Search is not available for this dataset
text
stringlengths
10
518k
Nazir həmçinin diplomatik yanaşmanın beynəlxalq problemlərin həllində ən yaxşı yol olaraq qaldığını vurğulayıb.
Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.
AZƏRTAC xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiy...
O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.
Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.
20:41"Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən "The Rockefeller Foundation"ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti Eylin Okonnorun görüşü olub.
Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində keçirilən Açıq Avropa kubokunda üç medal qazanıblar.
Xəyyam Abdullayev (77 kiloqram) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.
Rəsul Məmmədzadə (77 kiloqram) və Sadiq Ağamaliyev (115 kiloqram) isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Azərbaycan millisi ümumi komanda hesabında üçüncü olub.
Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.
Bu dəfə Kataloniyanın paytaxtı, məşhur muzeylərin, tikililərin və əfsanəvi Messinin ikinci vətəni Barselonadan bəhs olunub.
Bildirilib ki, barselonalılar həddindən çox emosional olduqlarına görə burada emosiyalara nəzarət etmək üçün nəzərdə tutulmuş fənn var.
Uşaq yaşlarından emosiyaları cilovlamaq üçün bu dərsi ibtidai siniflərdən keçməyə başlayırlar.
Burada əsl kral sarayını xatırladan 17-ci əsr memarlıq incisi olan hospital mövcuddur.
Bu sarayın içərisi isə son model tibbi ləvazimatlar və texniki avadanlıqlarla təchiz olunub.
Sığortası olmayanlar bir gün üçün 500 avro (920 manat) ödəməklə bu palatada qala bilərlər.
Hamilə vaxtı bu klinikada yatan bütün qadınlar özlərini əsl kraliça kimi hiss edirlər.
Burada hamilələrə şokolad, qəhvə, hətta bir qədəh şərab da verilir.
İspanlar analara xüsusi münasibət göstərirlər.
Dövlət hər şey edir ki, dünyaya uşaq gətirmək istəyən qadınları tək buraxmasın.
Hər uşağa görə sosial müavinət 1000 avrodur (1840 manat).
Barselonada yaşamağın pis tərəfləri də var.
Burada cibgirlər həddindən artıq çoxdur.
Polislər onlarla mübarizədə bəzən aciz qalırlar.
Ən dəhşətlisi isə odur ki, bir neçə həftə evdə olmasan, gəlib görə bilərsən ki, artıq evində başqa biri yaşayır.
Qanunda olan boşluqdan istifadə edərək evləri zəbt edənləri oradan çıxarmaq da çətindir.
Onlar kilidi dəyişirlər və sən öz şəxsi evinə daxil ola bilmirsən.
İspaniya qanunlarına görə, əgər kilid dəyişdirilibsə, sən onu sındırıb hətta öz şəxsi mənzilinə də girə bilməzsən.
Ya gərək onlarla sövdələşəsən və öz evini pul müqabilində geri alasan, ya da məhkəməyə müraciət edəsən.
Şamaxıda bir neçə il əvvəl yenidən qurulmuş tibb məntəqəsi hələ də istifadəyə verilməyib.
Çünki nə həkim var, nə də tibb bacısı.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Şamaxının Mərzəndiyə kəndində yərləşən tibb məntəqəsindən gedir.
Kənd sakinlərinin sözlərinə görə, məntəqə bir neçə il əvvəl yenidən qurulub.
Lakin hələ də istifadəyə verilməyib.
Sakinlər bildirirlər ki, ən xırda narahatlıqda belə rayon mərkəzinə getmək məcburiyyətində qalırlar.
Kəndin mərkəzdən uzaq olması isə həm xəstəni çatdırmaq, həm də maddi baxımdan sakinlərə xeyli çətinlik yaradır.
Sakinlər deyirlər ki, tibb məntəqəsinin fəaliyyətə başlaması üçün aidiyyəti qurumlara da müraciət ediblər.
Cavab olaraq isə kadr çatışmazlığı əsas gətirilib.
TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, Mərzəndiyə Tibb Məntəqəsi Sabir qəsəbə Ailə Sağlamlıq Mərkəzinə tabedir.
Burada iki ailə həkimi, yeddi tibb bacısı və bir mama çalışır.
Mərzəndiyə tibb məntəqəsində isə həkim ştatı nəzərdə tutulmayıb.
Burada tibb bacısı ştatına işə qəbul üçün elan verilsə də, heç bir müraciət daxil olmayıb.
Bu səbəbdən də məntəqə fəaliyyət göstərə bilmir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvlərinin baza ərazimizə sızmağa cəhd göstərmələri nəticəsində baş vermiş qarşıdurmada müqaviləli sıravi əsgər Salih Ay şəhid olub, qəhrəman silahdaşımızın biri isə yaralanıb.
Yaralı hərbçi dərhal xəstəxanaya yerləşdirilib və onun müalicəsinə başlanılıb.
İlkin vəziyyətə görə, qarşıdurmada altı terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir”, - mətbuat xidməti açıqlayıb.
Almaniyanın Heydelberq şəhərində keçirilən reytinq xarakterli turnirdə Azərbaycan paracüdoçusu Vüqar Şirinli gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, Qran-pridə 60 kiloqram çəki dərəcəsində J2 kateqoriyasında mübarizə aparan idmançı ikinci yeri tutub.
