Search is not available for this dataset
text
stringlengths
10
518k
Termometriya rejiminin təşkili, qızılca xəstəliyinə şübhəli uşaqların dərhal sağlam uşaqlardan təcrid olunmasına nəzarət aparılır.
Qızılca hadisəsi qeydə alınan siniflərdə şagirdlər tibbi müşahidəyə götürülür”.
Bakının Nərimanov rayonu və ətraf ərazilərdə yaşayanların nəzərinə:Ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” Nərimanovda nəhəng və unikal mağazasını yeni ünvanda təqdim edəcək.
Yeni mağaza Nərimanovdakı digər “Kontakt” mağazasının çox yaxınında, Metropark” t/m-lə üzbəüz yerləşir və rəsmi açılışı növbəti aya planlaşdırılır.
İkimərtəbəli, 3000 kvadratmetrlik çox geniş sahəyə və unikal interyerə malik mağazadan hər kəs rəqəmsal, kiçik və böyük məişət texnikasının, nəqliyyat, ev tekstili, qab-qacaqların, o cümlədən mebellərin 30 000-dən çox çeşidini əldə etməklə bərabər, alış-veriş prosesinin komfortundan faydalana biləcək.
Çünki burada ziyarətçilərin rahatlığı üçün müxtəlif Brend Zonaları, Qəhvə Zonası, növbə gözləyərkən daha səmərəli vaxt keçirə bilməyiniz üçün isə kassa bölməsində ödənişsiz “WiFi” Zonası olacaq.
Bundan başqa, müştərilər mağazada alış-veriş edərkən övladları onlar üçün ayrılmış Uşaq Zonasında əylənərək vaxt keçirə biləcək.
Bir sözlə, “Kontakt”ın yeni Nərimanov mağazası uşaqdan-böyüyə hamının ürəyini fəth edəcək.
Odur ki, rəsmi açılış tarixini qaçırmamaq və “Kontakt”ın digər yeniliklərdən xəbərdar olmaq üçün şəbəkənin rəsmi sosial media hesablarını izləməyinizi tövsiyə edirik.
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə günün pik saatlarında daha çox sərnişinin rahat və təhlükəsiz mənzilbaşına çatdırılması məqsədilə sözügedən xətt üzrə hərəkət cədvəlini optimallaşdırır.
Bildirilib ki, yenilənmiş hərəkət cədvəli Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən ekspres qatara daha dörd vaqon əlavə olunmaqla, ümumilikdə 11 vaqonla hərəkətinə imkan yaradacaq.
Bu da öz növbəsində gün ərzində əlavə minlərlə sərnişinin pik saatlarda qatarla rahat səfərini təmin edəcək.
Müştəri məmnunluğunun təmin edilməsi məqsədilə sərnişinlərin rəy və təkliflərini nəzərə almaqla fevralın 22-dən sözügedən marşrut üzrə qatarların hərəkət qrafikində aşağıdakı dəyişikliklər edilir.
Tətbiq ediləcək yeni qrafikə əsasən, ekspres qatar Sumqayıt stansiyasında beşinci yoldan hərəkətə başlayacaq.
Belə ki, ekspres qatar Bakıdan saat 06:52-də (köhnə qrafiklə saat 06:50) yola düşəcək və vaqonlarının sayında artım olduğundan Sumqayıt stansiyasında fərqli platformada - beşinci yolda qəbul ediləcək.
Eyni zamanda Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 7:00-da (köhnə qrafiklə saat 07:05), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 8:45-də (köhnə qrafiklə saat 08:40), Sumqayıtdan Xırdalan istiqaməti ilə çıxan qatar isə saat 9:40-da (köhnə qrafiklə saat 09:35) yola düşəcək.
Səhər saatlarında fəaliyyət göstərən qatarların hərəkət cədvəlinə edilmiş minimal dəyişikliklər sərnişinlərin qatarlara vaxtında çatması və rahat minib-düşməsi üçün imkan yaradacaq.
Həmçinin sərnişinlərin rəy və təklifləri nəzərə alınaraq axşam reyslərinin cədvəlində də müvafiq dəyişikliklər edilib.
Belə ki, saat 18:05-də Bakıdan Sumqayıta yola düşən ekspres qatarın hərəkəti saat 18:10-a dəyişdirilib.
Eyni zamanda yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Xırdalan istiqaməti ilə çıxan qatar saat 18:25-də (köhnə qrafiklə saat 18:20), Sumqayıtdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 19:10-da (köhnə qrafiklə saat 19:02), Bakıdan Pirşağı istiqaməti ilə çıxan qatar saat 20:10-da (köhnə qrafiklə saat 20:05), Sumqayıtdan P...
Qeyd edək ki, hazırda vaqon parkını yeniləyən ADY alınmış FLIRT markalı müasir sərnişin qatarlarından ikisinin yaz aylarında istismara verilməsini planlaşdırır.
