Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Həmin məsələlər aşağıdakılardır:""1. |
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). |
Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). |
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). |
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). |
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). |
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş). |
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. |
Sabah Masallı rayonunun dörd kəndində qaz təchizatında məhdudiyyət yaranacaq. |
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. |
“Masallı rayonunun Bambaşı kəndində diametri 273 millimetrlik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan iş yekun... |
Rusiya Qara dəniz donanmasının komandanı Viktor Sokolov istefaya göndərilib. |
Məlumata görə, V.Sokolovun işdən azad edilməsinə Ukrayna hərbçilərinin Qara dənizdə “Sezar Kunikov” desant gəmisinə uğurlu hücumu səbəb olub. |
Bildirilib ki, onu vitse-admiral Sergey Pinçuk əvəzləyib. |
Rusiya rəsmiləri informasiyanı hələ ki təsdiqləməyiblər. |
Bu ilin martında Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü baş tutacaq. |
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə görüşündə bildirilib. |
Tərəflər, həmçinin strateji tranzit və enerji layihələrinin həyata keçirilməsi məsələsinə, Gürcüstan, Azərbaycan və Türkiyənin tranzit potensialına toxunublar. |
Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, eləcə də Orta Dəhliz layihəsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib. |
Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməliyyat aparatı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə Balakəndə əməliyyat-axtarış tədbiri keçirilib. |
Penitensiar Xidmətdən verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və bir ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb. |
Faktla bağlı araşdırma aparılır. |
“Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı”. |
AZƏRTAC xəbər verir ki, bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Nihat Məmmədli Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətinə açıqlamasında deyib. |
60 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı zədə səbəbindən yarışa istədiyi kimi hazırlaşa bilmədiyini söyləyib:""“Reytinq turnirində zədə almışdım. |
Bu səbəbdən Xorvatiyada keçirilən təlim-məşq toplanışından kənarda qaldım. |
Bakıda həm bərpa prosesi keçdim, həm də bu yarışa hazırlaşdım. |
Müəyyən çətinliklər olsa da, həm şəxsi, həm də komanda hesabında yaxşı nəticə göstərdik”. |
Onun sözlərinə görə, finalın ağır keçəcəyi əvvəldən bəlli idi:""“Çünki rəqibim çox təcrübəli idi.Ancaq bu görüşə yaxşı hazırlaşdığım üçün qalib gəldim. |
Qələbəmi yenicə dünyaya gələn və mənə dayılıq hissini yaşadan bacımın qızı Gülaya həsr edirəm”. |
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatını üç qızıl, iki gümüş və bir bürünc medalla başa vurublar. |
“NATO üzvü olan bir qrup ölkə Ukraynaya bir milyon pilotsuz uçuş aparatı (PUA) tədarük etmək qərarına gəlib”. |
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib. |
Onun sözlərinə görə, NATO-nun 20 üzvü Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq məsələsində də razılığa gəlib. |
Bu gün səhər saatlarında Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 12-ci kilometrində yol təsərrüfatına ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. |
Oxu.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. |
Məlumata görə, yük maşını idarəetmədən çıxaraq beton arakəsmə maneələrə dəyib. |
Nəticədə beton maneələr və bir işıq dirəyi sıradan çıxıb. |
Dərhal əraziyə Agentliyin əməkdaşları gələrək yolun sözügedən hissəsində əlavə təhlükəsizlik tədbirləri görüb, hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin ediblər. |