Qeyd edək ki, Vüqar Şirinli Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarının qalibidir.
Bakının Kürdəxanı qəsəbəsinin sakinləri yağış sularının küçələri bərbad vəziyyətə salmasından sikayətçidirlər.
Sakinlər iddia edirlər ki, hər dəfə yağış yağanda küçələri su basır.
Zabrat qəsəbəsinin sakinləri də, analoji problemlə üzləşiblər.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, burada illərdir eyni vəziyyət hökm sürür.
Onlar problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.
Sakinlərin iddiasına görə, illərdir ki, yağış yağanda küçədə gölməçələr yaranır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, sözügedən ərazilərdə kanalizasiya infrastrukturu mövcud deyil.
Ona görə də, qurumun edəcəyi bir iş yoxdur.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə zənglərə cavab verən tapılmadı.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Almaniya polisi Vuppertal şəhərində (Şimali Reyn-Vestfaliya vilayəti) qatar stansiyasını mühasirəyə alıb.
Bildirilib ki, stansiyaya gələn regional qatarda silahlı şəxs ola bilər.
Bir müddət öncə isə stansiyada partlayıcı qurğunun aşkarlanması ilə bağlı təsdiqlənməmiş məlumatlar yayılıb.
Hadisə ilə əlaqədar Rur bölgəsi ilə Köln arasındakı hissədə qatarların hərəkəti dayandırılıb.
Polis bildirib ki, əməliyyat “xətlərdən birində təhlükəsizlik problemi” səbəbindən həyata keçirilir.
Əməliyyat nəticəsində iki nəfər - kişi və qadın saxlanılıb.
Onların ötən əsrdə fəaliyyət göstərən Qırmızı Ordu Fraksiyasının üzvləri olduğu güman edilir.
Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin yarıdan çoxu qızlardır.
Onlar daha çox pedaqoji ixtisaslara üstünlük verirlər.
Xüsusi təyinatlı təhsil müəssisələrində, hərblə bağlı ixtisaslarda isə oğlanların sayı çoxdur.
Ekspertlərin fikrincə, bu vəziyyət universitetlərdə və ixtisaslarda gender balansının pozulmasına gətirib çıxarır.
Xezerxeber.az-ın məlumatına görə, oğlanların əksəriyyəti texniki və iqtisadi, qızlar isə humanitar və pedaqoji ixtisaslara üstünlük verirlər.
Bu isə peşə seçimində gender balansının pozulmasına səbəb olur.
Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, ölkə üzrə 51 ali təhsil müəssisəsində təhsil alan 187 min tələbənin 110 minə qədəri qızlardır.
Elə ali təhsil müəssisələri var ki, orada tələbə qızlara çox az halda rast gəlmək olur.
Məsələn, Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası və Dövlət Gömrük Komitəsinin Akademiyasında oğlan tələbələr daha çoxdur.
Ekspertin sözlərinə görə, bu məsələdə balansı tənzimləmək üçün xüsusi təyinatlı təhsil müəssisələrinin qabiliyyət imtahanlarında qızlara güzəştlər olmalıdır.
Ekspert deyir ki, pedaqogika və tibb sahələrinə qızların daha çox meyil göstərmələri, oğlanların isə “qeyri-kişi” peşələri kimi qəbul etmələri gələcəkdə məktəbəqədər və orta təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsində qadının rolunun güclənməsindən və təhsilin ilkin və sonrakı mərhələlərində gender balansının p...
Buna görə də Elm və Təhsil Nazirliyi balansı qorumaq və oğlanların bu sahələrə marağını artırmaq üçün təşviqedici layihələr hazırlamalıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
York Universitetinin britaniyalı alimləri müəyyən ediblər ki, Qədim Misirdə ilk mumiyalar tarixçilərin mövcud hesablamalarından xeyli əvvəl yaranıb.
Tədqiqat “Journal of Archaeological Science” (JAS) elmi nəşrində dərc olunub.
Əvvəlki araşdırmalara görə, Misir mumiyalanmasının mənşəyi təxminən eramızdan əvvəl 4300-cü ilə aiddir.
Arxeoloji sübutlar bunu göstərir.
Lakin 2014-cü ildə alimlər Qahirədən 320 kilometr cənubda yerləşən qəbiristanlıqda mumiyaların bükülməsi üçün materialların qalıqlarını aşkar ediblər.
Son təhlillər tapıntıların 6300 il yaşı olduğunu göstərib.
Eyni zamanda, material bitki yağı, heyvan yağı, mum və saqqız daxil olmaqla, balzamlama qatranlarının xarakterik tərkibi ilə hopdurulub.
Beləliklə, Misirdə ilk mumiyalar yazının ixtirasından təxminən 3 min il əvvəl (e.ə.
3150) və ilk piramidaların yaradılmasından 3,6 min il əvvəl (e.ə.
Alimlər qeyd ediblər ki, misirlilər süni mumiyalama ilə yanaşı təbii üsula da əl atıblar, mərhumu səhranın isti və quru qumunda basdırıblar.
Bu cür məlum olan ən qədim mumiyalar eramızdan əvvəl 5000-ci ilə aiddir.
Arxeoloqlar hesab edirlər ki, bu dəfn üsulu balzamlama imkanı olmayan insanlar tərəfindən istifadə edilib.