Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Elə həmin gün ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinin qüvvələri yeniyetmənin işlədiyi mağazaya hücum çəkib, onu həbs ediblər. |
“ABŞ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır və bundan sonra da davam edəcək”. |
Bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib. |
“ABŞ Prezident Cozef Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, - o deyib. |
Xatırladaq ki, fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımın nəzərdə tutulduğu qanun layihəsinin alternativ variantını qəbul edib. |
Britaniya kralı III Çarlzın kiçik oğlu Şahzadə Harri atasının xərçəng xəstəliyindən müalicə alması səbəbindən müvəqqəti olaraq kral vəzifələrinə qayıtmağa hazırdır. |
Bu barədə “Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. |
Onların sözlərinə görə, fevralın 5-də kralın xəstəliyi elan edilən andan şahzadə Harri onunla bir neçə dəfə səmimi söhbət edib. |
Onlardan biri Londonda 75 yaşlı monarxın diaqnozu ilə bağlı bəyanatın dərcindən iki gün sonra baş verib. |
İngilis mediasına görə, həmin görüş 30 dəqiqə davam edib. |
Bundan sonra Şahzadə Harri 2020-ci ildə həyat yoldaşı Meqan Marklla birlikdə köçdüyü ABŞ-yə qayıdıb. |
“Bütün praktiki səviyyələrdə, kral xəstə olduğu müddətdə dəstəkləmək üçün bir araya gəlmək ailə üçün mükəmməl məna kəsb edir”, - deyə mənbədən bildirilib. |
Məqaləyə görə, Şahzadə Harri və həyat yoldaşı Meqan Markl kral vəzifələrinə qayıtmazdan əvvəl yazılı plan hazırlanmalıdır və bu, kral, onun ən yaxın köməkçiləri tərəfindən təsdiqlənməlidir. |
Nə şahzadə Harri və onun həyat yoldaşı, nə də Bukingem sarayının nümayəndələri nəşrə münasibət bildirməyiblər. |
Kralın hansı növ xərçəngə tutulduğu barədə məlumat verilmir, lakin Britaniya mediasına görə, söhbət prostat xərçəngindən getmir. |
Belə ki, sözügedən xəstəliklə əlaqədar kral yanvar ayında xəstəxanaya yerləşdirilib və əməliyyat olunub, həmin vaxt kralın səhhəti ilə əlaqədar daha bir narahatedici səbəb müəyyən edilib. |
Testlər monarxın onkoloji xəstəlikdən əziyyət çəkdiyini təsdiqləyib. |
Bukingem Sarayından bildirilir ki, həkimlər krala ambulator müalicə zamanı dövlət vəzifələrini yerinə yetirməkdən çəkinməyi tövsiyə etsələr də, o, dövlət işlərini görməkdə davam edir. |
Yeri gəlmişkən, Keyt Midlltonun yanvar ayında qarın boşluğunda əməliyyatı ilə əlaqədar Şahzadə Uilyam müvəqqəti olaraq bütün rəsmi işlərini ləğv edib. |
Qeyd edək ki, 2020-ci ilin yanvar ayında Şahzadə Harri və Meqan Markl krallıq vəzifələrindən istefa verib, kral statuslarını itiriblər. |
2021-ci ilin martında Şahzadə Harri və Meqan Markl məşhur aparıcı Opra Uinfriyə qalmaqallı müsahibə verərək, kral ailəsini laqeydlik, daimi təzyiq və irqçilikdə ittiham ediblər. |
O vaxtdan bəri hersoqlarla Kral III Çarlz və onun qohumları arasında münasibətlər gərgin olaraq qalır. |
Şahzadə Harri bir sıra səmimi müsahibələr verdikdən və özünün avtobioqrafik “Spare” kitabını buraxdıqdan sonra vəziyyət daha da gərginləşib. |
Böyük Britaniyanın kral ailəsinin rəsmi saytı Şahzadə Harrinin “əlahəzrət” titulunu yığışdırıb. |
Hazırda Şahzadə Harri həyat yoldaşı və iki uşağı ilə birlikdə ABŞ-də yaşayır. |
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub. |
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan Antoni Blinken dedi:Hər vaxtınız xeyir, cənab Prezident. |
Prezident Əliyevlə görüşmək imkanını çox yüksək qiymətləndirirəm. |
Son bir neçə ildə bizim görüşmək və söhbət etmək üçün bir çox imkanımız olub. |
Hesab edirəm ki, indiki zaman kəsiyi Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsi baxımından çox vacibdir. |
Biz bu məsələni ciddi dəstəkləyirik. |
Bu tədbirin uğurlu olması, eyni zamanda, Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün təmini üçün əlimizdən gələni etmək arzusundayıq. |
ABŞ bu istiqamətdə faydalı işlər görmüşdür və görməyə davam edəcəkdir. |
Danışılacaq çoxlu mövzular var. |
Cənab Prezident, bu gün bizimlə görüşə vaxt ayırdığınıza görə təşəkkür edirəm. |
Prezident İlham Əliyev dedi:Təşəkkür edirəm, cənab Dövlət katibi. |