Qəza nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Azərbaycan Ordusunda andiçmə mərasimləri qapalı keçiriləcək. |
Müdafiə Nazirliyi və TƏBİB səbəbləri açıqladı. |
Adları qarışdıran, harada olduğunu unudan Cozef Bayden ağzının danışığını da itirdi. |
Ailəsinin sonunu gətirən Əhməd ömürlük həbs oluna bilərmi? |
Əhmədovların mirası kimə qalacaq? |
Vətəndaş bonus qazancının azalmasından narahatdır. |
Mal əti adı ilə əhaliyə kiloqramı 10 manatdan nə satılır? |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
“Hazırda Bakıda iki min avtobus fəaliyyət göstərir ki, bunun da ən azı 50 faizi dəyişməlidir”. |
Onun sözlərinə görə, marşrutların sayları və marşrutların özünün yaradılması meyarları tarix boyu o qədər də uğurlu olmayıb:""“Nəticə etibarı ilə dayanacaqlara çoxsaylı avtobusların daxil olmasını və sıxlığın əmələ gəlməsini müşahidə edirik. |
Biz yanaşmanı bir az dəyişdirdik, təhlilləri orta göstəriciyə görə deyil, pik saatların göstəricilərinə görə apardıq. |
Ancaq pik saatlarda müəyyən dəyişikliklər etməyimizə baxmayaraq, bu hələdə yetərli deyil”. |
A.Rzayev əlavə edib ki, hazırda Bakı şəhəri üzrə 180 marşrut xətti fəaliyyət göstərir ki, pik saatlarda bu xətlərin təxminən 20-dən çoxunda yüklənmə 90 faizdən çox olur:""“Bu da, həmin marşrutlarda səhər və axşam saatlarında kifayət qədər sıxlıq yaranmasına səbəb olur”. |
Niger hərbi rejiminin başçısı general Abdürrəhman Tçiani ölkəsinin təbii sərvətlərinin bir əsrdən artıq müstəmləkə və neokolonial üsullarla talan edilməsinə görə Fransadan təzminat tələb edib. |
“Fransa müstəmləkə və neokolonial rejim dövründə yüz ildən artıqdır ki, bizim sərvətlərimizi nəzarətsiz şəkildə talayıb. |
Bunun əvəzini bizə tam ödəyəcək. |
Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixi ilə bağlı bütün arxiv məlumatlarını nəzərdən keçirib öyrənəcəyik”, - deyə o bəyan edib. |
General fransızların topladıqları bütün sərvətlərə görə yaranmış borcları ödəməsi üçün ətraflı cədvəl tərtib edəcəklərini deyib. |
Cəlilabad şəhər bələdiyyəsinə yeni sədr seçilib. |
İclasda üzvlər arasında sədr seçilməsi ilə bağlı səsvermə baş tutub. |
Səsvermədə ən çox səsi Özüxan Niftiyev qazanıb. |
“Hazırda Bakı şəhəri üzrə sərnişin daşımalarını həyata keçirən 27 operator var”. |
Onun sözlərinə görə, bunlardan üç, dörd, bəlkə də beş operator həqiqətən də öz fəaliyyətini ciddi şəkildə qurub:""“Həmin operatorların avtobusları şəhərdə digərlərindən fərqlənir. |
Digər daşıyıcılar isə sadəcə biznesini axşam sürücüdən planı almaq üzərində qurub ki, bunun da nəticəsində, dayanacaqda sürücülərin sərnişin üçün mübarizəsini görürük, intervalların qorunmamasını görürük. |
Hətta, belə avtobuslarda plan yerinə yetirildikdən sonra, avtobusu dayandıraraq, həmin günlük xidmətin dayandırılması da müşahidə edilir”. |
Ermənistan Azərbaycanla iki ölkə arasında 2022-ci ildə Praqada imzalanmış yazılı razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazırdır. |
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bəyanatında deyilir. |
“Oktyabrın altısında Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu Bəyannaməni delimitasiya prosesinin siyasi əsası kimi qəbul edir. |
Biz bu saziş əsasında Azərbaycanla sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazır olduğumuzu təsdiq edirk”, - o qeyd edib. |
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. |
Oxu.Az xəbər verir ki, “Altı ay ərzində Zəngəzur dəhlizi açıla, azərbaycanlılar tarixi torpaqlara qayıda bilər” adlı süjetdə “Fitch Solutions” Analitik Mərkəzinin bu ilin birinci yarısında sülh sazişi imzalana biləcəyi və sazişdə Azərbaycanın Naxçıvana çıxışını təmin edəcək Zəngəzur dəhlizinin qəbul ediləcəyi ehtimalın... |
Bildirilib ki, Ermənistan mediası bu proqnozu Qərbin də Zəngəzur dəhlizinin açılması ilə razılaşdığı kimi təqdim edir:""“Əslində, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişində razılaşdırılması çətin olan məsələ məhz Zəngəzur dəhlizi - Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsidir. |
