Search is not available for this dataset
text
stringlengths
10
518k
Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır.
Dövlət başçı Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış da edib.
Məhz Bakıda keçirilən tədbirdə Fransa müstəmləkəsini sərt tənqid edən Bakı Bəyannaməsi qəbul olunub, tədbirin davamı kimi Cenevrədə beynəlxalq konfrans keçirilib.
Bu səbəbdən də erməni lobbisinin təsiri altında olan fransalı siyasilər, rəsmi orqanlar Azərbaycanı hədəfə alan bəyanat və təşəbbüslərlə çıxışlarının sayını artırıblar.
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.
Oxu.Az-ın məlumatına görə, onlar kişilər arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Bosniya və Herseqovinanın “Voqoşka” və Rumıniyanın “Minamur Baya Mare” komandaları arasında keçiriləcək cavab görüşünə təsadüf edəcək.
Qarşılaşma fevralın 18-də Voqoşka şəhərindəki “Sportska Dvorana Amel Beçkoviç” zalında təşkil olunacaq.
Qeyd edək ki, komandalar arasında Rumıniyada baş tutan ilk oyunda “Minamur Baya Mare” 36:26 hesablı qələbə qazanıb.
İsveçrə, Avstriya, Çexiya, Almaniya və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu maqnetizmin yeni növünün - altermaqnetizmin kəşfini elan ediblər.
Bu, gələcək tədqiqatlarda sıçrayış vəd edir və yeni texnologiyaların yaradılmasına səbəb ola bilər.
Fiziklər fotoemissiya spektroskopiyasından istifadə edərək manqan telluridinin altermaqnit xüsusiyyətlərini eksperimental olaraq sübut ediblər.
Qeyd edək ki, son vaxtlara qədər iki növ maqnetizm - ferromaqnetizm və antiferromaqnetizm elmə məlum idi.""Mənbə:Gazeta.ru
“Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilmiş Estoniyanın Baş naziri Kaya Kallas hansısa dövlət tərəfindən Rusiyaya ekstradisiya oluna bilər”.
Bu sözləri Estoniyanın baş prokuroru Andres Parmas deyib.
Onun sözlərinə görə, bu, bir siyasətçi üçün əsas risklərdən biridir.
“Əgər hər hansı ölkə öz öhdəliklərindən imtina etmək qərarına gəlsə və məsələn, Rusiya ilə bağlanmış ekstradisiya müqaviləsinə istinad etsə, o zaman bizə ancaq qanuna etiraz etmək qalacaq”, - deyə Parmas bildirib.
Onun sözlərinə görə, Kaya Kallas beynəlxalq diplomatik hüquqla qorunmalıdır, lakin Tallin üçüncü ölkələrdən belə müdafiəni tələb edə və ya gözləyə bilməz.
Parmas əlavə edib ki, Kallas vəzifəsini tərk edərsə və qeyri-siyasi fiqur kimi səyahət edərsə, risk artacaq.
Xatırladaq ki, Estoniya Baş naziri Kaya Kallas və dövlət katibi Taymar Peterkop Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi üzrə axtarışa verilib.
Bu səbəbdən Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ondan yazılı izahat tələb olunub.
“Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırdır”.
Oxu.Az xəbər verir ki, nasir ötən gündən xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Oxu.Az-a açıqlamasında məlumatı təsdiqləyib:""“Xalq yazıçısı Mövlüd Süleymanlı beyininə qan sızma (insult) diaqnozu ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Onun klinikada müalicəsi xüsusi nəzarət altında aparılır”.
Yanvar ayında istefaya göndərilən “Roma” klubunun keçmiş baş məşqçisi Joze Mourinyo sabiq klubunun rəhbərliyini tənqid edib.
Portuqaliyalı mütəxəssis bildirib ki, onun UEFA Avropa Liqasında “Roma”ya köməyi dəyə bilərdi.
“Mən Avropa Liqasının pley-off mərhələsində təkcə “Roma”dan qovulduğum üçün deyil, ilk növbədə futboldan xəbəri olmayan insanlar məni klubdan uzaqlaşdırdıqları üçün iştirak etmirəm” , - deyə 61 yaşlı mütəxəssis qeyd edib.
Argentinanın cənubunda Pataqoniya bölgəsində yerləşən mağaradakı eramızdan əvvələ aid rəsmlərinin düşünüldüyündən daha qədim olduğu ortaya çıxıb.
Belə ki, ibtidai qalereya təxminən 100 nəsil insana bilik ötürməyə xidmət edib.
Bu barədə Milli Tədqiqat Şurasının (CONICET), həmçinin Milli Antropologiya və Latın Amerikası Düşüncə İnstitutunun (INAPL) argentinalı alimlərinin “Science Advances” (“SciAdv”) elmi jurnalında dərc olunan məqaləsində bildirilir.