Siz də qeyd etdiyiniz kimi, COP29 bizim ikitərəfli gündəliyimizin önəmli bir hissəsidir. |
Bu, gündəliyimizdə duran məsələlərin mövzularını genişləndirir və biz cari ildə bütün təşəbbüslərimizlə bağlı hökumətinizin dəstəyinə ümid edirik. |
Cənab Dövlət katibi qeyd etdiyi kimi, gündəliyimizdə daha bir məsələ var və bu da Qafqazda regional vəziyyətdir, xüsusilə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasının perspektivləridir. |
Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir. |
Mən Amerika Birləşmiş Ştatlarına və xüsusilə cənab Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edirəm. |
x x x"Görüşdə Azərbaycanla ikitərəfli əlaqələri çox yüksək qiymətləndirdiklərini qeyd edən Antoni Blinken ikitərəfli münasibətlərin və ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. |
Azərbaycanın ABŞ ilə ikitərəfli gündəliyi çox yüksək qiymətləndirdiyini deyən dövlətimizin başçısı İlham Əliyev öz növbəsində vurğuladı ki, ölkələrimiz arasında tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var. |
ABŞ Dövlət katibi COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu dedi. |
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, COP29 Azərbaycanla ABŞ arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə birgə işin aparılması üçün çox yaxşı imkanlar yaradır. |
Dövlətimizin başçısı ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh gündəliyini dəstəklədiyini vurğuladı, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri ilə keçirilmiş ikitərəfli görüşü qeyd etdi və sülh müqaviləsinə dair danışıqların, sərhədlərin delimitasiyası üzrə görüşlərin ... |
Artıq regionda de-fakto sülhün olduğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan-ABŞ ikitərəfli əlaqələri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesindən kənar şəkildə özlüyündə inkişaf etdirilməlidir. |
Söhbət zamanı regional bağlantılar, nəqliyyat, Orta Dəhliz və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı. |
18:09"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub. |
Bu barədə President.az xəbər verir. |
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və planlaşdırma üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub. |
AZƏRTAC xəbər verir ki, Maroş Şefçoviç Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etməsinin məmnunluq doğurduğunu vurğuladı. |
O, Azərbaycanın pan-Avropa enerji təchizatçısı olduğunu yüksək qiymətləndirdi. |
Tezliklə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirən Maroş Şevçoviç COP29-un Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırdı. |
O, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un sessiyasının əsas gündəliyinin çox vacib mövzulardan birinin iqlim maliyyələşdirilməsi olacağını deyərək, Avropa İttifaqının da iqlim dəyişikliyi üzrə proseslərdə yaxından iştirak edən tərəfdaş kimi Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğuladı. |
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. |
Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər. |
Dövlətimizin başçısı, həmçinin COP çərçivəsində ilk dəfə olaraq Üçlük mexanizminin yaradıldığını qeyd etdi və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğuladı. |
18:12"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və nəzarət üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub. |
Türkiyənin Ətraf Mühit Nazirliyi fevralın 13-də ölkənin şərqindəki Ərzincan vilayətində torpaq sürüşməsi nəticəsində 9 mədənçinin öldüyü qızıl mədəninin ekoloji sertifikatını və lisenziyasını ləğv edib. |
Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar daha əvvəl bildirmişdi ki, mədən 2023-cü ilin sonunda yoxlanılıb və faciəyə səbəb ola biləcək heç bir ilkin şərt aşkar edilməyib. |
Şənbə günü nazir jurnalistlərə bildirib ki, fövqəladə vəziyyət zonasında axtarış-xilasetmə işləri davam edir. |
Səlahiyyətlilər hər gün ekoloji ölçmələr aparır və bu günə kimi ətraf mühitin və suyun çirklənməsi müşahidə edilməyib. |
Ermənistan ordusunda son dövrlər intihar və əsgərlər arasında bir-birini qətlə yetirmə halları kəskin şəkildə artıb. |
