Search is not available for this dataset
text
stringlengths
10
518k
Davam etdirilən tədbirlərlə M.Əzəmmədov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən satış məqsədilə saxladığı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi istintaqa təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə aparır.
Hesabatda Avropa Şurasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə mübarizə orqanı MONEYVAL-ın Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən müəyyən edilmiş standartlarla uyğunluq səviyyəsinin hərtərəfli qiymətləndirilməsinin nəticələri təqdim olunur.
Qiymətləndirmə prosesinə 10 dövlət qurumunun, eləcə də özəl sektorun ƏL/TMM sahəsində 2015-2023-cü illəri əhatə edən fəaliyyəti nəzərdən keçirilib.
MONEYVAL bildirib ki, Azərbaycanı sonuncu dəfə qiymətləndirdiyi 2014-cü ildən bəri ölkə ƏL/TMM üçün hüquqi və institusional bazanı gücləndirmək məqsədilə bir sıra tədbirlər həyata keçirmiş və effektiv mübarizə sistemini tətbiq etməyə başlayıb.
Hesabatda ölkənin effektivlik göstəriciləri əsas etibarilə yüksək və uğurlu qiymətləndirilib.
Qiymətləndirmə hesabatında Azərbaycanda müvafiq qurumların ƏL/TM risklərini yaxşı başa düşdüyü, terrorçuluğun maliyyələşdirilməsinə (TM) qarşı effektiv mübarizə apardığı qeyd olunub, eləcə də beynəlxalq əməkdaşlıq, digər ölkələrin maliyyə monitorinqi və hüquq-mühafizə orqanları ilə operativ məlumat mübadiləsi müsbət qi...
Hesabatda həmçinin, hüquq-mühafizə orqanlarının ƏL/TM və əsas hüquqpozmalarla əlaqəli sübutların müəyyən edilməsi və cinayətdən əldə edilən gəlirlərin izlənilməsi üçün istifadə olunan maliyyə kəşfiyyatı və digər məlumat bazalarına çıxışa malik olması müsbət hal kimi dəyərləndirilib.
Bununla belə, ölkədaxili əməkdaşlığın daha da gücləndirilməsi və ümumilikdə ƏL/TMM sisteminin təkmilləşdirilməsi, habelə müasir standartlara çatdırılması istiqamətində addımların atılması tövsiyə olunub.
5-ci raund qiymətləndirmənin sonrakı prosedurlarına uyğun olaraq, ƏL/TMM sisteminin təkmilləşdirilməsi istiqamətində əldə edilmiş tərəqqi barədə MONEYVAL-a vaxtaşırı hesabat verəcək.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş Maliyyə Monitorinqi Xidmətinin nizamnaməsinə əsasən ƏL/TMM sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi...
Belə ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin dövri qaydada keçirilməsinin təmin edilməsinə, müvafiq sahədə həyata keçiriləcək qiymətləndirilməyə hazırlığın təşkil olunmasına v...
Koordinasiya Şurasının MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirməsinə hazırlığın təmin edilməsi məqsədilə qanunvericilikdə islahatların aparılması və institusional mühitin qiymətləndirilməsi zamanı effektivliyin artırılması üzrə gördüyü tədbirlər sayəsində bu nəticəyə nail olunub.
Qeyd edək ki, ölkələr üçün yüksək məsuliyyətli proses olan MONEYVAL 5-ci raund qiymətləndirilməsi çərçivəsində qiymətləndirilmiş 29 ölkənin 9-u beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab vermədiyi üçün FATF-ın xüsusi monitorinqi rejiminə cəlb edilib və onlardan 6-sı (Bolqarıstan, Xorvatiya, Cəbəllütariq, Albaniya,...
Belə ki, Azərbaycan müvafiq sahədə düzgün əlaqələndirmə və aparılan islahatlar nəticəsində bu ağır prosesdən uğurla keçərək beynəlxalq tələblərə əhəmiyyətli dərəcədə cavab verən ölkələr sırasındadır.
Azərbaycanın bu nailiyyəti ölkədə aparılan islahatlar, şəffaf maliyyə sisteminin qurulması, cinayətkarlıq səviyyəsinin minimuma endirilməsi istiqamətində görülən işlərin nəticəsidir.
Bakının Xəzər rayonunda gənc bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol saidin kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.