Hazırda həmin qatarların texniki sınaqları həyata keçirilir.
Bununla da ictimai nəqliyyatda müşahidə olunan sıxlığın aradan qaldırılması və insanların vaxtında mənzilbaşına təhlükəsiz çatdırılması üçün növbəti addımlar atılacaq.
2023-cü ildə ADY tarixində ilk dəfə olaraq il ərzində 7 milyondan çox sərnişin daşınıb.
Bu göstərici 2022-ci illə müqayisədə 30%-dən çoxdur.
“Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qırğızıstanda təhlükəsizlik şuraları katiblərinin Əfqanıstan məsələləri üzrə iclasında bəyan edib.
“Biz qərblilərin Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük.
Bu regionlarda vəziyyətin gərginləşməsinə gətirib çıxarıb”, - deyə N.Patruşev bildirib.
ABŞ-nin müasir xarici siyasət kursunun əsas istiqamətlərindən biri müxtəlif regionlarda gərginlik yaratmaqla həmin bölgələrə müdaxilə etmək və beləliklə, təsir imkanlarını artırmaqdır.
Bu niyyət Cənubi Qafqaz, Yaxın Şərq və Şərqi Avropada aydın şəkildə müşahidə olunur.
Vaşinqton Şərqi Avropada Ukrayna, Cənubi Qafqazda Ermənistan vasitəsilə “suları bulandırmağa” çalışır.
Yaxın Şərq regionunda HƏMAS-la İsrail arasında 2023-cü ilin oktyabrından davam edən müharibədə də Ağ Ev mühüm rola malikdir.
Əlbəttə, biz Ukraynanı, İsraili Ermənistanla müqayisə etmirik.
Ukrayna öz torpaqları uğrunda mübarizə aparır.
Ermənistan isə işğalçı təfəkkürdən xilas ola bilmir.
Amma ABŞ-nin siyasəti eynidir:nisbətən zəif, özünə yaxın olan tərəfi şirnikləndirir, onu dəstəyini nümayiş etdirir, sonra da bataqlığa salır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 15-də Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bəhs etdiyimiz məsələ barədə mövqeyini konkret ifadə edib.
O, Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib.
Türkiyə liderinin sözlərinə görə, Yaxın Şərqdə qan tökülməsi hələ də dayanmayıb:“Sülh çağırışları ABŞ-nin mənfi təsirləri ilə nəticəsiz qaldı.
ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, amma nəticə əldə olunmur”.
Ərdoğan vurğulayıb ki, Türkiyə bütün bunlara baxmayaraq, sülh və sabitlik üçün çalışmaqda davam edir:“Çünki başqa çıxış yolu yoxdur.
Qərb rəsmiləri bizimlə təmasa keçəndə onlara da eyni sözləri deyirik”.
Görünən odur ki, heç bir ölkənin, o cümlədən özünə proksi olaraq seçdiyi dövlətlərin taleyi, gələcəyi ABŞ-ni maraqlandırmır.
Əgər belə olmasaydı, ABŞ Ermənistanı növbəti hərbi təxribatlara təhrik etməzdi.
Həmçinin, bu gün Ukraynaya göstərilən dəstəyin həcmində də dəyişiklik olardı, hərbi yardım xəsisliklə, sadəcə, müqavimət məqsədilə göstərilməzdi.
Eləcə də, ABŞ müharibənin taleyini Ukraynanın xeyrinə dəyişdirə biləcək addımlar atar, “F-16” qırıcı təyyarələrinin tədarükünü çoxdan həyata keçirərdi.
Bu gün oxşar situasiya Yaxın Şərqdə də təkrarlanır.
Müharibənin ilk vaxtlarında İsraili dəstəkləyən ABŞ artıq, deyəsən, onu tək qoymağa hazırlaşır.
KİV-də yayılan məlumatlara görə, ABŞ Prezidenti Cozef Baydenlə israilli həmkarı Benyamin Netanyahu arasında gərginlik hökm sürür.
Çünki Ağ Ev öz maraqlarının reallaşması üçün diktə etmək istəyir.
Təl-Əviv isə bununla razılaşmır.
Üstəgəl, ola bilsin, müharibənin miqyasının genişlənməsi ehtimalı da ABŞ-ni narahat etməyə başlayıb.
Ona görə də Təl-Əvivə “dur” deyir.
İsrailin indiki mərhələdən sonra birdən-birə geri çəkilməsi isə inandırıcı görünmür.
Ümumiyyətlə, ABŞ birbaşa müharibədən çəkinir.
Bayden hakimiyyəti öz proksiləri vasitəsilə rəqiblərini zəiflətmək yolunu seçir.
Ağ Evin bu siyasəti, əlbəttə, ABŞ-nin digər dövlətlərlə ikitərəfli münasibətlərinə də təsir edir.
Ankara və Vaşinqton Yaxın Şərqlə bağlı fərqli mövqelərdədirlər.