Müharibədən sonra məhv olmuş ordunu bərpa etmək baş nazir Nikol Paşinyan üçün başağrısına çevrilib. |
Paralel olaraq yaşanan problemlər orduda böhran vəziyyətinin kəskinləşdiyini ortaya çıxarır. |
“Dedovşina”, rüşvət, yeyinti halları, oğurluğun tüğyan etdiyi silahlı qüvvələr siyasi hakimiyyəti çıxılmaz vəziyyətə salıb. |
Bu isə erməni dövlətinin hələ uzun müddət normal orduya sahib olmayacağından xəbər verir. |
Mövzu barədə “Kaspi” qəzetinin məqaləsini təqdim edirik:""Səfərbərliklə bağlı çağırışçı problemi"Son doqquz ildə Ermənistanda çağırışçı sayında 44 faiz azalma müşahidə edilib. |
Bu, ölkəni tərk etmə, hərbi xidmətdən yayınma, kütləvi rüşvət halları, demoqrafik problem və sosial-iqtisadi sahədəki çatışmazlıqlar fonunda baş verir. |
Paşinyan hökuməti orduda şəxsi heyətin sayını artırmaq üçün hərbi xidmətə çağırış yaşının yuxarı həddinin artırılmasını təklif edib. |
Layihəyə görə, çağırışçı yaşı 18-40 arasında dəyişməlidir. |
Yaş həddinin artırılması isə xidmətdən yayınaraq digər ölkələrdə vaxt keçirən erməni kişilərinin ölkəyə qayıdışını daha da əngəlləyib. |
Qərbin vəd etdiyi yararsız sursat"Bununla belə, şəxsi heyətin sayını artırmaq heç də problemi həll etmək anlamına gəlmir. |
Çünki ordunun döyüş hazırlığı üçün müasir texnologiya, silah və sistemlər lazımdır. |
Müharibədə ciddi hərbi-texniki itkilərə məruz qalan Ermənistanın itirdiyini yeniləməyə nə büdcəsi, nə də gücü çatır. |
Qərbin vəd etdiyi texnika və silahlar isə ciddi arsenal üçün işə yaramır. |
Bütün silah alqı-satqıları, müqavilələr şoudan başqa bir şey deyil. |
Xəstələri əsgər aparmaq"Artıq erməni siyasi elitası ordunun şəxsi heyətinin sayını artırmaq üçün yeni üsula əl atıb. |
Məlum olub ki, ciddi xəstəliyi və fiziki məhdudiyyəti olan şəxslər belə, ordu sıralarına cəlb edilirlər. |
Çağırışçının şəxsi vəsaiti hesabına həkimlərdən keçmək üçün maddi imkanı olmayanda səhhətində yaranan problemlər aşkar edilməmiş qalır. |
Hətta şəxsi vəsaiti hesabına müayinədən keçmək üçün tibb müəssisəsinə müraciət edən çağırışçılar da problemlərlə qarşılaşırlar. |
Həkimlər müxtəlif bəhanələrlə müayinədən imtina edirlər. |
Bunun səbəbi isə “yuxarılar”dan alınan təlimatdır. |
Artıq çağırışçıların ətraflı və tam müayinədən keçmədən hərbi xidmətə aparılması barədə faktlar kütləviləşməyə başlayıb. |
Qeyri-döyüş şəraitində artan ölüm halları"Son dörd il ərzində Ermənistan ordusunda ölüm hallarında da ciddi artım müşahidə edilib. |
Məsələn, 2019-cu ildə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayı 49 idisə, 2022-ci ildə bu rəqəm 64-ə çatıb. |
Eyni neqativ tendensiya özünə zərərvermə, intiharla bağlı da müşahidə olunur. |
2020-ci ildə belə halların sayı 65 idisə, 2022-ci ildə bu say 108-ə çatıb. |
Erməni hərbçilərinin ölümü ilə bağlı əsas problem kriminala meyllilik, “dedovşina”, dözülməz xidmət şəraiti, ağır mənəvi-psixoloji atmosferdir. |
Müdafiə Nazirliyi isə problemi həll etmək əvəzinə nəticələr ilə “boğuşur”. |
Məsələn, hərbi hissədəki ağır şərait, aclıq, zabit heyətinin xoş olmayan münasibəti ilə razılaşmayanları fərarilikdə ittiham etmək adi hal alıb. |
Bu faktla üzləşən əsgər isə çıxış yolunu əksər hallarda intiharda görür. |
Ordu zabit çatışmazlığından da əziyyət çəkir "Son illər ərzində erməni ordusu kadr və zabit çatışmazlığından da əziyyət çəkir. |
Tibbi təchizat, qidalanma, lazım olan avadanlığın olmaması da mənəvi-psixoloji faktoru təşkil edir. |
Az maaşla dolanan zabit heyəti tez-tez dövlət əmlakını talayıb satır, əsgər heyətindən rüşvət yığır. |
Eyni zamanda sərxoşluğa meylli zabitlərin sayında da kəskin artım müşahidə edilir. |
Bu gün erməni ordusunda “dedovşina”nın, demək olar ki, qanuni hal alması, hərbi hissələrin kriminal elementlər tərəfindən idarə edilməsi ən böyük narazılıq yaradan faktordur. |
Əsgər ölümləri ilə bağlı zabitləri cəzalandıran, faktları araşdıran, bunu tələb edən heç kəs yoxdur. |
“HƏMAS”a ötürülən silahlar"Bu yaxınlarda erməni ordusu ilə bağlı daha bir qalmaqal üzə çıxıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.