N.Hüseynovun dediyinə görə, o özü-özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Masallı sakinindən altı kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Eldəniz Mirzəyev saxlanılıb.
Keçirilən baxış zamanı onun əlindəki çantadan 4 kiloqram 500 qram marixuana, bir kiloqram heroin, bir kiloqram metamfetamin aşkarlanaraq götürülüb.
Araşdırmalarla narkokuryerliyə cəlb edilən E.Mirzəyevin ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən olunub.
Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (NMR SHXÇDX) sabiq rəisi Mirzə Xəlil oğlu Cəlilovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılı...
Oxu.Az-ın məlumatına görə, o, NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.
Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtərdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qoşqar Quluzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilib və Qoşqar Quluzadə məhkəmə iclası zalında həbs edilib.
Qeyd edək ki, hadisə 30 may 2023-cü il tarixdə, saat 18 radələrində Tərtər rayonunun Təzəkənd kəndi ərazisində baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Yaşar oğlu Quluzadə idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə idarəetməni itirərək ağaca çırpıb.
Nəticədə avtomobildə olan sərnişinlər, onun əmisi oğlu, 1998-ci il təvəllüdlü Röyal Sevindik oğlu Quluzadə və həmin şəxsin tanışı, 2004-cü il təvəllüdlü Emilla Eminovna Ziyadova hadisə yerində ölüblər.
Qoşqar Quluzadəyə qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Rusiyanın Buryatiya vilayətində elektron siqareti (veyp) əlindən alınan şagird bundan qəzəblənərək məktəbə balta ilə hücum edib.
Qeyd olunur ki, hadisə iki məktəbli arasında mübahisə ilə başlayıb, nəticədə biri digərinin elektron siqaretini əlindən alıb.
Bundan qəzəblənən məktəbli evə yollanıb və baltanı götürərək məktəbə qayıdıb.
Xoşbəxtlikdən, mühafizəçi onun təhsil müəssisəsinə daxil olmasının qarşısını ala bilib.
Hadisə yerinə polis çağırılıb, məktəbli saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən Fuad Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fuad Məmmədovun nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub.
Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən, ümumi tipli psixiatriya stasionarlarında müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib, qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə olunub.
Eyni zamanda, hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin.
Hadisə 24 fevral 2023-cü il tarixdə, saat 1 radələrində qeydə alınıb.
Belə ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Natiq Abbasovun daxilə keçmiş, onun arvadı Sevda Abbasovanın qulağının kəsilmiş-deşilmiş və ailənin azyaşlı nəvəsinin sifət nahiyəsinin bıçaq xəsarətləri almaları barədə məlumat daxil olub.
Dərhal polis şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar, nəticədə qeyd olunan şəxslərə xəsarətlər yetirməkdə şübhəli bilinən, qonşuları, dəfələrlə ruhi-əsəb dispanserində müalicə almış, 1990-cı il təvəllüdlü Fuad Məmmədov saxlanılıb.
İttihama görə, Fuad Məmmədov “paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olub.
O, cinayət əməlini törətməzdən əvvəl və hadisə anında həmin xroniki ruhi xəstəlikdən əziyyət çəkməklə dörd yaşında uşaq olduğu vaxtlarda hazırda kirvəlik münasibətində olduğu zərərçəkmiş Natiq Abbasovu və onun digər ailə üzvlərinin onu təhqir etməsini xəyalına gətirərək onlardan qisas alıb öldürmək məqsədilə həmin şəxs...
Nəticədə Fuad xüsusi amansızlıqla onlara bıçaqla xəsarət yetirib.
UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan sorğu nəticələrinə əsasən, bu ada “Qarabağ”ın futbolçusu Abdullah Zubir layiq görülüb.
Fransa yarımmüdafiəçi səsvermədə Türkiyə “Qalatasaray”ından Mauro İkardini, İtaliya “Milan”ından Ruben Loftus-Çiki və Portuqaliya “Benfika”sından Anxel Di Mariyanı qabaqlayıb.
Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”ın Portuqaliyada “Braqa”nı 4:2 hesabı ilə məğlub etdiyi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
09:22"UEFA Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
O, Portuqaliyada “Braqa”ya 4:2 hesabı ilə qalib gəldikləri matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Digər namizədlər İtaliyanın “Milan” komandasından Ruben Loftus-Çik, Türkiyə təmsilçisi “Qalatasaray”dan Mauro İkardi və Portuqaliyanın “Benfika” kollektivindən Anxel Di Mariyadır.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.
