Search is not available for this dataset
text
stringlengths
10
518k
Problemin həll yolu kimi bu vərəqlərin əldə edilməsinə ciddi nəzarətin olmasıdır”.
Qeyd edək ki, bu həftə sonu Bakıda fəaliyyət göstərən taksi sürücülərinin kütləvi şəkildə narkoloji testdən keçirilməsi barədə məlumatlar yayılıb.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Röyal Məmmədov, Şamxal Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, döyüş yoldaşları, eləcə də digər qonaqların iştirak etdiyi anım mərasimləri çərçivəsində şəhidlərin məzarları ziyarət edilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat veriblər.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
Cənubi Koreyanın paytaxtı Seuldakı beş böyük ümumi profilli xəstəxananın stajçı həkimləri bazar ertəsi günü işdən azad olmaları üçün ərizə yazacaqlarını bildiriblər.
Qeyd olunur ki, həkimlər hökumətin tibb fakültələrində tələbələrin sayını artırmaq qərarına etiraz olaraq bunu etməyi planlaşdırırlar.
Cənubi Koreyanın baş naziri Han Dak Su bazar günü həkimləri xəstələrin xeyrinə kollektiv hərəkətlərdən çəkinməyə çağırıb.
Son məlumata görə, səhiyyə nazirliyi 23 xəstəxanadan 715 stajçı həkimin istefa ərizəsini təqdim etdiyini bildirib.
“YouTube”un keçmiş rəhbəri Syuzan Voycitskinin 19 yaşlı oğlu Marko Troper yataqxanada ölü tapılıb.
Gəncin nənəsi Ester Voyçitski ölüm səbəbinin həddindən artıq dozada narkotikin qəbulu ola biləcəyini ehtimal edir.
“Sevimli nəvəm 19 yaşlı Marko Troper dünən dünyasını dəyişdi.
Ailəmiz ağlasığmaz dərəcədə sarsılıb”, - Ester sosial şəbəkədə yazıb.
“Dəqiq bildiyimiz bir şey var:buna səbəb narkotik idi”, - Troperin nənəsi bildirib.
Lakin gəncin təhsil aldığı Berklidəki Kaliforniya Universitetinin nümayəndəsi Canet Gilmor narkotik ilə bağlı məlumatı təsdiqləməyib.
O, bu cür ifadə vermək üçün toksikologiya ekspertinin rəyini gözləmək lazım olduğunu qeyd edib.
Troperi məktəb müəllimləri və universitet professorları həvəsli riyaziyyatçı, kompüter alimi və dahi kimi təsvir edirlər.
Troperin anası oğlunun ölümü ilə bağlı açıqlama verməyib.
Hacıqabulda iki minik avtomobili toqquşub.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayonunun Qıraqlı kənd sakini, 1959-cu il təvəllüdlü Ağabəyim Mişdaba qızı Əhmədova ağır xəsarət alaraq Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.
Digər sərnişin yüngül xəsarət aldığından ambulator yardım alıb.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvan şəhərinə yağan intensiv yağışlar nəticəsində bəzi ərazilər subasmaya məruz qalıb.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, bəzi fərdi evlərə və həyətyanı sahələrə su dolub və fəsadların aradan qaldırılması istiqamətində nazirliyin qüvvələri tərəfindən zəruri tədbirlər görülüb.
Belə ki, müvafiq ərazilərə Mülki Müdafiə Alayın qüvvələri cəlb olunub.
Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.
ABŞ Rusiyanın kosmosda peyk əleyhinə silahlar hazırladığı ilə bağlı iddiaya cavab olaraq plan hazırlamağa başlayıb.
Bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının xüsusi kəşfiyyat komitəsinin sədri Mayk Törner deyib.
“Biz milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşdük və o, ölkəmizə olan təhdidə cavab olacaq bir plan hazırladıqlarını dilə gətirdi”, - Törner bildirib.
Eyni zamanda, Mayk Törner təhlükənin çox ciddi olduğunu qeyd edib, lakin bunun nüvə silahı ilə əlaqədar olması ilə bağlı mediada yayılan məlumatları təsdiq və ya təkzib etməyib.
Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa verəcəyini təsdiqləyib.
Bu barədə Denkov Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə məlumat verib.
“Martın 6-da mən istefa verəcəyəm.
Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək.
Əgər onun işinə mane olmasalar, dram olmayacaq”, - hökumət başçısı bildirib.
Denkov aydınlaşdırıb ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.
Türkiyədə süni intellekt elementlərindən istifadə edilərək lazer silahı hazırlanıb.
