Search is not available for this dataset
text
stringlengths
10
518k
Onların barəsində DYPŞ əməkdaşları tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə 15 sutkalıq inzibati qaydada həbs cəzası verib.
Bundan başqa, keçirilən monitorinqlər zamanı “Niva” avtomobilinin sürücüsünün qanunla qadağan edilmiş səs siqnalından istifadə etməsi müəyyən olunub.
Sürücü barəsində tərtib olunan protokol və səs siqnalı müsadirə edilməsi üçün məhkəməyə göndərilib.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Amil Şərifov şəhər ərazisində saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı əlində olan sellofan torbadan çəkisi 2 kiloqramdan artıq olan heroin və 1 kiloqram 870 qram olan marixuana, eləcə də narkotik tərkibli həblər aşkar edilərək götürülüb.
Dindirilmə zamanı A.Şərifov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmə...
Belə ki, T.Əliyev Lənkəran rayon sakini olan bir nəfərə özünü hüquq-mühafizə oqranlarından birinin əməkdaşı kimi təqdim edərək övladını həbsdən azad etdirmək və digər məsələlər barədə yalan vədlər verərək dələduzluq yolu ilə ümumilikdə 40 min manatdan artıq pulunu mənimsəyib.
Bundan başqa, T.Əliyevin digər Lənkəran sakinini iş yerini dəyişməyə kömək edəcəyi adı ilə aldadaraq beş min manata yaxın pulunu mənimsədiyi müəyyən edilib.
Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Artıq ölkəmizin qarşısında yeni hədəflər, vəzifələr var.
Prezident İlham Əliyevin andiçmə mərasimində açıqladığı bu məqamlar gələcək inkişafımızın əsas konturlarını təşkil edəcək.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Növbədənkənar seçkilərdə böyük səs çoxluğu ilə inamlı qələbə qazanan Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə and içərək rəsmən müstəqillik tariximizdə yeni dövrün başlandığını elan etdi.
Dövlət başçısı çıxışında yeni dönəmdə qarşımızda duran əsas vəzifələr və hədəfləri də göstərdi.
Prezident bildirdi ki, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq:“Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm”.
Dövlət başçısının çıxışından da göründüyü kimi, yeni dövrün əsas hədəfi yenə də güclü Azərbaycandır.
Bu hədəfə çatmaq üçün atılacaq addımlar, görüləcək işlər hələ qabaqdadır.
Güclü ordu quruculuğu prosesi davam edəcək"Qüdrətli Azərbaycan həm də güclü ordu deməkdir.
Təsadüfi deyil ki, Ali Baş Komandan qarşıda duran əsas vəzifələrdən danışarkən öncə məhz bu məqamı vurğuladı:“Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır.
Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz”.
Təbii ki, güclü ordu quruculuğu prosesi bəzi kompleks addımların atılması zərurətini ortaya qoyur.
Bu məsələdə əsas diqqət yetirilməli məqamlardan biri ölkənin müdafiə sənayesinin inkişafıdır.
Prezident bildirib ki, Azərbaycan hazırda çox güclü hərbi sənaye kompleksi yaradıb, artıq bunun birinci mərhələsi başa çatıb:“İkinci mərhələsi daha genişmiqyaslı olacaq.
Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılıl...
Sərhədlərimizin mühafizəsi gücləndiriləcək"Hər bir güclü dövlətin əsas göstəricilərindən biri xarici təhdidlərə qarşı müdafiə refleksi, önləyici tədbirləridir.
Bu işdə xüsusi diqqət suveren dövlətin əsas atributlarından sayılan sərhədlərin mühafizəsinə yönəlir.
Dövlət başçısının sözlərinə görə, yeni dönəmdə qarşımızda dayanan əsas vəzifələrdən biri də sərhədlərimizin müdafiəsinin gücləndirilməsidir:“Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin.
Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq.
Çünki ölkə daxilində risklər yoxdur.
Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır.
Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur”.
Dövlət başçısı Azərbaycana xaricdən gələ biləcək təhdidlərin əsas hədəfini də göstərib - gənc nəsil.
Prezident bu məqamın da təhlükəsizliyimiz baxımından çox mühüm olduğu qənaətindədir:“Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun.
Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın”.
Qarabağ və Şərqi Zəngəzurun bərpası"Prezidentin də vurğuladığı kimi, yeni dövrdə növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır.
Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq.
“Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir.
Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib.
Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”, - deyə dövlət başçısı vurğulayıb.
Sağlam təməl üzərində qurulan iqtisadi inkişaf"Təbii ki, bütün bu işlərin həyata keçirilməsinin əsasında güclü iqtisadiyyat dayanır.