Azərbaycanda prezident seçkisinin başa çatmasından sonra rəsmi Bakı və İrəvanın sülh sazişi müzakirəsi regional müstəvidə prioritet məsələ olaraq yenidən aktuallaşıb”. |
Qeyd olunub ki, Qərb masasında rəsmi İrəvanın istədiyi formatda görüş olarsa və kommunikasiyanın “suverenlik prinsipi” üzrə açılmasına dair hansısa bəyanat qəbul edilərsə, bu, Ermənistanın əlini gücləndirə bilər:""“Çünki indiyə qədər kommunikasiyanın açılması haqqında yeganə üçtərəfli sənədlər Rusiya masasında imzalana... |
Paşinyan Qərb masasında əldə edə biləcəyi razılaşmanı da bu razılaşmalara qarşı alternativ kimi istifadə etməyi planlaşdırır”. |
Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib və Brüssel danışıqlarının bərpa olunması təklifini irəli sürüb:""“Brüsseldə üçtərəfli formatda görüş keçirilərsə, Zəngəzur dəhlizi ilə bağlı eyni yanaşma yenidən gündəmdə olacaq. |
Ermənistanın yeganə ümid qapısı kimi gördüyü Qərb platformasında da Azərbaycanın Zəngəzur dəhlizi layihəsi “xilas yolu” olaraq qəbul edilir. |
Bu, Bakının istəyinə nail olmaq şansını artırır. |
Lakin hər şey təkcə Zəngəzur dəhlizi ilə yekunlaşmır. |
Brüssel formatında danışıqlar yenidən başlayarsa, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsinin də sülh sazişinə daxil ediləcəyi istisna deyil”. |
Sonda vurğulanıb ki, mümkün Brüssel görüşündə Azərbaycan keçən ildəki razılaşmanı gündəmə gətirə və bu razılaşmanın praktiki müstəvidə icrasını aktuallaşdıra bilər:""“Bu baxımdan, bu ilin ilk yarısında, yəni yay fəslinə qədər təkcə Zəngəzur dəhlizi ilə bağlı yox, həm də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsə... |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyə... |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb... |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
Bakıda beş ailə üzvünü amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun hərbi xidmətə nəyə görə aparılmamasına dair suala aydınlıq gəlib. |
Oxu.Az xəbər verir ki, suala cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov verib. |
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və göndəriş əsasında 1 nömrəli “Respublika P... |
Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib. |
Nəticədə Əhməd Mehman oğlu Əhmədov Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib” , - qurum rəsmisi bildirib. |
Fevralın 15-də “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Texniki Universitetinin dəstəyi ilə “Reza Deghatinin gözündə Xocalı soyqırımı” adlı görüş keçirilib. |
Bu barədə Gənclər Fondundan bildirilib. |
Görüşdə Xocalı soyqırımından dərhal sonra çəkdiyi fotolar bütün dünyada yayılan, məşhur fotojurnalist Reza Deghati iştirak edib. |
Azərbaycan Texniki Universitetində keçirilən görüşdə Reza Deghati Xocalı faciəsi, Vətən müharibəsi və Qarabağda yenidənqurma işləri zamanı çəkdiyi fotoları təqdim edib və şahidi olduğu hadisələrdən danışıb. |
O, həmin ağrılı və acılı günlərin indi də gözünün önündə olduğunu söyləyib. |
Fotojurnalist Xocalıda və digər yerlərdə çəkdiyi şəkillərlə bağlı həqiqətləri dünyaya çatdırmağa çalışdığını vurğulayıb. |
Layihənin təşkilatçısı olan “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə verdiyi müsahibəsində layihə barəsində ətraflı məlumat verib və belə layihələrin gənclərin öz keçmişlərini unutmaması üçün vacibliyini vurğulayıb. |
Qeyd edək ki, R.Deghati Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib. |
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev martın altısında Berlində keçirilməsi planlaşdırılan “Dağlıq Qarabağın nəsli kəsilməkdə olan mədəni dəyərlərinin qorunması” adlı tədbirlə bağlı etirazını bildirib və bunun yalançı erməni təbliğatı olacağını qeyd edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.