Qeyd olunur ki, bu, “Roketsan” tərəfindən yaradılmış ALKA - yönləndirilmiş enerji silah sistemidir.
“ALKA düzgün süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir.
O həmçinin asimmetrik təhlükələrə qarşı mübarizə aparmaq üçün elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir”, - istehsalçı şirkətin nümayəndəsi bildirib.
ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib.
Novruz bayramı tətilinə sayılı günlər qalıb.
Xezerxeber.az-ın məlumatına görə, bayramla əlaqədar ardıcıl yeddi gün qeyri-iş günü olacaq.
İstirahət günləri ilə bağlı turizm şirkətləri xüsusi turpaketlər hazırlayıb.
Tətili bölgələrdə keçirmək istəyənlər indidən yerləri rezerv ediblər.
Turizm şirkətinin nümayəndəsi Fariz Bəşirov deyib ki, qiymətlər ötən ilə nisbətən bahadır.
Onun sözlərinə görə, otellər üçün qiymətlər fərqlidir.
Hələlik standart paketlər təklif edilsə də, bayramqabağı qiymətlər artacaq.
Bayramı xaricdə keçirmək istəyənlər də indidən rezerv ediblər.
Turizmçilər deyirlər ki, bu il xaricə üz tutanların sayında artım var.
Buna səbəb bəzi loukosterlərin Azərbaycandan uçuş həyata keçirməsidir.
Əvvəlcədən bilet bron edənlər 200 manata Roma, Budapeşt və digər yerlərə səyahət edə biləcəklər.
“Zirə” ilə oyundan sonra çox narahatlıq var idi.Bərpa ola bilmədik.
Buna səbəb futbolçuların sıx qrafiklə çalışmaları, yorğun olmaları idi.Söhbət fiziki bərpadan getmir.
Futbolçular psixoloji və mental olaraq yükləniblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra deyib.
O, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:“Bir xalın səbəbi də intizamlı oynamaqları idi.Rəqibə çox şans vermədik.
Bu cür oyunlar bizim üçün normal qəbul olunacaq.
Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdır.
Bəlli start heyətimiz və onları dəyişəcək iki-üç oyunçumuz var.
Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər.
Xeyr, yetərsiz idi.Amma futbolçularımı anlayıram.
Bundan sonrakı oyunlara köklənməliyik.
Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.
Bakının Yeni Suraxanı rayonunda, şəhid ailəsi yaşadığı mənzilin təmir edilməməsindən gileylənir.
Belə ki, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəzinə ucalan Sərdar Sərvər oğlu İsmayılovun ailəsi təmirsiz mənzildə yaşayır.
Onlar dörd ildə dəfələrdə aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyət ürəkaçan deyil.
Daha ətraflı İTV-nin süjetində:
Şəmkir rayonunda bir gündə iki yeniyetmə dəm qazından boğulub.
Belə ki, Göyməmmədli kənd sakini, 2009-cü il təvəllüdlü H.Cəfərova və Çinarlı qəsəbə sakini, 2009-cü il təvəllüdlü A.Hüseynova yaşadıqları evdə dəm qazından boğulublar.
Hər iki şəxs yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.
Yanğın yerinə FHN-nin Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.
Buna baxmayaraq, ümumi sahəsi 100 kvadratmetrə yaxın olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gedib.
AZƏRTAC xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısını və Birinci vitse-prezident Mehriban Əliyevanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər qarşılayıblar.
Yeni tikili binalarda bünövrədən mənzil almaq bir çoxları üçün qiymət baxımından sərfəlidir.
Hazır binada satılan evlərlə müqayisədə nisbətən ucuz və əlçatandır.
Təqribən 7-15% qiymət fərqi var.
Ev alqı-satqısı ilə məşğul olan şirkətin satış meneceri Ağa Cəfərovun sözlərinə görə, alıcılar şəhər mərkəzində yox, daha çox ətraf ərazilərdəki binalardan bünövrədən mənzil almağa üstünlük verirlər.
Bəs, bu halda vətəndaşları hansı risklər gözləyir?
Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb.
Əməkdar artist Nüşabə Ələsgərli estetik əməliyyatlardan danışıb.
OLAY yazır ki, o, verilişlərin birində estetik etdirən bir həmkarını tanımamasından bəhs edib.
“Bir yaxın dostumuzu gördüm, salamlaşdı, salamlaşdım.
Bir də gedəndən sonra səsi mənə tanış gəldi.
Xanım idi.Xətrini istədiyim, gözəl xanımdır.
Zatən gözəl idi, yenə də gözəldir, amma o deyil”, - deyə Ələsgərli bildirib.