Məlumnata görə, yeni radiokarbon təhlil mağaradakı təsvirlərin təxminən 8 200 il əvvəl, son Holosen dövründə yaradıldığını müəyyən edib.
Bu, əvvəlki hesablamadan bir neçə min il əvvəldir.
Yeraltı qalereyada arxeoloqlar tərəfindən 446 motivə görə qruplaşdırılmış 895 unikal əsər sayılıb.
Elm adamları tapıntını təxminən 3 000 il davam edən bir növ tarixi xronologiya hesab edirlər.
Holosen dövrünün sonlarında bu region çox quru və isti olduğundan ovçu-toplayıcılar bu yerdən ünsiyyət üçün istifadə ediblər, mağara divarlarında rəsmlər şəklində qeydlər buraxıblar.
Bu, qəbilələrin qədim Pataqoniyanın sərt iqlimində sağ qalmasına kömək edib.
Xatırladaq ki, bundan əvvəl Britaniyada müəmmalı şəkildə əsrlərlə xarab olmayan yumurta tapılmışdı.
Filippinin cənubundakı Davao de Oro əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 90-a çatıb, daha 37 nəfər isə hələ də itkin sayılır.
Qeyd edək ki, fevralın 12-də 68 ölüm halı qeydə alınıb.
Həmin vaxt 51 nəfər itkin düşənlər siyahısına salınmışdı.
“Apex Mining” qızıl mədən şirkətinin böhran qərargahının rəhbəri Ferdinand Dobley bildirib ki, qeyri-sabit torpaq və yeni sürüşmə təhlükəsi səbəbindən axtarış əməliyyatı dayandırılıb.
Filippinin Silahlı Qüvvələri insanların xilas edilməsi və fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunub və bununla da əhaliyə humanitar yardım göstərilib.
İlkin əməliyyata təxminən doqquz hektar ərazidə yüzlərlə insan və ağır texnika cəlb olunub.
Milli Məclis “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxıb.
Oxu.Az-ın məlumatına əsasən, iclasda deputatların təkliflərindən sonra Əli Əsədovun baş nazir təyin edilməsinə razılıq məsələsi səsverməyə qoyulub.
Milli Məclis Əli Əsədovun baş nazir olmasına razılıq verib.
Bildirək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.
Əli Əsədov 2019-cu ilin 8 oktyabrından baş nazir vəzifəsini icra edir.
10:01"Milli Məclisin iclasında “Əli Əsədovun Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxılır.
Oxu.Az xatırladır ki, təqdimat Prezident İlham Əliyev tərəfindən Milli Məclisə daxil olub.
Bildirək ki, Əli Əsədov 2019-cu ilin 8 oktyabrından baş nazir vəzifəsini icra edir.
08:00"Bu gün Milli Məclisin iclası keçiriləcək.
Oxu.Az xatırladır ki, iclasda Prezident İlham Əliyevin baş nazirin təyin olunması üçün təqdimatına baxılacaq.
Qeyd edək ki, Milli Məclis Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan baş nazirinin vəzifəyə təyin edilməsinə razılıq verir.
Bildirək ki, Azərbaycanda Nazirlər Kabineti 2024-cü ilin fevralın 14-də istefa verib.
Bu, növbədənkənar prezident seçkisindən sonra tələb olunan prosedurla əlaqədardır.
Bədii filmlərin çəkilişləri üçün yaranmış bütün borclar Mədəniyyət Nazirliyi tərəfindən ödəniləcək.
Bu barədə Kino Agentliyi məlumat yayıb.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada nazirlikdə həll edilib.
“Mədəniyyət nazirinin əmri ilə, nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı Kino Agentliyi tərəfindən ödənilmək üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilib.
Bir daha bildiririk ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcək”, - məlumatda qeyd olunub.
İranın Araz Azad İqtisadi Zona Təşkilatının İdarə Heyətinin sədri və baş direktoru Məcid Kiani Naxçıvan Muxtar Respublikasına səfəri zamanı İranın baş konsulu ilə görüşüb.
O, Culfa-Naxçıvan dəmir yolu xəttinin yenidən açılması üçün İran Xarici İşlər Nazirliyindən kömək istəyib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məcid Kiani İranın Naxçıvandakı Baş Konsulluğunun mövcud dəmir yolu imkanlarından istifadə ilə bağlı diskurs yaratmaqda təsirli rol oynaya biləcəyini deyib.
“İran və Azərbaycan arasında çoxillik əlaqələri nəzərə alaraq, iki ölkə arasında ticarətin inkişaf edəcəyi gözlənilir.