Ölkəmizin iqtisadi göstəriciləri hədəflərə çatmaq üçün iqtisadi bazisin sağlam təməllərə sahib olduğunu göstərir.
Dövlət başçısının da vurğuladığı kimi, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır:“Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehti...
Prezident qarşıda dayanan hədəflər sırasında vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını, yeni iş yerlərinin açılmasını da xüsusi qeyd edib.
“Bizim ailəmiz Türk dünyasıdır”"Prezidentin çıxışında yeni dönəm xarici siyasət kursumuzun əsas istiqamətləri və hədəfləri də açıq şəkildə göstərilib.
Azərbaycanın bundan sonrakı xarici siyasətində əsas istiqamətlərdən biri türk dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi olacaq.
Bunun səbəblərini açıqlayan Prezidentin səsləndirdiyi arqumentlər isə tam əsaslı və məntiqlidir:“İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik.
Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir.
Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir.
Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər”.
“Gedin, öz işinizlə məşğul olun”"Dövlət başçısının çıxışında ən çox diqqəti cəlb edən məqamlardan biri Azərbaycan-Ermənistan münasibətlərinə ən sonda toxunması idi.Prezident bunun səbəbini açıq mətnlə hər kəsin diqqətinə çatdırdı:“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşmə...
Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun.
Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz.
Biz öz məsələmizi həll etmişik.
Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Əminəm ki, uğurla da davam edəcək”.
Fransalı hücumçu Kilian Mbappe İspaniyanın “Real Madrid” futbol klubu ilə müqavilə imzalayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə insayder Ramon Alvares de Mun özünün “X” səhifəsində məlumat verib.
“Artıq geriyə dönüş yoxdur”, - deyə jurnalist əlavə edib.
Xatırladaq ki, bir neçə gün öncə Mbappenin cari mövsümün sonunda Fransanın PSJ-dən ayrılacağı barədə xəbər yayılmışdı.
Qeyd edək ki, Mbappe 2017-ci ilin yayından PSJ-də çıxış edir.
Komandanın tərkibində futbolçu beşqat Fransa çempionu, üç dəfə ölkə kubokunun və Superkubokunun, iki dəfə Fransa Liqa Kubokunun qalibi olub.
Bundan əvvəl futbolçu “Monako”da çıxış edib və onunla Fransa çempionluğunu da qazanıb.
Mbappe Fransa millisi ilə birlikdə 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında isə gümüş medal qazanaraq, səkkiz qolla bombardir olub.
2021-ci ildə milli komandanın tərkibində forvard Millətlər Liqasının qalibi olub.
Fevralın 17-si Azərbaycan-sovet şairi, qəzəlxanı, meyxanaçı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Əliağa Vahidin doğum günüdür.
Oxu.Az xatırladır ki, Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1895-ci ildə Bakı şəhərində anadan olub.
Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib.
Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şerlər yazıb.
Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib.
“Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
Azərbaycanda sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.)yazıb, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib.
Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulurlar.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hisslərini təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.
Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur.
Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
44 günlük Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının sözləri də Əliağa Vahidə məxsusdur.
Əliağa Vahid spirtli içki içən deyildi.
Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar.
Bir gün Mircəfər Bağırova repressiya ilə bağlı bir siyahı veriblər.
Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün gün əyyaş olan adamdır, ondan bizə nə ziyan gələcək?
Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb.
Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb.
Sonralar Bağırov Vahidi yanına çağırıb, ona 1951-ci ildə ikiotaqlı mənzil verib.
O, 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.
Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulub, daha sonra təmir zamanı İçərişəhərə köçürülüb.
Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Xalq şairi Vahid Əziz:“Utandığım odur ki, atam və anamdan çox nazımı çəkən müəllimlərimi bəzən dəyərləndirməmişəm.
Sizə sevgi göstərən insanı həmişə dəyərləndirin”.
Kimin üçünsə bir saat an kimi, kimin üçünsə bir il kimi keçir.
Hər uğur vaxtı səmərəli keçirməkdən asılıdır.
Gərək elə yaşayasan ki, həyatında keçən vaxtdan nəsə qalsın...” Xalq şairi Vahid Əzizin “Məktəbdə” layihəsində qonaq olarkən vurğuladığı bu fikirlər məktəblilər üçün əhəmiyyətli tövsiyə kimi səsləndi.
“Kaspi” qəzetinin mövzuyla bağlı məqaləsini təqdim edirik.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı layihənin Qaradağ rayonunun Qobustan qəsəbəsindəki 321 nömrəli tam orta məktəbdə baş tutan görüşündə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri və s.kimi vacib mə...