadan qəbiristanlığın, qəbrin köçürülməsi məqbul hesab edilmir:""“Çünki qəbiristanlığı, qəbri biz istədiyimiz zaman köçürmək qərarı verməklə ölülərə hörmətsizlik etmiş olarıq. |
Şəriət, sadəcə, istisna vəziyyət kimi köçürməni qəbul edir. |
İslamda müsəlman qəbri yerdən dörd barmaq hündürlükdə və üstündə başdaşı ola bilər. |
Qəbirlərin torpağa qarışması üçün dəqiq neçə ilin, əsrin gərək olduğunu demək düzgün deyil. |
Amma illər keçdikcə rəhmətə gedən şəxslərin nəticələri, kötücələri daha az ziyarət edəcəklər və məzar itib-batacaq. |
Məsələn, kiminsə torpağa basdırılmasının üzərindən bir əsr vaxt keçibsə, onun yerində bağ salına bilər, bina tikilə bilər. |
Çünki həmin şəxsin sümükləri torpağa qarışıb. |
Əgər hansısa iş zamanı həmin torpaqdan sümük çıxarsa, onu toplayıb, başqa yerdə basdırmaq olar”. |
Şəhidlərin bədəni çürümürsə, ancaq qəbiristanlıq köçürülərsə, hansı addım atılmalıdır? |
R.Qarayev vurğulayıb ki, əgər qəbiristanlıq köçürülərsə, onların qəbirlərinin daşınmaması daha doğrudur:""“Peyğəmbərimizin hədislərinə baxdığımız zaman şəhidlərin bədəninin çürümədiyi bildirilir. |
Eyni zamanda, xüsusi tədqiqat aparan, Allah qatında olan məqamlarına görə, alimlərin də vücudlarının çürümədiyi deyilir. |
Əgər qəbiristanlıq köçürülərsə, belə qəbirlər daşınmamalıdır. |
Ehtiram əlaməti olaraq, onların üzərinə türbə tikilib, saxlanıla bilər. |
Məcburiyyətdən köçürülərsə, aparıldığı yerdə də onların qəbirləri üzərində türbə salına bilər. |
Oraya gələn şəxslərin cənazə sahiblərini xoş dualarla anması, ziyarət etməsi məqbul olan əməllərdən sayılır”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.