Bu isə istər-istəməz tərəflər arasındakı ikitərəfli münasibətlərə də təsir edir.
Əslində, tərəflər arasındakı fikir ayrılığı özünü digər regionlarda, o cümlədən Şərqi Avropa və Cənubi Qafqazda da göstərir.
Bu mənada, tərəflərin bəzi ikitərəfli məsələlərdə, o cümlədən “F-16” qırıcılarının Türkiyəyə tədarükündə qismən razılıq əldə etmələrinə baxmayaq, “soyuq küləklərin” yaxın vaxtda səngiyəcəyi ağlabatan görünmür.
Hər ötən gün Yaxın Şərqdəki sülh imkanını azaldır.
Bu isə rəsmi Ankaranın da bölgədəki maraqlarına uyğun deyil.
Döyüşlərin miqyasının gələcəkdə daha da genişlənəcəyi mümkündür.
Bu isə Türkiyə-ABŞ münasibətlərində gərginliyin artmasına səbəb ola bilər.
“Tıxacların səbəbləri çoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova parlamentin iclasında deyib.
“Lakin düşünürəm ki, sürücü mədəniyyəti də yoxdur.
Sürücü mədəniyyətinin yüksək olması lazımdır”, - deyə spiker vurğulayıb.
Qeyd edək ki, bugünkü iclasda millət vəkili Siyavuş Novruzov da yollardakı vəziyyəti tənqid edib:""“Şəhərdə üç yol - avtobus, velosiped, maşın yolu müəyyənləşib.
Bu darısqal yollarda idarəetmə problemləri yaranıb” .
İran quru sərhədlərinə hasar çəkməyə hazırlaşır.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran Quru Qoşunlarının komandanı Kiyumars Heydəri bəyan edib.
O, İranın mehriban qonşuluğa həmişə hörmətlə yanaşdığını, heç vaxt qonşu ölkələri təhdid etmək, onların ərazisinin bir qarışını belə zəbt etmək və ələ keçirmək niyyətində olmadığını bildirib.
“Amma davamlı təhlükəsizliyin təmin edilməsi İran silahlı qüvvələrinin çiyinlərində duran missiyadır.
Bu, bəzən dron, ya kameralarla, bəzən də fiziki mövcudiyyət və sərhədlərdə divar çəkilməsi ilə həyata keçirilir”, - deyə o bildirib.
Heydəri vurğulayıb ki, sərhədlərdə təhlükəsizliyin necə qorunacağı məsələlərinə İran dövləti qərar verir.
“Biz sərhədlərimizi çəkmək istəyirik və bunu da həyata keçiririk.
Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil.
Çünki bütün ölkələrdə öz səlahiyyəti və planı əsasında sərhəd çəkmək adi haldır”.
Bloqer Anar Əliyev “Bakı Metropoliteni” QSC ilə bağlı süjet hazırlayıb.
O, süjetdə Bakı metrosunun inkişafının niyə zəif getməsinə və digər aktual məsələlərə toxunub.
Bildirilib ki, Bakı şəhərinin Baş Planına uyğun olaraq, 2040-cı ilədək olan dövrə kimi, əsas məqsəd metro stansiyalarının xətlərini ayırmaq, yeni stansiyalar tikmək və dairəvi xətti yaratmaqdır.
Qeyd edilib ki, yeni stansiyalar üçün üç milyard manat lazımdır.
Bloqerin yeni süjetini təqdim edirik:
Əli Əsədov fevralın 16-da Rusiya Hökumətinin başçısı Mixail Mişustinlə telefon danışığı aparıb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Əli Əsədova zəng edib.
M.Mişustin Ə.Əsədovu parlament tərəfindən Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təsdiq olunması münasibətilə təbrik edib.
Söhbət zamanı tərəflər Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə ümidvar olduqlarını bildiriblər.
Yasamal rayonunda daha bir küçədə səki zəbt edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, Süleyman Dadaşov küçəsində səki üzərində tikili inşa edilib.
Eyni zamanda, işıq dirəyi də yerləşdirilib.
Piyadalar isə yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə hərəkət edirlər.
Qeyd edək ki, ötən gün də Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsindəki səki üzərində tikilinin inşa edilməsi, səkidə metaldan hasar qurulması barədə məlumat paylaşılıb.
ABŞ-li aktrisa, müğənni, rəqqasə və model Zendaya Londonda (Britaniya) keçirilən “Dune:Part Two” filminin qala gecəsinə seçdiyi geyimi ilə bütün diqqətləri üzərində cəmləməyi bacarıb.
Belə ki, 27 yaşlı aktrisa sinə, qarın, kürək, omba və qollarında kəsiklər olan metal paltarda tədbirə qatılıb.
Onun üslubunu uzun dırnaqlı əlcəklər və hündür platforma ayaqqabılar tamamlayıb.
Mavi daşlarla bəzədilmiş gümüş boyunbağı da nəzərlərdən yayınmayıb.