Bununla əlaqədar Araz Azad İqtisadi Zonasının məhsulları Naxçıvan və Azərbaycan bazarına əvvəlkindən daha çox çıxarılmalıdır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Araz Azad İqtisadi Zonasının 2013-cü ildən başlayaraq son 10 aya qədər Azərbaycana ixrac həcmi 105 milyon dollar olub.
“Bu illər ərzində Azərbaycan sözügedən iqtisadi zonanın ikinci ixrac istiqaməti kimi tanınıb”, - deyə Kiani qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasimi, tədbirdə söylədiyi nitqində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, mərasim Türkiyənin nüfuzlu media qurumları, qəzetləri və televiziyaları tərəfindən yayımlanıb.
“Anadolu” Agentliyinin yaydığı xəbərdə bildirilir ki, fevralın 7-də Azərbaycanda keçirilən prezident seçkisində 92,12 faiz səs toplayan Prezident İlham Əliyev and içərək səlahiyyətlərinin icrasına rəsmən başlayıb.
Yazıda dövlətimizin başçısının nitqindən bu sitat gətirilib:“Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”.
Agentliyin yaydığı “Azərbaycan Prezidenti Əliyev:Ermənistan və ona dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz” sərlövhəli analitik məqalədə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev nitqində Ermənistanla danışıqlar prosesi, İkinci Qarabağ müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən ...
“Ensonhaber” saytı məqaləsini “Azərbaycan Prezidenti Əliyev:Üçüncü Dünya müharibəsi çox yaxındır” sərlövhəsi ilə dərc edib.
Məqalədə dövlətimizin başçısının nitqində səsləndirdiyi bu fikirlər xüsusi olaraq oxucuların diqqətinə çatdırılıb:“Dünya faktiki olaraq Üçüncü Dünya müharibəsinə çox yaxındır.
Bəziləri hesab edir ki, artıq bu Üçüncü Dünya müharibəsi başlamışdır”, “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”, “Biz, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik.
Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir.
Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir.
Bizim başqa ailəmiz yoxdur”, “Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin.
Buna biz ancaq birlikdə nail ola bilərik” və sair.
NTV-nin yaydığı informasiya Azərbaycan Prezidenti İlham Əliyevin and içərək səlahiyyətlərinin icrasına başladığı vurğulanıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün müştərək səylərin vacibliyini xüsusi qeyd edib.
“İhlas Haber Ajansı” (İHA) yaydığı xəbərdə dövlətimizin başçısının nitqində söylədiyi “Bizim Ermənistan ərazisinə iddiamız yoxdur, ancaq onlar da öz iddialarını geri döndərməlidirlər.
Bizdən əsassız iddialarla şantaj dili ilə danışmaq onlara baha başa gələcək və onu yəqin ki, hər kəs görür.
Beləliklə, ordu quruculuğu prosesi davam etdiriləcək.
Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır, Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi.
Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” kimi fikir və mesajlara geniş yer verilib.
“CNN TÜRK”ün yazısında isə dövlətimizin başçısı İlham Əliyevin 92,12 faiz səs toplayaraq növbəti dəfə Prezident seçildiyi, fevralın 14-də and içərək səlahiyyətlərinin icrasına başladığı vurğulanıb.
“Sondakika.com” saytı, “Sabah”, “Duvar”, “Hürriyet” qəzetləri, “Star-Milli İradənin Səsi”, “İyirmidörd” kimi media qurumları və digər portallar da Azərbaycan Prezidentinin andiçmə mərasiminə geniş yer ayırıb, dövlətimizin başçısının Azərbaycan Konstitusiyasına əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyün...
Rusiyanın məşhur aktyoru Aleksey Paninə məhkəmə həbs hökmü çıxarıb.
Panin terror fəaliyyətinə açıq çağırışlarda, terrorçuluğa ictimai bəraət qazandırmaqda və təbliğatda (Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin ikinci hissəsi) ittiham olunur.
Qeyd edək ki, aktyor hazırda Rusiyada yaşamır.
O, bu yaxınlarda Hollivud filminin sınağına dəvət olunduğunu bildirib.
Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Özbəkistanın Daşkənd vilayəti ərazisində “Dağ rəhbəri” kursunda iştirak edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Özbəkistan Müdafiə Nazirliyinin “Çimqan” Dağ hazırlığı üzrə təlim-tədris mərkəzində keçirilən kursda iştirakçılar dağ avadanlıqlarından səmərəli istifadə, qayaya qalxma və enmə, təbii dağ maneə dəhlizlərini aşmaq, dağlıq şəraitdə atəş açmaq, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi və təhlükəsiz təxliyə üzrə ...
“Dağ rəhbəri” kursunda Azərbaycan hərbçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Rusiyanın Novosibirsk vilayətinin Kuybışev şəhərində qaynar su dalğası küçəni bürüyüb.