Yunanıstan parlamenti eynicinslilərin nikahını və eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini qanuniləşdirən qanunu qəbul edib.
Yunan Kilsəsi qanuna qarşı çıxıb və onu ənənəvi ailə dəyərləri üçün təhlükə yaratdığını bəyan edib.
300 yerlik Yunanıstan parlamentində 254 deputat səsvermədə iştirak edib.
Qanunun qəbulunun lehinə 176 deputat, əleyhinə 76 deputat səs verib, iki deputat bitərəf qalıb.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis qanunun lehinə çıxış edib.
“İslahat başqalarının həyatına toxunmadan, bir çox həmvətənlərimizin həyatını yaxşılaşdırır”, - deyə o vurğulayıb.
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində səkkiz il öncə quldurluq əməli törətməkdə və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, 2016-ci ildə rayon ərazisində bir qadının evinə qanunsuz daxil olan və onu bıçaqla hədələyərək pulunu quldurluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslərin kimliyi aşkar olunub.
Həmin şəxslərin hazırda cəzaçəkmə müəssisəsində olan Nicat Cümşüdov və Teymur Hüseynov olmaları müəyyən edilib.
Onlar dindirilərkən qabaqcadan əlbir olaraq bu cinayət əməlini törətdiklərini bildiriblər.
Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taryel Vəliyev saxlanılaraq şöbəyə gətirilib.
Onun əlindəki kisəyə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus bir ədəd daraq və 27 patron aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, T.Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hindistanda fermer assosiasiyaları və kəndli ittifaqları bu gün ümummilli tətil elan ediblər.
Məlumata görə, onlar digər təşkilatları da tətildə iştirak etməyə çağırıblar.
Fermerlər bildirirlər ki, aksiya çərçivəsində dörd saat ərzində bir neçə dəmir və magistral yolları bağlamaq niyyətindədirlər.
Nəqliyyatın kəsiləcəyi, əlavə olaraq kənd təsərrüfatı işlərinin dayanacağı, kənd dükanlarının və kənd təsərrüfatı müəssisələrinin bağlı qalacağı gözlənilir.
Bu arada, fermerlər Nyu-Delhidə yürüşə davam edəcəklərini, lakin bazar günü, fevralın 18-də hakimiyyətlə danışıqların növbəti mərhələsini keçirməyə hazır olduqlarını da qeyd ediblər.
Dünyanın ən titullu güləşçilərindən biri, sərbəst güləş üzrə ikiqat olimpiya və beşqat dünya çempionu, rusiyalı Abdulraşid Sadulayev Rumıniyanın paytaxtı Buxarestdə təşkil edilən güləş üzrə Avropa çempionatına buraxılmayıb.
Bundan əvvəl A.Sadulayevin Rumıniyaya daxil olmaq üçün viza aldığı təsdiqlənmişdi.
Lakin Rumıniya hökuməti onu ölkəyə buraxmayıb.
İdmançı Rumıniya hakimiyyətinin bu qərarına təəccübləndiyini bildirib.
Buxarestə İspaniyadan uçurdum və orada mənə heç nə deyilməmişdi.
Dəstəyinizə görə təşəkkür edirəm, biz bu qərardan dərs götürəcək, işimizi isə davam etdirəcəyik.
Bütün güləşçilərimizə uğurlar arzu edirəm”, - deyə hadisəyə münasibət bildirən rusiyalı güləşçi qeyd edib.
Hindistanın paytaxtı Nyu-Delhinin şimalındakı Alipur bölgəsində baş verən yanğında ən azı 11 nəfər ölüb.
Qeyd olunub ki, yanğın dünən axşam boya zavodunda baş verib.
Alov iki anbarı bürüyüb və yaxınlıqdakı narkoloji mərkəzə yayılıb.
Yanğın yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.
Bundan əlavə, azı dörd nəfər, o cümlədən bir polis yaralanıb.
Ən azı daha iki nəfərin taleyi naməlum olaraq qalır.
Şahidlər iddia edirlər ki, yanğından əvvəl zavodda partlayış olub.
Polis anbarda saxlanılan kimyəvi maddələrin partladığını güman edir.